Məhkəmə qərarları › İş №1(026)-13/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-13/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-13/2022 26.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Şamaxı rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu Cəyirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri edilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 noyabr 2019-cu il tarixdən başlayaraq 10 aprel 2014-cü il təvəllüdlü X7 və 06 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Qobustan rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2(026)-29/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni iələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 18 noyabr 2020-ci il tarixdə Qobustan rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci rıaddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona 'enidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi laydada 30 noyabr 2020-ci il, 05 fevral 2021-ci il və 01 mart 2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə-baxılması üçün təqdimat verilənədək, yəni 25 oyabr 2021-ci il tarixə kimi, cəmi 4800 manat məbləğində aliment borcunu tləbkara ödəməyərək zərərçəkmiş şəxs X5 maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli laraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində gostərdi ki, hazırda müvəqqəti olaraq qısa müddətli Bakı şəhəri Nərimanov rayonu ərazisində kirayədə yaşayır, lakin daimi yaşayış yeri Qobustan rayonunun Cəyirli kəndidir. Bakı şəhəri Nərimanov rayonu ərazisində işəmuzd təmir-tikinti sahəsində fəhlə kimi işləyir, gündəlik gəliri 20-25 manat təşkil edir. Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, 2013-cü ildə nikahlarını rəsmiləşdirmiş, həmin nikahdan Gülüş və Nuray adlı övladları anadan olmuş, ilk dövrlərdə arvadı ilə münasibəti normal olsa da, sonradan Zərərçəkmiş şəxs ilə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs qısı 2020-ci ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Qobustan rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli 2(026)-29/2020 saylı qətnaməsinə əsasən 15 noyabr 2019-cu il tarixdən başlayaraq 10 aprel 2014-cü il təvəllüdlü X7 və 06 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, əvvəllər də təmir-tikinti işlərində usta kimi çalışmış, lakin pandemiya dövründə işsiz olduğundan bir müddət ödəniş apara bilməmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Qobustan rayon məhkəmənin 18 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən ona dəfələrlə xəbərdarlıq edilmiş, lakin aliment üzrə cuzi ödəniş etməsinə baxmayaraq, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 4800 manat təşkil etmişdir.Alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Zərərçəkmiş şəxs onun uşaqlarla görüşməsinə icazə verməməsi və aliment məbləğinin yüksək olmasıdır. Özü fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, aylıq alimentin ödənilməsinə imkanı yoxdur. İcra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etməmişdir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qobustan rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2(026)-29/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 15 noyabr 2019-cu il tarixdən başlayaraq 10 aprel 2014-cü il təvəllüdlü X7 və 06 iyun 2011 -ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Qobustan rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra məmuru tərəfindən qətnaməni icra etmək üçün ona yenidən müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirib aliment üzrə heç bir ödəniş aparmamışdır. Təqsirləndirilən şəxs 4800 manat məbləğində aliment borcu vardır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, özü təmir-tikinti işlərində işəmuzd fəhlə kimi Bakı şəhərində işləyir və kifayət qədər qazanc əldə edir. Buna baxmayaraq aliment borcunu ödəmir və onlara heç bir köməklik göstərmir. Təqsirləndirilən şəxs aliment borcunun alınıb ona verilməsində köməklik göstərilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Qobustan rayon məhkəməsinin 2(026)-29/2020 nömrəli 13 iyul 2020-ci il tarixli icra sənədinə əsasən 10 aprel 2014-cü il tarixdə anadan olmuş X8 və 06 iyun 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 noyabr 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi göstərilmişdir. Göstərilən icra vərəqəsi 14 iyul 2020-ci il tarixdə Qobustan rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmiş, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməmişdir. Borclu şöbəyə dəvət edilərək müxtəlif tarixlərdə izahatı alınmış, borcun məcburi icrası üçün görülən tədbirlər müsbət nəticə verməmiş, borclu Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin 3(026)-232/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarı ilə tələbi icra etməsi ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmiş, inzibati tənbehdən sonra tələblə əlaqədar borclu K.Qaybalıyevə məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş və yeni müddət verilmişdir. Lakin tələb yenə icra olunmamışdır. 11 dekabr 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Qobustan rayonu Cəyirli kəndində yerləşən yaşadığı mənzilə baxış keçirilmiş, zəruri istifadədə olan əmlaklardan başqa tələbin yönəldilə biləcək heç bir əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Qobustan rayon məhkəməsinin 8(026)-2/2021 saylı 22 yanvar 2021-ci il tarixli qərardadı ilə K.M.Qaybalıyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin 2(026)-29/2020 saylı 13 iyul 2020-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. X1 16 mart 2021-ci il tarixdə Qobustan rayon icra və probasiya şöbəsinə teleqram göndərərək Kamal Qaybalıyevin ona heç bir məbləğdə aliment borcunu ödəmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. X12 25 noyabr 2021-ci il tarixə aliment borcu 4800 manat təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik informasiya İdarəsindən daxil olmuş 24 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Qobustan rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli 2(026)-29/2020 saylı qətnaməsindən görünür ki, 15 noyabr 2019-cu il tarixdən aşlayaraq 10 aprel 2014-cü il təvəllüdlü X7 və 06 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qobustan rayon icra qrupunun 14 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qobustan rayon məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2(026)- 29/2020 saylı icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmışdır. İşdə olan Qobustan rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 3(026)-232/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilmişdir. Qobustan rayon məhkəməsinin 22 yanvar 2021-ci il tarixli 8(026)-2/2021 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qobustan rayon polis şöbəsinin 16 aprel 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması protokolundan görüür ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış işi nəticəsində Bakı şəhəri ərazisindən tutularaq Bakı şəhəi, Yasamal rayon PŞ-in MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriyi Sumqayıt regional ədliyyə idarəsinin müvəqqəti saxlana yerindən azad edilməsi barədə 18 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 31 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə onun haqqında axtarış elan edilmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 30 iyun 2022-ci il tarixli 145-7194- 1222 saylı məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə Bakı şəhəri ərazisindən tutularaq Qobustan rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmuuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, aliment borcunu ödəməməsini nəzərə alaraq Təqsirləndirilən şəxsnа təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdən 18 aprel 2022-ci il tarixədək həbsdə olduğu iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 iyun 2022-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar