Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-11/2025 04.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, tam orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Qobustan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 03 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus, Qobustan rayonu, Qobustan şəhərində yerləşən fərdi yaşayış evinin həyətini əhatə edən hasarın üzərindən aşmaqla evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 həmin evin zirzəmisinin giriş qapısının üzərindəki qıfılı təpik ilə vurub sındıraraq yerindən çıxarmış, bundan sonra birlikdə əvvəlcə evin zirzəmisinə, oradan isə evə qanunsuz daxil olaraq evin otaqlarından birində olan hər biri 160 metr uzunluqda, 0,4 santimetr diametrində olan, izolə olunmuş, bir ədədinin qiyməti 50 manat olmaqla, ümumi dəyəri 100 manat təşkil edən 2 (iki) top elektrik naqilini, 20 manat dəyərində 1 (bir) ədəd mexaniki ətçəkən maşını və hər biri 500 qram ağırlığında olan, alüminium materialdan hazırlanmış, bir ədədinin qiyməti 30 manat olmaqla, ümumi dəyəri 120 manat təşkil edən 4 (dörd) ədəd qazanı, evin dəhlizində olan 1490 manat dəyərində 1 (bir) ədəd “Total” markalı elektrik generatorunu və 180 manat dəyərində 1 (bir) ədəd elektrikli mühərriklə işləyən su nasosunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1910 (bir min doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə о, təkrarən, qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Qobustan rayonunun Bədəlli kəndi ərazisində yerləşən, "xxxx" MMC-yə məxsus olan, hazırda fəaliyyət göstərməyən, adı olmayan istirahət mərkəzinin girişindəki metal torun üzərindən aşmaqla istirahət mərkəzinin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra həmin istirahət mərkəzinin həyətyanı sahəsindəki tikilinin 80 manat dəyərində 1 (bir) ədəd qapısını və həmin tikilidə olan 2 (iki) ədəd sanitar qovşağının bir ədədinin qiyməti 80 manat olmaqla, ümumi dəyəri 160 manat təşkil edən 2 (iki) ədəd qapısını yerindən söküb çıxararaq cəmi 3 (üç) ədəd plastik materialdan olan qapını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Həmçinin ittiham aktına əsasən, Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 03 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus, Qobustan rayonu, Qobustan şəhərində yerləşən fərdi yaşayış evinin həyətini əhatə edən hasarın üzərindən aşmaqla evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra həmin evin zirzəmisinin giriş qapısının üzərindəki qıfılı təpik ilə vurub sındıraraq yerindən çıxarmış, bundan sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə əvvəlcə evin zirzəmisinə, oradan isə evə qanunsuz daxil olaraq evin otaqlarından birində olan hər biri 160 metr uzunluqda, 0,4 santimetr diametrində olan, izolə olunmuş, bir ədədinin qiyməti 50 manat olmaqla, ümumi dəyəri 100 manat təşkil edən 2 (iki) top elektrik naqilini, 20 manat dəyərində 1 (bir) ədəd mexaniki ətçəkən maşını və hər biri 500 qram ağırlığında olan, alüminium materialdan hazırlanmış, bir ədədinin qiyməti 30 manat olmaqla, ümumi dəyəri 120 manat təşkil edən 4 (dörd) ədəd qazanı, evin dəhlizində olan 1490 manat dəyərində 1 (bir) ədəd “Total” markalı elektrik generatorunu və 180 manat dəyərində 1 (bir) ədəd elektrikli mühərriklə işləyən su nasosunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1910 (bir min doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafları, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2ci və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmə iclaslarında ibtidai istintaq zamanı verdiyi ifadələrlə eyni məzmunlu ifadə vermişdir. Bildirmişdir ki, həqiqətən də, uzun illərdir tanıdığı və həmkəndlisi olan Təqsirləndirilən şəxs1 ilə birlikdə 03 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Qobustan rayonu, Qobustan şəhərində yerləşən və sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi evə oğurluq məqsədilə həmin evin zirzəmisinin giriş qapısının üzərindəki qıfılı yerindən çıxarmaqla girmiş, həmin evdən elektrik naqilləri, alüminium qazanlar və 1 ədəd “Total” markalı elektrik generatoru aparmışlar. Bundan başqa, o, 10 oktyabr 2024-cü il tarixdə saat 2 radələrində Qobustan rayonu, Bədəlli kəndi ərazisində yerləşən fəaliyyət göstərməyən istirahət mərkəzinin həyətinə gözətçinin diqqətsizliyindən istifadə etməklə idarə etdiyi avtomobillə daxil olaraq oradan sanitar qovşaqların qapılarını çıxararaq idarə etdiyi avtomobilin yük yerinə yükləyərək oğurlamışdır. Həmin cinayəti o, təkbaşına törətmişdir. “Total” markalı elektrik generatorundan başqa, qeyd edilən cinayət əməlləri zamanı talanmış digər əmlakları tanımadıqları metal qəbulu ilə məşğul olan şəxsə satmışlar. Məhkəmənin 07 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq və əvvəlki məhkəmə iclasları zamanı verdiyi ifadələrdən fərqli olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs məxsus olmuş və maddi sübut kimi tanınmış 01 ədəd “Total” markalı elektrik generatoru oğurladıqdan sonra Təqsirləndirilən şəxs1 ona Şahid2 pul borclu olduğunu, buna görə onu sıxışdırdığını bildirmiş, bundan sonra o da yolda olarkən Şahid2 zəng edərək, ikisinin bir ədəd generator oğurladıqlarını, əgər razıdırsa, Təqsirləndirilən şəxs1 borcunu həmin generatorla bağlamaq istədiklərini demiş, Şahid2 də həmin generatorun oğurluq olmasını bildiyi halda, bu təkliflə razılaşmışdır. Təqsirləndirilən şəxs1 Hövsan qəsəbəsi ərazisində onu nəqliyyat vasitəsindən düşürmüş, bu zaman o generatoru da özü ilə götürmüşdür. Bundan sonra isə Şahid2 özü “Toyota Prius” markalı avtomobili ilə gəlib həmin generatoru ondan götürmüş, bununla da Təqsirləndirilən şəxs1 ona olan borcu bağlanmışdır. Lakin daha sonra Şahid2 həmin generatoru öz aralarındakı razılaşmaya görə avtoyuma məntəqəsi sahibi olan Kamal adlı şəxsə vermiş, Kamal da həmin generatoru internetdəki saytların birində satışa qoymuşdur. Bu zaman həmin generatorun sahibi olan Zərərçəkmiş şəxs onu saytda görmüş, əvvəlcə yük daşıma adı ilə Kamalın avtoyuma məntəqəsinə gəlib generatora baxmış, daha sonra isə polis əməkdaşları gəlmişdir. Sonda Təqsirləndirilən şəxs2 hal-hazırda törətdiyi cinayət əməllərindən peşman olmasının, bir qardaşının şəhid, bir qardaşının müharibə veteranı olmasının, himayəsində 3 azyaşlı uşağının olmasının məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəmə iclaslarında ibtidai istintaq zamanı verdiyi ifadələrlə eyni məzmunlu ifadə vermişdir. Bildirmişdir ki, həqiqətən də, uzun illərdir tanıdığı və həmkəndlisi olan Təqsirləndirilən şəxs2 ilə birlikdə 03 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Qobustan rayonu, Qobustan şəhərində yerləşən və sonradan Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi evə oğurluq məqsədilə həmin evin zirzəmisinin giriş qapısının üzərindəki qıfılı yerindən çıxarmaqla girmiş, həmin evdən elektrik naqilləri, alüminium qazanlar və 01 ədəd “Total” markalı elektrik generatoru aparmışlar. “Total” markalı elektrik generatorundan başqa, qeyd edilən cinayət əməli zamanı talanmış digər əmlakları tanımadıqları metal qəbulu ilə məşğul olan şəxsə satmışlar. Məhkəmənin 07 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında isə Təqsirləndirilən şəxs2 verdiyi ifadələri təsdiq edərək ibtidai istintaq və əvvəlki məhkəmə iclasları zamanı verdiyi ifadələrdən fərqli olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs məxsus olmuş və maddi sübut kimi tanınmış 01 ədəd “Total” markalı elektrik generatoru oğurladıqdan sonra Şahid2 pul borclu olduğunu Təqsirləndirilən şəxs2 bildirmiş, Təqsirləndirilən şəxs2 təklifi ilə Şahid2 zəng edərək, bir ədəd generator oğurladıqlarını, əgər razıdırsa, borcun əvəzinə həmin generatoru götürməsini təklif etmişlər və sonuncu da həmin generatorun oğurluq olmasını bildiyi halda, bu təkliflə razılaşmışdır. Oğurlanmış generatoru Şahid2 Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Təqsirləndirilən şəxs2 tərəfindən 10 oktyabr 2024-cü il tarixdə törədilmiş oğurluqda heç bir şəkildə iştirak etməmiş və həmin hadisədən yalnız ibtidai istintaq zamanı xəbər tutmuşdur. Sonda Təqsirləndirilən şəxs1 hal-hazırda törətdiyi cinayət əməllərindən peşman olmasının və himayəsində 3 azyaşlı uşağının olmasının məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 2017-ci ilin sentyabr ayında Qobustan şəhəri ərazisində Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Şamaxı şəhəri istiqamətində olmaqla, sağ tərəfindəki “Yeni massiv” deyilən ərazidə özünə məxsus torpaq sahəsində bir ədəd bir mərtəbəli fərdi yaşayış evi tikdirməyə başlamışdır. Hazırda həmin evin tikintisinin əsas hissəsi yekunlaşmış, lakin maddi vəziyyəti yaxşı olmadığından evin daxili hissəsində bir sıra işlər görülməmişdir. Evinin əsas hissəsi, yəni evinin yerləşdiyi torpaq sahəsini əhatə edən hasar və evinin özü hazır olduğundan o, Bakı şəhərində yaşadığı evdə istifadə etmədiyi əşyalarının bir qismini gətirib həmin evin içərisinə yığmışdır. Hazırda Bakı şəhərində yaşasa da, vaxtaşırı Qobustan şəhərinə gəlib, evinə baş çəkib, evdəki əşyaların və tikinti materiallarının yerində olub-olmamasını yoxlayır. O, sonuncu dəfə 24 sentyabr 2024-cü il tarixdə qohumlarına baş çəkmək üçün Qobustan şəhərinə gəldiyi vaxt Qobustan şəhəri ərazisindəki evinə də baş çəkib, evdəki əşyaların və tikinti materiallarının yerində olubolmadığını yoxlamış, həmin vaxt evdəki bütün əşyalarının və tikinti materiallarının yerində olduğuna əmin olduqdan sonra Bakı şəhərinə geri qayıtmışdır. 05 oktyabr 2024-cü il tarixdə qohumlarına baş çəkmək üçün Qobustan şəhərinə gəlmiş, həmin vaxt evinə də baş çəkmək qərarına gəldiyindən 05 oktyabr 2024-cü il tarixdə, saat 11 radələrində Qobustan şəhərində “Yeni massiv” deyilən ərazidəki evinə getmişdir. O, evinin qarşısına çatdıqda, evinin həyət qapısının hər iki layının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Evinin həyətyanı sahəsinə daxil olduqda, həyətdəki fərdi yaşayış evinin giriş qapısının və evin zirzəmisinin giriş qapısının açıq vəziyyətdə olduğunu, zirzəminin qapısının üzərindəki asma qıfılın sındırılaraq yerə atıldığını aşkar etmişdir. Daha sonra o, evinə daxil olub, ətrafı nəzərdən keçirərək əşyalarının yerlərində olub-olmadığını yoxladıqda, evdə olan əşyalardan evin dəhlizində olan 01 ədəd “Total” markalı elektrik generatorunun və 01 ədəd elektrikli mühərriklə işləyən, markasını xatırlamadığı su nasosunun, evin otaqlarından birində olan hər biri 160 metr uzunluqda, 0,4 santimetr diametrdə olan 2 top elektrik naqilinin, 01 ədəd əl ilə işləyən mexaniki ətçəkən maşının və 04 ədəd yemək qazanının yerində olmadığını aşkar etmişdir. Həmin vaxt təcili işləri olduğundan evinin qapılarını kilidləyib Bakı şəhərinə qayıtmış, daha sonra 29 oktyabr 2024-cü il tarixdə yenidən Qobustan şəhərinə gəlib, hadisə ilə bağlı ərizə ilə Qobustan rayon Polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır, həmin şəxslər ilə arasında əvvəllər və ya cari dövrdə mübahisə, ədavət və ya qərəzli münasibət olmamışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə nəticəsində ona dəymiş maddi ziyanı tamamilə ödəmişlər. Buna görə də hazırda onun hadisə ilə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadə verərək bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor köməkçisi vəzifəsində işləyir. 2024-cü ilin oktyabr ayında Qobustan rayonu, Bədəlli kəndi ərazisində yerləşən, əvvəllər “X7” adı ilə fəaliyyət göstərmiş, hazırda fəaliyyət göstərməyən və "xxxx" Group MMC-yə məxsus olan istirahət mərkəzinə şirkət əməkdaşları tərəfindən baxış keçirilən zaman həmin istirahət mərkəzinin həyətyanı sahəsindəki tikilinin 01 ədəd plastik materialdan olan qapısının və həmin tikilidə olan 02 ədəd sanitar qovşağın hər birinin 01 ədəd plastik materialdan olan qapısının yerindən sökülməklə çıxarılaraq oğurlanması müəyyən olunmuşdur. Baş vermiş cinayət hadisəsi üzrə "xxxx" MMC-yə 240 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 hadisə nəticəsində "xxxx" MMC-yə dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Buna görə də hazırda hadisə ilə bağlı "xxxx" MMC-nin Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanımır, əvvəllər həmin şəxslə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 2024cü ilin yay aylarında xatırlamadığı tarixdə həmin dövrdə Bakı şəhərində icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə gəlib, ona işə düzəlmək istədiyini bildirmiş və onun razılığı ilə həmin gündən avtoyuma məntəqəsində işə başlamışdır. Təqsirləndirilən şəxs2 2024-cü ilin yay aylarında Bakı şəhərində onun icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində işçisi olaraq avtomobillərin yuyulması ilə məşğul olmuş və həmin ilin sentyabr ayının sonlarında öz xahişi ilə işdən çıxmışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində xatırlamadığı tarixdə icarə əsasında işlətdiyi, ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində olmadığı vaxtda Təqsirləndirilən şəxs2 həmin avtoyuma məntəqəsinə gəlib 01 ədəd elektrik generatorunu oraya qoyub işçilərə generatorun bir müddət orada qalacağını və ona da bu haqda özünün məlumat verəcəyini bildirib getmişdir. Həmin gün hazırda kim olduğunu xatırlamadığı işçisi ona zəng edib bu haqda məlumat verdikdən sonra o, Fərhada zəng etdikdə, Fərhad övladı xəstə olduğuna görə yaşadığı Masallı rayonuna getməli olduğundan həmin elektrik generatorunu müvəqqəti olaraq onun işlətdiyi avtoyuma məntəqəsinə qoyduğunu, bir neçə gün sonra gəlib aparacağını bildirmiş və o da buna razılığını bildirmişdir. Bir müddət sonra işlətdiyi avtoyuma məntəqəsinə gələn polis əməkdaşları Fərhadın avtoyuma məntəqəsinə qoyduğu həmin elektrik generatorunu oğurladığını bildirmişlər. O, Fərhada zəng edib bu haqda soruşduqda, Fərhad həmin elektrik generatorunun Xəlil adlı tanışına məxsus olduğunu bildirmişdir. Daha sonra o, həmin generatoru polis əməkdaşlarına təhvil vermişdir. Həmçinin ifadəsində bildirmişdir ki, həmin elektrik generatorunu işlətdiyi avtoyuma məntəqəsində saxlayan zaman onun oğurluq olmasını bilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs2 müvəqqəti olaraq saxlaması üçün ona və ya işlətdiyi avtoyuma məntəqəsinə 01 ədəd elektrik generatorundan başqa əşya verməmişdir. Onunla Təqsirləndirilən şəxs2 arasında əvvəllər və ya cari dövrdə mübahisə, ədavət və ya qərəzli münasibət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edərək bildirmişdir ki, 15 iyul 2022-ci il tarixdən "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyir. Onun vəzifəsi Qobustan rayonu, Bədəlli kəndi ərazisində yerləşən, əvvəllər “X7” adı ilə fəaliyyət göstərmiş, 2017-ci ildən bəri fəaliyyət göstərməyən istirahət mərkəzini mühafizə etməkdən ibarətdir. Günün 24 saatı hazırda işləməyən həmin istirahət mərkəzində olur, həm orada yaşayır, həm də oranı mühafizə edir. Hər gün istirahət mərkəzinin ərazisini gəzir, ərazisindəki tikili və qurğuların salamatlığını və yerində olubolmamasını yoxlayır. 2024-cü ilin oktyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə axşam saat 22-23 radələrində istirahət mərkəzinin həyətyanı sahəsini gəzib, oradakı bütün tikili və qurğuların yerlərində olduğundan əmin olub istirahət mərkəzinin daxilindəki nəzarətçi otağına gedib istirahət etmişdir. Səhəri gün səhər saatlarında həmişə olduğu kimi istirahət mərkəzinin həyətyanı sahəsini gəzən zaman həyətyanı sahənin kənarında olan tikilinin və həmin tikilidə olan 02 ədəd sanitar qovşağın qapılarının üzərlərində olmadığını aşkar etmiş, ətrafı nəzərdən keçirib qapıları tapa bilmədikdə, həmin qapıların oğurlanması qənaətinə gəlmişdir. Həmin vaxt səhhətində olan problemlərlə əlaqədar olaraq polisə müraciət edə bilməmiş, bir müddət sonra səhhətindəki problemlər aradan qalxdığına görə 29 oktyabr 2024-cü il tarixdə Qobustan rayon Polis şöbəsinə gəlib hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. İstirahət mərkəzinin həyətindəki tikilinin və həmin tikilidəki sanitar qovşaqların qapıları oğurlanarkən istirahət mərkəzində ondan başqa heç kim olmamışdır. Lakin hadisə gecə saatlarında baş verdiyindən, o isə həmin saatlarda istirahət etdiyinə görə oğurluq baş verməsindən məlumatı olmamışdır. Hadisə zamanı istirahət mərkəzindən oğurlanmış qapılar "xxxx" MMC-yə məxsusdur. Hadisə zamanı istirahət mərkəzindən 03 ədəd plastik qapıdan başqa heç bir şey oğurlanmamışdır. Hadisə zamanı istirahət mərkəzindən 03 ədəd plastik qapının oğurlanması nəticəsində həmin qapıların alındığı vaxtda xərclənmiş pula münasibətdə ümumilikdə 240 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tanımır, onunla aralarında əvvəllər və ya cari dövrdə mübahisə, ədavət və ya qərəzli münasibət olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İşdəki 06 noyabr 2024-cü il tarixli əşyanın könüllü təqdim olunması və götürülməsi haqqında protokoldan görünür ki, Şahid2 01 ədəd “Total” markalı elektrik generatorunu təqdim edərək həmin elektrik generatorunun Təqsirləndirilən şəxs2 onun icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə qoyduğu elektrik generatoru olduğunu bildirmiş və həmin elektrik generatoru götürülmüşdür. İşdəki 24 yanvar 2025-ci il tarixli əşyalar üzrə tanınmanın aparılması haqqında protokoldan görünür ki, Şahid2 götürülmüş 01 ədəd “Total” markalı elektrik generatoru tanınmaya təqdim olunan zaman zərərçəkmiş Zərərçəkmiş şəxs həmin elektrik generatorunu tanıyıb göstərərək hadisə zamanı Qobustan şəhərində yerləşən evindən oğurlanmış, özünə məxsus elektrik generatoru olduğunu bildirmişdir. İşdəki 10 mart 2025-ci il tarixli əşyalar üzrə tanınmanın aparılması haqqında protokoldan görünür ki, Şahid2 götürülmüş 01 ədəd “Total” markalı elektrik generatoru tanınmaya təqdim olunan zaman Təqsirləndirilən şəxs1 həmin elektrik generatorunu tanıyıb göstərərək onun Qobustan şəhərindəki fərdi yaşayış evindən oğurladıqları elektrik generatoru olduğunu bildirmişdir. İşdəki 10 mart 2025-ci il tarixli əşyalar üzrə tanınmanın aparılması haqqında protokoldan görünür ki, Şahid2 götürülmüş 01 ədəd “Total” markalı elektrik generatoru tanınmaya təqdim olunan zaman Təqsirləndirilən şəxs2 həmin elektrik generatorunu tanıyıb göstərərək onun Qobustan şəhərindəki fərdi yaşayış evindən oğurladıqları elektrik generatoru olduğunu bildirmişdir. İş materiallarından görünür ki, ibtidai araşdırma dövründə hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. 29 oktyabr 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Qobustan şəhərində yerləşən, Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evidir. İbtidai araşdırma dövründə digər hadisə yerinə də baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. 29 oktyabr 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, digər hadisə yeri Qobustan rayonu, Bədəlli kəndi ərazisində yerləşən, hazırda istifadə olunmayan və adı olmayan istirahət mərkəzinin həyətyanı sahəsidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 dekabr 2024-cü il tarixli, 9/9049 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd 2021-ci il buraxılışlı, az istifadə edilmiş, “Total” markalı, 220 voltluq, benzin ilə işləyən, 15 litr benzin tutumlu, elektrik generatorun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1490 manat müəyyən edilir. Qərarda qeyd edilən digər mallar (01 ədəd markasını və digər xüsusiyyətlərini xatırlamadığı su motoru, 2 bağlama hər biri 160 metr uzunluğunda 4-lük elektrik naqili, 01 ədəd 20 illik əl ilə işə salınan markasını xatırlamadığı mexaniki ət maşını, 04 ədəd hər biri yarım kilo ağırlığında alüminium materialdan olan istifadəyə yararlı 5-6 illik yemək bişirmək üçün qazanlar, 15 ədəd alüminium materialdan istifadəyə yararlı 5-6 illik çəngəl və bıçaq) tədqiqata təqdim edilmədən, müvafiq tədqiqat aparılmadan (markası, modeli, texniki vəziyyəti, əmtəə görünüşü və sair müəyyən edilmədən) həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün deyil. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 dekabr 2024-cü il tarixli, 9/9050 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 03 ədəd 90 sm en və 210 sm uzunluğunda olan, 2 ildir istifadə edilən, istifadəyə yararlı plastik materialdan olan qapıların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 240 (3 ədəd x 80 (70+90=160:2=80) man) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarından görünür ki, ibtidai araşdırma müddətində "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair məlumatların olduğu 01 ədəd diskə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** mobil nömrəsi 03 oktyabr 2024-cü il tarixdə, saat 20:04 dəqiqədə Qobustan rayonu, Dərəkənd kəndi yaxınlığında, 03 oktyabr 2024-cü il tarixdə, saat 22:06 dəqiqədə Qobustan rayonu, Dərəkənd kəndi yaxınlığında, 04 oktyabr 2024-cü il tarixdə, saat 02:26 dəqiqədə Şamaxı rayonu, Meysəri kəndi, “Crystal Absheron” hoteli yaxınlığında, 04 oktyabr 2024-cü il tarixdə, saat 09:11 dəqiqədə Şamaxı rayonu, Meysəri kəndi yaxınlığında aktiv olmuşdur. İş materiallarından görünür ki, ibtidai araşdırma müddətində "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair məlumatların olduğu 01 ədəd diskə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** mobil nömrəsi 11 oktyabr 2024-cü il tarixdən aktivdir. ***-***-**-** mobil nömrəsi 01 sentyabr 2024-cü il tarixdə saat 00:00-dan 01 noyabr 2024-cü il tarixdə saat 00:00-dək olan müddətdə yalnız 29 oktyabr 2024-cü il və 30 oktyabr 2024-cü il tarixlərində Qobustan rayonu ərazisində istifadə olunmuş, digər vaxtlarda isə əsasən Bakı şəhəri və Masallı rayonu, Həsənli kəndi ərazisində istifadə olunmuşdur. İş materiallarından görünür ki, ibtidai araşdırma müddətində "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair məlumatların olduğu 01 ədəd diskə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, 01 oktyabr 2024-cü il saat 00:00:00 – 31 oktyabr 2024-cü il saat 00:00:00 aralığında olan müddət ərzində ***-***-**-** mobil nömrəsi ilk dəfə 03 oktyabr 2024-cü il tarixdə, son dəfə isə 04 oktyabr 2024-cü il tarixdə Qobustan rayonu ərazisində aktiv olmuş, 09 oktyabr 2024-cü il tarixdən isə həmin mobil nömrə ümumiyyətlə istifadə olunmamışdır. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, ***-***-**-** mobil nömrəsi 03 oktyabr 2024-cü il tarixdə, saat 19:48 dəqiqədə və həmin tarixdə, saat 22:17 dəqiqədə Qobustan rayonu, Nərimankənd kəndi (hazırkı Qobustan şəhəri) ərazisində, 04 oktyabr 2024-cü il tarixdə, saat 00:15 dəqiqədə Şamaxı rayonu, Nağaraxana kəndi yaxınlığında, 04 oktyabr 2024-cü il tarixdə, saat 11:14 dəqiqədə Şamaxı rayonu, Nağaraxana kəndi yaxınlığında aktiv olmuşdur. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və onlar təqsirləndirilən şəxs qismində istintaqa verdikləri ifadələrə uyğun ifadə vermişlər. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 23 yanvar 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 01 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30 noyabr 2021-ci ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. İşdəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 23 yanvar 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Salyan Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 01 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 06 (altı) ay azaldılmışdır. 18 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 03 noyabr 2023-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. 31 yanvar 2024-cü ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İşdə surəti olan Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 1(050)- 06/2021 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin 1(057)-139/2018 saylı, 20 noyabr 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 gün hissəsinin hər iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 04 gün müddətə azadlıqdan məhrum etmə cəzasının hesablanması, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Salyan Rayon Məhkəməsinin 1(057)-139/2018 saylı, 20 noyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi olan 04 gün azadlıqdan məhrum etmə cəzasının qismən birləşdirilməsi və ona qəti olaraq 02 il 03 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 16 fevral 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2, 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 Masallı Rayon Məhkəməsinin 1(050)-170/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökm ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və Təqsirləndirilən şəxs2 qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 18 may 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 Masallı Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsinin nəzərə alınması qərara alınmışdır. İşdə surəti olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 7(008)-771/21 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələri ilə 02 il 03 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bu qərarın 4-cü bəndinə əsasən 06 ay azaldılmışdır. İşdə surəti olan Masallı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(050)- 170/2022 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 iyun 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 03 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 1(106)-810/2022 nömrəli qərarından görünür ki, həmin qərarla apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsi barədə Masallı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(050)-170/2022 nömrəli hökmü həmin hökmdən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməmişdir. İşdə surəti olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 7(007)-944/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 29 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Təqsirləndirilən şəxs2 üzərinə nəzarət onun yaşayış yeri üzrə probasiya idarəsinə tapşırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya Şöbəsinin 14 fevral 2025-ci il tarixli, 2-274/25-62-16 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-944/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarına əsasən xx xxxxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş 02 ay 29 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qərar və qərarın icrası barədə göstəriş Masallı rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və müddəti bitdiyi üçün 31 yanvar 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İşdə surəti olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 1(009)-73/2025 saylı hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30 sentyabr 2024-cü il tarixdə saxlanıldığı 01 gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 gününə 01 gün hesablanmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İşdə surəti olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 1(009)-73/2025 saylı hökmü 21 iyul 2025-ci il tarixində qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İşdəki Masallı rayon İcra və Probasiya şöbəsinin 06 avqust 2025-ci il tarixli, 2- 879/25-62-16 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-73/2025 saylı, 30 iyun 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş 05 avqust 2025-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Sözügedən hökm üzrə məhkum qeydiyyata alınmamış, hökm üzrə cəza çəkməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Masallı RİHB-nin Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də, Masallı rayonu, Həsənli kəndində daimi qeydiyyatda olmaqla, orada yaşayır və müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Masallı RİHB-nin Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, orada yaşayır və müsbət xarakterizə olunur. İşdəki “Lənkəran şəhər Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş 17 fevral 2025-ci il tarixli, 251 nömrəli məktubda göstərilmişdir ki, xx xxxxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1996-cı il təvəllüdlü Fərəcov X6 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin 12 mart 2025-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şahidi olmuş heç bir şəxs müəyyən edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə zamanı oğurladıqları əşyaları satdıqları metal qəbulu məntəqəsini işlədən şəxs və ya şəxslərin şəxsiyyəti müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin oğurluq cinayətindən başqa cinayət əməli törətməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs və ya "xxxx" MMC arasında hər hansı münaqişə, ədavət, borc və ya digər əmlak məsələləri ilə bağlı mübahisələrinin olması müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 11 mart 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs fərdi yaşayış evindən oğurlanmış 01 ədəd “Total” markalı elektrik generatoru işlək və saz vəziyyətdə olmaqla Zərərçəkmiş şəxs təhvil verilmişdir. İbtidai araşdırma zamanı Şahid2 götürülmüş 01 ədəd “Total” markalı elektrik generatoru maddi sübut əhəmiyyətinə malik olduğundan 11 mart 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün qanuni sahibi olan, iş üzrə Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi 22 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə nəticəsində ona dəymiş maddi ziyanı tamamilə ödəmişlər. Buna görə də hazırda onun hadisə ilə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Həmçinin o, 06 may 2025-ci il tarixli məhkəmə iclasında da yazılı ərizə təqdim edərək, ona dəymiş zərərin ödənildiyini, heç bir şikayətinin olmadığını və yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi 22 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə nəticəsində "xxxx" MMC-yə dəymiş 240 manat maddi ziyanı tamamilə ödəmişdir. Buna görə də hazırda hadisə ilə bağlı "xxxx" MMC-nin Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Həmçinin o, 06 may 2025-ci il tarixli məhkəmə iclasında da yazılı ərizə təqdim edərək, hüquqi şəxsə məxsus istirahət mərkəzinə dəymiş zərərin tam ödənildiyini, şikayət və tələblərinin olmadığını və yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 20 yanvar 2025-ci il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2025-ci il tarixdə saat 17:30-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X8 azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 20 yanvar 2025-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2025-ci il tarixdə saat 17:50-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X8 azad edilmişdir. Qobustan Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli, 1(026)-11/2025 saylı qərarı ilə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs2 həbs edildikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilməsi, qərarın icrasının Qobustan RPŞ-yə həvalə edilməsi qərara alınmışdır. İşdəki Qobustan RPŞ-nin 13 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 13 avqust 2025-ci il tarixdə Qobustan RPŞ-yə gələrək könüllü təslim olduğu üçün Qobustan RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Təqsirləndirilən şəxs1 qohumluq məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, onun 13 avqust 2016-cı il təvəllüdlü X17, 22 iyul 2019-cu il təvəllüdlü X2 və 12 aprel 2023-cü il təvəllüdlü X9 adlı yetkinlik yaşına çatmayan uşaqları var. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Təqsirləndirilən şəxs2 qohumluq məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, onun 25 yanvar 2015-ci il təvəllüdlü X3, 26 sentyabr 2017-ci il təvəllüdlü X1 və 21 noyabr 2019-cu il təvəllüdlü X10 adlı yetkinlik yaşına çatmayan uşaqları var. İşdə surəti olan Masallı RİHB-nin Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 oktyabr 2025-ci il tarixli, 895 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 şəhid X4 qardaşıdır. Həmçinin Masallı şəhidlərinin siyahısından görünür ki, 08 mart 1991-ci il təvəllüdlü əsgər X14 18 fevral 2010-cu il tarixdə şəhid olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqadan əlbir olmuş bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmiş və Təqsirləndirilən şəxs2 təkrarən saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 03 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus, Qobustan rayonu, Qobustan şəhərində yerləşən fərdi yaşayış evinin həyətini əhatə edən hasarın üzərindən aşmaqla evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 həmin evin zirzəmisinin giriş qapısının üzərindəki qıfılı təpik ilə vurub sındıraraq yerindən çıxarmış, bundan sonra birlikdə əvvəlcə evin zirzəmisinə, oradan isə evə qanunsuz daxil olaraq evin otaqlarından birində olan hər biri 160 metr uzunluqda, 0,4 santimetr diametrində olan, izolə olunmuş, bir ədədinin qiyməti 50 manat olmaqla, ümumi dəyəri 100 manat təşkil edən 2 top elektrik naqilini, 20 manat dəyərində 1 ədəd mexaniki ətçəkən maşını və hər biri 500 qram ağırlığında olan, alüminium materialdan hazırlanmış, bir ədədinin qiyməti 30 manat olmaqla, ümumi dəyəri 120 manat təşkil edən 4 ədəd qazanı, evin dəhlizində olan 1490 manat dəyərində 1 ədəd “Total” markalı elektrik generatorunu və 180 manat dəyərində 1 ədəd elektrikli mühərriklə işləyən su nasosunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs2 təkrarən, qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində Qobustan rayonunun Bədəlli kəndi ərazisində yerləşən, "xxxx" MMC-yə məxsus olan, hazırda fəaliyyət göstərməyən, adı olmayan istirahət mərkəzinin girişindəki metal torun üzərindən aşmaqla istirahət mərkəzinin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra həmin istirahət mərkəzinin həyətyanı sahəsindəki tikilinin 80 manat dəyərində 1 ədəd qapısını və həmin tikilidə olan 2 ədəd sanitar qovşağının bir ədədinin qiyməti 80 manat olmaqla, ümumi dəyəri 160 manat təşkil edən 2 ədəd qapısını yerindən söküb çıxararaq cəmi 3 ədəd plastik materialdan olan qapını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 240 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, təkrar törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs1 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinin tərkibi vardır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 cinayət əməlləri isə Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və barələrində ittiham hökmü çıxarılmaqla, onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək törətdikləri əməllərə görə cəzalandırılmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların hər ikisinin törətdikləri əməlləri etiraf etməsini (CM-in 59.2-ci maddəsinə uyğun olaraq), hər ikisinin himayəsində yetkinlik yaşına çatmayan 3 uşağının olmasını (CM-in 59.1.4-cü maddəsinə uyğun olaraq) və zərərçəkmiş şəxs(lər)ə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini (CM-in 59.1.13-cü maddəsinə uyğun olaraq) cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 şəhid qardaşı olmasını da onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 59.1.4-cü və 59.1.13-cü maddələrinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 Masallı Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 1(050)-170/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 7(007)- 944/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 29 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsini, həmin qərarın və qərarın icrası barədə göstərişin Masallı rayon İcra və Probasiya şöbəsinə göndərilməsini və müddəti bitdiyi üçün 31 yanvar 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmasını, lakin onun cəzanı çəkməkdən azad edildiyi gündən 2 il müddət keçmədən yenidən qəsdən hazırkı cinayəti törətməsini nəzərə alaraq bildirir ki, Təqsirləndirilən şəxs2 əməlində residiv müəyyən olunur. Odur ki, həmin hal CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə qeyd edir ki, digər Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları (cinayətlərin residivi), eyni zamanda onun əvvəllər bir neçə dəfə cinayət törətməkdə təqsirli bilinməsi ilə yanaşı, təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamaqla, hazırkı iş üzrə məhkəmə baxışı aparılarkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 1(009)- 73/2025 saylı hökmü ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində CM-in 65.2-ci maddəsinin tələbləri də nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsinə uyğun olaraq məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə digər Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, eyni zamanda onun əvvəllər bir neçə dəfə cinayət törətməkdə təqsirli bilinməsi ilə yanaşı, təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. İş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya şöbəsinin 06 avqust 2025-ci il tarixli, 2-879/25-62-16 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-73/2025 saylı, 30 iyun 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş 05 avqust 2025-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Sözügedən hökm üzrə məhkum qeydiyyata alınmamış, hökm üzrə cəza çəkməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 1(009)-73/2025 saylı hökmü ilə təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək (48 saatdan az olması nəzərə alınmaqla) şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə 30 sentyabr 2024-cü il tarixdə saxlanıldığı bir gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 03 gün müddət həmin cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3-cü maddəsi), Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək (48 saatdan az olması nəzərə alınmaqla) şübhəli şəxs qismində tutulub saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 02 gün müddət həmin cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan hesablanmalı, iş üzrə cəmi 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası hesabına ödənilməli, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən 13 saat hüquqi yardımla bağlı (1 saat – 1 saatı 6 manatdan hesablanmaqla, 12 saat – 1 saatı 11 manatdan hesablanmaqla) 138 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Binəqədi filialındakı İBAN: AZ84İBAZ********************, VÖEN: **********, hesab nömrəsi ******************** olan hesaba köçürülməli, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən 13 saat hüquqi yardımla bağlı (1 saat – 1 saatı 6 manatdan hesablanmaqla, 12 saat – 1 saatı 11 manatdan hesablanmaqla) 138 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülməli, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə dəymiş ziyanın isə təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi və Şahid2 götürülərək maddi sübut kimi tanınmış 01 ədəd “Total” markalı elektrik generatorunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 1(009)-73/2025 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə 30 sentyabr 2024-cü il tarixdə saxlanıldığı bir gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 03 (üç) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan, yəni 13 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 20 yanvar 2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan, yəni 04 noyabr 2025-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi və Şahid2 götürülərək maddi sübut kimi tanınmış 01 ədəd “Total” markalı elektrik generatorunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə cəmi 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən 13 saat hüquqi yardımla bağlı (1 saat – 1 saatı 6 manatdan hesablanmaqla, 12 saat – 1 saatı 11 manatdan hesablanmaqla) 138 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Binəqədi filialındakı İBAN: AZ84İBAZ********************, VÖEN: **********, hesab nömrəsi ******************** olan hesaba köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən 13 saat hüquqi yardımla bağlı (1 saat – 1 saatı 6 manatdan hesablanmaqla, 12 saat – 1 saatı 11 manatdan hesablanmaqla) 138 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. "xxxx" MMC-dən daxil olmuş 02 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №1(026)-11/2025
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-11/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver