Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-17/2022 05.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1961-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,49 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan şəhərinə daşımış, 16 mart 2022-ci il tarixdə saat 20 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhərində, Qobustan şəhər dairəsi adlanan ərazidə saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 5,49 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 7-8 ildir ki, müəyyən fasilələr olmaq şərti ilə narkotik vasitə olan “marixuana”dan istifadə edir. 16 mart 2022-ci il tarixdə günorta saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. İşlərini bitirib həmin gün saat təxminən 18-19 radələrində “Şamaxinka” deyilən ərazidə dayanıb İsmayıllı rayonuna gedən taksiləri gözləyən zaman yerdə olan kağız bükülü onun diqqətini çəkmiş və o əyilib həmin bükülünü götürüb açıb içərisinə baxanda orada yaşıl rəngdə qurudulmuş formada maddənin olmasını görmüşdür. Özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülünün içərisində olan maddəni iylədikdə, iyinin spesifikliyindən bükülünün içərisindəki maddənin narkotik vasitə olan marixuana olması ona məlum olmuşdur. O ətrafa nəzər salıb kimsənin görmədiyini müşahidə etdikdən sonra öz istifadəsi üçün dərhal içərisində narkotik vasitə marixuana olan həmin ağ kağız bükülünü bağlayıb qara rəngli şalvarının sağ yan cibində gizlətmişdir. Bir az keçdikdən sonra taksi gəlmiş və o əyləşərək yaşadığı İsmayıllı rayonu istiqamətinə yola düşmüşdür. Qobustan rayonu ərazisində olan zaman sərnişin kimi əyləşdiyi avtomobilin mühərrik hissəsində nasazlıq yarandığından sürücü avtomobili saxladığı üçün o, digər sərnişinlərlə birlikdə yerə enmişdir. Bir az gözlədikdən sonra o avtomobilin düzəlmədiyini görüb piyada Qobustan şəhəri istiqamətinə hərəkətə başlamış və təxminən 20-25 dəqiqə piyada hərəkət etdikdən sonra Qobustan şəhər dairəsinə çatmışdır. Təxminən saat 20 radələrində orada dayanıb siqaret yandıraraq çəkə-çəkə İsmayıllı rayonu istiqamətinə gedən yol maşınını gözləyən zaman bir neçə polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edib, onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Qobustan rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində xidməti otaqların birində hüquqları izah edilmiş, hüquqlarını müdafiə etmək üçün öz seçimi əsasında dövlət hesabına müdafiəçi təyin edilmiş, RPŞ-də müdafiəçinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman, ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif edilmişdir. Bu vaxt o qara rəngli şalvarının sağ yan cibində 01 ədəd ağ rəngli kağız bükülüdə içərisində narkotik vasitə olan “marixuana”nı təqdim edib həmin maddəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və üzərində bundan başqa heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra həmin 01 ədəd bükülü elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək, protokolun doğru yazıldığı imzalarla təsdiq edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş, 01 ədəd kağız bükülüdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində ğöstərdi ki, Qobustan RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. 16 mart 2022-ci il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə əməliyyat qrupunun üzvləri Cinayət Axtarış Bölməsinin sabiq rəisi Şahid2, CAB-ın əməliyyat müvəkkilləri Şahid3, Şahid5, Şahid4 və onun iştirakı ilə 16 mart 2022-ci il tarixdə saat 20 radələrində Qobustan şəhər dairəsi deyilən ərazidə Təqsirləndirilən şəxs saxlayaraq sonuncuya narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞyə getməli olacağı izah edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Nizami Abasov, həmçinin polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər-haansı bir maddə, predmet və ya əşya varsa, özü təqdim etsin. Bayram bundan sonra əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kağız bükülünü çıxardıb təqdim edərək həmin bükülüdə narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. O, həmin içərisində narkotik vasitə olan kağız bükülünü 16 mart 2022-ci il tarixdə Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə yolun kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tərəzidə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərində qanunla gəzdirilməsi və ya saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid4, Şahid5 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Şahid6 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi yoxdur. 16 mart 2022-ci il tarixdə saat 20 radələrində Qobustan şəhəri “Son” deyilən ərazidə olan zaman polis əməkdaşı ona yaxınlaşaraq, İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərinə axtarış keçirələcəyi və həmin axtarışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə RPŞyə gəlmişdir. Bundan sonra RPŞ-də müdafiəçi Nizami Abasov, digər hal şahidi Şahid7, həmçinin polis əməkdaşları və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kağız bükülünü çıxardıb təqdim edərək həmin bükülüdə narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. O, həmin içərisində narkotik vasitə olan kağız bükülünü 16 mart 2022-ci il tarixdə Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə yolun kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərində qanunla gəzdirilməsi və ya saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş şahid Mamedov X6 Cavid Zakir oğlu ilə eyni məzmunlu ifadə verdi. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 16 mart 2022-ci il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə RPŞ-nin ƏİÜ rəis müavini Şahid1 tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən, o və əməliyyat qrupunun üzvləri ƏİÜ rəis müavini Şahid1, CAB-ın əməliyyat müvəkkilləri, Şahid3, Şahid5 və Şahid4 16 mart 2022-ci il tarixdə saat 20 radələrində Qobustan şəhər dairəsi deyilən ərazidə Təqsirləndirilən şəxs saxlayaraq ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla Qobustan RPŞ-yə getməli olacağını ona bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Nizami Abbasov hal şahidləri və bizim iştirakımızla təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən öncə təhqiqatçı Bayrama təklif etdi ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa özü təqdim etsin. Bayram bundan sonra əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kağız bükülünü çıxardıb təqdim etdi və bildirdi ki, həmin bükülüdə narkotik vasitə olan marixuana var. O həmin içərisində narkotik vasitə olan kağız bükülünü 16 mart 2022-ci il tarixində Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə yolun kənarında yerdən tapdığını və şəxsi süfadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tərəziyə qoyularaq çəkilmiş, sonradan onun üzərinə şəxsi axtarış edirilsə də, lakin qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən tərəziyə qoyularaq çəkilmiş DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunaraq iştirakçılar həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 17 mart 2022-ci il tarixli 7/268 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 5,49 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən, kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 5,49 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 5,44 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 30 aprel 2022-ci il tarixli, 1472 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik” vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülr. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,49 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 5,44 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 123 may 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 28 aprel 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Hüseynov X3 rayon xalq məhkəməsinin 25 oktyabr 1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 226.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 29 aprel 2022-ci il tarixli 1928 saylı arayışda göstərilir ki, Hüseynov X3 şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5 ünvanında qeydiyyatdadır. Ailə tərkibi arvadı – 28 mart 1966-cı il təvəllüdlü X4, oğlu- 19 fevral 1988-ci il təvəllüdlü X5 və oğlu- 19 sentyabr 1991-ci il təvəllüdlü X2 ibarətdir. İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 29 aprel 2022-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 16 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 18 mart 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerindən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,44 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdən 18 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə İsmayıllı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli İsmayıllı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,44 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-17/2022
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-17/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver