Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-10/2025 17.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1987-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Qobustan rayonu, Göydərə kəndində yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,526 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 01 yanvar 2025-ci il tarixdə saat 20 radələrində Qobustan rayonu, Göydərə kəndi ərazisində saxlanılıb orada üzəri yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd kağız bükülüdə təmiz çəkisi 0,526 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, psixotrop maddə və narkotik vasitə istifadə edir. 30 dekabr 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Dərnəgül tikinti materialları bazarı” deyilən bazarda işlədiyi sexdə işlərini bitirib işdən çıxdıqdan sonra həmin bazarın yaxınlığında səki ilə təklikdə piyada hərəkət edən zaman yerdə bir ədəd siqaret qutusu olduğunu görmüş və həmin siqaret qutusunu götürüb içinə baxdıqda içindən iki ədəd kağız büküm və bir ədəd falqa aşkar etmiş, həmin bükümlərin içərilərinə baxdıqda bükümlərdən birində əhəmiyyətli bir şey olmasa da, digər bükümün içərisində patı, yəni psixotrop maddə olan metamfetamin olduğunu görmüş, içərisində metamfetamin olan həmin kağız bükümü digər kağız büküm və falqa ilə birlikdə siqaret qutusuna qoyaraq daha sonra istifadə etmək üçün özü ilə götürmüş, onda psixotrop maddə olmasından heç kimin xəbər tutmaması üçün içərisində metamfetamin olan həmin kağız bükümü siqaret qutusunda gündəlik geyindiyi gödəkçənin cibində gizlədib saxlamışdır. 01 yanvar 2025-ci il tarixdə saat 20 radələrində Qobustan rayonu, Göydərə kəndində yaşadığı evin yaxınlığında hava almaq məqsədi ilə təkbaşına gəzən zaman küçədə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını və üzərində narkotik vasitə saxlamağı barədə məlumatlarının olmasını bildirib, bu səbəbdən də videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmiş və o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə yoxlanış keçirilən zaman əynindəki gödəkçənin sağ yan cibindən Bakı şəhərində yerdən tapdığı, içərisində 01 ədəd kağız bükümdə metamfetamin olan həmin siqaret qutusu aşkar edilmişdir. Daha sonra ondan üzərindən aşkar olunmuş həmin kağız bükümdəki kütlə haqqında soruşulduqda, həmin kütlənin patı, yəni metamfetamin olduğunu, özünün də psixotrop maddə istifadəçisi olduğunu, həmin kütləni istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmiş və o da razılığını bildirmişdir. Polis şöbəsində müdafiəçinin və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən əvvəlcədən üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd siqaret qutusunun qablaşdırıldığı zərf açılmış, həmin siqaret qutusu zərfin içərisindən çıxarıldıqdan sonra qutudakı 01 ədəd falqa, 01 ədəd içərisində əhəmiyyətli bir şey olmayan kağız büküm və 01 ədəd içərisində metamfetamin olan kağız büküm çıxarılaraq baxış keçirilmişdir. Bundan sonra həmin 01 ədəd içərisində metamfetamin olan kağız büküm digər kağız büküm və falqa ilə birlikdə siqaret qutusuna qoyulmuş, həmin siqaret qutusu isə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Həmçinin bildirdi ki, əvvəllər narkotik vasitələrin istifadəsinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuş, sonradan Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmişdir. Lakin özü narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə azadlığa çıxdıqdan sonra yenə də eyni səhvi etmişdir. Hazırda törətdiyi əməldən çox peşmandır. Qeyd etdi ki, rəsmi olaraq atalıq faktı müəyyən olunmasa da, Bənövşə Piriyevadan doğulmuş 5 uşağın bioloji atası odur. Məhkəmədən bu halların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması məqsədi ilə 01 yanvar 2025-ci il tarixdə Qobustan RPŞ-nin CAB-nin rəisi Samir Allahverdiyevin rəhbərliyi, onun və Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 01 yanvar 2025-ci il tarixdə saat 20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Şahid2 ilə birlikdə Qobustan rayonu, Göydərə kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqəsini göstərib polis əməkdaşı olduğunu bildirmiş, ona üzərində narkotik vasitə saxlaması barədə məlumatının olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmişlər və Təqsirləndirilən şəxs da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilən zaman onun əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu aşkar edilmiş, siqaret qutusu açıldıqda içərisindən 01 ədəd falqa və 02 ədəd kağız büküm aşkar edilmişdir. Sonra həmin bükümlərin içərilərinə baxıldıqda, bükümlərdən birinin içərisindən parıltılı qırıntılar, digər bükümün içərisindən psixotrop maddəyə bənzər kristalvari kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs kağız bükümdəki psixotrop maddəyə bənzər kristalvari kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin patı, yəni metamfetamin olduğunu bildirmişdir. Daha sonra içərisində psixotrop maddəyə bənzər kristalvari kütlə olan 01 ədəd kağız büküm tərəzidə çəkilmiş, sonra isə həmin 01 ədəd kağız büküm digər kağız büküm və falqa ilə birlikdə siqaret qutusuna qoyulmuş, həmin siqaret qutusu isə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Qobustan RPŞ-yə gətirilmişdir. Orada isə əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə və vəkilin iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Bu zaman əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd siqaret qutusunun qablaşdırıldığı zərf açılmış, həmin siqaret qutusu zərfin içərisindən çıxarıldıqdan sonra qutudakı 01 ədəd falqa, 01 ədəd içərisində parıltılı qırıntılar olan kağız büküm və 01 ədəd içərisində psixotrop maddəyə bənzər kristalvari kütlə olan kağız büküm çıxarılaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəyə bənzər kristalvari kütlə haqqında soruşulduqda o, zərfin içərisindəki siqaret qutusundan çıxarılaraq ona təqdim olunan kağız bükümdəki həmin kristalvari kütlənin patı, yəni metamfetamin olduğunu, axşam işdən çıxarkən siqaret qutusunda görüb götürdüyünü, özünə məxsus olduğunu və həmin kütləni istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 yanvar 2025-ci il tarixli, 6/02 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli Təqsirləndirilən şəxs oğ...” yazıları olan bir ədəd paketdə qablaşdırılmış siqaret qutusunun içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,526 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 0,526 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 0,476 qram olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş əlavə məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 mart 2025-ci il tarixli, 6/936 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli Təqsirləndirilən şəxs oğ...” yazıları olan paketin künc hissəsinə sıxışmış vəziyyətdə olduğu müşahidə olunan 01 ədəd gümüşü rəngli falqanın üzərində narkotik vasitə və ya psixotrop maddələrə məxsus izlər yoxdur, həmin paketin içərisində üzərində “(imza) Təqsirləndirilən şəxs..” yazıları olan zərfdəki siqaret qutusunda 1 (bir) ədəd boş bükümün içərisində psixotrop maddə - metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəklində olduğundan çəkisini müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 62 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 01 yanvar 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan RPŞyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində Qobustan rayonu, Göydərə kəndi ərazisində saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd alışqan, həmçinin içərisində 01 (bir) ədəd kağız bükülüdə kristalvari kütlə, 01 (bir) ədəd kağız bükülüdə parıltılı qırıntı kütləsi və 01 (bir) ədəd içərisi boş olan falqanın olduğu 01 (bir) ədəd siqaret qutusu və həmin gödəkçənin sağ iç cibindən 01 (bir) ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Sonra içərisində metamfetaminə bənzər kütlə olan kağız bükülü, həmçinin içərisində parıltılı qırıntı kütləsi olan kağız bükülü elektron tərəzidə çəkilmişdir. Bundan sonra hər iki kağız bükülü və falqa birlikdə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Araşdırma üçün əhəmiyyət kəsb etdiyindən 01 (bir) ədəd “Redmi” markalı mobil telefon da zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən 01 (bir) ədəd alışqan Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş həmin kağız bükülüdəki kristalvari kütlənin patı, yəni metamfetamin olduğunu, özünün də həmin maddənin istifadəçisi olduğunu və həmin kütləni özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis polkovnik-leytenantı Elşən Eyvazov tərəfindən tərtib olunmuş 01 yanvar 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 01 yanvar 2025-ci il tarixdə saat 21:07 dəqiqədən saat 21:17 dəqiqəyədək olan müddət ərzində Qobustan RPŞ-də xidməti otaqda RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Həmin istintaq hərəkətində şübhəli şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və RPŞ-nin polis əməkdaşları iştirak etmişdir. Təqdim olunan 02 (iki) ədəd ağ rəngli zərfə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən.. ” sözləri yazılmış zərf açıldıqda içərisindəki bir ədəd siqaret qutusunda 01 (bir) ədəd kağız bükülüdə kristalvari kütlə, 01 (bir) ədəd kağız bükülüdə parıltılı qırıntı kütləsi və 01 (bir) ədəd içərisi boş falqa olması müəyyən edilmişdir. Sonra həmin zərf yenidən qablaşdırılaraq möhürlənmişdir. Həmçinin üzərində “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış digər zərf açıldıqda içərisində “Redmi” markalı mobil telefon olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,526 qram, ekspertiza zamanı aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 0,476 qram olan psixotrop maddə - metamfetamin və içərisində psixotrop maddə - metamfetaminə məxsus izlər olan 01 (bir) ədəd büküm maddi sübut əhəmiyyətinə malik olduğundan 07 mart 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 14 yanvar 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək narkotikdən məcburi müalicə təyin edilməklə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qobustan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarı ilə ilkin hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 03 (üç) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. İşdə surəti olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(001)-263/2023 saylı hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Qobustan rayonu, Göydərə kəndi ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi qərara alınmışdır. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 7(026)-14/2023 saylı qərarından görünür ki, həmin qərarla məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-263/2023 saylı, 11 aprel 2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, onun məhkəmə zalından dərhal həbs olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 13 oktyabr 2023-cü il tarixdən hesab edilməsi qərara alınmışdır. İşdə surəti olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 7(003)-1478/2024 saylı qərarından görünür ki, həmin qərarla ərizə təmin edilərək, məhkum Təqsirləndirilən şəxs hazırkı qərarın çıxarıldığı günə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 17 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması, qərarın dərhal icra edilməsi, məhkum Təqsirləndirilən şəxs üzərinə cəzanın çəkilməmiş müddəti ərzində yaşayış yeri üzrə icra və probasiya qurumuna məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və narkomaniyadan məcburi müalicənin davam etdirilməsi vəzifəsinin qoyulması, məhkum Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilməsi qərara alınmışdır. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin X2 əməliyyat müvəkkili, polis baş leytenantı Vüsal Məmmədovun 10 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,526 qram miqdarında psixotrop maddə-metamfetamin ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə-metamfetamin istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,526 qram miqdarında psixotrop maddə-metamfetamini satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə psixotrop maddə-metamfetamini satması müəyyən edilməmişdir. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,526 qram miqdarında psixotrop maddə-metamfetamini haradan əldə etdiyini, əldə edilməsində başqa şəxslərin iştirakını, Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 17 yanvar 2025-ci il tarixli, 18-1-53/2-58/2025 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Qobustan rayonu, Göydərə kəndində yaşayan Hümbatov X1 RMX PHŞ-nin Poliklinika şöbəsinə psixonevroloji xəstəliklə bağlı heç bir müraciət etməmiş və dispanser qeydiyyatında deyildir. Hümbatov X1 RMX PHŞ-nin Poliklinika şöbəsində narkoloji xəstəliklə bağlı dispanser qeydiyyatındadır. “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 26 fevral 2025-ci il tarixli, 18-1-35/2-324/2025 nömrəli məktubundan görünür ki, xx xxxxxxx 1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şirvan ŞMX PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İşdəki Qobustan RİHB-nin Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 mart 2025-ci il tarixli arayışından görünür ki, Hümbatov X1 rayonunun Göydərə kəndində yaşayır və ailə tərkibi aşağıdakı kimidir: 1) arvadı X5; 2) 02 mart 2005-ci il təvəllüdlü oğlu X7; 3) 24 oktyabr 2007-ci il təvəllüdlü oğlu X8; 4) 30 oktyabr 2009-cu il təvəllüdlü oğlu X9; 5) 11 yanvar 2013-cü il təvəllüdlü qızı X4 və 6) 22 mart 2019-cu il təvəllüdlü qızı X6. Həmçinin Qobustan RİHB-nin Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdə saat 20:00-da saxlanılaraq saat 20:50-də şübhəli şəxs qismində tutulmuş, 03 yanvar 2025-ci il tarixdə saat 18:10-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X10 azad edilmişdir. Qobustan Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 1(026)-10/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və onun məhkəmə iclas zalında dərhal həbs edilməsi, qərarın icrasının Qobustan RPŞ-yə həvalə edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılması qərara alınmışdır. Məhkəmə iclaslarında da tədqiq olunmuş əməliyyat-axtarış tədbirlərinin görüntülərini özündə əks etdirən 01 ədəd disk, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır; 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəmetamfetaminin təmiz çəkisi 0,526 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Bununla yanaşı, məhkəmə hesab edir ki, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən CM-in eyni maddəsi ilə cinayət törətməsi Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri sayır ki, Qobustan RİHB-nin Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 mart 2025-ci il tarixli arayışında Təqsirləndirilən şəxs evli olması və onun ümumilikdə 5 olmaqla, yetkinlik yaşına çatmayan 4 uşağının olması qeyd edilsə də, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə barəsindəki məlumatlar yoxlanılarkən Təqsirləndirilən şəxs subay olması və onun atası olduğu hər hansı uşağın olmaması aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs da Bənövşə Piriyevadan doğulmuş uşaqların rəsmi atası olmadığını, onların bioloji atası olduğunu vurğulamışdır. Lakin məhkəmə atalıq faktının müəyyən olunmamasını nəzərə alaraq, sözügedən halı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almağı məqsədəuyğun saymır. CM-in: 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs üzərindən məhkumluğu götürülmədən və ya ödənilmədən o, yenidən qəsdən cinayət törətmiş olsa da, əvvəlki cinayət işi üzrə ilkin olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 263/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, hazırda onun əməlində cinayətlərin resividi halı yaranmamışdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-263/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli hökmü ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Qobustan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 7(026)-14/2023 saylı qərarı ilə həmin azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 7(003)-1478/2024 saylı qərarı ilə isə Təqsirləndirilən şəxs həmin qərarın çıxarıldığı günə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 17 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət əməlini 01 yanvar 2025-ci il tarixdə, yəni cəzadan vaxtından əvvəl şərti olaraq azad edildiyi dövrdə törətmişdir və həmin əməli törədərkən onun məhkumluğu ödənilməmişdir (CM-in 83.4-cü maddəsi). Buna görə də CM-in 76.6.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə yuxarıda qeyd edilənləri də nəzərə alıb hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 62 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmənin yekun qənaətinə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 7(003)-1478/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(001)-263/2023 saylı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının sonradan Qobustan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 7(026)-14/2023 saylı qərarı ilə əvəz edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (üç) ay 17 (on yeddi) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(001)- 263/2023 saylı hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının sonradan Qobustan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 7(026)-14/2023 saylı qərarı ilə əvəz edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (ay) ay 17 (on yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdən 03 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs həbsə alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində profilaktiki qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə cəmi 160 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 6 saat hüquqi yardımla bağlı (2 saat – 1 saatı 6 manatdan hesablanmaqla, 4 saat – 1 saatı 11 manatdan hesablanmaqla) 56 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan RPŞ-də saxlanılan 0,476 qram olan psixotrop maddə metamfetamin və içərisində psixotrop maddə - metamfetaminə məxsus izlər olan 01 (bir) ədəd büküm məhv edilməli, əməliyyat-axtarış tədbirlərinin görüntülərini özündə əks etdirən 01 ədəd disk, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 7(003)-1478/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2023cü il tarixli, 1(001)-263/2023 saylı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının sonradan Qobustan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 7(026)- 14/2023 saylı qərarı ilə əvəz edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (üç) ay 17 (on yeddi) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(001)-263/2023 saylı hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının sonradan Qobustan Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 7(026)- 14/2023 saylı qərarı ilə əvəz edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (üç) ay 17 (on yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 yanvar 2025-ci il tarixdən 03 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs həbsə alındığı vaxtdan, yəni 15 aprel 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə cəmi 160 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X12 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 6 saat hüquqi yardımla bağlı (2 saat – 1 saatı 6 manatdan hesablanmaqla, 4 saat – 1 saatı 11 manatdan hesablanmaqla) 56 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan RPŞ-də saxlanılan 0,476 qram olan psixotrop maddə metamfetamin və içərisində psixotrop maddə - metamfetaminə məxsus izlər olan 01 (bir) ədəd büküm məhv edilsin. Əməliyyat-axtarış tədbirlərinin görüntülərini özündə əks etdirən 01 ədəd disk, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №1(026)-10/2025
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-10/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver