Məhkəmə qərarları › İş №1(026)-10/2023

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-10/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-10/2023 11.07.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Şamaxı rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olub, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,494 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan şəhərinə daşımış, 06 aprel 2023-cü il tarixdə saat 19 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhərinin “SON” adlanan ərazisində saxlanılaraq Qobustan rayon polis şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 19:49-dan 19:57-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 1,494 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər psixotrop maddə olan “patı”dan istifadə etmişdir. Həmçinin, arabir narkotik vasitələrin digər növlərindən də istifadə etmişdir. Təxminən 3 ildir ki, Bakı şəhərində yaşayır. Qobustan rayonunun Cəyirli kəndində ata evi var. Arabir həmin evə baş çəkir. 05 aprel 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonunda dəqiq ünvanı bilmədiyi ərazidə yol ilə gedərkən yerdə sellofan bükülünün olduğunu görmüşdür. Həmin sellofan bükülünü götürüb içərisinə baxdıqda bükülünün içərisində olan kütlənin “patı” olduğunu görmüşdür. Əvvəlcə ətrafında heç kimin olmadığını dəqiqləşdirdikdən sonra, 01 ədəd sellofana bükülmüş “patı”nı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 06 aprel 2023-cü il tarixdə Qobustan rayonuna ata evinə baş çəkmək üçün gəlmişdir. Həmin vaxt yerdən tapdığı 01 ədəd sellofana bükülmüş psixotrop maddə olan “patı” da geyinmiş olduğu qara rəngli gödəkçəsinin sol iç cibində olmuşdur. Həmin tarixdə saat 19 radələrində Qobustan şəhəri, “Son” adlanan ərazidə olarkən polis əməkdaşları ona yaxınlaşmış və ona üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəldikdən sonra hüquqlarını müdafiə etmək üçün dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Vəkil dəvət olunaraq ona təqdim olunduqdan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişlər. Əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükülünü çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünün içərisində “patı” olduğunu bildirmişdir. Sonra isə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar və onun üzərindən gəzdirilməsi qanunla qadağan olan başqa hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd sellofan bükülünün içərisindəki “patı” polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Həmin psixotrop maddə olan metamfetamini heç kimdən almamışdır. Heç bir şəxsə psixotrop maddə olan metamfetamin və narkotik vasitə satmamış və ya verməmişdir. Üzərində psixotrop maddə olan metamfetamin olması barədə heç bir şəxsin məlumatı olmamış və bu barədə heç bir şəxsə bildirməmişdir. Narkotik vasitə və psixotrop maddə istifadə etməsi barədə nə ailə üzvlərinə, nə qohumlarına, nə də ki, tanışlarına heç vaxt bildirməmiş və bu barədə onların məlumatı olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş, 01 ədəd bükülüdə olan metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Şahid Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkil Şahid2 ifadə verərək göstərdi ki, 06 aprel 2023-cü il tarixdə Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə “Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 06 aprel 2023-cü il tarixdə saat 19 radələrində Fərəcov X3 şəhərində “Son” adlanan ərazidə polis əməkdaşları tərəfindən saxlanaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Rayon Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim edərək, içərisində “patı” olduğunu və həmin “patı”nı öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən bundan başqa qanunla qadağan olunmuş hər hansı bir maddə aşkar edilməmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açılıb içərisinə baxıldıqda psixotrop maddə olan metamfetaminə bənzər şəffaf rəngli kristal dənəciklər aşkar edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışdır. Şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 06 aprel 2023-cü il tarixdə Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfindən “Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən ondan, Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 06 aprel 2023-cü il tarixdə saat 19 radələrində Fərəcov X3 şəhərində “Son” adlanan ərazidə polis əməkdaşları tərəfindən saxlanaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Rayon Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim edərək, içərisində “patı” olduğunu və həmin “patı”nı öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən bundan başqa qanunla qadağan olunmuş hər hansı bir maddə aşkar edilməmişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən açılıb içərisinə baxıldıqda psixotrop maddə olan metamfetaminə bənzər şəffaf rəngli kristal dənəciklər aşkar edilmişdir. Aşkar edilərək götürülmüş psixotrop maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 aprel 2023-cü il tarixli, 6/2035 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs .....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,494 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 1,494 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,050 qram, qalıq çəkisinin isə 1,444 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 25 aprel 2023-cü il tarixli, 2401 nömrəli rəyində göstərilir ki, müayinə zamanı X2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 17 aprel 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən və cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul olunmuş cinayət işi üzrə icraata xitam verilməsi barədə 12 iyun 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə ona xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə elan olunmuş ittihama və Azərbaycan Respublikası CM-in 177.2.5ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs üzərində 06 aprel 2023-cü il tarixdə aparılan axtarış videolentə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,494 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,444 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 21 aprel 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 iyun 2023-cü il tarixdə verdiyi 3027 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsində yaşayır. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 06 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 08 aprel 2023-cü il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,444 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Bakı şəhər probasiya idarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,444 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar