Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-18/2021 17.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – xx xxxx 1969-cı ildə Şamaxı rayonu, Sədəf kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, N saylı hərbi hissədə bağban işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, 2-ci paralel küçəsi, məhəllə 9-da qeydiyyatda olmaqla, Qobustan şəhəri, H.Əliyev prospekti, ev 196-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksiyasına yoluxub-yoluxmaması ilə əlaqədar 05 aprel 2021-ci il tarixdə Qobustan rayonunun Mərkəzi xəstəxanasında verdiyi testin nəticəsinin pozitiv olduğunu 06 aprel 2021-ci il tarixdə bildikdən sonra, yaşadığı Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində karantinə alınmasına, karantin qaydalarına uyğun olaraq 14 (on dörd) gün müddətində yaşadığı evi tərk etməməli olmasına, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilməsinə baxmayaraq, 07 aprel 2021-ci il tarixdə saat 20 radələrində karantin rejimini qəsdən pozub, yaşadığı evi tərk edərək, Qobustan rayonu Bədəlli kəndinə getməklə özündə aşkar olunan koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda göstərilənlərə əsasən tam təsdiqini tapır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 01 aprel 2021-ci il tarixdə işlədiyi N saylı hərbi hissədə “Covid 19” virusuna qarşı vaksin vurdurmuş, 04 aprel 2021-ci il tarixdə gecə saat 03 radələrində səhhətində problemlər olduğu üçün 05 aprel 2021-ci il tarixdə saat 10 radələrində özünə məxsus “DAEWOO” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayon Mərkəzi xəstəxanasına gedərək korona xəstəliyi tutub-tutmadığını yoxlamaq üçün test vermiş, 06 aprel 2021-ci il tarixdə istifadəsində olan mobil nömrəyə TƏBİB-dən korona xəstəliyi tutması barədə mesaj gəlmişdir. Bundan sonra Qobustan RMX-yə getmiş, orada Güllər həkim onu müayinə edərək, müalicə alması üçün dərmanlar yazmış və 14 gün müddətinə evdə qalmalı, çölə çıxmamalı, çölə çıxdığı halda cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişdir. Bundan sonra Güllər həkim hər gün ona zəng vuraraq, hal-əhval tutmuş və səhhəti barədə soruşmuşdur. 07 aprel 2021-ci il tarixdə saat 20 radələrində atasının səhhətində problemlər olduğu üçün, Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən özünə məxsus fərdi yaşayış evindən Qobustan rayonu Bədəlli kəndində yerləşən ata evinə getmiş, həmin gecəni orada qalmış, 08 aprel 2021-ci il tarixdə Qobustan rayonunun Bədəlli kəndində yerləşən ata evində olan zaman, istifadəsində olan mobil nömrəyə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Şahid1 zəng vuraraq, harada olduğunu soruşmuş, ona hal-hazırda Qobustan rayonu Bədəlli kəndində ata evində olduğunu bildirmişdir. Şahid1 “Covid 19” virusunun daşıyıcısı olduğu halda hansı səbəbdən çölə çıxdığını soruşmuş, ona atasının səhhətində problemlər olduğu üçün Qobustan rayonu Bədəlli kəndinə ata evinə gəldiyini bildirmişdir. Bundan sonra Şahid1 heç kimlə təmasda olmamağı bildirərək, onu Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən yaşadığı evə çağırmışdır. Özünə məxsus “DAEWOO” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonu Bədəlli kəndindən Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinə gəlmiş, oraya gələn zaman, orada polis əməkdaşları olmuş və onlar ondan “Covid 19” virusunun daşıyıcısı olub-olmadığını soruşmuş, onlara həmin virusun daşıyıcısı olduğunu bildirdikdən sonra, onlar hansı səbəbdən çölə çıxmağını soruşmuş, o da atasının səhhətində problemlər olduğu üçün Qobustan rayonu Bədəlli kəndinə getdiyini bildirmişdir. Bundan sonra yaşadığı evə daxil olmuşdur. Əməlində tərkib olmadığı üçün ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 08 aprel 2021-ci il tarixdə RPŞ-nin İTB-nin rəisi Şahid2 ona zəng edərək, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs covid xəstəsi olduğu halda karantin qaydalarını pozaraq, yaşayış yerini tərk etdiyini bildirmiş, bundan sonra Şahid2la birlikdə Təqsirləndirilən şəxs Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinə getmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Ərəstunun atasının səhhətində problemlər olduğu üçün Ərəstunun 07 aprel 2021-ci il tarixdə atasının yaşadığı Qobustan rayonunun Bədəlli kəndinə getdiyini, oradan da xalası oğlunun hüzr məclisində iştirak edəcəyini bildirmişdir. Bundan sonra istifadəsində olan mobil nömrə ilə Ərəstunun istifadəsində olan mobil nömrəyə zəng vuraraq ondan harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs atasının yaşadığı Qobustan rayonu, Bədəlli kəndində olduğunu demiş, ona heç kimlə ünsiyyətdə olmamağı və yaşayış yerinə qayıtmağı bildirmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs Qobustan şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinə avtomobili ilə gəlmiş, ara məsafəsini gözləməklə, Təqsirləndirilən şəxs yaxınlaşaraq onun “COVİD-19” virusunun daşıyıcısı olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs “COVİD-19” virusunun daşıyıcısı olduğunu bildirmişdir. Bundan sonra ona hansı səbəbdən yaşayış yerini tərk etdiyini bildirmiş, Ərəstun isə atasının xəstə olduğunu, bu səbəbdən yaşayış yerini tərk etdiyini demişdir. Təqsirləndirilən şəxs bunları dedikdən sonra, bir daha ona yaşayış yerini tərk etməməli və karantin qaydalarını pozmamalı olduğunu bildirmiş, Təqsirləndirilən şəxs yenidən yaşadığı ünvana daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşayış yerinə gələn zaman avtomobildə tək olmuş, lakin yaşayış yerini tərk edərək, Qobustan rayonu Bədəlli kəndinə getmiş, həmçinin əldə olunmuş məlumatlara əsasən o, Qobustan rayonu Təsi kəndində xalası oğlu Xanmuradın hüzr mərasimində iştirak etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş RPŞ-nin İTB-nin rəisi Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hal-hazırda RPŞ-nin PPX-nin sahə polis nəfəri işləyir. 08 aprel 2021-ci il tarixdə özünə məxsus olan “VAZ 2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis işçiləri Şahid5 və Şahid4la birlikdə Qobustan rayonunun Təsi kəndi ərazisində xidmətdə olan zaman, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs özünə məxsus olan “DAEWOO” markalı avtomobillə Qobustan şəhəri istiqamətində hərəkət etdiyini görmüş, Təqsirləndirilən şəxs aktiv korona xəstəsi olduğunu bildiyi üçün, RPŞ-nin İTB-nin rəisi Şahid2 zəng vuraraq, aktiv korona xəstəsi Təqsirləndirilən şəxs karantin qaydalarını pozaraq, yaşadığı ünvanı tərk etdiyini bildirmiş, Şahid2 bu barədə qanuni tədbir görəcəyini demişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş RPŞ-nin PPX-nin sahə polis nəfərləri Şahid4 və Şahid5 isə Şahid3 oğlu ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 15 fevral 2021-ci il tarixdən etibarən Qobustan rayon Mərkəzi xəstəxanasında Terapiya şöbəsinin müdiri vəzifəsində işləyir. 06 aprel 2021-ci il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs RMX-yə gələrək, 05 aprel 2021-ci il tarixdə “Covid 19” virusunun daşıyıcısı olubolmaması ilə bağlı verdiyi testin cavabının pozitiv çıxdığını və “Covid 19” virusunun daşıyıcısı olduğunu bildirmişdir. Bundan sonra onu müayinə edərək, dərmanlar yazdıqdan sonra 14 gün karantində olmalı və çölə çıxmamalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müayinə olunduqdan sonra, xəstəxananı tərk edərək getmiş, daha sonra onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq səhhətini soruşmuş və çölə çıxmamasını, virusu digər şəxslərə yaya biləcəyini, karantin şərtlərini pozaraq çölə çıxarsa buna görə cinayət məsuliyyəti daşıyacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞyə daxil olmuş 14 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Səhiyyə Nazirliyi Məhkəmə tibb X1 Birliyi” Publik Hüquqi şəxsin verdiyi 24 iyun 2021ci il tarixli, 605/KEŞ nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdən 20 aprel 2021-ci il tarixədək “COVİD-19” virusu ilə əlaqədar evdə ambulator müalicə almışdır. Təqsirləndirilən şəxs “COVİD-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla onun digər şəxslərə xəstəliyi yoluxdura bilməsi istisna edilmir. “COVİD-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qobustan rayon mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsin verdiyi 10 iyun 2021-ci il tarixli 03/68 saylı məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdən 20 aprel 2021-ci il tarixədək “COVİD-19” diaqnozu ilə bağlı evdə ambulator müalicə almışdır. İbtidai araşdırma zamanı tərtib edilmiş 26 aprel 2021-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung DUOS” markalı mobil telefonda “TƏBİB” publik hüquqi şəxs tərəfindən Təqsirləndirilən şəxs “COVİD-19” infeksiyasına yoluxması ilə bağlı göndərilmiş mesaj aşkar olunmuşdır. Həmin mesajda qeyd olunmuşdur: “X6. Sizin 05.04.2021-ci il tarixində “COVİD-19” ile bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahiş olunur, siz ve aile üzvleriniz yashayish yerini terk etmeyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, Azerbaycan Respublikasının İnzibati Xetalar və Cinayet mecellelerinde nezerde tutulmuş qaydada mesuliyyet daşıyacaqsınız. Göndərildi: 06-aprel-2021 12:50 Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 iyun 2021-ci il tarixli 867 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ünvan 1 ünvanında yaşayır. Himayəsində 1977-ci il təvəllüdlü arvadı-X5, 2003-cü il təvəllüdlü qızı- X2, 2004-cü il təvəllüdlü qızı-X4 və 2007-ci il təvəllüdlü oğlu-Qədirli Əzizxan Ərəstun oğlu vardır. İş materiallarında olan Qobustan rayonu İHB-nın Qobustan şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 16 iyun 2021-ci il tarixli 868 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun qismən və şahidlərin ifadələri ilə tam sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-18/2021
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-18/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver