Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-15/2024 01.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X6 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 Buludxan oğlunun, onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə Qobustan rayon məhkəməsinin inzibati binasında 02 avqust 1985-ci il tarixdə Qazaxıstan Respublikasının Ural şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qubadlı rayonu, Tinli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxx 1999-cu il tarixdə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxx 1997-ci il tarixdə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Qobustan rayonunun Nabur kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının yaxınlığına gəlmiş, aralarında əvvəlcədən olan cinayətkar razılığa əsasən cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslər gəldiyi halda bu barədə dərhal məlumat vermələri üçün qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mağazanın yaxınlığında dayanmış, o isə üzərində olan metal parçası ilə mağazanın giriş qapısını açıb, qanunsuz olaraq saxlanc yeri hesab olunan mağazaya daxil olub, orada masanın alt hissəsində olan siyirmədən 380 (üç yüz səksən) manat məbləğində nağd pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Qobustan rayonunun Nabur kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının yaxınlığına gəlmiş, aralarında əvvəlcədən olan cinayətkar razılığa əsasən cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslər gəldiyi halda bu barədə dərhal məlumat vermələri üçün o və qrup üzvü Təqsirləndirilən şəxs3 mağazanın yaxınlığında dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə üzərində olan metal parçası ilə mağazanın giriş qapısını açıb, qanunsuz olaraq saxlanc yeri hesab olunan mağazaya daxil olub, orada masanın alt hissəsində olan siyirmədən 380 (üç yüz səksən) manat məbləğində nağd pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə Özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Qobustan rayonunun Nabur kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasının yaxınlığına gəlmiş, aralarında əvvəlcədən olan cinayətkar razılığa əsasən cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslər gəldiyi halda bu barədə dərhal məlumat vermələri üçün o və qrup üzvü Təqsirləndirilən şəxs2 mağazanın yaxınlığında dayanmış, qrup üzvü Təqsirləndirilən şəxs1 isə üzərində olan metal parçası ilə mağazanın giriş qapısını açıb, qanunsuz olaraq saxlanc yeri hesab olunan mağazaya daxil olub, orada masanın alt hissəsində olan siyirmədən 380 (üç yüz səksən) manat məbləğində nağd pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fəhləliklə məşğul olur və bu yolla əldə etdiyi gəlirlə dolanır. 2023-cü ilin əvvəllərində bir neçə ay ərzində “Full” adlı enerji içkiləri istehsalı ilə məşğul olan şirkətdə fəhlə olaraq işləmişdir. Həmin dövrdə onunla birlikdə işləyən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. 2023-cü ilin yay aylarında o, işdən çıxmış və yeni iş tapmaq üçün Özbəkistan Respublikasına getmişdir. Lakin, Eldarla bir-birlərinə vaxtaşırı zəng edərək əlaqə saxlayıb hal-əhval tutmağa davam etmişlər. Təqsirləndirilən şəxs3 ilə isə 07 yanvar 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində Təqsirləndirilən şəxs2 vasitəsilə tanış olmuşdur. 07 yanvar 2024-cü il tarixdə Eldar ona zəng edib, başqa bir dostu ilə çay içməyə gedəcəyini deyib, onu dəvət etmiş və o da razılaşmışdır. Gəldikləri razılığa əsasən həmin gün saat 18 radələrində o, Eldar və şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs3 ilə Abşeron rayonu, Xırdalan şəhərində “Narzan” adlı kafedə görüşmüş, həmin vaxt üçlükdə çay içib söhbət etmişlər. Sonra onlar Eldarın təklifi ilə üçlükdə Eldarın Xırdalan şəhərində kirayə yaşadığı evə gedib orada üçlükdə yemək yeyib spirtli içki qəbul etmişlər. Söhbət zamanı maddi vəziyyətləri yaxşı olmadığından Namiq və Eldar əvvəllər yaşadıqları Qobustan rayonu, Nabur kəndindəki bir mağazadan pul oğurlamağı təklif etmiş, o da pula ehtiyacı olduğundan onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə həmin gün saat 23 radələrində Xırdalan şəhərindən tanımadıqları taksi ilə hər üçü ilə bağlı ümumilikdə 26 manat yol haqqı ödəməklə Qobustan rayonuna yola düşmüş və saat 00:00 radələrində Qobustan rayonunda Nabur kəndinə aparan yola çatdıqda, Namiq və Eldarın göstərdikləri yerdə taksidən düşmüşlər. Onlar üçlükdə həmin yerdən Nabur kəndinə doğru piyada getmiş və təxminən bir saat sonra kəndə çatdıqda kənd yolu ilə Namiq və Eldarın göstərdikləri istiqamətlə gedib, gecə saatlarında, yəni 08 yanvar 2024-cü il tarixdə təxminən saat 01 radələrində bir mağazanın yaxınlığına çatmışlar. Orada Namiq və Eldar ona yaxınlıqdakı mağazanı göstərib, həmin mağazadan oğurluq edəcəklərini bildirmişlər. Söhbət zamanı Namiq və Eldar mağazada təhlükəsizlik kamerası olduğunu, əvvəllər kənddə yaşadıqlarından mağaza sahibinin onları tanıya biləcəyini bildirib, mağazada ola biləcək pulları oğurlamaq üçün mağazaya onun girməsini, özlərinin isə bir qədər kənarda dayanıb ətrafı nəzərdən keçirərək kimsə gəldikdə xəbər vermələrini təklif etmiş və o da razılaşmışdır. Həmin vaxt Namiq və Eldar ona mağazada pulların saxlanıldığı siyirmənin yerini izah edib, mağazaya girdikdə, həmin siyirmədən pulları götürüb yubanmadan geri qayıtmasını tapşırmış, o da razılığını bildirmişdir. Bundan sonra gəldikləri razılığa əsasən Namiq və Eldar mağazadan bir qədər kənarda dayanıb ətrafa göz qoymuş, o isə ətrafda heç kimin olmadığından əmin olduqdan sonra mağazaya yaxınlaşmışdır. Həmin vaxt mağazanın işığı yandığına görə o, içəridə kimsə ola biləcəyindən ehtiyatlanıb əvvəlcə pəncərədən mağazanın içinə baxmış və mağazada heç kim olmadığını görüb mağazanın qapısını döymüş, qapını açan olmadıqda, mağazada heç kimin olmadığına əmin olmuşdur. Bundan sonra o, mağazanın qapısını açmağa çalışdıqda mağazanın plastik materialdan olan qapısının kilidli olduğundan açılmadığını görmüş və mağazadan uzaqlaşmışdır. Sonra o, Namiq və Eldarın yanına gedib, onlara mağazanın işıqlarının yanılı halda olduğunu dedikdə, onlar ona mağazanın içərisindəki işıqların həmişə yandığını demişlər. Bundan sonra o, üzünün görünməməsi üçün həmin vaxt yerdə gördüyü bir ədəd qara rəngli sellofan torbanı götürüb, başına keçirib, yenidən mağazanın yanına tərəf getmişdir. Bu zaman o, yerdən kiçik bir metal parçası tapmış, sonra həmin metal parçasını da qapını açmaqda istifadə etmək üçün özü ilə götürüb mağazanın yanına qayıtmış və mağazanın plastik materialdan olan qapısına yaxınlaşıb, qapı ilə qapı çərçivəsinin kilid olan hissəsindən metal parçası ilə bir qədər sıxıb çiyini ilə qapını itələyərək qapını açmışdır. Daha sonra təkbaşına mağazaya daxil olub, əvvəlcədən Namiq və Eldardan yerini öyrəndiyi masaya yaxınlaşıb, siyirməsini açmış və siyirmədə olan bütün pulları götürüb, saymadan cibinə qoyub, dərhal mağazadan çıxaraq oradan uzaqlaşmışdır. O, Namiq və Eldarın yanına çatıb, mağazadakı həmin siyirmədə olan pulları götürdüyünü bildirmiş və onlar qaçaraq oradan uzaqlaşmışlar. Sonra isə onlar üçlükdə gəldikləri yolla kəndin çıxışı istiqamətində getmişlər. Kənddən bir qədər uzaqlaşdıqdan sonra yolda bir kənarda dayanıb telefonun işığı altında oğurladıqları pulları saydıqda, cəmi 210 (iki yüz on) manat pul olduğunu görmüş və həmin pulları bərabər şəkildə, yəni hər birinə 70 (yetmiş) manat olmaqla bölüşdürmüşlər. Həmin vaxt söhbət zamanı Namiq və Eldara da qapını necə açdığını danışmış, daha sonra piyada yola davam etmişlər. X4 Stansiyasının yaxınlığında Eldar yorulmuş və daha gedə bilməyəcəyini bildirib yol kənarında yerə uzanmışdır. O isə Namiqlə birlikdə yola davam etmişdir. Onlar Qobustan şəhərində “Son” deyilən yerə çatdıqda, Namiq Sumqayıt şəhərinə qayıdacağını bildirib maşın tapmaq üçün magistral yola tərəf getmişdir. O isə orada yol kənarında dayanmış, tanımadığı şəxsin idarə etdiyi, dövlət nömrə nişanını və markasını xatırlamadığı taksi ilə Eldarın yolda dayandığı yerə geri qayıtmışdır. Lakin o, həmin yerə çatdıqda Eldarın orada olmadığını görmüş və taksi ilə ətrafda bir qədər gəzib axtarsa da, Eldarı tapa bilməyib, Namiqlə ayrıldıqları yerə qayıtmışdır. Orada yol kənarında bir qədər gözlədikdən sonra qarşılaşdığı, tanımadığı şəxsin idarə etdiyi, dövlət nömrə nişanını və markasını xatırlamadığı maşınla pul müqabilində Abşeron rayonuna, oradan isə başqa bir taksi ilə Masazır kəndində yaşadığı evə getmişdir. Sonrakı günlərdə o, mağazadan oğurladıqları həmin pulu gündəlik xərclərini ödəməyə xərcləmişdir. Hadisə barədə isə heç kimə danışmamışdır. Onun həmin mağazadan pul oğurlamaqda məqsədi oğurladığı pulla şəxsi xərclərini ödəmək olmuşdur. O, Qobustan rayonu, Nabur kəndindəki həmin mağazaya daxil olan zaman mağazanın qapısı bağlı olmuşdur. O, Eldar və Namiqlə birlikdə həmin mağazadan pulları oğurlayan zaman ətrafda heç kim olmamışdır. Həmin vaxt ətraf qaranlıq olduğundan onları heç kim görə də bilməzdi. Hadisə zamanı tanışları Namiq və Eldarla birgə oğurladığı 210 manat məbləğində pulu aralarında bərabər şəkildə bölmüş və onun payına 70 manat pul düşmüşdür. Hadisə zamanı onlar mağazada pul olub-olmamasını bilməmiş, sadəcə olaraq mağazada pul olmasını güman etmişlər. Hadisə zamanı mağazadan oğurladığı pulların kimə məxsus olmasını bilmir. Hadisə zamanı mağazadan puldan başqa heç bir şey oğurlamamışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fəhləliklə məşğul olur və bu yolla əldə etdiyi gəlirlə dolanır. 2023-cü ilin əvvəllərində bir neçə ay ərzində “Full” adlı enerji içkiləri istehsalı ilə məşğul olan şirkətdə fəhlə olaraq işləmişdir. Həmin dövrdə onunla birlikdə işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdır. 2023-cü ilin yay aylarında Vahid işdən çıxmış və yeni iş tapmaq üçün Özbəkistan Respublikasına getmişdir. Lakin, Vahidlə bir-birləri ilə vaxtaşırı zəng edərək əlaqə saxlayıb hal-əhval tutmağa davam etmişlər. Təqsirləndirilən şəxs3 isə onun həmyerlisidir. Onlar uşaqlıq illərindən tanışdırlar. xx.xx.2024-cü il tarixdə o, Namiqlə telefonla danışan zaman söhbət edib vaxt keçirmək üçün görüşmək qərarına gəlmişdir. O, Namiqə başqa bir dostunu da çağırmaq istədiyini bildirdikdə, Namiq razılaşmış, sonra o, Vahidə zəng edib, başqa bir dostu ilə çay içməyə gedəcəyini deyib, onu da dəvət etmiş və Vahid də razılaşmışdır. Gəldikləri razılığa əsasən həmin gün saat 18 radələrində o, Namiq və Vahid Abşeron rayonu, Xırdalan şəhərində “Narzan” adlı kafedə görüşmüş, həmin vaxt onlar üçlükdə çay içib söhbət etmişlər. Sonra onlar onun təklifi ilə Xırdalan şəhərində kirayə yaşadığı evə gedib orada üçlükdə yemək yeyib spirtli içki qəbul etmişlər. Söhbət zamanı maddi vəziyyətləri yaxşı olmadığından Namiq və o, əvvəllər yaşadıqları Qobustan rayonu, Nabur kəndində olan, Zərərçəkmiş şəxs məxsus mağazadan pul oğurlamağı təklif etmiş, Vahid özünün də maddi vəziyyətinin yaxşı olmadığını bildirib, oğurluq etməyə razılaşmışdır. Bundan sonra onlar birlikdə həmin gün saat 23 radələrində Xırdalan şəhərindən tanımadıqları taksi ilə hər üçü ilə bağlı ümumilikdə 26 manat yol haqqı ödəməklə Qobustan rayonuna yola düşmüş və saat 00:00 radələrində Qobustan rayonu, Sündü kəndi istiqamətindən rayonun Nabur kəndinə aparan yola çatdıqda, taksidən düşmüşlər. Onlar üçlükdə həmin yerdən rayonun Nabur kəndinə doğru piyada getmiş və təxminən bir saat sonra kəndə çatdıqda kənd yolu ilə Namiqin və onun göstərdikləri istiqamətlə gedib, gecə saatlarında, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs mağazasının yaxınlığına çatmışlar. Orada Namiq və o, Vahidə Vurğunun mağazasını göstərib, həmin mağazadan oğurluq edəcəklərini bildirmişlər. Söhbət zamanı o və Namiq mağazada təhlükəsizlik kamerası olduğunu, əvvəllər kənddə yaşadıqlarına görə mağaza sahibinin onları tanıya biləcəyini bildirib, mağazada ola biləcək pulları oğurlamaq üçün mağazaya Vahidin girməyini, özlərinin isə bir qədər kənarda dayanıb ətrafı nəzərdən keçirərək kimsə gəldikdə xəbər vermələrini təklif etmiş və Vahid də razılaşmışdır. Həmin vaxt Namiq və o, Vahidə mağazada pulların saxlanıldığı siyirmənin yerini izah edib, mağazaya girdikdə, həmin siyirmədən pulları götürüb yubanmadan geri qayıtmağını tapşırmış, Vahid də razılığını bildirmişdir. Bundan sonra gəldikləri razılığa əsasən Namiq və o, mağazadan bir qədər kənarda dayanıb ətrafa göz qoymuş, Vahid isə ətrafda heç kimin olmadığından əmin olduqdan sonra mağazaya yaxınlaşmışdır. Həmin vaxt mağazanın işığı yandığına görə Vahid əvvəlcə pəncərədən mağazanın içinə baxmış və mağazada heç kim olmadığını görüb mağazanın qapısını döymüş, lakin, qapını açan olmamışdır. Bundan sonra Vahid mağazanın qapısını açmağa çalışsa da, qapı açılmamış və Vahid mağazadan uzaqlaşmışdır. Sonra Vahid yanlarına gəlib, onlara mağazanın işıqlarının yanılı halda olduğunu dedikdə, onlar Vahidə mağazanın içərisindəki işıqların həmişə yandığını demişlər. Bundan sonra Vahid həmin vaxt yerdə olan bir ədəd qara rəngli sellofan torbanı götürüb, başına keçirib, yenidən mağazanın yanına qayıtmış və mağazanın qapısını açıb, mağazaya daxil olmuşdur. Bir qədər sonra Vahid mağazadan çıxıb, onların yanına gəlmiş, mağazadakı həmin siyirmədə olan pulları götürdüyünü bildirmiş və onlar qaçaraq oradan uzaqlaşmışlar. Sonra isə onlar üçlükdə gəldikləri yolla kəndin çıxışı istiqamətində getmişlər. Kənddən bir qədər uzaqlaşdıqdan sonra yolda bir kənarda dayanıb telefonun işığı altında oğurladıqları pulları saydıqda, cəmi 210 (iki yüz on) manat pul olduğunu görmüş və həmin pulları bərabər şəkildə, yəni hər birinə 70 (yetmiş) manat olmaqla bölüşdürmüşlər. Həmin vaxt söhbət zamanı Vahid onlara hadisə zamanı mağazaya tərəf gedərkən yerdən bir ədəd metal parçası tapdığını, mağazanın qapısı ilə qapı çərçivəsinin kilid olan hissəsindən metal parçası ilə bir qədər sıxaraq qapını açdığını danışmış, daha sonra piyada yollarına davam etmişlər. X4 Stansiyasının yaxınlığında o, yorulmuş və daha gedə bilməyəcəyini bildirib yol kənarında yerə uzanıb yatmışdır. Vahid və Namiq isə yola davam etmişlər. O, yol kənarında bir qədər yatdıqdan sonra yuxudan oyanıb, yolun kənarında dayanıb avtomobil gəlməsini gözləmiş, bir qədər gözlədikdən sonra bir avtomobilin ona tərəf gəldiyini görüb, dayanmasını işarə etmiş və avtomobil dayandıqda tanımadığı şəxsin idarə etdiyi, dövlət nömrə nişanını və markasını xatırlamadığı həmin avtomobilə əyləşib Qobustan şəhərində “Son” deyilən yerə gedib, orada avtomobildən düşmüşdür. Bir qədər piyada gedib magistral yola çatıb, yol kənarında dayanaraq Xırdalan şəhərinə getmək üçün avtomobil gözləməyə başlamış, bir qədər sonra qarşılaşdığı, tanımadığı şəxsin idarə etdiyi, dövlət nömrə nişanını və markasını xatırlamadığı maşınla pul müqabilində Abşeron rayonuna, orada isə başqa bir taksi ilə Xırdalan şəhərinə getmişdir. Sonrakı günlərdə o, mağazadan oğurladıqları həmin pulu gündəlik xərclərini ödəməyə xərcləmişdir. Hadisə barədə isə heç kimə danışmamışdır. O, əvvəllər Qobustan rayonu, Nabur kəndində yaşadığı dövrdə və qohumlarına baş çəkmək üçün kəndə getdiyi vaxtlarda Zərərçəkmiş şəxs mağazasından bazarlıq edərkən Vurğunun alış-veriş zamanı ödənilən pulları mağazadakı masanın siyirməsinə qoyduğunu dəfələrlə görmüşdür. Buna görə də, pulların mağazadakı siyirmədə olduğunu bilmişdir. Hadisə zamanı mağazadan puldan başqa heç bir şey oğurlamamışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fəhləliklə məşğul olur və bu yolla əldə etdiyi gəlirlə dolanır. Təqsirləndirilən şəxs2 uşaqlıq illərindən tanıyır. Eldar onun həmyerlisidir. Təqsirləndirilən şəxs1 ilə isə Eldar vasitəsi ilə 07 yanvar 2024-cü il tarixdə tanış olmuşdur. 07 yanvar 2024-cü il tarixdə o, Eldar ilə telefonla danışan zaman onlar görüşüb çay içib söhbət etmək qərarına gəlmişlər. Söhbət zamanı Eldar ona başqa bir dostunu da gətirmək istədiyini bildirdikdə o, razılığını bildirmiş və gəldikləri razılığa əsasən həmin gün saat 18 radələrində o, Eldar və Eldarın dostu olan, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 ilə Abşeron rayonu, Xırdalan şəhərində “Narzan” adlı kafedə görüşmüşlər. Həmin vaxt onlar üçlükdə əvvəlcə çay içib söhbət etmiş, sonra onlar Eldarın təklifi ilə Eldarın Xırdalan şəhərində kirayə yaşadığı evə gedib orada üçlükdə yemək yeyib spirtli içki qəbul etmişlər. Söhbət zamanı maddi vəziyyətləri yaxşı olmadığından o və Eldar əvvəllər yaşadıqları Qobustan rayonu, Nabur kəndində olan, həmyerliləri Zərərçəkmiş şəxs məxsus mağazadan pul oğurlamağı təklif etmiş, Vahid də maddi vəziyyətinin yaxşı olmadığını bildirib, onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə həmin gün saat 23 radələrində Xırdalan şəhərindən tanımadıqları taksi ilə hər üçü ilə bağlı ümumilikdə 26 manat yol haqqı ödəməklə Qobustan rayonuna yola düşmüş və saat 00:00 radələrində Qobustan rayonu, Sündü kəndi istiqamətindən rayonun Nabur kəndinə aparan yola çatdıqda, taksidən düşmüşlər. Onlar üçlükdə həmin yerdən Nabur kəndinə doğru piyada getmiş və təxminən bir saat sonra kəndə çatdıqda kənd yolu ilə onun və Eldarın göstərdikləri istiqamətlə gedib, gecə saatlarında, yəni 08 yanvar 2024-cü il tarixdə təxminən saat 01 radələrində həmkəndliləri Vurğuna məxsus mağazanın yaxınlığına çatmışlar. Orada Eldar və o, Vahidə Vurğunun mağazasını göstərib, həmin mağazadan oğurluq edəcəklərini bildirmişlər. Söhbət zamanı Eldar və o, mağazada təhlükəsizlik kamerası olduğunu, əvvəllər kənddə yaşadıqlarına görə mağaza sahibinin onları tanıya biləcəyini bildirib, mağazada ola biləcək pulları oğurlamaq üçün mağazaya Vahidin girməyini, özlərinin isə bir qədər kənarda dayanıb ətrafı nəzərdən keçirərək kimsə gəldikdə xəbər vermələrini təklif etmiş və Vahid də razılaşmışdır. Həmin vaxt Eldar və o, Vahidə mağazada pulların saxlanıldığı siyirmənin yerini izah edib, mağazaya girdikdə, həmin siyirmədən pulları götürüb yubanmadan geri qayıtmasını tapşırmış, Vahid də razılığını bildirmişdir. Bundan sonra gəldikləri razılığa əsasən Eldar və o, mağazadan bir qədər kənarda dayanıb ətrafa göz qoymuşlar, Vahid isə ətrafda heç kimin olmadığından əmin olduqdan sonra mağazaya yaxınlaşmışdır. Həmin vaxt mağazanın işığı yandığına görə Vahid əvvəlcə pəncərədən mağazanın içinə baxmış və mağazada heç kim olmadığını görüb mağazanın qapısını döymüş, lakin, qapını açan olmamışdır. Bundan sonra Vahid mağazanın qapısını açmağa çalışsa da, qapı açılmamış və Vahid mağazadan uzaqlaşmışdır. Sonra Vahid yanlarına gəlib, onlara mağazanın işıqlarının yanılı halda olduğunu dedikdə, onlar Vahidə mağazanın içərisindəki işıqların həmişə yandığını demişlər. Bundan sonra Vahid həmin vaxt yerdə olan bir ədəd qara rəngli sellofan torbanı götürüb, başına keçirib, yenidən mağazanın yanına qayıtmış və mağazanın qapısını açıb, mağazaya daxil olmuşdur. Bir qədər sonra Vahid mağazadan çıxıb, onların yanlarına gəlmiş, mağazadakı həmin siyirmədə olan pulları götürdüyünü bildirmiş və onlar qaçaraq oradan uzaqlaşmışlar. Sonra isə onlar üçlükdə gəldikləri yolla kəndin çıxışı istiqamətində getmişlər. Kənddən bir qədər uzaqlaşdıqdan sonra yolda bir kənarda dayanıb telefonun işığı altında oğurladıqları pulları saydıqda, cəmi 210 (iki yüz on) manat pul olduğunu görmüş və həmin pulları bərabər şəkildə, yəni hər birinə 70 (yetmiş) manat olmaqla bölüşdürmüşlər. Həmin vaxt söhbət zamanı Vahid onlara hadisə zamanı mağazaya tərəf gedərkən yerdən bir ədəd metal parçası tapdığını, mağazanın qapısı ilə qapı çərçivəsinin kilid olan hissəsindən metal parçası ilə bir qədər sıxaraq qapını açdığını danışmış, daha sonra piyada yola davam etmişlər. X4 Stansiyasının yaxınlığında Eldar yorulmuş və daha gedə bilməyəcəyini bildirib yol kənarında yerə uzanmış, o isə Vahidlə birlikdə yola davam etmişdir. Onlar Qobustan şəhərində “Son” deyilən yerə çatdıqda, o, Vahidə Sumqayıt şəhərinə qayıdacağını bildirib maşın tapmaq üçün magistral yola tərəf getmiş, Vahid isə ona taksi ilə Eldarın yanına qayıdıb, Eldarla birlikdə qayıdacağını bildirib getmişdir. Magistral yolun kənarında bir qədər gözlədikdən sonra qarşılaşdığı, tanımadığı şəxsin idarə etdiyi, dövlət nömrə nişanını və markasını xatırlamadığı maşınla pul müqabilində Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının qarşısına, oradan isə başqa bir taksi ilə Sumqayıt şəhərinə getmişdir. Mağazadan oğurladıqları həmin pulu sonrakı günlərdə gündəlik xərclərini ödəməyə xərcləmişdir. Hadisə barədə isə heç kimə danışmamışdır. Həmçinin, bildirmişdir ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Qobustan rayonu, Nabur kəndindəki mağazadan 210 (iki yüz on) manat məbləğində pul oğurlamışdır. Onun həmin mağazadan pul oğurlamaqda məqsədi oğurladığı pulla şəxsi xərclərini ödəmək olmuşdur. O, Eldar və Vahidlə birlikdə həmin mağazadan pulları oğurlayan zaman ətrafda heç kim olmamışdır. Həmin vaxt ətraf qaranlıq olduğundan onları heç kim görə də bilməzdi. Hadisə zamanı tanışları Vahid və Eldarla birgə oğurladığı 210 manat məbləğində pulu aralarında bərabər şəkildə bölmüş və onun payına 70 manat pul düşmüş, o isə həmin pulu bir neçə gün ərzində yol pulu, siqaret və digər xərclərini ödəməyə tamamilə xərcləmişdir. Hazırda həmin puldan qalmamışdır. O, əvvəllər Qobustan rayonu, Nabur kəndində yaşadığı dövrdə və qohumlarına baş çəkmək üçün kəndə getdiyi vaxtlarda Zərərçəkmiş şəxs mağazasından bazarlıq edərkən Vurğunun alış-veriş zamanı ödənilən pulları mağazadakı masanın siyirməsinə qoyduğunu dəfələrlə görmüşdür. Buna görə də, pulların mağazadakı siyirmədə olduğunu bilmişdir. Hadisə zamanı mağazadan puldan başqa heç bir şey oğurlamamışlar. Hadisə zamanı mağazadan yalnız pul oğurlamışlar ki, oğurluğu onların etdikləri məlum olsa, məsuliyyətə cəlb olunduqda məsuliyyətləri ağırlaşmasın. Hadisə zamanı onlar mağazada pul olubolmamasını bilməmiş, sadəcə olaraq mağazada pul olmasını güman etmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasına gəlməmişdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edib, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Buludxan oğlu və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayəti və tələbi olmadığını bildirərək, onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olundu. Zərərçəkmiş şəxs ifadəsindən müəyyən olunur ki, Qobustan rayonu, Nabur kəndində özünə məxsus, adı olmayan mağazası var. Həmin mağaza özünə məxsus olan fərdi yaşayış evinə bitişik olmaqla həyətyanı sahəsində tikilmişdir. 1998-ci ildən bəri mağazasında qida və başqa gündəlik tələbat malları satır və bu yolla əldə etdiyi qazancla dolanır. O, bir neçə il əvvəl mağazasında göstərdiyi fərdi sahibkarlıq fəaliyyətini dayandırsa da, həmin fəaliyyətini 2021-ci ildə yenidən bərpa etmişdir. O, adətən hər gün saat 09 radələrində mağazasını açıb, gün ərzində gündəlik tələbat mallarının satışı ilə məşğul olur və saat 20 radələrində mağazasını bağlayır. O, mağazasında təkbaşına işləyir. 07 yanvar 2024-cü il tarixdə saat 09 radələrində həmişə olduğu kimi mağazasını açıb malların satışı ilə məşğul olmuş və həmin gün saat 20 radələrində işini bitirib mağazasının plastik materialdan olan qapısının kilidini açarla bağlayıb evinə getmişdir. Mağazasının plastik materialdan olan giriş qapısının üzərində əlavə olaraq təhlükəsizlik məqsədi ilə quraşdırılmış, metal barmaqlıqlardan ibarət daha bir qapı olsa da, hadisə zamanı o, gecə müştəri gəldikdə qapını rahat açmaq məqsədi ilə metal barmaqlıqlardan ibarət olan həmin qapını bağlamamışdır. 08 yanvar 2024-cü il tarixdə saat 07 radələrində o, işə başlamaq üçün mağazasının qarşısına gəlib giriş qapısına yaxınlaşdıqda, qapının açıq vəziyyətdə olduğunu görmüşdür. O, qapıya yaxınlaşıb, diqqətlə baxdıqda, qapının petləsindən oynadığını görmüşdür. Sonra o, mağazaya daxil olub, alış-veriş edən zaman arxasında əyləşdiyi və siyirməsində alış-verişdən əldə etdiyi pulları saxladığı masaya yaxınlaşıb siyirməsinə baxdıqda, əvvəlki gün axşam mağazadan çıxmazdan əvvəl həmin siyirmədə olan 380 (üç yüz səksən) manat məbləğində pulun yerində olmadığını aşkar etmişdir. Daha sonra mağazaya ətraflı baxıb, satış üçün nəzərdə tutduğu məhsulların yerində olub-olmadığını yoxladıqda bütün məhsulların yerində olduğunu görmüşdür. Bundan sonra o, mağazasında quraşdırılmış təhlükəsizlik kameralarının yaddaşındakı görüntülərə baxdıqda, həmin görüntülərdə bir nəfər şəxsin 08 yanvar 2024-cü il tarixdə saat 01 radələrində mağazasına girib, mağazadakı masanın siyirməsində olan pullarını oğurlayıb getdiyini aşkar etmişdir. Daha sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra mağazasına polis əməkdaşları gəlmiş və o, hadisə ilə bağlı tədbir görülməsi üçün Qobustan rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. 08 yanvar 2024-cü il tarixdə saat 01 radələrində onun Qobustan rayonu, Nabur kəndindəki mağazasından ona məxsus 380 manat məbləğində pul oğurlanmışdır. Hadisə zamanı mağazasından 380 manat məbləğində puldan başqa heç bir şey oğurlanmamışdır. Hadisə zamanı mağazasının giriş qapısı və ya başqa yeri qırılmamışdır. Hadisə nəticəsində mağazasının qapısı petləsindən çıxsa da, daha sonra o, həmin qapını petləsinə salmış və artıq mağazasının qapısı işlək vəziyyətdədir. Buna görə də, hadisə nəticəsində mağazasının qapısına və ya başqa hissəsinə hər hansı bir ziyan dəyməmişdir. Həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, həmçinin, Təqsirləndirilən şəxs1 ilə arasında əvvəllər düşmənçilik, ədavət və ya borc münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 adlı şəxsi isə əvvəllər tanımamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 14 fevral 2024-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 14 fevral 2024-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 14 fevral 2024-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən və cinayət işi materiallarına əlavə edilmiş Qobustan Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Sadayev X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(026)-8/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu götürülmüşdür. İş materiallarına əlavə edilmiş Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Xocahan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Qubadlı rayonu, Tinli kəndində daimi qeydiyyatda, Xızı rayonu, Sitalçay qəsəbəsi, Qaçqın şəhərciyində müvəqqəti qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndində yaşayır. Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Xocahan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Qobustan rayonu, Nabur kəndində daimi qeydiyyatda olmaqla, orada yaşayır. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən də, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla, ünvan 3-də yaşayır. Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmalarını və dəymiş ziyanı ödəmələrini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onların cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əmələ görə təqsirli bilinib cəzalanmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və zərərçəkmiş şəxsi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, onlar həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, ünvan 4 ünvanını hər gün axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 Buludxan oğlu Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzanın çəkilməsi müddəti X1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 Buludxan oğlunun üzərinə Qobustan rayonu ərazi hüdudlarını tərk etməmək, Qobustan rayonu Nabur kəndini hər gün axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Buludxan oğluna məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, ünvan 5 ünvanını hər gün axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, ünvan 1 ünvanını hər gün axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Buludxan oğlu Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Buludxan oğlunun Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 Buludxan oğlunun üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Buludxan oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 Buludxan oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Buludxan oğlunun üzərinə Qobustan rayonu ərazi hüdudlarını tərk etməmək, Qobustan rayonu Nabur kəndini hər gün axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Buludxan oğluna məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, ünvan 5 ünvanını hər gün axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(026)-15/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-15/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver