Məhkəmə qərarları › İş №1(026)-17/2025

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-17/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-17/2025 18.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1973-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə daşımış, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2025-ci il tarixdə saat 12:08-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən 19 saylı orta məktəbin yaxınlığında saxlanılıb orada üzəri yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükülünün içərisində təmiz çəkisi 1,436 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 427,486 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 12 may 2025-ci il tarixdə saat 17:40 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılıb orada üzəri yoxlanılan zaman sağ qoltuğunun altında saxladığı bənövşəyi rəngli sellofan torbanın içərisində 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 427,486 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə etməklə dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də, narkotik vasitə aludəçisidir və vərəm xəstəsidir. İttiham aktında barəsində qeyd edilənlərlə razıdır. Həqiqətən də, 01 may 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş təmiz çəkisi 1,436 qram psixotrop maddə metamfetamin və 12 may 2025-ci il tarixdə Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş 427,486 qram narkotik vasitə-qurudulmuş marixuana onun özünə məxsus olmuşdur. Hazırda əməlindən peşmandır və məhkəmədən yeganə xahişi ondan ibarətdir ki, səhhəti də nəzərə alınmaqla, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə onun tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin əmri ilə 12 may 2025-ci il tarixdə, onun rəhbərliyi, Qobustan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 12 may 2025-ci il tarixdə saat 17:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, həmçinin Qobustan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Qobustan rayonu, Qobustan şəhəri ərazisində küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demiş və ona üzərində narkotik vasitə saxlaması barədə məlumatlarının olmasını bildirib, buna görə videoçəkilişdən istifadə edilməklə üzərinə yoxlanış keçirilməsi zərurəti olduğunu izah etmişlər, o da üzərinə yoxlanış keçirilməsinə razılığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya və predmet olduğu halda təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs sağ qoltuğunun altında saxladığı bənövşəyi rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisinə baxdıqda içində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd bağlamanın olduğu aşkar edilmişdir. 01 ədəd bağlama torbadan çıxarılaraq Təqsirləndirilən şəxs bağlamanın içərisində olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin qurudulmuş marixuana olduğunu, həmin kütləni 11 may 2025-ci il tarixdə saat 17 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 28 May qəsəbəsindən keçən hissəsində, yolun kənarında yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və pay vermədiyini bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd bağlama tərəzidə çəkilmiş, sonra isə həmin 01 ədəd bağlama içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onlar onu polis şöbəsinə gətirmiş və onun üzərindən aşkar edilərək götürülmüş kütləyə baxış keçirilib qanunauyğun tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləyə baxış keçirilməsi baş təhqiqatçı Elşən Eyvazova həvalə edilmişdir. Baş təhqiqatçı Elşən Eyvazov öz xidməti iş otağında Təqsirləndirilən şəxs Qobustan rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi seçmişdir. Daha sonra baş təhqiqatçı zəng edərək vəkil Müdafiəçi dəvət etmiş, bir qədər sonra vəkil Müdafiəçi gəlmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs, Müdafiəçi, onun, Şahid2 və Şahid3 iştirakı ilə əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilməsinə başlanılmışdır. Bu zaman əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bağlamanın qablaşdırıldığı zərfdəki kütlə haqqında soruşulduqda, o, zərfin içərisində olan kütlənin üzərindən aşkar olunduğunu, özünə məxsus olduğunu, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 11 may 2025-ci il tarixdə saat 17 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 28 May qəsəbəsindən keçən hissəsində, yolun kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, icraatına Siyəzən şəhəri, H.Əliyev prospekti, ev 18-də yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa, bölmənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid6 və polis leytenantı Şahid5 də daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 01 may 2025-ci il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, həmin gün saat 12:08-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 19 saylı orta məktəbin yaxınlığında piyada getməsini görmüşlər. Onlar aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək, hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində metamfetamin olduğunu, özünün istifadəsi üçün həmin tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün içərisinə baxılanda psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin büküm elektron tərəziyə qoyulub çəkilmiş və çəkisi 1,65 qram olmuş, həmin büküm zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Bu barədə həmin yerdə protokol tərtib etməyə şərait olmadığından birlikdə bölməyə gəlmişlər, bölmədə Təqsirləndirilən şəxs saxlanılması və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuş, bundan sonra raportla bölmə rəisinə məruzə olunaraq araşdırmanın davam etdirilməsi üçün material zərf və Təqsirləndirilən şəxsla birlikdə bölmənin təhqiqatçısı, polis kapitanı Əhmədağa Hüseynova təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə X3 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs aşkar olunmuş və təhqiqatçıya təqdim edilmiş içərisində onun saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş metamfetaminə bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, zərfin içərisində olan 01 ədəd sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. İş üzrə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsindən daxil olmuş materialların məhkəmə ekspertizasının 02 may 2025-ci il tarixli, 20/257 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,436 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 1,436 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 1,386 qram olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 63 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 13 may 2025-ci il tarixli, 20/311 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Siyəzən rayon sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen torbada üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 427,486 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 427,486 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,2 qram, qalıq çəkisinin isə 427,286 qram olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 63 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2025-ci il tarixli, 3512 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdən Siyəzən rayon Mərkəzi Xəstəxanasında (F11x2) diaqnozu ilə qeydiyyatdadır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 12 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Qobustan RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə saat 17:40 radələrində Qobustan rayonu, Qobustan şəhəri ərazisində piyada hərəkət edərkən saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı bir əşya və predmet olduğu halda təqdim etməsi bildirildikdə o, sağ qoltuğunun altında saxladığı bənövşəyi rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin torbanın içərisinə baxıldıqda içində 01 (bir) ədəd sellofan bağlamanın olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs 01 (bir) ədəd sellofan bağlamanın içərisində olan kütlə haqqında soruşulduqda, o, həmin kütlənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd sellofan bağlama elektron tərəzidə çəkilmişdir. Bundan sonra isə həmin 01 (bir) ədəd sellofan bağlama içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra zərf RPŞ-nin 142 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin 01 (bir) ədəd sellofan bağlamadakı kütlə haqqında soruşulduqda, o, həmin kütləni yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin kütlədən kiməsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri, yəni geyimlərinin cibləri yoxlanan zaman onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 04 (dörd) manat məbləğində pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 (dörd) manat məbləğində pul özünə qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Qobustan RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Elşən Eyvazov tərəfindən tərtib olunmuş 12 may 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə saat 17:40 radələrində Qobustan RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılmış və sağ qoltuğunun altında saxladığı bənövşəyi rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd sellofan bağlamada yaşıl rəngli, kəskin qoxulu spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş, videoçəkilişin bir ədəd DVD diskinə köçürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd bağlamaya və 01 (bir) ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bağlamanın qablaşdırıldığı zərf ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin bağlamanın qablaşdırıldığı zərfdəki kütlə haqqında soruşulduqda o, zərfin içərisində olan kütlənin üzərindən aşkar olunduğunu, özünə məxsus olduğunu, həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 11 may 2025-ci il tarixdə saat 17 radələrində Bakı- Şamaxı-Yevlax yolunun 28 May qəsəbəsindən keçən hissəsində, yolun kənarında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra DVD diskdə olan görüntülərə baxış keçirilmiş, DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirməsi əksini tapmışdır. Cinayət işinə əlavə edilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən tərtib olunmuş 01 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib daşıması, istifadəsi, gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu 01 may 2025-ci il tarixdə saat 12:08 dəqiqədə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 19 saylı məktəbin yaxınlığında saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, əynində olan qara şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqdim edilmiş kütlə videoçəkiliş vasitəsi ilə əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüş, daha sonra isə elektron tərəzidə çəkisi müəyyən edilmişdir. Metamfetaminə bənzər kütlənin elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 1,65 qram olduğu müəyyən edilmişdir. Daha sonra təqdim olunan kütlə 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən tərtib olunmuş 01 may 2025-ci il tarixli “təqdim olunan əşyaların götürülməsi barədə” protokoldan görünür ki, 01 may 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsindəki 19 nömrəli orta məktəbin yaxınlığında həmin polis bölməsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 12:08-də saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncu üzərində saxlamış olduğu 01 ədəd bükülüdə olan ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddəni özü təqdim etmişdir. Təqdim edilən psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında əməliyyat tədbiri iştirakçıları tərəfindən götürülmüşdür. Aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğu üçün tədbir iştirakçıları tərəfindən götürülmüş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılmasından ötrü üzərindən götürülmüş maddi sübutlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-yə gətirildikdən sonra əməliyyat müvəkkili, polis leytenantı Şahid5 videokamerasını işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə PB-də xidməti otaqların birində videoçəkilişə başlamışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkilə hər hansı bir etirazının olmadığını, hüquq və vəzifələrinin ona tam aydın olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlamadakı psixotrop maddəyə bənzər kütlənin onun üzərindən aşkar edildiyini, həmin maddənin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra təhqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış psixotrop maddəyə bənzər kütlənin olduğu zərfin içərisində həqiqətən də şəffaf sellofan bükülüdə olan ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu görülmüşdür. Həmin büküm elektron tərəzidə çəkilən zaman psixotrop maddə olan metamfetaminə bənzər maddənin çəkisinin 1,65 qram olduğu müəyyən edilmiş və qablaşdırılmış, DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri-insani rəftara məruz qalmadığını, üzərindən aşkar olunmuş psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 427,486 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 427,286 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan Qobustan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X9 tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Həmçinin ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 01 bükümdə təmiz çəkisi 1,436 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,386 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Daha sonra isə Sumqayıt ŞPİ-dən Qobustan RPŞ-yə 29 iyul 2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,386 qram olan 01 bükümdə psixotrop maddə metamfetamin Qobustan RPŞ-yə göndərilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 26 may 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Xalq Məhkəməsinin 07 aprel 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 30 may 1998-ci il tarixdə Milli Məclisin 12 may 1998-ci il tarixli “Amnistiya” qərarının 4-cü maddəsinə əsasən azad edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmişdir. 08 iyun 2007-ci il tarixdə Milli Məclisin 08 may 2007-ci il tarixli “Amnistiya” qərarına əsasən azad edilmişdir. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 08 oktyabr 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 18 dekabr 2014-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, 28 dekabr 2015-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Siyəzən Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17 yanvar 2022-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən 21 sentyabr 2021-ci il tarixli hökm ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. İşdə surəti olan Siyəzən Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 1(059)- 42/2021 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 01 il 06 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dəyişdirilməsi və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İşdə surəti olan Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 7(057)- 31/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Siyəzən Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 5 saylı cəzaçəkmə müəssisəsində faktiki cəza çəkən Təqsirləndirilən şəxs “08 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli, 395-VİQR nömrəli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmışdır. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 03 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 427,486 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana ona məxsusdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 427,486 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə olan qurudulmuş marixuananı satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 427,486 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etdiyini, əldə edilməsində başqa şəxslərin iştirakını, başqa şəxslərlə birlikdə qəbul etməsi, həmçinin Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin rəisi Bəhruz Musayevin 22 may 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs heroini və metamfetamini əldə etdiyi şəxsi müəyyən etmək mümkün olmamışdır. “Siyəzən rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 03 iyul 2025-ci il tarixli, 18-1-69/2-566/2025 nömrəli məktubundan görünür ki, Siyəzən şəhəri, H.Əliyev prospekti, ev 18 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinə psixoloji xəstəliklə bağlı heç bir müraciət etməmiş və dispanser qeydiyyatda durmur. Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdən narkoloji kabinetdə qeydiyyatdadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə saat 17:40 radələrində Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün saat 18:50-də şübhəli şəxs qismində tutulmuş, 14 may 2025-ci il tarixdə saat 11:30-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X7 azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə saat 12:08-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq şübhəli şəxs qismində tutulmuş, 03 may 2025-ci il tarixdə saat 11:30-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək, Sumqayıt ŞPİ-nin X7 azad edilmişdir. Qobustan Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 1(026)-17/2025 saylı qərarı ilə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həbs edildikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilməsi, qərarın icrasının Qobustan RPŞ-yə həvalə edilməsi qərara alınmışdır. İşdəki Qobustan RPŞ-nin 09 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2025-ci il tarixdə Siyəzən şəhəri ərazisində tutularaq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Siyəzən RİHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs subaydır, həbsdə olub, heç bir yerdə işləməyib. Nümayəndəliyə onun haqqında şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk və əməliyyataxtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk əlavə edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır; 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O cümlədən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəmetamfetaminin təmiz çəkisi 1,436 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Eləcə də, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 109.1-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 427,486 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin hazırda müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət təkrar törədilmişdir. Ona görə də bu hal, yəni cinayətin təkrar törədilməsi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. CM-in 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Təkrarlıqla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2025-ci il tarixli, 3512 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Siyəzən rayon Mərkəzi Xəstəxanasında (F11x2) diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün (48 saatdan az olmaqla) və 12 may 2025-ci il tarixdən 14 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün (48 saatdan az olmaqla) müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı (CM – 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Siyəzən rayon Mərkəzi Xəstəxanasında (F11x2) diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 427,286 qram narkotik vasitə - qurudulmuş marixuana və 1,386 qram psixotrop maddə - metamfetamin məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM - 198.1), təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 12 saat hüquqi yardımla bağlı 132 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün və 12 may 2025-ci il tarixdən 14 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 09 oktyabr 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Siyəzən rayon Mərkəzi Xəstəxanasında (F11x2) diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə cəmi 126 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 12 saat hüquqi yardımla bağlı 132 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 427,286 qram narkotik vasitə - qurudulmuş marixuana və 1,386 qram psixotrop maddə - metamfetamin məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk və əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı qeydə alınmış, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş predmetlərə baxış və götürmənin həyata keçirildiyi videogörüntünün əks olunduğu 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar