Məhkəmə qərarları › İş №1(026)-16/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-16/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-16/2022 05.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Qobustan rayonu Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, məhkumluğu olmayan, Qobustan rayon Rəşid Behbudov adına uşaq incəsənət məktəbində müəllim işləyən, Qobustan rayonu Yekəxana kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 32,480 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonunun Yekəxana kəndinə daşımış, 15 mart 2022-ci il tarixdə saat 09 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonunun Yekəxana kəndi ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının qabaq sol cibindən, 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 32,480 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 13 mart 2022-ci il tarixdə saat 11 radələrində Qobustan rayonu, Yekəxana kəndi ərazisində heyvan otaran zaman yerdən sellofan bükülü tapmış və onun içinə baxan zaman həmin bükülüdə narkotik vasitə qurudulmuş marixuana olduğunu müəyyən etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükülüdə qurudulmuş marixuana olduğunu dərhal başa düşmüş, bundan sonra tapdığı narkotik vasitə qurudulmuş marixuananı əynindəki qara rəngli şalvarın qabaq sol cibinə qoymuş, 15 mart 2022-ci il tarixdə saat 09 radələrində işə gedən zaman Qobustan rayonu, Yekəxana kəndi ərazisində mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirdikdən sonra, üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirərək, RPŞ-yə dəvət etmişlər. RPŞ-yə gəldikdən sonra hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, RPŞ-də müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi təklif edilmiş, bundan sonra əynində olan qara rəngli şalvarın qabaq sol cibindəki 01 ədəd sellofan bükülüdə olan qurudulmuş marixuananı təqdim edərək, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Qobustan rayonu, Yekəxana kəndi ərazisində heyvan otaran zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra zəruri sənədləşdirmə işləri aparılmış, həmin sənədləri imzalamışdır. Həmçinin bildirmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin hazırlanması və ya satışı ilə məşğul olmamış, təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri tüstü halında qəbul etmiş, üzərindən aşkar olunaraq götürülmüş, 01 ədəd bükülüdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən səmimi peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan RPŞnin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. 15 mart 2022-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Qobustan rayonu, Yekəxana kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuş, həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş, Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri Şahid3 və Şahid2la birlikdə 15 mart 2022-ci il tarixdə təxminən saat 09 radələrində Qobustan rayonu, Yekəxana kənd sakini Təqsirləndirilən şəxs saxlanılaraq RPŞ-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs öz istəyi ilə müdafiəçi X12, həmçinin hal şahidləri dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet, əşya və ya maddənin olub-olmadığı soruşulan zaman, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın qabaq sol cibindəki, 01 ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək, həmin narkotik vasitəni 13 mart 2022-ci il tarixdə Qobustan rayonu, Yekəxana kəndi ərazisində heyvan otaran zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana tərəzidə çəkilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananın istifadəsi ilə məşğul olur, lakin onun narkotik maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat daxil olmamışdır. Şahid Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Qobustan rayon Yekəxana kənd sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 15 mart 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşı evə gələrək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün, RPŞ-də onun üzərinə şəxsi axtarış keçirələcəyini və həmin şəxsi axtarışda hal şahidi kimi iştirak etməyi xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. Bundan sonra RPŞ-nin inzibati otaqlarından birində müdafiəçi X7, digər hal şahidinin, polis əməkdaşlarının və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın qabaq sol cibindəki, 01 ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək, həmin narkotik vasitəni 13 mart 2022-ci il tarixdə Qobustan rayonu, Yekəxana kəndi ərazisində heyvan otaran zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 15 mart 2022-ci il tarixli 7/255 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Qobustan rayon Yekəxana kənd sakini Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan zərfdə 01 ədəd sellofanda təmiz çəkisi 32,480 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən, kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 32,480 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 32,430 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 14 aprel 2022-ci il tarixli, 1793 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 32,480 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 32,430 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 14 aprel 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 04 aprel 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayon məhkəməsinin 22 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 noyabr 2010-cu ildə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan rayon Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 13 aprel 2022-ci il tarixli 70 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatdadır. Ailə tərkibi arvadı – 28 mart 1980-ci il təvəllüdlü X3, oğlu- 21 fevral 2003cü il təvəllüdlü X8, qızı-25 iyul 2004-cü il təvəllüdlü X5 və oğlu– 10 may 2005-ci il təvəllüdlü X2 ibarətdir. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan rayon Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 13 aprel 2022-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 17 mart 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerindən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 32,430 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdən 17 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 32,430 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar