Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-17/2024 01.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X2 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçisi – Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Qobustan rayon məhkəməsinin inzibati binasında xx xxxx 1985-ci il tarixdə Şamaxı rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 210 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonuna daşımış, 13 mart 2024-cü il tarixdə saat 09:20 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Qobustan şəhəri, “Son” adlanan ərazidə saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan Rayon Polis Şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 12:10-dan 12:24-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol dizüstü cibindən 01 (bir) ədəd qara rəngli polietilen bağlamanın içərisində ümumi təmiz çəkisi 210 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi əməklə məşğul olur. Bakı şəhəri ərazisində müxtəlif yerlərdə fəhlə kimi işləyir. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. 12 mart 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhərindən Qobustan rayonu, Nabur kəndinə gələrkən Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yol kənarında yerdə 01 ədəd sellofan bükülü görmüşdür. Həmin sellofan bükülünü yerdən götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu görmüşdür. Əvvəlcə ətrafında heç kimin olmadığını dəqiqləşdirmişdir. Sonra isə əvvəllər narkotik vasitə marixuana istifadə etdiyi üçün içərisində qurudulmuş marixuana olan 01 ədəd sellofan bükülünü həmin vaxt əynində olan göy rəngli cins şalvarının sol dizüstü cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 13 mart 2024-cü il tarixdə saat 09 radələrində işi olduğuna görə Qobustan şəhərinə gəlmişdir. Həmin vaxt yerdən tapdığı içərisində qurudulmuş marixuana olan 01 ədəd sellofan bükülü geyinmiş olduğu göy rəngli cins şalvarının sol dizüstü cibində olmuşdur. Qobustan şəhəri, “Son” adlanan ərazidə olarkən polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Qobustan Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman yerdən tapdığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd sellofan bükülü də geyinmiş olduğu göy rəngli cins şalvarının sol dizüstü cibində olmuşdur. Polis Şöbəsinə gəldikdən sonra polis əməkdaşları tərəfindən hüquqlarını müdafiə etmək üçün Ramil Yusifov öz seçimi əsasında dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Vəkil Ramil Yusifov dəvət olunaraq ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşı ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişdir. O da əynində olan göy rəngli cins şalvarının sol dizüstü cibində 01 ədəd sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və həmin bükülünü cibindən çıxararaq təqdim etmişdir. Sonra isə polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış və onun üzərindən gəzdirilməsi qanunla qadağan olan başqa hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Aşkar edilmiş içərisində qurudulmuş marixuana olan sellofan bükülü polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükülünün içərisində olan kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır, Müşfiq ərazisində yol kənarında yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa bildirmişdir ki, içərisində qurudulmuş marixuana olan sellofan bükülünü taparkən tək olmuşdur. Yanında başqa şəxs və ya şəxslər olmamışdır. Heç bir şəxsə narkotik vasitə olan qurudulmuş marixuana satmamış və ya verməmişdir. Bu barədə heç bir şəxsin məlumatı olmamış və bu barədə heç bir şəxsə bildirməmişdir. Narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməsi barədə nə ailə üzvlərinə, nə qohumlarına, nə də ki, tanışlarına heç vaxt bildirməmiş və bu barədə onların məlumatı olmamışdır. Narkotik vasitə istifadəçisidir, heç vaxt narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Qobustan Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərdi ki, 13 mart 2024-cü il tarixdə Qobustan rayonu, Nabur kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Qobustan RPŞ-in CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-in CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 13 mart 2024-cü il tarixdə saat 09:20 radələrində Qobustan şəhərində “Son” adlanan ərazidə Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, ona özlərini təqdim etmişlər, narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçi Ramil Yusifov, həmçinin polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş Şahid4 tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol dizüstü cibindən 01 ədəd sellofan bükülünü çıxarıb iştirakçılara təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 12 mart 2024-cü il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində dəqiq ünvanı bilmədiyi ərazidə yol kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan bükülü açılıb içərisinə baxıldıqda narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, bitki mənşəli kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 142 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 13 mart 2024-cü il tarixli 3-16-16/2-7/425 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 210,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 210,0 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 209,95 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 14 may 2024-cü il tarixli, 3289 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 210 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 209,95 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 16 mart 2024cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 30 mart 2024-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması barədə əməliyyat məlumatları əldə olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyini, əldə etməsində başqa şəxslərin iştirakını, həmçinin Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat sərf etmişdir. Ona görə də, 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 13 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Bakı şəhər Pobasiya İdarəsinə tapşırılmalı, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Qobustan rayon polis şöbəsində saxlanılan çəkisi 209,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 70 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 13 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, ünvan 1 ünvanını hər gün axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Qobustan rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 209,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 70 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 saat hüquqi yardıma görə 180 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(026)-17/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-17/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver