Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-10/2020 28.10.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2020-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxs – xx xxxxxx 1970-ci ildə Şamaxı rayonunun Qurbançı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayonunun Qurbançı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,105 qram narkotik vasitə olan tiryək və təmiz çəkisi 50,841 qram narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, Qobustan rayonunun Qurbançı kəndində yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 07 radələrində Qobustan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsindəQobustan rayonunun Qurbançı kəndində yerləşən fərdi yaşayış evində və həyətyanı sahədə olan tikililərə baxış keçirilən zaman evin yataq otağındakı çarpayının üzərində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükülünün içərisində təmiz çəkisi 5,105 qram narkotik vasitə olan tiryək və həyətyanı sahədə olan tikilinin zirzəmisində saxladığı 01 ədəd sellofan bükülünün içərisində təmiz çəkisi 50,841 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonunun Qurbançı kəndində qeydiyyatdadır və hal-hazırda orada yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Həmçinin, ağciyərinin xəstə olması ilə əlaqədər o, bir neçə dəfə Bakı şəhərində yerləşən X2 müalicə olunmuşdur. 2020-ci ilin may ayında xəstəliyi ilə əlaqədər təkrar müayinə olunmaq üçün Qobustan RMX-nın göndərişinə əsasən Bakı şəhərində yerləşən X4 getmiş, orada bir neçə saat ərzində müayinə olunduqdan sonra xəstəxanadan çıxıb həyətdəki şam ağaclarının arasında bir qədər gəzib, oturacaqda oturmuşdur. Həmin oturacaqda ondan başqa heç kim əyləşməmişdir. Həmçinin, həmin vaxt yaxınlıqdakı oturacaqlarda da heç kim olmamışdır. Həmin vaxt o, oturacağın yanında otların arasında sellofan bükülü olduğunu görmüşdür. Maraq üçün sellofan bükülünü götürüb içərisinə baxanda sellofan bükülünün içərisində iki ədəd ayrıca sellofan bükümlər və iki ədəd ağ rəngli salfet bükümü olduğunu görmüşdür.Əvvəlcə sellofan bükümləri açmış, birinci bükümdə tünd qəhvəyi rəngli bərk maddə olmuş, ikinci sellofan bükümdə qurumuş yaşıl kütlə, salfet bükümlərdə isə toxumlar olmuşdur. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümlərdən tünd qəhvəyi rəngli bərk maddənin tiryək, qurumuş yaşıl kütlənin nəşə, yəni marixuana, toxumların isə çətənə toxumları olmasını bilmişdir. Buna görə, o, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra özü istifadə etmək məqsədi ilə dərhal həmin sellofan bükülünü bağlayıb cibində gizlətmişdir. Sonra da o, Bakı şəhərində yerləşən “Şamaxinka” adlanan əraziyə gedib oradan da tanımadığı yol taksisi ilə Qobustan rayonunda yerləşən evinə gəlmişdir. Narkotik vasitəni tapması barədə ailə üzvlərindən heç birinə bildirməmiş və tapdığı sellofan bükülüdə olan maddələri gizlətmək qərarına gəlmişdir. Həm də, çətənə bitkisinin əkilmə vaxtı mart ayında olduğundan hazırda toxumları əkə bilməyəcəyi üçün çətənə bitkisinin toxumlarını da narkotik vasitə olan tiryək və marixuana ilə birlikdə saxlayıb gələn ilin mart ayında toxumları əkmək barədə fikirləşmişdir. Uzun illər əvvəl evinin həyətyanı sahəsində tikili inşa etmiş, lakin həmin tikilidə heç vaxt yaşayış olmamış, həm də ailə üzvlərindən də heç kim həmin evə getməmişdir. Buna görə də o, tapdığı sellofan bükülüdə olan maddələri həmin tikilinin zirzəmisində gizlətmək qərarına gəlmişdir. Belə ki, gecə vaxtı ailə üzvləri evdə olanda gizlincə yaşayış olmayan tikiliyə gedib tapdığı sellofan bükülüdə olan maddələri zirzəmidə gizlətmişdir ki, özünə lazım olanda götürüb istifadə etsin. xx xxxxxx 2020-ci il tarixdə gündüz vaxtı evdə olarkən ağciyərində ağrıları başlamış və bu səbəbdən də ağrılarını bir qədər azaltmaq məqsədilə may ayında tapıb həyətdəki tikilinin zirzəmisində gizlətdiyi narkotik vasitədən götürüb istifadə etmək qərarına gəlmişdir. Lakin, ailə üzvlərinin bilməməsi üçün sabahısı günü, yəni xx xxxxxx 2020-ci il tarixdə əkin sahəsinə gedib orada istifadə etməyi fikirləşmişdir. Bunun üçün də, xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ailə üzvləri evdə olduğu vaxt, o, həyətə düşüb qaranlıqda yaşayış olmayan tikiliyə girib zirzəmidən sellofan bükülünü götürüb açmış və içərisində tiryək olan sellofan bükümü götürüb əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Sellofan bükülünü yenə də zirzəmidə gizlədib oradan çıxıb evə daxil olmuşdur. Tiryək olan sellofan bükümü götürdükdən sonra həmin şalvarını çıxarıb yataq otağında çarpayının yanına qoymuşdur ki, səhər geyinsin. Səhərisi gün saat 06 radələrində yuxudan qalxıb ailə üzvlərinə heyvanları örüşə aparacağını deyib hazırlaşmışdır. Bundan sonra o, qərara gəlmişdir ki, əvvəlcə heyvanları örüş sahəsinə aparıb evə qayıtsın və sonra həmin şalvarı geyinib pay torpaq sahəsinə gedib narkotik vasitəni orada istifadə etsin. Buna görə də o, əyninə başqa şalvar geyinib heyvanları kəndin yanındakı örüş sahəsinə aparmış və təxminən saat 07 radələrində kəndin içərisində heyvanları örüş sahəsi istiqamətində apardığı vaxt polis əməkdaşları ona yaxınlaşıb, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib vəkil və iki nəfər hal şahidi dəvət etmişlər. Üzərində axtarış aparılmış, axtarış zamanı cibində olan mobil telefon və təsbehdən başqa heç bir əşya aşkar edilməmişdir. O, üzərində heç bir qanunsuz əşya olmadığını, lakin, özü narkotik vasitə istifadə etdiyinə görə evində narkotik vasitə olduğunu, həmçinin evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra, üzərində axtarış aparılması barədə protokol tərtib edilmiş, daha sonra polis əməkdaşları, müdafiəçi və hal şahidləri ilə birlikdə evinə getmiş, evində baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmışdır. Sonra evində baxış keçirilməsinə başlanmış və baxış zamanı, müdafiəçi və hal şahidləri də iştirak etmişlər. Evinin yataq otağında çarpayının üzərində qoyduğu şalvarına baxış keçirilərkən şalvarın sağ yan cibindən sellofan bükümdə tiryək aşkar edilib götürülmüşdür. Sonra baxış davam etdirilmiş və həyətyanı sahədəki yaşayış olmayan tikilinin zirzəmisində də baxış keçirilərkən orada gizlətdiyi sellofan bükülü aşkar edilib götürülmüşdür. Həmin bükülü açıldıqda içərisində olan bir ədəd sellofan bükümdə marixuana və iki ədəd salfet bükümlərdə çətənə toxumları aşkar edilib götürülmüşdür. Bundan sonra, evdə və həyətyanı sahədə keçirilən baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Həmçinin, həmin vaxt həyətində olmuş “VAZ-2107” markalı **-RB-*** dövlət qeydiyyatlı nişanlı avtomobilinə də polis əməkdaşları müdafiəçisi və hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər, lakin avtomobildə qanunsuz heç bir əşya aşkar edilməmişdir. Bundan sonra da, protokol tərtib edilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, əvvəllər narkotik tərkibli bitki əkməmişdir. Əməlindən peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Qobustan RPŞ-nin İTB-nin rəisi vəzifəsində xidmət aparır. xx xxxxxx 2020-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Qobustan rayonunun Qurbançı kənd sakini Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olması məlum olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar RPŞ-nin CAB-nın rəisi Rəhman Abdulkərimov tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə təyin olunmuş əməliyyat qrupunun üzvləri ilə, yəni CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, PPXT-nin manqa komandiri Şahid5, İTB-nin polis nəfəri Şahid4 ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs nəzarət altına götürülmüş, daha sonra hal şahidləri və müdafiəçi dəvət edilmişdir. Hal şahidləri və müdafiəçi gəldikdən sonra birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq, onun qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və dövriyyəsində şübhəli olduğu bildirilmiş, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı cibində olan mobil telefon və təsbehdən başqa heç bir əşya aşkar edilməmişdir. O, üzərində heç bir qanunsuz əşya olmadığını, lakin özü narkotik vasitə istifadə etdiyinə görə evində narkotik vasitə olduğunu, həmçinin, evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərində axtarış aparılması barədə protokol tərtib edildikdən sonra, Təqsirləndirilən şəxs Qurbançı kəndində yerləşən evinə baxış keçirmək üçün müdafiəçi və hal şahidləri ilə birlikdə evinə getmişlər. Təqsirləndirilən şəxs evində baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə verdikdən sonra, evində baxış keçirilməsinə başlanılmışdır. Baxış müdafiəçi, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağında çarpayının üzərində olan şalvarın sağ yan cibindən sellofan bükümdə narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüş, daha sonra baxış davam etdirilmiş və həyətyanı sahədəki yaşayış olmayan tikilinin zirzəmisində də Təqsirləndirilən şəxs gizlətdiyi sellofan bükülüdə olan bir ədəd sellofan bükümdə narkotik vasitəyə oxşar maddə və iki ədəd salfet bükümlərdə toxumlar aşkar edilərək götürülmüşdür. Bundan sonra evdə və həyətyanı sahədə keçirilən baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məxsus yaşadığı evin həyətində olan “VAZ 2107” markalı, **-RB-*** dövlət nömrə nişanlı avtomobilə müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, lakin avtomobildə qanunsuz heç bir əşya aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Qobustan rayon Polis Şöbəsinin PPXT-nin manqa komandiri Şahid5 və İTB-nin polis nəfəri Şahid4 iş üzrə Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Qobustan rayonunun Qurbançı kənd sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir münasibəti, şəxsi qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında kənddə olarkən polis əməkdaşları ona yaxınlaşaraq Qobustan rayonunun Qurbançı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan onun üzərinə baxış keçiriləcəyi və həmin baxışda onun da hal şahidi kimi iştirak etməsini təklif etmişlər, o, polis əməkdaşlarına etiraz etməyib razılaşmışdır. Polis əməkdaşlarının yanında olan zaman, ondan başqa Şahid7 da hal şahidi olaraq dəvət olunduğunu öyrənmişdir. Həmçinin, həmin vaxtı müdafiəçi də dəvət edilmişdir. Bundan sonra onlara hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs Qurbançı kəndi ərazisində olan zaman polis əməkdaşları ilə birlikdə ona yaxınlaşdıqdan sonra, polis əməkdaşları özlərini təqdim edib, onun narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı cibində olan mobil telefon və təsbehdən başqa heç bir əşya aşkar edilməmişdir. O, üzərində heç bir qanunsuz əşya olmadığını, lakin özü narkotik vasitə istifadə etdiyinə görə evində narkotik vasitə olduğunu, həmçinin evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərində axtarış aparılması barədə protokol tərtib edildikdən sonra, Təqsirləndirilən şəxs Qurbançı kəndində yerləşən evinə baxış keçirmək üçün birlikdə getmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə verdikdən sonra, evində baxış keçirilməsinə başlanılmışdır. Baxış müdafiəçi, polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağında çarpayının üzərində olan şalvarın sağ yan cibindən sellofan bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüş, daha sonra baxış davam etdirilmiş və həyətyanı sahədəki yaşayış olmayan tikilinin zirzəmisində də Təqsirləndirilən şəxs gizlətdiyi sellofan bükülüdə olan bir ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddə və iki ədəd salfet bükümlərdə toxumlar aşkar edilərək götürülmüşdür. Bundan sonra, evdə və həyətyanı sahədə keçirilən baxış zamanı başqa qanunsuz əşya aşkar edilməmiş, baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məxsus yaşadığı evin həyətində olan “VAZ 2107” markalı **-RB-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə polis əməkdaşlarının, müdafiəçinin ,və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, lakin avtomobildə qanunsuz heç bir əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Həsənov X1 Ağasəf Abasqulu oğlu ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 6/1440 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdə...” və sair yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,105 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata sərf olunduqdan sonra 5,005 qram qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 7/467 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Qobustan rayon Qurbançı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş...” sözləri yazılmış kağız paketdə 01 (bir) ədəd sellofan bükülüdə 50,841 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf olunduqdan sonra 50,791 qram qalmışdır. Həmin kağız paketdə 02 (iki) ədəd iplə bağlanmış salfet kağızı bükülüdə ayrı-ayrılıqda təmiz çəkliləri 18,934 qram və 2,115 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Ümumi çəkisi 21,049 qramdır.Tədqiqata sərf olunduqdan sonra 21,009 qram qalmışdır. Təqsirləndirilən şəxs götürülmüş 5,105 qram narkotik vasitə olan tiıyək, 50,841 qram narkotik vasitə olan qurudulmuş marixuana və 21,049 qram narkotik təbiətli çətənə (kannabis) bitki toxumları maddi sübut əhəmiyyətinə malik olduğundan xx xxxxxx 2020-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2188 №-li nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nətcələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qurbançı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışında qeyd edilmişdir ki, Cəlilov X5 rayonunun Qurbançı kəndində qeydiyyatda olmaqla orada yaşayır, evlidir, himayəsində 1 azyaşlı övladı vardır. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:25-də şübhəli şəxs kimi tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək o məhkəmə zalından həbsə alınmalı və həbs qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 5,005 qram narkotik vasitə olan tiryək, 50,791 qram narkotik vasitə olan qurudulmuş marixuana və 21,009 qram narkotik təbiətli çətənə (kannabis) bitki toxumları məhv edilməlidir. İş üzrə 198,90 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 1 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından həbsə alınsın və həbs qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesab edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 5,005 qram narkotik vasitə olan tiryək, 50,791 qram narkotik vasitə olan qurudulmuş marixuana və 21,009 qram narkotik təbiətli çətənə (kannabis) bitki toxumları məhv edilsin. İş üzrə 198,90 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-10/2020
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-10/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver