Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-11/2021 13.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 2021-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxs – xx xxxxxx 1966-cı ildə Şamaxı rayonunda anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, N saylı hərbi hissədə növbə rəisi işləyən, məhkum olunmamış, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksiyasına yoluxub-yoluxmaması ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayon mərkəzi xəstəxanasında verdiyi testin nəticəsinin pozitiv oluduğunu xx xxxxxx 2020-ci il tarixdə bildikdən sonra yaşadığı Qobustan şəhəri ərazisində yerləşən fərdi yaşayış evində karantinə alınmasına, karantin qaydalarına uyğun olaraq 14 (on dörd) gün müddətində yaşadığı evi tərk etməməli olmasına, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilməsinə baxmayaraq, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində karantin rejimini qəsdən pozub aptekə getmək məqsədilə yaşadığı evi tərk edərək Qobustan şəhəri ərazisində piyada hərəkətdə olmaqla özündə aşkar olunan koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə özünü narahat hiss etdiyi üçün Qobustan rayon mərkəzi xəstəxanasına gedərək koronavirus xəstəliyinə tutulub-tutulmadığını yoxlamaq üçün test vermiş, xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsinə TƏBİB-dən koronavirus xəstəliyinə tutulması barədə mesaj daxil olmuşdur. Bundan sonra Qobustan rayon Mərkəzi Xəstəxanasına getmiş, orada İradə həkim onu müayinə etmiş, müalicə alması üçün dərmanlar yazmış və 14 gün müddətində evdə qalmasını, çölə çıxmamasını, çölə çıxdığı halda cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişdir. Xəstəxanadan getdikdən sonra, hər gün İradə həkim ona zəng vuraraq, hal-əhval tutmuş və səhhəti barədə soruşmuşdur. Koronavirus xəstəliyinin daşıyıcısı olduğunu bildikdən sonra, bir müddət evdə qalmış, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində dərman almaq üçün Qobustan şəhəri ərazisində Qobustan rayon Mərkəzi Xəstəxanasının inzibati binası ilə üzbəüz yerləşən aptekə getmək üçün yaşadığı evdən çölə çıxmışdır. Aptekin yaxınlığında olarkən polis əməkdaşlarının onu görəcəklərindən və koronavirus xəstəsi olduğu halda çölə çıxdığını biləcəklərindən ehtiyat edib aptekə girmədən geri, yaşadığı ünvana qayıtmaq qərarına gəlmişdir. Evə qayıdarkən yolda qonşusu Şahid3 idarə etdiyi “VAZ 2104” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq onunla getməyi təklif etmiş, bundan sonra onun avtomobilində qabaq sağ oturacaqda əyləşmişdir. Şahid3 onu yaşadığı evin yaxınlığında düşürdükdən sonra getmiş, evə getmək üçün bir neçə addım atdıqdan sonra polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək koronavirus virusunun daşıyıcısı olub-olmadığını soruşmuşlar. Polis əməkdaşlarına həmin virusun daşıyıcısı olduğunu bildirdikdən sonra, onlar hansı səbəbdən çölə çıxmasını soruşmuş, onlara dərman almaq məqsədilə aptekə getmək üçün çölə çıxdığını demiş, polis əməkdaşları evə qayıtmalı olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan rayon polis şöbəsinin CAB-ın rəisi vəzifəsində işləyir. Şöbə rəhbərliyi koronavirus testinin nəticəsi pozitiv olan, Qobustan rayon sakinlərinin karantin qaydalarına riayət edilməsinə nəzarət edilməsi barədə göstəriş vermişdir. Həmin göstəriş ilə əlaqədar test nəticəsi pozitiv çıxan şəxslərin siyahısı üzrə onların mobil nömrələrinə zəng etməklə, həmçinin bir sıra hallarda isə yaşadıqları evə getməklə karantin qaydalarına əməl edibetməmələri yoxlanılır. xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında Qobustan şəhər sakini Təqsirləndirilən şəxs koronavirus xəstəliyinin daşıyıcısı olduğu halda karantin qaydalarını pozaraq yaşayış sahəsini tərk etməsi göstərilmişdir. Həmin əməliyyat məlumatı əsasında CAB-ın əməliyyat müvəkkili Şahid2lə birlikdə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi üçün keçirilmiş bir sıra əməliyyataxtarış tədbirləri nəticəsində saat 17 radələrində Təqsirləndirilən şəxs Qobustan şəhəri ərazisində yerləşən yaşadığı evin yaxınlığında olduğu müəyyən edilmişdir. Bundan sonra, ara məsafəsini gözləməklə, Təqsirləndirilən şəxs yaxınlaşaraq onun koronavirus xəstəliyinin daşıyıcısı olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs hal-hazırda koronavirus xəstəliyinin daşıyıcısı olmaqla xx xxxxxx 2020-ci il tarixədək karantində olmalı olduğunu bildirmişdir. Bundan sonra, ondan hansı səbəbdən yaşayış yerini tərk etdiyini soruşmuş, Təqsirləndirilən şəxs aptekdən dərman almaq üçün yaşayış yerini tərk etdiyini bildirmiş, ona yaşayış yerini tərk etməməli və karantin qaydalarını pozmamalı olduğu izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs yenidən yaşadığı ünvana daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, qonşusu olmaqla aralarında hər-hansı bir düşmənçilik və ya ədavət yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Qobustan şəhəri ərazisində yerləşən Mərkəzi poçta gedərək müəyyən ödəniş edib evə qayıdan zaman Təqsirləndirilən şəxs piyada yaşadığı ünvana tərəf getdiyini görmüş və avtomobili saxlayaraq ona birlikdə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs razılıq verərək ona məxsus “VAZ 2104” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağına əyləşmiş və onu yaşadığı ünvana aparmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında düşürdükdən sonra öz evinə getmişdir. Həmin vaxt özünün və Təqsirləndirilən şəxs üzündə tibbi maska olmuşdur. Təqsirləndirilən şəxs koronavirus xəstəliyinin daşıyıcısı olduğunu bilməmiş, Təqsirləndirilən şəxs ona bu barədə heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2019-cu ildən etibarən Qobustan rayon Mərkəzi Xəstəxanasında oftalmoloq işləyir. xx xxxxxx 2020ci il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs rayon Mərkəzi Xəstəxanasına gələrək, xx xxxxxx 2020-ci il tarixdə “COVİD-19” virusunun daşıyıcısı olub-olmaması ilə bağlı verdiyi testin nəticəsinin pozitiv çıxdığını və “COVİD-19” virusunun daşıyıcısı olduğunu demişdir. Bundan sonra, onu müayinə edərək, dərmanlar yazıb 14 gün müddətində karantində olmalı və evdən çölə çıxmamalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müayinə olunduqdan sonra xəstəxananı tərk edərək getmiş, daha sonra hər gün onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq səhhətini soruşmuş və evi tərk etməməsini, virusu digər şəxslərə yaya biləcəyini, karantin şərtlərini pozaraq yaşadığı evi tərk edərsə, buna görə cinayət məsuliyyəti daşıyacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞyə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin xx xxxxxx 2021-ci il tarixli, 131/KEŞ nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, “COVİD- 19” virusu ilə əlaqədar evdə ambulator müalicə almışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “COVİD-19” virusunun daışyıcısı olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “COVİD-19” virusunun daşıyıcısı olmuş və sanitariya-gigiyena qaydalarını pozmaqla onun digər şəxslərə yoluxdura bilməsi istisna edilmir. “COVİD-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq, sağalma müddəti müxtəlif olur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X5 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qobustan rayon mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsin verdiyi xx xxxxxx 2021-ci il tarixli 03/11 saylı məktubundan Qobustan rayon sakini 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi Covid-19 diaqnozu ilə bağlı evdə ambulator müalicə almışdır. İş materiallarında olan Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2021-ci il tarixli 115 saylı arayışdan görünür ki, Səlimov X1 rayonunun Qobustan şəhərində qeydiyyatdadır və halhazırda Qobustan şəhərində yaşayır. Himayəsində 1965-ci il təvəllüdlü arvadı- X3 və 1994-cü il təvəllüdlü qızı-X4 vardır. İş materiallarında olan Qobustan rayonu İHB-nın Qobustan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2021-ci il tarixli 116 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən Təqsirləndirilən şəxs adına xx xxxxxx 2006-cı il tarixdə verilmiş 052332 saylı vəsiqənin surətində göstərilir ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etirafı və şahidlərin ifadələri ilə tam sübuta yetir. O, Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-11/2021
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-11/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver