Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-12/2022 31.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1970-ci ildə Şamaxı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 13,610 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib avtomobilində saxlamaqla Qobustan rayonunun Xilmilli kəndinə daşımış, 15 mart 2022-ci il tarixdə saat 11 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonunun Xilmilli kəndi ərazisində saxlanılaraq orada etibarnamə əsasında idarə etdiyi “Tofaş Doğan” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman, həmin avtomobilin saxlanc yerindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 13,610 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 11 mart 2022-ci il tarixdə saat 16 radələrində Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən “Xırman” adlı yerdə piyada gəzən zaman yerdən sellofan bükülü tapmış və onun içinə baxan zaman həmin bükülüdə narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükülüdə qurudulmuş marixuana olduğunu dərhal başa düşmüşdür. Bundan sonra tapdığı narkotik vasitə qurudulmuş marixuananı daha sonra istifadə etmək üçün idarə etdiyi “Tofaş” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerinə, yəni “bardoçokuna” qoymuşdur. 15.03.2022-ci il tarixdə saat 11 radələrində Qobustan rayonu, Xilmilli kəndi ərazisində olan zaman mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim etdikdən sonra, üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra hüquqları izah edilmiş və hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. Hüquqlarını müdafiə etmək üçün olduğu əraziyə öz seçimi əsasında müdafiəçi, həmçinin hal şahidləri dəvət edilmiş, hal şahidlərinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşyanın olub-olmaması soruşulmuş, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını, lakin idarə etdiyi “Tofaş” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində, yəni “bardoçokunda” narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra əvvəlcə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir maddə və ya predmet aşkar olunmamış və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra idarə etdiyi “Tofaş” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin “bardoçokun”dan 01 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni 11 mart 2022-ci il tarixdə saat 16 radələrində Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən “Xırman” adlı yerdə piyada gəzən zaman yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin, psixotrop maddələrin hazırlanması və ya satışı ilə məşğul olmamış, təxminən 1 ildir ki, narkotik vasitələri tüstü halında qəbul etmişdir. Əməlindən səmimi peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. 15 mart 2022-ci il tarixdə Qobustan RPŞ-nə daxil olmuş əməliyyat məlumatında Qobustan rayonu, Xilmilli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuş, həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri Şahid3 və Şahid2 ilə birlikdə 15 mart 2022-ci il tarixdə təxminən saat 11 radələrində Qobustan rayonu, Xilmilli kəndi ərazisində Təqsirləndirilən şəxs saxlanılmış, bundan sonra həmin əraziyə hal şahidləri və Təqsirləndirilən şəxs öz istəyi ilə müdafiəçi X3 dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet, əşya və ya maddənin olub-olmadığı soruşulan zaman, Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan olunmuş hər hansı bir predmetin olmadığını, lakin idarə etdiyi “Tofaş” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində, yəni “bardoçokunda” narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş, hər hansı bir maddə və ya predmet aşkar olunmamış və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra idarə etdiyi “Tofaş” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin saxlanc yerindən, yəni “bardoçokun”dan 01 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 11 mart 2022-ci il tarixdə saat 16 radələrində Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən “Xırman” adlı yerdə piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Qobustan rayonu, Xilmilli kənd sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi, ədavəti və ya düşmənçiliyi olmamışdır. 15 mart 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşı evə gələrək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün, Qobustan rayonu Xilmilli kəndi ərazisində onun üzərinə şəxsi axtarış keçiriləcəyini və həmin şəxsi axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmiş, polis əməkdaşı ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə həmin əraziyə gəlmişdir. Bundan sonra Qobustan rayon Xilmilli kəndi ərazisində müdafiəçi Əlisa Abdullayevin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir maddə və ya predmet aşkar olunmamış və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin saxlanc yerindən, yəni “bardoçokun”dan 01 ədəd sellofan bükülü götürüb, iştirakçılara təqdim edərək, bükülünün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 11 mart 2022-ci il tarixdə saat 16 radələrində Qobustan rayonu, Xilmilli kəndi ərazisində yerləşən “Xırman” adlı yerdə piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 15 mart 2022-ci il tarixdə Qobustan RPŞ-nə daxil olmuş əməliyyat məlumatında Qobustan rayon Xilmili kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunurdur. Həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar PŞ-nin ƏİÜ rəis müavini Şahid1 tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş, Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri Şahid3 və Şahid1lə birlikdə 15.03.2022-ci il tarixdə təxminən saat 11 radələrində Qobustan rayon Xilmili kənd ərazisində Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra həmin əraziyə Təqsirləndirilən şəxs öz istəyi ilə müdafiəçi X3 və hal şahidləri dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir maddə və pedmet, əşya və ya maddənin olub-olmadığı soruşulan zaman, Təqsirləndirilən şəxs onun üzərində qanunla qadağan olunmuş hər hansı bir predmetin olmadığını bildirmişdir. Lakin idarə etdiyi "Tofaş” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində yəni, "bardoçokunda”, yəni saxlanc yerində narkotik vasitə qurudulmuş marixuanaının olduğunu demişdir. Bundan sonra müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə əvvəlcə Babək Mirrzəyevin üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər ansı bir maddə və ya predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilərək idarə etdiyi “Tofaş” markalı **-BX-***' dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin saxlanc yerindən, yəni, bardoçokun”dan bir ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni 11.03.2022-ci il tarixdə saat 16 radələrində Qobustan rayonu Xilmilli kəndi ərazisində yerləşən Xırman adlı ərazidə piyada gəzən zaman yerdən tapıb və şəxsi istifadəsi üçün üzərində saxlayıb. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilib protokol tərtib olunaraq iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 15 mart 2022-ci il tarixli 7/256 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Qobustan rayon sakini Təqsirləndirilən şəxs avtomobilindən...” yazı və imzalar olan zərfdə 1 ədəd sellofanda təmiz çəkisi 13,610 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən, kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 13,610 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 13,560 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 14 aprel 2022-ci il tarixli, 1792 №-li nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 13,610 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 13,560 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 04 aprel 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan rayon Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 12 aprel 2022-ci il tarixli 71 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatdadır. Ailə tərkibi arvadı – 28 oktyabr 1979-cu il təvəllüdlü X4, qızı – 25 avqust 1997-ci il təvəllüdlü X5 və qızı – 22 aprel 1999-cu il təvəllüdlü X2 ibarətdir. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan rayon Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 12 aprel 2022-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 17 mart 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerindən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 13,560 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 13,560 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-12/2022
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-12/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver