Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-10/2022 21.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qobustan rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,031 qram olan ağ rəngli kristallik maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla, Qobustan şəhəri ərazisinə daşımış, 06 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində yerləşən “Qobustan” adlı kafedə saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının qabaq sol cibindən “Winston” markalı siqaret qutusunda olan 01 (bir) ədəd sellofan bükümün içərisində təmiz çəkisi 1,031 qram olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 02 (iki) ədəd falqa kağız parçası və 01 (bir) ədəd beş manatlıq pul əskinazı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 05 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Müşfiqabad qəsəbəsində piyada gəzən zaman yerdən kibrit qutusu tapmış və qutunun içinə baxan zaman, onun içində 1 ədəd sellofan bükülü olduğunu, həmin bükülünün içində isə 2 ədəd balaca sellofan bükülü olduğunu görmüşdür. Həmin bükülülərə baxan zaman, onlardan birinin içərisində psixotrop maddə metamfetamin, digərində isə narkotik vasitə heroin olduğunu görmüş, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin maddələri dərhal tanımışdır. Bundan sonra tapdığı narkotik vasitə heroini Abşeron rayonu, Müşfiqabad qəsəbəsində insanların olmadığı yerdə qəbul etmiş, psixotrop maddə metamfetamini isə daha sonra istifadə etmək üçün üzərində olan “Winston” markalı siqaret qutusunun içinə, siqaret qutusunu isə əynində olan qara rəngli şalvarın qabaq sol cibinə qoymuşdur. 06 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Şamaxıya gedən zaman çörək yemək üçün Qobustan şəhəri ərazisində yerləşən “Qobustan” kafeyə getmişdir. Orada olan zaman təxminən saat 20 radələrində mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirərək, RPŞyə dəvət etmişlər. RPŞ-yə gəldikdən sonra xahişi əsasında hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi təklif edilmiş, bundan sonra əynində olan qara rəngli cins şalvarın qabaq sol cibindəki 1ədəd “Winston” markalı siqaret qutusunda saxladığı 1 ədəd sellofan bükülüdə olan psixotrop maddə metamfetamini, narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi 2 ədəd falqanı və 5 manatlıq pul əskinazını iştirakçılara təqdim edərək, metamfetamini Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin hazırlanması və ya satışı ilə məşğul olmamış, təxminən 1 il 6 aydır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri və ya psixotrop maddələri tüstü halında qəbul edir, bunun üçün falqadan istifadə edir. Psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin psixotrop maddə metamfetamini Abşeron rayonu, Müşfiqabad qəsəbəsində piyada gəzən zaman yerdən tapmışdır. 05 yanvar 2022ci il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsindən tapdığı bükülüdə psixotrop maddə metamfetamin ilə yanaşı narkotik vasitə heroin də olmuş, tapdığı heroini falqa və 5 manatlıq pul əskinazı vasitəsi ilə qəbul etmiş, heroini qəbul etdikdən sonra, falqa və 5 manatlıq pul əskinazını, daha sonra metamfetamini də eyni yolla qəbul etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qobustan RPŞnin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. 06 yanvar 2022-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞnin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən əməliyyat qrupunun üzvləri Şahid4 və Şahid5 ilə birlikdə 06 yanvar 2022-ci il tarixdə təxminən saat 20 radələrində Qobustan şəhəri ərazisində yerləşən “Qobustan” kafesində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs Qobustan rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı Ağasən Baratovun xidməti otağına gətirildikdən sonra şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra müdafiəçi Təqsirləndirilən şəxs Tofiq Seyidovun, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın qabaq sol cibində olan 1 ədəd “Winston” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükülünü, 02 ədəd falqanı və 5 manatlıq pul əskinazını təqdim edərək, 01 ədəd bükülüdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 05 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, 2 ədəd falqanı və 5 manatlıq pul əskinazını narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin tərəziyə qoyularaq çəkilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin, 02 ədəd falqa və 5 manatlıq pul əskinazı təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. O,Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğuldur, lakin onun narkotik maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 06 yanvar 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşı evə gələrək, Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərinə şəxsi axtarış keçirələcəyini və şəxsi axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmiş, polis əməkdaşı ilə razılaşmışdır. Polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmiş, bundan sonra RPŞ-də müdafiəçi X3, digər hal şahidi Şahid1, polis əməkdaşlarının və iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın qabaq sol cibində olan 01 ədəd “Winston” markalı siqaret qutusundakı 01 ədəd bükülünü, 02 ədəd falqanı və 5 manatlıq pul əskinazını təqdim edərək, 01 ədəd bükülüdə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 05 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, 02 ədəd falqanı və 5 manatlıq pul əskinazını narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin tərəzidə çəkilmiş, sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin, 02 ədəd falqa və 5 manatlıq pul əskinazı polis tərəfindən zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə Qobustan RPŞ-nə daxil olmuş əməliyyat məlumatında Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunurdu. Həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar RPŞ-nin ƏİÜ rəis müavini Şahid3 tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edildi. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri Şahid4 və Şahid3lə birlikdə 06 yanvar 2022-ci il tarixdə təxminən saat 20 radələrində Qobustan şəhəri ərazisində yerləşən “Qobustan” kafesində Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılaraq RPŞ-yə gətirildi. Təqsirləndirilən şəxs Qobustan rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı Ağasən Baratovun xidməti otağına gətirildikdən sonra şübhəli şəxs kimi tutuldu, ona hüquq və vəzifələri izah olundu. Dövlət hesabına müdafiəçi ilə təmin edildi. Daha sonra müdafiəçi Tofiq Seyidovun, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın qabaq sol cibində olan 1 ədəd “Winston” markalı siqaret qutusundakı 1 ədəd bükülünü, 2 ədəd falqanı və 5 manatlıq pul əskinazmı təqdim edərək, bildirdi ki, 1 ədəd bükülüdə psixotrop maddə metamfetamin var, həmin psixotrop maddəni 05 yanvar 2022-ci il tarixdə Abşeron rayonu Müşviq qəsəbəsində piyada gəzən zaman yerdən tapıb və şəxsi istifadəsi üçün üzərində saxlayıb. Həmçinin bildirdi ki, 2 ədəd falqanı və 5 manatlıq pul əskinazını narkotik vasitə qəbul etmək üçün istifadə edib. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin çəkilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş və başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin, 2 ədəd falqa və 5 manatlıq pul əskinazı təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edildilmiş, şəxsi axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 07 yanvar 2022-ci il tarixli 6/63 nömrəli məhkəmə fiziki-kimyəvi ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 1,031 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Bir ədəd borucuq formasına salınmış beş manatlıq əskinazda və 2 ədəd falqa kağızında narkotik vasitə olan heroinin izləri aşkar edildi. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,031 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,981 qram olan psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 02 (iki) ədəd falqa kağız parçası və 01 (bir) ədəd beş manatlıq pul əskinazı maddi sübut əhəmiyyətinə malik olduğundan 04 fevral 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Abdulator X1 10 fevral 2022-ci il tarixli, 624 №-li nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin 17 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli hökmü ilə 2 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 12 fevral 2018-ci il tarixdə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə 11 oktyabr 2017-ci il tarixli hökm dəyişdirilib, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilməklə 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. 06 iyun 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinin qərarı ilə 04 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 06 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş materiallarına əlavə edilmiş Qobustan rayon məhkəməsinin 05 aprel 2022-ci il tarixli 1(026)-10/2022 saylı təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsinə dair qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə onun haqqında axtarış elan edilmişdir. Qobustan rayon polis şöbəsinin 25 may 2022-ci il tarixli xx/xx-2414 saylı məktubda barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdə Sumqayıt PŞ-inin əməkdaşları tərəfindn tutularaq 25 may 2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılması bildirilmişdir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 0,981 qram olan psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 2(iki) ədəd falqa kağız parçası məhv edilməli və 01 (bir) ədəd beş manatlıq pul əskinazı Təqsirləndirilən şəxs oluna qaytarılmalıdır. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 1 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli 20 may 2022-ci il tarixdən hesab edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 0,981 qram olan psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 2(iki) ədəd falqa kağız parçası məhv edilsin və 01 (bir) ədəd beş manatlıq pul əskinazı Təqsirləndirilən şəxs oluna qaytarılsın. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-10/2022
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-10/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver