Məhkəmə qərarları › İş №1(026)-12/2023

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-12/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-12/2023 01.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1974-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 455,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib idarə etdiyi “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq, Qobustan şəhərinə daşımış, 20 mart 2023-cü il tarixdə saat 20 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin tarixdə saat 21:48-dən 22:06-dək olan müddət ərzində Qobustan RPŞ-nin inzibati binasının həyətində “Azsamand” markalı, **- UT-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilən zaman avtomobilin sürücü oturacağının alt hissəsindən 01 (bir) ədəd sellafon bükülüdə təmiz çəkisi 455,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində yaşasa da, əslən Qobustan rayonundan olduğundan Novruz bayramını qeyd etmək məqsədilə 19 mart 2023-cü il tarixdə Qobustan rayonuna gəlmişdir. Qobustan şəhərində özünə məxsus fərdi yaşayış evi vardır. Narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. 20 mart 2023-cü il tarixdə saat təxminən 15 radələrində Qobustan şəhəri ərazisində yaşadığı evin yaxınlığında gəzərkən yol kənarında otların arasında üzərində yararsız vəziyyətdə sellafon olan bükülü görmüşdür. Həmin sellafon bükülünü götürüb içərisinə baxdıqda, içərisində narkotik vasitə olan “nəşə” olduğunu görmüşdür. Əvvəllər narkotik vasitə olan “nəşə”dən istifadə etdiyi üçün sellafonun içərisində olan kütləni tanımışdır. Həmin içərisində narkotik vasitə “nəşə” olan sellafon bükülünü əlində saxlayaraq idarə etdiyi “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanına gəlmiş, sonra isə həmin yararsız halda olan sellafonu cırıb ataraq avtomobilində olan qara rəngli sellafonun bir hissəsi ilə əvəz etmişdir ki, narkotik vasitə olan “nəşə” hissələrə dağılmasın. 01 ədəd qara rəngli sellafona bükdüyü narkotik vasitəni idarə etdiyi ağ rəngli, “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol, yəni sürücü oturacağının alt hissəsinə qoymuşdur ki, gələcəkdə özü istifadə etsin. 20 mart 2023-cü il tarixdə saat 20 radələrində “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qobustan şəhəri ərazisində idarə edərkən Qobustan rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Qobustan Rayon Polis Şöbəsinə dəvət etmişlər. İdarə etdiyi avtomobillə RPŞ-yə getmişdir. Polis şöbəsində hüquqlarını müdafiə etmək üçün dövlət hesabına ona müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Ağasən Baratov ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyini təklif etmişdir.Ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya olmadığını bildirmişdir. Sonra isə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış və üzərindən gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onun və vəkilin iştirakı ilə rayon polis şöbəsinin həyətində avtomobilində axtarış aparmışlar. Axtarış zamanı avtomobilin qabaq sürücü oturacağının alt hissəsindən 01 ədəd qara rəngli sellafonun içərisində narkotik vasitə olan “nəşə” aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd qara rəngli sellafonun içərisindəki narkotik vasitə “nəşə” polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Axtarış zamanı polis əməkdaşları ondan həmin kütlənin nə olmasını soruşmuş, polis əməkdaşlarına avtomobilindən aşkar olunaraq götürülmüş 01 ədəd qara rəngli sellafonun içərisində olan kütlənin nə olduğunu bilmədiyini demişdir. Lakin əslində 01 ədəd qara rəngli sellafonun içərisində narkotik vasitə olan “nəşə”, yəni marixuana olduğunu bilmiş, sadəcə məsuliyyətə alınacağından qorxduğuna görə həmin kütlənin nə olduğunu bilmədiyini demişdir. Üzərindən aşkar olunaraq götürülmüş marixuananı Qobustan şəhərində olan evinin yaxınlığından yerdən tapmış və özü istifadə etmək üçün avtomobilində saxlamışdır. Avtomobilindən aşkar edilərək götürülmüş sellafonun içərisində olan marixuana özünə məxsusdur. Həmin narkotik vasitə olan marixuananı heç kimdən almamış, həmin narkotik vasitə marixuananı taparkən tək olmuşdur. Himayəsində yetkinlik yaşına çatmayan uşağının, qoca və xəstə atasının olmasının və əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Şahid qismində dindirən Şahid2 ifadə verərək göstərdi ki, Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin müvəkkili Şahid1 tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 20 mart 2023-cü il tarixdə saat 20 radələrində Qobustan şəhər ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Qobustan rayon polis şöbəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmışdır. Axtarış aparılarkən həmin avtomobilin qabaq sürücü oturacağının alt hissəsindən 01 (bir) ədəd qara rəngli sellafon bükülü aşkar edilmiş, həmin bükülü açılıb içərisinə baxıldıqda narkotik vasitəyə bənzər yaşıl ot kütləsi aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə ölçülmüş, aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə təhqiqatçı tərəfindən zərflərə qoyularaq Azərbaycan Respublikası DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid Qobustan RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 20 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Özündən, RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Şahid3 və Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilli Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 20 mart 2023-cü il tarixdə saat 20 radələrində Qobustan şəhər ərazisində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Qobustan rayon polis şöbəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmışdır. Axtarış aparılarkən həmin avtomobilin qabaq sürücü oturacağının alt hissəsindən 01 (bir) ədəd qara rəngli sellafon bükülü aşkar edilmiş, həmin bükülü açılıb içərisinə baxıldıqda narkotik vasitəyə bənzər yaşıl ot kütləsi aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə ölçülmüş, aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə təhqiqatçı tərəfindən zərflərə qoyularaq Azərbaycan Respublikası DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olur, lakin onun narkotik maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 21 mart 2023-cü il tarixli, 7/413 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilən....” sözləri yazılmış kağız paketdə yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli sellafonda təmiz çəkisi 455,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın ümumi çəkisinin 455,0 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 454,95 qram olması qeyd edilmişdir. Məhkəmə narkoloji ekspertizasının 14 aprel 2023-ci il tarixli 2170 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş təmiz çəkisi 455,0 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 454,95 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 21 aprel 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 13 mart 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Faktla bağlı ilkin ibtidai araşdırma dövründə 20 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Azsamand” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobildə video çəkiliş aparılmaqla axtarış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Axtarışın qeydə alındığı videogörüntü diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-in 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş 226 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı-X4, 2004-cü il təvəllüdlü qızı X1 və 2013-cü il təvəllüdlü qızı X2 vardır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-in 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması” haqqında 20 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 22 mart 2023-cü il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının və qoca atasının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının və qoca atasının olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 454,95 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhər probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Bakı şəhər probasiya idarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 454,95 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar