Məhkəmə qərarları › İş №1(026)-14/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-14/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-14/2021 14.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs- 22 fevral 1992-ci ildə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 azyaşılı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan və Qobustan rayonunun Cəngi qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdə saat 12 radələrində Qobustan rayonunun Qaracüzlü kəndində müvəqqəti olaraq yaşadıqları fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əlindəki ağac parçası ilə arvadı Zərərçəkmiş şəxs sol qolundan vuraraq ona sol dirsək sümüyünün 1/3-nin qapalı sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayon Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla Qobustan rayon Cəngi qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şərfəliyeva Güllü ilə 2018-ci ildən ailəlidir və 3 övladları var. Evli olduqları müddət ərzində münasibətləri normal olmuşdur. Qobustan rayon Cəngi qəsəbəsində anası, atası və arvadı ilə birlikdə yaşayır. Çoban işlədiyinə görə qış mövsümünü Qobustan rayon Qaracüzlü kəndi ərazisində yerləşən fermada Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş keçirir. hazırda da həmin fermada yaşayır. 30 aprel 2021-ci il tarixdə əsəbi halda evə gəlmiş və arvadı Güllünün onun anası Zöhrə ilə söz-söhbət yaratdığını görmüşdür. Anası bu mübahisədən sonra evə su gətirmək üçün evdən çıxıb getmişdir. Güllünün onun anası ilə mübahisə etdiyini Güllüyə irad tutmuş və bu səbəbdən də aralarında mübahisə olmuşdur. Güllüyə sakit olmasını bildirsə də Güllü sakitləşməmişdir. O, həmin vaxt əsəbi olduğuna görə Güllüyə sillə vurmaq istəmiş lakin Güllü geriyə çəkildiyinə görə sillə ona dəyməmişdir. O, həmin vaxt otaqda olan ağac parçasını əlinə götürüb Güllünün sol qoluna və bədəninin müxtəlif yerlərinə zərbələr vurmuş və həyətə çıxmışdır. İlkin olaraq Güllünün qolunun sadəcə olaraq əzildiyini fikirləşdiyi üçün Güllünü həkimə aparmamışdır. Sonradan hadisə barədə atası Ağarzaya məlumat verdikdən sonra Güllünün qolunun ağrılarının artdığını gördüyündən Güllünü həkimə aparmağa qərar vermişdir. 02 may 2021ci il tarixdə arvadı Güllünü Şamaxı RMX-yə aparmışlar. Həkimin onlardan Güllünün qolunun sınması səbəbini soruşduqda isə həkimə Güllünü iribuynuzlu heyvanın vurduğunu demişlər. Lakin hadisə barədə Güllünün atası Qalibə məlumat verdikdən sonra Qalib Güllünü yenidən həkimə aparmış və bu zaman həkimə qolunu onun sındırdığını bildirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Qabil qızı ifadə verərək göstərdi ki, Qobustan rayon Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla Qobustan rayon Qaracüzlü kəndində yaşayır. Təqsirləndirilən şəxs ilə 2018-ci ildə evlənmişlər və bu evlilikdən 3 övladları vardır. Ailəli olduqları müddət ərzində aralarında münasibətlər normal olmuşdur. Ağamirzə çoban olduğuna görə onlar ilin müəyyən hissəsini Qobustan rayon Cəngi qəsəbəsində keçirsələr də, qış aylarında Qobustan rayon Qaracüzlü kəndində yerləşən fermaya gedib qışı orada yaşayırlar. Ağamirzənin anası Şahid2 da onlarla birlikdə yaşayır. 30 aprel 2021-ci il tarixdə saat 12 radələrində Qobustan rayon Qaracüzlü kəndində yerləşən evdə olarkən əri Ağamirzə aralarında olan əvvəlki mübahisələri bəhanə gətirərək onunla yenidən mübahisə edərək ona “bu evdə sakit qal və dediyim sözlərə qulaq as”- dediyinə görə Ağamirzəyə öz etirazını bildirmişdir. Ağamirzə evdə olan ağac parçası ilə onu vurmaq istəmiş o, geriyə çəkilmək istəsə də ağac onun sol qolunun dirsək hissəsinə dəymişdir. Ağamirzə onun yerə yıxıldığını görüb onun bədəninin müxtəlif hissələrindən təpiklə zərbələr vuraraq onu döyməyə davam etmişdir. Bir neçə dəqiqə onu davamlı olaraq döydükdən sonra isə otaqdan çıxıb getmişdir. O da Ağamirzənin arxasınca sürünə-sürünə otaqdan çıxmış və Ağamirzənin yanına gedərək hadisə barədə polisə məlumat verəcəyini bildirmişdir. Həmin vaxt Ağamirzənin yanında olan anası Zöhrə isə “get hara istəyirsən şikayət elə”- sözlərini demişdir. Lakin həmin vaxt onun mobil telefonu olmadığı üçün polisə məlumat verə bilməmişdir. Əri Ağamirzə ilə aralarında olan mübahisə barədə heç kimə xəbər vermədiyi üçün onu həkimə də aparmamışlar. Əri və qayınanası Zöhrənin onun həkimə aparmadıqlarını görüb bu barədə qayınatası Ağarzaya xəbər vermişdir. Qayınatası 02 aprel 2021-ci il tarixdə onu Şamaxı rayon xəstəxanasına aparmış və müayinə etdirmişdir. Həmin xəstəxananın həkimi ondan xəsarət almağının səbəbini soruşduqda isə o, ərindən qorxduğu üçün iribuynuzlu heyvanın zərbəsi ilə qolunun sındığını demişdir. Həkim onu müayinə edərək sol qolunun sındığını deyib qoluna gips qoymuşdur. Xəstəxanadan çıxdıqdan sonra isə qayınatası Ağarza onu Qobustan rayon Cəngi qəsəbəsində yerləşən öz yaşadıqları evə gətirmişdir. Qayınatası əri ilə onu barışdıracağını və mübahisə olmayacağını bildirmiş və ondan evdə qalmasını xahiş etmişdir. Buna görə də o, baş vermiş hadisə barədə heç kimə məlumat verməmişdir. Lakin 06 may 2021-ci il tarixdə atası Qalib onun yanına qonaq gəldikdə qolunu görmüş və səbəbini soruşduqda o, atasına Ağamirzə tərəfindən döyüldüyünü demişdir. Atası isə onu Şamaxı rayon Xəstəxanasına aparmışdır. Əri Təqsirləndirilən şəxs oğlundan heç bir şikayəti və tələbi olmadığını, onunla barışdığını və ona dəymiş ziyanın ödənilməsini bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Şahid1 ifadə verərək göstərdi ki, Qobustan rayon Cəngi qəsəbəsində yaşayır. Bəzən də, oğlu Ağamirzənin yaşadığı Qobustan rayon Qaracüzlü kəndində onlarla birlikdə qalır. Arvadı Zöhrə bir müddətdir oğlu Ağamirzə ilə eyni evdə yaşayır. 02 may 2021-ci il tarixdə oğlu Ağamirzə ilə gəlini Güllünün arasında 30 aprel 2021-ci il tarixdə Qobustan rayon Qaracüzlü kəndində-yerləşən evdə mübahisə yaranması barədə məlumatı olmuşdur. Mübahisə nəticəsində gəlini Güllünün qolunun ağrıdığını və bir neçə gün keçməsinə baxmayaraq ağrılarının azalmadığını bilib 02 may 2021-ci il tarixdə Güllünü Şamaxı RMX-ya aparmışdır. Lakin baş vermiş hadisə barədə Güllünün ailəsinə məlumat verməmişdir. Bundan sonra isə Güllünü öz yaşadığı evə aparmış və oğlu Ağamirzə ilə barışdırmağa çalışmışdır. 06 may 2021-ci il tarixdə Güllünün atası Qalib onların yanına gəlmiş və hadisə barədə məlumat aldıqdan sonra qızı Güllünü öz evinə aparmışdır. Şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs 2018-ci ildə Təqsirləndirilən şəxsla evlənmişlər, bu evlilikdən onların üç övladları vardır və ailəli olduqları müddət ərzində münasibələri yaxşı olmuşdur. 06 may 2021-ci il tarixdə qızının yaşadığı evə qonaq getdikdə Güllünün qolunun gipsdə olduğunu görüb və bunun səbəbini soruşmuşdur. Cavabında isə qızı ona əri tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra o, qızı Güllünü Şamaxı RMX-yə aparmış və təkrar müayinədən keçirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu və Zərərçəkmiş şəxs isə onun gəlinidir. Evləri ayrı-ayrı yerlərdə olsa da müəyyən vaxtlarda Qobustan rayon Cəngi qəsəbəsində yerləşən evdə birlikdə yaşayırlar. Oğlu və gəlini ailəli olduqları müddət ərzində münasibətləri daima yaxşı olmuşdur. Bir müddətdir oğlu Ağamirzə və gilini Güllü ilə birlikdə Qaracüzlü kəndində yaşayır. 30 aprel 2021-ci il tarixdə saat 12 radələrində Qobustan rayon Qaracüzlü kəndində yerləşən evdə olarkən oğlu Ağamirzə ilə gəlini Güllünün mübahisə etdiklərini görüb su gətirmək bəhanəsi ilə evdən çıxmışdır. Bir neçə dəqiqədən sonra oğlu Ağamirzənin əsəbi halda çölə çıxdığını və arxasınca da gəlini Güllünün qolunu tutaraq Ağamirzənin yanına getdiyini görüb Güllüdən nə baş verdiyini soruşmuşdur. Güllü ona Ağamirzənin onun qoluna ağacla vurduğunu qolunun ağrıdığını demişdir. O isə Güllünün qolunun əzildiyini güman edib ona xəstəxanaya aparmamışdır. Güllünün qolunun ağrısının bir neçə gün davam etdiyini görüb əri Ağarzaya bu barədə xəbər göndərmiş, Ağarzada dərhal gəlib Güllünü Şamaxı rayonuna xəstəxanaya aparmışdır. Güllünün qolunun sındığını da xəstəxanadan qayıtdıqdan sonra öyrənmişdir. Bir neçə gündən sonra Güllünün atası onlara qonaq gəlmiş və qızının qolunun sarğıda olduğunu görüb səbəbini soruşduqda Güllü hadisə barədə atasına məlumat vermişdir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 verdiyi 08 may 2021-ci il tarixli 56 nömrəli rəydə göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı sol dirsək sümüyünün orta 1/3-nin qapalı sınığı küt əşya təsirindən törənməklə, 30 aprel 2021-ci il tarixə uyğundur və kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az-ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş 17 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 may 2021-ci il tarixli 80 saylı arayışında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Qobustan rayonu Təklə- Mirzəbaba kəndində qeydiyyatdadır və himayəsində arvadı X6, qızı X2, oğlu X3 və oğlu X9 oğlu vardır. İş materiallarına əlavə olunmuş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını,ona dəymiş ziyanın ödənildiyini, оndan heç bir şikayəti və tələbi olmadığını göstərdi. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, əməlindən səmimi peşman olduğunu, hazırda zərərçəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək barəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını və zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişə dəymiş ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 73.2-ci və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işin icraatına Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar