Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-13/2023 26.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 (bir) ədəd Rusiya Federasiyasında İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Калашников” konstruksiyalı, 7,62 mm kalibrli, “AK 103” markalı, ********* nömrəli, texniki cəhətdən saz vəziyyətdə atəş açmaq üçün yararlı yivli odlu avtomatik döyüş silahı, 40 (qırx) ədəd zavod üsulu ilə hazırlanmış, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Калашников” konstruksiyalı, “АК” (“АКМ”, “АКС”, “АКМС”) markalı avtomat silahlarda, “РПК” (“РПКС”) markalı əl pulemyotlarında, “СКС” karabinində və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 02 ədədinin dib hissəsində “711-79” rəqəmləri olan, 1979-cu ildə Klinovsk silah zavodunda, 38 ədədinin dib hissələrində “539-91” rəqəmləri olan, 1991-ci ildə Tula patron zavodunda istehsal edilmiş, istifadəyə (atəşə) yararlı, döyüş sursatları hesab olunan patronları, “РПК” (“РПКС”) markalı əl pulemyot silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış 45 (qırx beş) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan istifadəyə yararlı, avtomat silahda istifadəsi mümkün olan 01 (bir) ədəd sandıqçanı əldə edərək tanışı Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq, Qobustan rayonu ərazisində daşımış, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılmış, xx.xx.2023-cü il tarixdə saat 01:04-dən saat 01:25-dək olan müddət ərzində Qobustan RPŞ-nin inzibati binasının həyətində həmin avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sərnişin oturacağının qarşı tərəfində, ayaqaltının üzərində olan 01 (bir) ədəd idman çantasının içərisindən 01 (bir) ədəd yivli odlu avtomatik döyüş silahı, 40 (qırx) ədəd döyüş sursatları hesab olunan patron, “РПК” (“РПКС”) markalı əl pulemyot silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 (bir) ədəd sandıqça aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onun dostudur. Ümidlə aralarında normal münasibətlər var. 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yolda gedərkən ona taksi lazım olduğundan yol ilə gedən bir taksiyə əlini qaldırıb onu lazım olan ünvana aparmasını xahiş etmişdir. Bundan sonra həmin taksiyə əyləşmiş və yol boyu taksi sürücüsü ilə söhbət etməyə başlamışlar. Söhbət zamanı o, taksi sürücüsünə pula ehtiyacı olduğu üçün işləmək istədiyini, ancaq iş tapa bilmədiyini demişdir. Tanımadığı və adını bilmədiyi həmin taksi sürücüsü ona “İran vətəndaşı ilə səni əlaqələndirəcəyəm, o, sənə müxtəlif ünvanlardan əşyaları götürüb ona çatdıracağını tapşıracaq, əvəzində isə sənə pul verəcəkdir” demişdir. O, həmin sürücü ilə razılaşmışdır. Sürücü ondan mobil telefon nömrəsini götürmüş və mobil telefon nömrəsini İran vətəndaşına verəcəyini, İran vətəndaşının onunla əlaqə saxlayacağını bildirmiş, o da razılaşmışdır. Həmin vaxt o, sürücüdən nömrə götürməmişdir. 30 aprel 2023-cü il tarixdə o, evdə olarkən bir nəfər şəxs xatırlamadığı İran nömrəsi ilə ona məxsus mobil telefon nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng vurub Qobustan şəhərində fəaliyyət göstərməyən anbarların həyətində idman çantası olduğunu, həmin çantanı götürüb Bakı şəhərinə gətirməyini, çantanı Bakı şəhərində müəyyən bir yerə qoyub ünvanı ona göndərməyini və özünün həmin çantanı götürəcəyini, sonra ona pul verib razı salacağını bildirmişdir. O, İran vətəndaşı ilə razılaşmışdır. Həmin vaxt İran vətəndaşı məkanı (konumu) onun mobil telefonuna göndərmişdir. 01 may 2023-cü il tarixdə saat təxminən 21-22 radələrində o, dostu Ümidin mobil telefon nömrəsinə zəng vurub avtomobili ilə onu Qobustan şəhərinə aparmasını və oradan çanta götürəcəyini bildirmişdir. Ümid onunla razılaşmışdır. Ümidə onu Qobustan şəhərinə aparmasına görə taksi pulunu vermişdir. Bundan sonra onlar Ümidin “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qobustan şəhərinə yola düşmüşlər. 01 may 2023-cü il tarixdə saat 23 radələrində Qobustan şəhərinə çatmışlar. Qobustan şəhərinin girişində anbarların yanında o, Ümidə avtomobili saxlamasını demiş, Ümid də avtomobili saxlamışdır. O, avtomobildən düşmüş və anbarların həyətinə gəlmişdir. Anbarların həyətində yerdə 01 ədəd idman çantası olduğunu görmüş, həmin çantanı götürərək gəlib avtomobilə əyləşmiş və Ümidə avtomobili sürməsini demişdir. Avtomobildə çantanın içərisinə baxdıqda içərisində silah olduğunu görmüşdür. O, həmin çantanı götürüb avtomobilin sağ arxa oturacağının qarşısında ayaqaltının üzərinə yerə qoymuşdur. Ümid onun çantaya baxmağını görüb çantada nə olduğunu soruşmuşdur. O da Ümidə çantada silah olduğunu demişdir. Ümid silah adını eşitdikdə qorxmuşdur. Ona nə səbəbə bu barədə əvvəldən demədiyini bildirmiş və aralarında sözlə mübahisə yaranmışdır. Həmin yerdən biraz aralanmışlar ki, dairədə polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onlara qanunsuz odlu silah saxlamaqda şübhəli olduqlarını bildirib, Qobustan RPŞ-yə dəvət etmişlər, polis əməkdaşları ilə Polis Şöbəsinə gəlmişlər. Qobustan RPŞ-də xidməti otaqlarının birində onun və Ümidin üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərilərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Sonra RPŞ-nin həyətində Ümidin idarə etdiyi “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sərnişin oturacağının qarşı tərəfində yerdə, ayaqaltının üzərinə qoyduğu 01 ədəd idman çantası aşkar olunmuşdur. Həmin idman çantası polis əməkdaşları tərəfindən açıldıqda içərisində 01 ədəd avtomat silah, 40 ədəd patron və 01 ədəd sandıqça olduğu müəyyən edilmişdir. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq o, içərisində 01 ədəd avtomat silah, 40 ədəd patron və 01 ədəd sandıqça olan çantanı İran vətəndaşının tapşırığı ilə Qobustan şəhərində anbarların həyətindən götürüb həmin şəxsə çatdırmaq üçün əldə etdiyini bildirmişdir. Sonra həmin 01 ədəd avtomat silah, 40 ədəd patron və 01 ədəd sandıqça qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və tərtib edilmiş protokolu onlar imzalamışlar. Həmin silah və döyüş sursatlarını İran vətəndaşının tapşırığı ilə Qobustan şəhərinin giriş hissəsində anbarların həyətində yerdən götürüb əldə etmişdir. həmin çantanı Bakı şəhərində hər hansı bir yerə qoyaraq, ünvanı İran vətəndaşına göndərib, ona çatdırmalı idi. O, İran vətəndaşını əvvəllər tanımamışdır. İran vətəndaşı ilk dəfədir ki, ona zəng etmişdir. Həmin şəxs onunla Cənubi Azərbaycan ləhcəsi ilə danışmış, həmin şəxsi ümumiyyətlə görməmişdir. Həmin şəxs xatırlamadığı İran nömrəsi ilə ona məxsus mobil telefon nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edib danışmışdır. Silahın Ümidə aidiyyəti olmamışdır. Ümidin onun İranlı vətəndaş ilə arasında olan söhbətdən də xəbəri olmamışdır. Ümumiyyətlə, Ümidə çantanı hər-hansı şəxsdən, yoxsa yerdən götürəcəyini belə deməmişdir. İranlı şəxs ona yalnız içərisində bağlama olan idman çantasını götürməyini demiş, lakin içərisində nə olduğunu deməmiş, çantanı götürüb ona çatdırdıqdan sonra ona pul verib razı salacağını demişdir. O, çantanın içərisində qanunsuz əşya olacağını bilsə də, konkret olaraq silah olacağını bilməmişdir. O, heç vaxt İran vətəndaşını görməmiş, onlar yalnız telefonla danışmışlar. O, həmin silah və döyüş sursatlarından heç vaxt istifadə etməmişdir. Həmin silahı saxlamaqda məqsədi iranlının bildirəcəyi ünvana silahı aparmaq və gəlir əldə etmək olmuşdur. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. Baba ilə arasında normal münasibətlər var. Özü “Uber” adlı taksi şirkətində sürücü işləyir. Etibarnamə əsasında həmin şirkətə məxsus “Toyota Prius” markalı, **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksi kimi fəaliyyət göstərir. 01 may 2023-cü il tarixdə saat 21-22 radələrində Baba ona məxsus mobil telefon nömrəsinə zəng edib avtomobili ilə onu Qobustan şəhərinə aparmasını bildirmişdir. Baba ilə razılaşmışdır. Baba onun taksi pulunu verdikdən sonra birlikdə idarə etdiyi “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobustan şəhərinə getmişlər. 01 may 2023-cü il tarixdə saat 23 radələrində onlar Qobustan şəhərinə çatmış, Qobustan şəhərinin girişində anbarların yanında Baba ona avtomobili saxlamağını demiş, o da avtomobili saxlamışdır. Baba avtomobildən düşərək anbarların həyətinə getmişdir. Az sonra Baba əlində idman çantası ilə avtomobilə qayıtmışdır. Ona avtomobili sürməsini demiş, o da avtomobili hərəkət etdirməyə başlamışdır. O, Babanın çantanın içərisinə baxdığını görüb çantada nə olduğunu soruşduqda isə Baba ona həmin çantanın içərisində silah olduğunu bildirmişdir. Baba, həmçinin ona “həmin çantanı Bakı şəhərində müəyyən yerə qoyacam, bir nəfər şəxs həmin çantanı götürəcək” demişdir. Silah sözünü eşitdikdə qorxaraq Babaya öz etirazını bildirmişdir ki, nə səbəbə ona əvvəlcədən bu barədə məlumat verməmişdir. Bilsə idi, heç Babanı Qobustan şəhərinə gətirməzdi. Bununla bağlı aralarında sözlə mübahisə düşmüşdür. O, avtomobili bir qədər idarə etdikdən sonra dairədə polis əməkdaşları onları saxlamışlar. Onları qanunsuz silah saxlamaqda şübhəli olduqları üçün Qobustan RPŞ-yə dəvət etmişlər. O və Baba polis əməkdaşları ilə Polis Şöbəsinə gəlmişlər. Qobustan RPŞ-nin xidməti otaqlarının birində onun və Babanın üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərilərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Sonra RPŞ-nin həyətində onun idarə etdiyi “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sərnişin oturacağının qarşı tərəfində, yerdə, ayaqaltının üzərinə Babanın qoyduğu 01 ədəd idman çantası aşkar olunmuşdur. Həmin idman çantası polis əməkdaşları tərəfindən açıldıqda içərisindən 01 ədəd avtomat silah, 40 ədəd patron və 01 ədəd sandıqça aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq Baba içərisində odlu silah və döyüş sursatları olan çantanı İran vətəndaşının tapşırığı ilə Qobustan şəhərində anbarların həyətindən götürüb həmin şəxsə çatdırmaq üçün əldə etdiyini bildirmişdir. Sonra həmin odlu silah və döyüş sursatları qablaşdırılaraq möhürlənmişdir. Bununla bağlı protokol tərtib edilmiş və tərtib edilmiş protokolu onlar imzalamışlar. Baba ona İran İslam Respublikası vətəndaşının kim olması barədə hər hansı məlumat verməmiş, o, həmin şəxsi tanımır, onunla heç bir formada əlaqəsi olmamışdır. Baba gələrkən ona çanta götürəcəyini desə də, lakin çantanın içərisində silah olacağını ağlına gətirməmişdir. Baba idman çantasını götürüb avtomobilə mindikdən sonra o, Babadan çantada nə olduğunu soruşduqda ona çantanın içərisində silah olduğunu demişdir. Onun bu məsələdə Baba ilə arasında hər hansı əlbirliyi, o cümlədən heç bir maddi marağı olmamışdır. Şahid qismində dindirilmiş Qobustan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadə verərək göstərdi ki, 01 may 2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Şahid2 tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq ondan, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2, Şahid6, Şahid3 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 may 2023cü il tarixdə saat 23 radələrində Qobustan şəhər ərazisində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanaraq, ona qanunsuz olaraq odlu silahı saxlaması və üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs yanında olduğundan onların əlbir ola biləcəklərini ehtimal etdiklərindən Şahid1 də üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs və Şahid1 heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişlər. 02 may 2023-cü il tarixdə rayon Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs və Şahid1 hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduqları və dövlət hesabına təyin olunmuş müdafiəçilərin, həmçinin polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və Şahid1 üzərilərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Onların üzərində qanunla qadağan olunan hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs, onların vəkilləri, həmçinin polis əməkdaşları Şahid2, Şahid6, Şahid5, Şahid3, Şahid7 və onun iştirakı ilə Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sərnişin oturacağının qarşı tərəfində, yerdə ayaqaltının üzərində 01 ədəd idman çantası aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin çantanın özünə məxsus olduğunu bildirmişdir. Həmin idman çantası açıldıqda içərisindən 01 ədəd avtomat silah, 40 ədəd patron və 01 ədəd sandıqça aşkar olunmuşdur. Təqsirləndirilən şəxs içərisində silah, patronlar və sandıqça olan çantanı İran vətəndaşının tapşırığı ilə Qobustan şəhərində fəaliyyət göstərməyən anbarların həyətindən götürüb həmin şəxsə çatdırmaq üçün əldə etdiyini demişdir. 01 ədəd avtomat silah, 40 ədəd patron və 01 ədəd sandıqça təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Aşkar edilmiş 01 ədəd silah, 40 ədəd patron və 01 ədəd sandıqça götürülmüşdür. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun hissəsini əldə edərək üzərində saxlamış, lakin Təqsirləndirilən şəxs odlu silahın və onun hissəsinin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Şahidlər Şahid5, Şahid3, Şahid6 və RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid7 isə Şahid4 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 01 may 2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq ondan, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid4, Şahid6, Şahid3 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. 01 may 2023-cü il tarixdə saat 23 radələrində Qobustan şəhər ərazisində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanaraq, ona qanunsuz olaraq odlu silahı saxlaması və üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞyə getməsini bildirmişlər. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxs yanında olduğundan onların əlbir ola biləcəklərini ehtimal etdiklərindən Şahid1 də üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs və Şahid1 heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞyə gəlmişlər. 02 may 2023-cü il tarixdə Rayon Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs və Şahid1 hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduqları və dövlət hesabına təyin olunmuş müdafiəçilər Pərvanə Hüseynova və Sirac Əsgərov, həmçinin polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və Şahid1 üzərilərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Onların üzərində qanunla qadağan olunan hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Şahid1, Təqsirləndirilən şəxs, onların vəkilləri Pərvanə Hüseynova və Sirac Əsgərov, həmçinin polis əməkdaşları Şahid4, Şahid6, Şahid5, Şahid3, Şahid4, Şahid7 və onun iştirakı ilə Şahid1 idarə etdiyi “Toyota Prius” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sərnişin oturacağının qarşı tərəfində, yerdə ayaqaltının üzərində 01 ədəd idman çantası aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin çantanın özünə məxsus olduğunu bildirmişdir. Həmin idman çantası açıldıqda içərisindən 01 ədəd avtomat silah, 40 ədəd patron və 01 ədəd sandıqça aşkar olunmuşdur. Təqsirləndirilən şəxs içərisində silah, patronlar və sandıqça olan çantanı İran vətəndaşının tapşırığı ilə Qobustan şəhərində fəaliyyət göstərməyən anbarların həyətindən götürüb həmin şəxsə çatdırmaq üçün əldə etdiyini demişdir. 01 ədəd avtomat silah, 40 ədəd patron və 01 ədəd sandıqça təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Aşkar edilmiş 01 ədəd silah, 40 ədəd patron və 01 ədəd sandıqça götürülmüşdür. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun hissəsini əldə edərək üzərində saxlamış, lakin Təqsirləndirilən şəxs odlu silahın və onun hissəsinin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-ballistik ekspertizasının 02 may 2023-cü il tarixli, 3/717 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah Rusiya Federasiyasında İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Калашников” konstruksiyalı, 7,62 mm kalibrli, “AK 103” markalı, “171152264” nömrəli, yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, tətiyini çəkmədən atəş açılmır, atəşə yararlıdır. Təqdim edilən avtomat silahın hissələrinin üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilən avtomat silahın zavod nişanlarında sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 40 ədəd patron zavod üsulu ilə hazırlanmış 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Калашников” konstruksiyalı, “АК” (“АКМ”, “АКС”, “АКМС”) markalı avtomat silahlarda, “РПК” (“РПКС”) markalı əl pulemyotlarında , “СКС” karabinində və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Həmin 40 ədəd patrondan 02 ədədinin dib hissəsində “711- 79” rəqəmləri olan, 1979-cu ildə Klinovsk silah zavodunda, 38 ədədinin dib hissələrində “539-91” rəqəmləri olan, 1991-ci ildə Tula patron zavodunda istehsal edilmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça “РПК” (“РПКС”) markalı əl pulemyot silahının funksional əhəmiyyət daşımayan komplekt hissələri olmaqla, zavod üsulu ilə hazırlanmış, 45 (qırx beş) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, istifadəyə yararlıdır. Həmin sandıqçanın tədqiqata təqdim edilmiş avtomat silahda istifadəsi mümkündür. Rəyin təsviri hissəsində göstərilənlərə əsasən tədqiqata təqdim edilmiş 7,62 mm kalibrli patronlardan üç ədədi götürülməklə (patronların və sandıqçanın tədqiqatı aparıldıqdan sonra) sandıqça silaha birləşdirilib, Mərkəzin tirində eksperimental atəşlər açılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 16 may 2023-cü il tarixli, 3-13-11/2-6287/2023 nömrəli məktubundan görünür ki, təqdim edilmiş 7,62 mm kalibrli, ********* nömrəli, AK-103 modelli, “Kalaşnikov” konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “gülləgiliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Təqdim edilmiş 37 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Калашников” konstruksiyalı, yivli odlu avtomatik döyüş silahı, 40 (qırx) ədəd (tədqiqatlardan sonra qalan 34 ədəd) döyüş sursatları hesab olunan patron, “РПК” (“РПКС”) markalı əl pulemyot silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 (bir) ədəd sandıqça maddi sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 22 may 2023-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 02 may 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 60 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən 03 iyul 2023-cü il tarixdə verilmiş 30 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 02 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Qobustan rayon məhkəməsinin 03 may 2023-cü il tarixli 4(026)-6/2023 saylı qərarı ilə barəsndə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seilmiş, həbsetmənin əvvəli 02 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxsnа təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan təqdiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan 1 ədəd “Калашников” konstruksiyalı, yivli odlu avtomatik döyüş silahı, 40 ədəd (tədqiqatlardan sonra qalan 34 ədəd) döyüş sursatları hesab olunan patron, “РПК” (РПКС) markalı əl pulemyot silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 ədəd sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilməli, 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs edildiyi tarixdən, yəni 02 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan təqdiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan 1 ədəd “Калашников” konstruksiyalı, yivli odlu avtomatik döyüş silahı, 40 ədəd (tədqiqatlardan sonra qalan 34 ədəd) döyüş sursatları hesab olunan patron, “РПК” (РПКС) markalı əl pulemyot silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 ədəd sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilsin. İş üzrə 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-13/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-13/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver