Məhkəmə qərarları › İş №1(026)-14/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-14/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-14/2022 27.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, barəsində şikayət edilən şəxs X2 iştirakı ilə, X4 X5 barəsində Azərbaycan Respublikası CM-inin 147.1 və 148-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 X5 barəsində Azərbaycan Respublikası CM-inin 147.1 və 148-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 nümayəndəsi və vəkili Müdafiəçi1 məhkəməyə ərizə göndərərək hal-hazırda X7 ilə X5 arasında barışıq əldə edildiyini, ona görə də X4 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətdən imtina etməsi barədə ərizənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət edilən şəxs X1 Anar Səfər oğlu arasında barışıq olduğunu nəzərə alaraq şikayətdən imtina olunması barədə ərizənin qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində şikayət edilən şəxs X3 dinləyib, işdə olan sənədləri araşdırıb hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətdən verilmiş imtina qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, şikayət verən X4 vəkili və nümayəndəsi Müdafiəçi1 X5 ilə barışması və şikayətdən imtina barədə ərizəsinə əsasən X5 barəsində Azərbaycan Respublikası CM-inin 147.1 və 148-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 302.1.8 və 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət edən şəxs X7 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətdən X4 vəkili və nümayəndəsi Müdafiəçi1 imtina etməsi və barışması barədə ərizəsinə əsasən X5 barəsində Azərbaycan Respublikası CM-inin 147.1 və 148-ci maddəsi ilə olan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar