Məhkəmə qərarları › İş №1(026)-15/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-15/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-15/2021 29.06.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs oğlunun – xx xxxxx 1999-cu ildə Qobustan rayonunda anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdə saat 23 radələrində Qobustan şəhər sakini Zərərçəkmiş şəxs qızma məxsus Qobustan şəhəri Yeni Massiv adlanan ərazidə yerləşən fərdi yaşayış evinin qonaq otağının pəncərəsindən yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin qonaq otağında olan servantın dolabındakı ətir qutusunun içərisindən 1125 (min yüz iyirmi beş) manat dəyərində 01 (bir) ədəd 15 (on beş) qramlıq 583 (beş yüz səksən üç) əyarlı qızıl boyunbağını və 300 (üç yüz) manat dəyərində 01 (bir) ədəd 04 (dörd) qramlıq 583 (beş yüz səksən üç) əyarlı qızıl klonu oğurlamaqla, ümumilikdə zərərçəkmiş şəxsə məxsus 1425 (min dörd yüz iyirmi beş) manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda göstərilənlərlə sübuta yetir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 28 fevral 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Qobustan rayonu Qobustan şəhərindəki evlərindən gəzmək üçün çölə çıxmış, küçədə gəzən zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evində işıqların yanmadığını görüb, onun evdə olmadığını düşündüyü üçün hasardan tullanaraq həyətə daxil olmuş, həyətə daxil olduqdan sonra evin ön hissəsində olan taxta pəncərənin mismarlarını çıxararaq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra evdə pul və qızıl-zinət əşyaları axtarmağa başlamış, evin qonaq otağında olan servantın içərisinə baxan zaman, oradakı dəmir qutunun içərisində 1 ədəd qızıl zəncir və 1 ədəd qızıl ortalıq olduğunu görmüş, qızılları oğurlayaraq cibinə qoyduqdan sonra evin digər otağında olan pəncərəni açaraq, çölə tullanıb küçəyə çıxaraq yaşadığı evə qayıtmışdır. Evə gəldikdən sonra bu barədə heç kimə heç nə deməmiş və yatmışdır. Bakı şəhərini yaxşı tanımadığı üçün, 01 mart 2021-ci il tarixdə saat 16 radələrində dostu Bakı şəhər sakini Tərlana istifadəsində olan mobil nömrə ilə zəng vuraraq pula ehtiyacı olduğu üçün anasının qızılını satmaq istədiyini və kömək etməsini xahiş etmişdir. Tərlan isə heç bir problem olmadığını, kömək edəcəyini bildirmişdir. Həmin günü Bakı şəhərinə gedərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Memar Əcəmi” metro stansiyasının yaxınlığında Tərlanla görüşmüş, bir neçə dükana daxil olduqdan sonra, həmin ərazidə yerləşən “X3” adlı qızıl dükanına daxil olaraq oğurladığı 1 ədəd qızıl boyunbağını və l ədəd qızıl ortalığı 900 manata satmışdır. Qızılı verib pulu götürdükdən sonra Tərlana Qobustan rayonunda olan evlərinə qayıdacağını deyərək sağollaşmış və Tərlandan ayrıldıqdan sonra pulu şəxsi xərcləri üçün istifadə etmişdir. Həmçinin bildirmişdir ki, evə daxil olan zaman heç kimə bu barədə nəsə deməmiş və oğurluq hadisəsini tək törətmişdir. Oğurladığı qızılları dükana satan zaman Tərlana və dükanda işləyən satıcıya həmin qızılların oğurluq olması barədə hər hansı bir söz deməmişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qobustan rayon Mərkəzi xəstəxanasında xadimə işləyir. 01 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq, naməlum şəxsin evinə daxil olaraq, servantı yararsız hala salması barədə məlumat vermişdir. Təxminən 34 il bundan əvvəl ailə həyatı qurmuş, bu nikahdan 3 qız övladı var. Övladları ailəlidir. 2016-ci ildə yoldaşı rəhmətə getdikdən sonra, Qobustan rayonu Yeni Massiv adlanan ərazidə yerləşən özünə məxsus fərdi yaşayış evində tək yaşayır. 28 fevral 2021-ci il tarixdə saat 14 radələrində qızının evinə qonaq getmiş, orada olan zaman qızı xahiş etdiyi üçün, həmin günü onlarda qalmışdır. 01 mart 2021-ci il tarixdə saat 08 radələrində yenidən yaşadığı evə qayıtmış, qapını açaraq evə daxil olan zaman, evdəki əşyaların bəzilərinin dağıdıldığını görmüş, bundan sonra yaşadığı evin qonaq otağına daxil olaraq oradakı servantın içindəki ətir qutusunun içinə qoyduğu 1 ədəd 583 əyar 15 qram, rus istehsalı boyunbağı və 1 ədəd 583 əyar 4 qram, rus istehsalı ürək formasında olan klonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng vuraraq, bu barədə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları gələrək, müvafiq sənədləşmə işləri apardıqdan sonra getmişlər. Evindən oğurlanmış 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl klonu uzun müddət bundan əvvəl 800 manata almışdır, lakin həmin qızılların hal-hazırki qiymətini dəqiq bilmir, həmin qızılların hal-hazırda qiymətinin daha çox olduğunu düşünür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə ərizəni məhkəməyə təqdim etdi. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır. 01 mart 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə istifadəsində olan mobil nömrəyə zəng vuraraq pula ehtiyacı olduğu üçün anasının qızılını satmaq istədiyini bildirmiş, həmin günü saat 17 radələrində Xamizlə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Memar Əcəmi” metro stansiyasının yaxınlığında görüşmüş, Xamizlə görüşdükdən sonra, Xamiz özündə olan 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl klonu satmaq üçün ona vermişdir. Həmin qızılları satmaq üçün bir neçə dükana daxil olduqdan sonra, həmin ərazidə yerləşən “Uğur Gold” adlı qızıl dükanına daxil olaraq orada Xamizin verdiyi qızılları satmaq üçün satıcıya vermiş və satıcı qızıllara baxdıqdan sonra həmin qızılları 900 manata alacağını bildirmişdir. Xamiz satıcı ilə razılaşaraq satıcıdan 900 manat pulu götürüb qızılları satdıqdan sonra dükandan çıxmışlar. Xamiz ona işi olduğunu deyib onunla sağollaşdıqdan sonra rayona evlərinə qayıdacağını deyib ondan ayrılmışdır. Xamizin oğurluq etməsi barədə məlumatı olmamış, Xamizin satmaq üçün gətirdiyi qızılların oğurluq olduğunu bilməmişdir. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Bakı şəhərində “Uğur Gold” qızıl dükanında satıcı işləyir. 01 mart 2021-ci il tarixdə saat 17 radələrində dükanda olan zaman əvvəllər tanımadığı 2 nəfər şəxs dükana daxil olaraq qızıl satmaq istədiklərini bildirmişdir. Bundan sonra onlar ümumi çəkisi 19 qram olan 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl klonu baxmaq üçün ona vermişlər. Həmin qızıllara baxdıqdan sonra onlara, həmin qızılları 900 manata alacağını bildirmiş, razılaşdıqdan sonra onlardan şəxsiyyət vəsiqəsi istəmiş, lakin həmin şəxslərdən özünü Xamiz kimi təqdim edən şəxs həmin qızılların onun anasına məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını, şəxsiyyət vəsiqəsinin isə hal-hazırda üzərində olmadığını bildirmişdir. Qızılları yoxladıqdan sonra, özünü Xamiz kimi təqdim edən şəxsə 900 manat pul vermiş, həmin şəxslər getdikdən bir müddət sonra onlardan aldığı 1 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl klonu tanımadığı digər müştəriyə 930 manata satmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Xamizin satdığı qızılların oğurluq olduğunu bilməmiş, Xamizdən aldığı qızılları satdığı digər müştəriləri tanımamış və həmin şəxslərdən hər hansı sənəd tələb etməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Kriminalistik Təhqiqatlar İdarəsinin 04 mart 2021-ci il tarixli 011-2103-1221 saylı məktubda göstərilir ki, Qobustan RPŞnin 02 mart 2021-ci il tarixli, 145 -1867-1221 saylı məktubu vasitəsi ilə 01 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 02 mart 2021-ci il tarixdə KTİ-yə daxil olmuş, həmin əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, həmin izlərdən 02 ədəd ADİS-in məlumat bankında olan xx xxxxx 1999-cu il tarixdə Qobustan rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs əl izləri ilə eynilik təşkil etmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MMC-dən 27 aprel 2021-ci il tarixli AZF/LGL-144/21 saylı məktubla daxil olmuş anten dairəsində göstərilir ki, Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdə saat 23 radələrində Qobustan şəhəri ərazisində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş 15 mart 2021-ci il tarixli tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1, 332.2.1 və 332.2.3, 62, 66.2-ci maddələri ilə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06 mart 2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Qobustan rayonu İHB-nın Qobustan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 16 mart 2021-ci il tarixli 467 saylı arayışdan görünür ki, Qayıbov X1 şəhərində qeydiyyatdadır və orada yaşayır. İş materiallarında olan Qobustan rayonu İHB-nın Qobustan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 16 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 13 aprel 2021-cu il tarixli 9/1434 nömrəli rəyində göstərilir ki, 1 ədəd 583 əyar, 15 qram, Rusiya istehsalı boyunbağının orta bazar qiyməti-1125 manat, 1 ədəd 583 əyar, 4 qram, Rusiya istehsalı klonun orta bazar qiyməti- 300 manat təşkil edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli, onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsüf edilmişdir. O Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam ödəməsini, zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə dəymiş ziyanın məbləği olan 1425 manatın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspert xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə dəymiş ziyanın məbləği olan 1425 manatın sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar