Məhkəmə qərarları › İş №1(026)-16/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-16/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-16/2021 27.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs – xx xxxxxx 1987-ci ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 24 dekabr 2015-ci il tarixdən başlayaraq 01 avqust 2009-cu il təvəllüdlü X3 və 20 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Qobustan Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(026)-30/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 25 sentyabr 2020-ci il tarixdə Qobustan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 noyabr 2020-ci il tarixə kimi, cəmi 12744,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 306.1ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində gostərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan 01 avqust 2009-cu il təvəllüdlü Ülkər və 20 iyun 2010-cu il təvəllüdlü Ürkanə adlı uşaqları olmuşdur. Zərərçəkmiş şəxs ilə münasibəti pozulmuş və Qərənfil 2015-ci ildə ondan ayrılaraq valideyinlərinin evinə qayıtmışdır. Qərənfil uşaqların saxlanmasına dair ondan aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Qobustan Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(026)-30/2016 saylı qətnaməsinə əsasən ondan 24 dekabr 2015-ci il tarixdən başlayaraq 01 avqust 2009-cu il təvəllüdlü X3 və 20 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, qətnamənin icrası təmin etməmiş, həmin vaxt daimi iş yeri olmamışdır. Yalnız vaxtaşırı günəmuzd fəhlə kimi işləyir. İcra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək Qobustan Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmişdir. İnzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq imkanı olmadığından aliment üzrə yaranmış borcu ödəyə bilməmiş və ona cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq elan edilmişdir. İcra zamanı aliment üzrə heç bir ödəniş aparmamış və icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni 18 noyabr 2020-ci il tarixədək aliment üzrə borcu 12744.00 manat təşkil edir. Sadəcə maddi vəziyyəti pis olduğundan hazırda qətnaməni icra etməyə imkanı yoxdur. Yaxın dövrdə qətnamə üzrə borclu olduğu məbləği hissə-hissə ödəməsinə söz verir, törətdiyi əməlin cinayət olmasını başa düşür. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qobustan Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(026)-30/2016 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 24 dekabr 2015-ci il tarixdən başlayaraq 01 avqust 2009-cu il təvəllüdlü X3 və 20 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilmişdir. Qobustan Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment üzrə heç bir ödəniş aparmamışdır. Qobustan rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 8(026)-17/2020 saylı inzibati xəta haqqında iş üzrə qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs 12744.00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, qapıpəncərə ustasıdır və kifayət qədər gəliri vardır, qərəzli olaraq alimenti ödəməkdən yayınır. O, indiyədək uşaqları üçün heç bir manat ödəməmişdir. Qətnamə üzrə qeyd olunan məbləğdə pulun Təqsirləndirilən şəxs alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Qobustan rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Qobustan Rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(026)-30/2016 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2015-ci il tarixdən başlayaraq 01 avqust 2009-cu il təvəllüdlü X3 və 20 iyun 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün aidiyyəti üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən inzibati protokol tərtib edilmişdir. Qobustan Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, Qobustan rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 8(026)-17/2020 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daha sonra ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment üzrə heç bir ödəniş aparmamışdır. Təqsirləndirilən şəxs borcundan bu günə kimi heç bir məbləğ ödəməmiş və icra sənədi üzrə 12744.00 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-in 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Cinayət işi üzrə ifadəsi elan olunmuş şahid Şahid2 ifadəsində göstərmişdir ki, Qobustan rayon məhkəməsinin 2(026)-30/2015 saylı, 22 yanvar 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs 01 avqust 2009-cu il təvəllüdlü X3 və 20 iyun 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 dekabr 2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 07 mart 2016-cı il tarixdə Qobustan rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq 07 mart 2016-cı il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını hazıradək təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs Qobustan rayon icra və probasiya şöbəsinə dəvət edilərək ondan müxtəlif tarixlərdə izahatlar alınmışdır. Borcu məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borclu Qobustan Rayon Məhkəməsinin 3(026)-190/2020 saylı, 25 sentyabr 2020-ci di qərarı ilə tələbi icra etməsi ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə əlaqədar borclu Təqsirləndirilən şəxs məsuliyyət elan olunmaqla bir daha xəbərdarlıq edilmiş və yeni müddət verilmişdir. Ancaq tələb yenə də icra olunmamışdır. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs 14 oktyabr 2020-ci il tarixdə Qobustan rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs ona aliment borcunu ödəmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə H. Vəziraliyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır, Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 2(026)-30/2016 saylı 22 yanvar 2016-cı il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməməkdə davam etmişdir. Borclu Təqsirləndirilən şəxs 18 noyabr 2020-ci il tarixə aliment borcu 12744 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin sorğusuna əsasən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 12 mart 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin 15 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum edilmiş və cərimə cəzasını tam ödədiyi üçün 21 sentyabr 2010-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. İşdə olan Qobustan rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(026)-30/2016 saylı qətnaməsinin surətindən görünür ki, 01 avqust 2009-cu il il tarixdə anadan olmuş X7 və 20 iyun 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 dekabr 2015-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs oğlundan hər ay hər uşağa 108 manat olmaqla cəmi 216 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs qızına verilməsi qət edilmişdir. İşdə olan Qobustan rayon icra qrupunun 17 mart 2016-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qobustan rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli, 2(026)-30/2016 saylı saylı icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmışdır. İşdə olan Qobustan rayon məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 3(026)- 190/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilmişdir. İşdə olan Qobustan rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 8(026)-17/2020 saylı inzibati xəta haqqında iş üzrə qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə onun haqqında axtarış elan edilmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 12 iyul 2021-ci il tarixli 145- 6283-1221 saylı məktubundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən tutularaq Qobustan rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmuuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, 12744 manat aliment borcunu ödəməməsini nəzərə alaraq Təqsirləndirilən şəxsnа təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, X1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X9 məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli 12 iyul 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs X9 məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar