Məhkəmə qərarları › İş №1(026)-12/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-12/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-12/2021 31.05.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – xx xxxxxxx 1992-ci ildə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, evli - 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Təklə- Mirzəbaba kəndində qeydiyyatda olub, Abşeron rayonu, Qobustan kəndi, Nəbi Xəzri küçəsində qeydiyyatsız yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında 08 (səkkiz) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,432 qram, 0,322 qram, 0,306 qram, 0,353 qram, 0,372 qram, 0,319 qram, 0,242 qram, 0,192 qram, ümumi təmiz çəkisi 2,538 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,161 qram olan ağ rəngli kristallik formada olan psixotrop maddə metafetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan rayonu ərazisinə daşımış, 05.02.2021 -ci il tarixdə saat 17 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonunun Təklə-Mirzəbaba kəndi ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən 08 (səkkiz) ədəd kağız bükümün içərisində ümumi təmiz çəkisi 2,538 qram narkotik vasitə olan marixuana, gödəkçəsinin sol yan cibindən “Rothmans” markalı siqaret qutusunda olan 01 (bir) ədəd kağız bükümün içərisində ümumi təmiz çəkisi 0,161 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 28 may küçəsində nömrəsiz fərdi evdə yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. 2020-ci ilin dekabr ayında, tarixi xatırlamadığı vaxtda, hazırda yaşadığı Müşfiqabad qəsəbəsində yerləşən M.Müşfiq parkında bir qədər gəzdikdən sonra oturacaqlardan birinə əyləşmişdir. Həmin vaxt o, oturacağın yanında otların arasında sellofan bükülü olduğunu görmüşdür. Sellofan bükülünü götürüb açıb içərisinə baxdıqda, sellofan bükülünün içərisində ümumilikdə 9 ədəd xırda bükümlər olduğunu, həmin bükümləri açdıqda isə bir bükümün içində ağ rəngli tozşəkilli maddə, digər 8 bükümdə isə qurumuş yaşıl kütlə olduğunu görmüşdür. O, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümlərdən tozşəkilli maddənin "şüşə", yəni metafetamin olmasını, qurumuş yaşıl kütlənin isə “nəşə”, yəni marixuana olmasını bilmiş və buna görə də özü istifadə etmək üçün dərhal həmin sellofan bükülünü bağlayıb cibində gizlətmişdir. Sonra da yaşadığı evə, yəni Müşfiqabad qəsəbəsi, 28 may küçəsinə getmiş və həmin bükülüləri istifadə etmək məqsədilə gizlətmişdir. 05 fevral 2021-ci il tarixdə Vəfalı onunla əlaqə saxlayıb Müşfiq qəsəbəsində olduğunu və kəndə gedəcəyini ona bildirdikdə, Vəfalıdan onu da özü ilə kəndə aparmasını xahiş etmişdir. Yerdən tapdığı ümumilikdə 09 ədəd içərisində narkotik vasitə olan bükümləri həmin vaxt özü ilə kəndə aparıb istifadə etmək qərarına gəlmişdir. Həmin gün təxminən saat 16 radələrində Vəfalı ilə görüşüb, Vəfalıya məxsus “Chevrolet Niva” markalı avtomobillə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndinə getmişlər. Kəndə çatıb avtomobildən düşdükləri vaxt mülki formada bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim edib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, sonra Vəfalını da onunla birlikdə rayon PŞ-yə dəvət etmişlər. Bir qədər sonra polis şöbəsində şübhəli şəxs qismində tutulması barədə qərar ona elan edilmiş, həmçinin tutulmasının əsasları, hüquq və vəzifələri ona izah edilmişdir. Polis şöbəsində olan xidməti otaqların birində vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində axtarış aparılmasına başlanılmış və axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansısa əşya varsa, təqdim etməsi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarının sol yan cibindən 08 ədəd kağız bükülünü, qara rəngli gödəkçəsinin sol yan cibindən isə üzərində 'Rothmans” sözləri yazılan siqaret qutusunun içərisində olan 3 ədəd siqaret dənəsi və 01 ədəd kağız bükülünü iştirakçılara təqdim etmişdir. Qara rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 08 ədəd bükülünün içərisində narkotik vasitə olan marixuana olduğunu, qara rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi üzərində '‘Rothmans” sözləri yazılan siqaret qutusunun içərisində olan 01 ədəd kağız bükümün içərisində “şüşə” adlanan narkotik vasitə olduğunu və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, digər əşyalar ona qaytarılmış, lakin içərisində narkotik vasitə olan ümumilkdə 09 ədəd bükümlər və 03 ədəd siqaret dənəcikləri zərfdə qablaşdırılıb möhürləndikdən sonra o imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da vəkil və digər iştirakçılarla birgə imzalamışdır. 06 fevral 2021-ci il tarixdə vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 28 may küçəsində yerləşən fərdi evdə axtarış aparılmış, lakin axtarış zamanı yaşadığı evdən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və bu barədə də protokol tərtib edilmiş, o da vəkil və digər iştirakçılarla birgə imzalamışdır. Bundan başqa o, əvvəllər bir neçə dəfə də narkotik vasitələri yerdən tapdığını, narkotik vasitələrin aludəçisi olduğunu, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmçinin üzərində narkotik vasitələrin olması barədə Şahid1 məlumatı olmadığını, əməlindən peşman olduğunu bildirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla orada yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onunla münasibəti daim yaxşı olmuşdur. 04 fevral 2021-ci il tarixdə ona zəng edərək Müşfiq qəsəbəsinə gələcəyini və orada pivə içmək istədiyini ona dedikdə, Təqsirləndirilən şəxs isə evdə işləri olduğunu və gələ bilməyəcəyini, sabah Qobustan rayonunun Təklə-Mirzəbaba kəndinə gedəcəyini ona bildirmişdir. 05 fevral 2021-ci il tarixdə Müşfiq qəsəbəsində olarkən Eldənizlə əlaqə saxlayıb kəndə gedib-getmədiyini soruşduqda, Eldəniz onu da kəndə aparmasını xahiş etmişdir. Daha sonra o, Eldənizlə təxminən saat 16 radələrində görüşüb özünə məxus “Chevrolet Niva” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndinə yola düşmüşlər. Qobustan rayonunun Təklə- Mirzəbaba kəndinə çatıb avtomobildən düşdükdən sonra mülki formada bir neçə şəxs onlara yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu və Eldənizi rayon PŞ-yə dəvət etmişlər. Bir qədər sonra polis şöbəsində şübhəli şəxs qismində tutulması barədə qərar ona elan edilmiş, həmçinin tutulmasının əsasları, hüquq və vəzifələri ona izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra polis şöbəsində olan xidməti otaqların birində vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində axtarış aparılmasına başlanmış və axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansısa əşya varsa, təqdim edilməsi təklif edilmiş, o isə üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya olmadığını bildirmiş, bundan sonra üzərinə baxış keçirilsə də üzərində qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da vəkil və digər iştirakçılarla birgə imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. 05 fevral 2021-ci il tarixdə özünə məxsus “Chevrolet Niva” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndinə gedərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxsla birgə narkotik vasitə istifadə etməmiş və Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 fevral 2021ci il tarixdə saat 15 radələrində xidməti iş yerində olarkən, Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi Şahid4 Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də Şahid4 tərəfindən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar “Təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Bundan sonra Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri ilə birlikdə təxminən saat 16 radələrində Qobustan rayonunun Təklə-Mirzəbaba kəndi ərazisində müvafiq qaydada müşahidəyə başlamışlar. Müşahidə zamanı Təqsirləndirilən şəxs həmkəndlisi Şahid1 idarə etdiyi “Chevrolet Niva” markalı **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobildən Qobustan rayonu Təklə-Mirzəbaba kəndi ərazisində düşdüyünü görüb dərhal qrup üzvləri ilə birlikdə xüsusi parollarla əlaqə yaradıb Təqsirləndirilən şəxs və yanındakı şəxs Şahid1 yaxınlaşıb özlərini təqdim etmişlər. Bu vaxt Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər, eyni zamanda Şahid1 də RPŞ-yə dəvət etmişlər. Eldəniz Dəmirov və Şahid1 etiraz etmədən, heç bir müqavimət göstərmədən onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişlər. Bundan sonra raportla rəhbərliyə məruzə edilmiş, daha sonra toplanmış materialların icrası təhqiqat qrupunun təhqiqatçısı Bədrəddin İsmayılova həvalə edilmişdir. X3 ilk növbədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarı elan etmiş, həmçinin tutulmasının əsaslarını, hüquq və vəzifələrini izah etmişdir. Sonra polis şöbəsində vəkilin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması başlanmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansısa əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 08 ədəd kağız bükülü, qara rəngli gödəkçəsinin sol yan cibindən isə üzərində “Rothmans” sözləri yazılan siqaret qutusunun içərisində olan 3 ədəd siqaret dənəsi və 01 ədəd kağız bükülünü iştirakçılara təqdim etmişdir. Qara rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 08 ədəd bükülünün içərisində narkotik vasitə olan marixuana və qara rəngli gödəkçəsinin sol yan cibindən isə üzərində “Rothmans” sözləri yazılan siqaret qutusunun içərisində olan 01 ədəd kağız bükülünün içərisində “şüşə” adlanan narkotik vasitə olduğunu və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmış, lakin içərisində narkotik vasitə olan ümumilikdə 09 ədəd büküm və 03 ədəd siqaret dənəcikləri zərfdə qablaşdırılıb möhürləndikdən sonra imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da protokolu digər iştirakçılarla birgə imzalamışdır. Bundan sonra X3 Təqsirləndirilən şəxsla yanaşı polis şöbəsinə dəvət edilmiş Şahid1 də şübhəli şəxs qismində tutulması barədə qərarı elan etmiş, həmçinin tutulmasının əsaslarını, hüquq və vəzifələrini izah etmiş, polis şöbəsində vəkilin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansısa əşya varsa, təqdim etməsi təklif edilmiş, lakin o, üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya olmadığını bildirmişdir. Şahid1 üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokolu digər iştirakçılarla birgə imzalamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6, Şahid7 və Şahid8 iş üzrə Şahid5 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Maşallah oğlu ifadəsində göstərdi ki, 05 fevral 2021-ci il tarixdə Qobustan rayon PŞ-nin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində saxlanılmış Qobustan rayonunun Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsində hal şahidi kimi iştirak etməsini təklif etmişlər. O, öz razılığını bildirdikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Qobustan rayon PŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində saxladığı digər əşyalarla birlikdə əynində olan qara rəngli şalvarının sol yan cibindən 08 ədəd kağız bükülü, qara rəngli gödəkçəsinin sol yan cibindən isə üzərində “Rothmans” sözləri yazılan siqaret qutusunun içərisində olan 3 ədəd siqaret dənəsi və 01 ədəd kağız bükülünü iştirakçılara təqdim etmişdir. Qara rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 08 ədəd bükülünün içərisində narkotik vasitə olan marixuana və qara rəngli gödəkçəsinin sol yan cibindən isə üzərində “Rothmans” sözləri yazılan siqaret qutusunun içərisində olan 01 ədəd kağız bükülünün içərisində “şüşə” adlanan narkotik vasitə olduğunu və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmış, lakin içərisində narkotik vasitə olan ümumilkdə 09 ədəd büküm və 03 ədəd siqaret dənəcikləri zərfdə qablaşdırılıb möhürləndikdən sonra o, imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da vəkil və digər iştirakçılarla birgə imzalamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid2 Maşallah oğlu ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 05 fevral 2021-ci il tarixdə saat 15 radələrində xidməti iş yerində olarkən Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu səbəbdən də tərəfindən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Bundan sonra Qobustan RPŞ-in rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri ilə birlikdə 05 fevral 2021-ci il tarixdə təxminən saat 16 radələrində Qobustan rayonu Təklə-Mirzəbaba kəndi ərazisində müvafiq qaydada müşahidəyə başlamışlar. Müşahidə zamanı Təqsirləndirilən şəxs həmkəndlisi Şahid1 idarə etdiyi “Chevrolet Jiva” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilindən Qobustan rayon əklə-Mirzəbaba kəndi ərazisində düşdüyünü görüb dərhal qrup üzvləri ilə birlikdə xüsusi parollarla əlaqə yaradıb Təqsirləndirilən şəxs və Şahid1 yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Şahid1 də RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 etiraz etmədən, heç bir müqavimət göstərmədən onlarla Qobustan PŞ-yə getmişlər. Polis şöbəsində vəkilin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakları ilə Eldənizin üzərində şəxsi axtarış aparılması başlamışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansısa əşya varsa təqdim etməsi təklif edildi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 08 ədəd kağız bükülü, qara rəngli gödəkçəsinin sol yan cibindən isə üzərində “Rothmans” sözləri yazılan siqaret qutusunun içərisində olan 3 ədəd siqaret dənəsi və 01 ədəd kağız bükülünü iştirakçılara təqdim etdi. Qara rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 08 ədəd bükülünün içərisində narkotik vasitə olan marixuana və qara rəngli gödəkçəsinin sol yan cibindən isə üzərində “Rothmans” sözləri yazılan siqaret qutusunun içərisində olan 01 ədəd kağız bükülünün içərisində “şüşə” adlanan narkotik vasitə olduğunu və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Axtarış zamanı üzərində başqa qanunsuz əşya aşkar edilməmiş, bundan sonra içərisində narkotik vasitə olan ümumilikdə 09 ədəd bükümlər və 03 ədəd siqaret dənəcikləri zərfdə qablaşdırılıb möhürlənmiş, imzalanmış və bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 fevral 2021-ci il tarixli 6/541 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №142” dairəvi möhür əksi olan bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,161 qram olan ağ rəngli kristallik formada olan maddə metafetamindir. Metafetamın 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı 1) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 fevral 2021-ci il tarixli 7/158 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd kağız paketdəki 08 (səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,432 qram; 0,322 qram; 0,306 qram; 0,353 qram; 0,372 qram; 0,319 qram; 0,242 qram; 0,192 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi -2,538 qramdır. Həmin kağız paketdə 03 (üç) ədəd “Rothmans” adlı siqaret tərkibində narkotik aktivliyə komponentlər yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Təqsirləndirilən şəxs götürülmüş 0,161 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,111 qram olan psixotrop maddə metafetamin, ümumi təmiz çəkisi 2,538 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,378 qram olan narkotik vasitə olan qurudulmuş marixuana sübut əhəmiyyəti kəsb etdiyinə görə iş üzrə maddi sübut kimi saxlanması üçün Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş 15 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 fevral 2021-ci il tarixli 418 №-li nömrəli ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi peraparatlarından sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş, Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 14 aprel 2021-ci il tarixli 54 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində qeydiyyatdadır. Himayəsində arvadı- X2 və 2018-ci il təvəllüdlü qızı-X5 vardır. İş materiallarına əlavə edilmiş, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Pirəküşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 31 may 2021-ci il tarixli 269 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Abşeron rayonunun Qobustan kəndində, Nəbi Xəzri küçəsində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş, Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 14 aprel 2021-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə olan şübhəli şəxsin tutulması haqqında 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixə kimi şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun himayəsində azyaşlı uşağının olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,111 qram olan psixotrop maddə metafetamin, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,378 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 192,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən 07 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,111 qram olan psixotrop maddə metafetamin, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,378 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 192,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar