Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-18/2022 09.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1971-ci ildə Şamaxı rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Qobustan rayonu, Sündü kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,126 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, həmçinin ümumilikdə təmiz çəkisi 47,496 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonunun Sündü kəndinə daşımış, 14 mart 2022-ci il tarixdə saat 21 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Sündü kəndi ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd kağız bükülünün içərisində təmiz çəkisi 1,126 qram psixotrop maddə metamfetamin və eləcə də, yaşadığı Qobustan rayonunun Sündü kəndindəki fərdi yaşayış evində axtarış zamanı evin həyətində yerləşən yarımtikilidə işlək vəziyyətdə olmayan soyuducunun içərisindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,328 qram və 01 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 43,168 qram olmaqla, ümumilikdə təmiz çəkisi 47,496 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonunun Sündü kəndində tək yaşayır. 3-4 ildir ki, müəyyən fasilələr olmaq şərti ilə narkotik vasitə olan marixuanadan istifadə edir. Həm də əvvəllər bir neçə dəfə psixotrop maddə olan metamfetamin istifadə etmişdir. 2021-ci ilin sentyabr ayında yaşadığı Qobustan rayonunun Sündü kəndində “Burunsuz” deyilən ərazidəki süni göldə balıq tutmağa getmişdir. Gölün kənarında olarkən yerdə sellofan bükülü görmüşdür. Maraq üçün sellofan bükülünü götürüb açıb içərisinə baxanda sellofan bükülünün içərisində yaşıl rəngdə qurudulmuş formada maddə olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülünün içərisində olan maddəni iylədikdə, ona məlum olmuşdur ki, həmin sellofan bükülünün içərisindəki maddə narkotik vasitə olan marixuanadır. Buna görə də, özü istifadə etmək üçün dərhal həmin sellofan bükülünü bağlayıb cibində gizlətmişdir. Sonra da yaşadığı evə gəlmiş və qərara gəlmişdir ki, tapdığı sellofan bükülüdə olan maddəni hal-hazırda yaşadığı evin həyətyanı sahəsində olan kənar tikilidə işlək vəziyyətdə olmayan soyuducunun içərisində gizlətsin ki, özünə lazım olanda götürüb oradan istifadə etsin. Həmin tikili yarımçıqdır, orada heç vaxtı yaşayış olmamışdır. Özü istifadə edəndə marixuananı kibrit qutusuna doldurur ki, həmin maddəni üzərində rahat gəzdirsin. Bu səbəbdən də sellofan bükülüdə olan marixuanadan kibrit qutusuna doldurmuşdur ki, lazım olanda götürüb üstündə gəzdirərək istəyəndə istifadə etsin. 2022-ci ilin fevral ayının sonlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Bakı şəhəri “20 yanvar” dairəsi deyilən yerin yaxınlığında yaşayış binalarının arası ilə hərəkətdə olan zaman səkinin kənarında şəffaf rəngli sellofan bükülü görmüş, bükülü diqqətini çəkdiyi üçün əyilib onu yerdən götürmüş, açıb içərisinə baxanda onun içərisində kristal maddə olduğunu görmüşdür. Həmin maddəni yaxından izlədikdə ona məlum olmuşdur ki, şəffaf rəngli sellofan bükülünün içərisində olan kristal maddə el arasında “şüşə və ya patı” deyilən psixotrop maddə olan metamfetamindir. Ətrafda kimsənin olmamasını müşahidə edərək həmin şəffaf rəngli sellofan bükülünü cibində gizlədərək özü ilə Qobustan rayonuna gətirmişdir. Həmin maddəni gələcəkdə istifadə etmək üçün cibində gəzdirmişdir. 14 mart 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Qobustan rayonunun Sündü kəndi ərazisində “Bulaq” deyilən yerin yanında olan vaxt, bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Qobustan rayon Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs kimi tutulması bildirilmişdir. Hüquqlarının müdafiəsi üçün öz razılığı əsasında vəkil dəvət edilmişdir. Həmçinin tanımadığı iki nəfər şəxsi hal şahidi kimi dəvət edərək Qobustan RPŞ-də xidməti otaqların birində üzərində axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif etmişlər. Həmin vaxt göy rəngli cins şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd kağız bükülünü təqdim edib, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və üzərində bundan başqa heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra həmin 01 ədəd bükülü elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra evində və ya başqa yerdə saxlanılması qanunla qadağan olan hər hansı maddə, predmet və əşyanın olub-olmaması soruşulmuşdur. Qobustan rayonu, Sündü kəndindəki fərdi yaşayış evinin həyətindəki yarımtikilidə də narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra yaşadığı Qobustan rayonu, Sündü kəndindəki fərdi evə getmişlər. İki nəfər hal şahidi dəvət edilmişdir. Oradakı yarımtikilidəki işlək olmayan soyuducunun içərisində olan 01 ədəd kibrit qutusunda və 01 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə olan marixuananı təqdim etmiş, həmin maddələr elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol doğru yazıldığı üçün də imza etmişdir. Narkotik vasitəni taparkən yanında kənar şəxs olmamış və onu kimsə görməmişdir. Narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün saxlamışdır. Heç kimdən narkotik vasitə almamışdır. Narkotik vasitə və psixotrop maddə istifadə edir, narkotik vasitənin aludəçisidir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində ğöstərdi ki, Qobustan RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. 14 mart 2022-ci il tarixdə Qobustan rayonu, Sündü kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında” qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri Cinayət Axtarış Bölməsinin rəisi Şahid2, CAB-ın əməliyyat müvəkkilləri Şahid5, Şahid4, Şahid3 və onun iştirakı ilə 14 mart 2022-ci il tarixdə saat 21 radələrində Qobustan rayonu, Sündü kəndi ərazisində “Bulaq” deyilən yerin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq sonuncuya narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞ-yə getməli olacağını ona demişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Tofiq Seyidov, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Əzimə təklif etmişdir ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, özü təqdim etsin. Əzim bundan sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız bükülünü çıxardıb təqdim edərək həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin içərisində psixotrop maddə olan kağız bükülünü 2022-ci il fevral ayının sonlarında Bakı şəhəri, “20 yanvar” deyilən ərazinin yaxınlığında binaların arasında səkinin kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə çəkilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də, lakin qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Daha sonra Əzimdən evində və ya başqa yerdə saxlanılması qanunla qadağan olan hər hansı maddə, predmet və əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs Qobustan rayonu, Sündü kəndindəki fərdi yaşayış evinin həyətindəki yarımtikilidə də narkotik vasitə olan marixuana olduğunu demişdir. Bundan sonra Əzimin yaşadığı Qobustan rayonu, Sündü kəndindəki fərdi evə getmişlər. Təqsirləndirilən şəxs oradakı yarımtikilidə olan soyuducunun içərisindən 01 ədəd kibrit qutusunda və 01 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə olan marixuananı təqdim edərək həmin narkotik vasitəni 2021-ci ilin sentyabr ayında Qobustan rayonu, Sündü kəndində “Burunsuz” deyilən ərazidəki süni gölün kənarından tapmasını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Qobustan rayonu, Sündü kəndində yaşayan Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 14 mart 2022-ci il tarixdə saat 21-22 radələrində Qobustan şəhəri ərazisində “OBA” marketin yaxınlığında olan zaman polis əməkdaşı ona yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan bir vətəndaşın RPŞ-yə gətirildiyini, üzərinə axtarış keçirələcəyini və onun da həmin axtarışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə RPŞyə gəlmişdir. Bundan sonra RPŞ-də müdafiəçi Tofiq Seyidov, digər hal şahidi Şahid7, polis əməkdaşları və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız bükülünü çıxardıb təqdim edərək, həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. İçərisində psixotrop maddə olan kağız bükülünü 2022-ci il fevral ayının sonlarında Bakı şəhəri, “20 yanvar” deyilən ərazinin yaxınlığında binaların arasında səkinin kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə çəkilmişdir. Sonradan onun üzərinə şəxsi axtarış davam etdrilsə də, lakin qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Daha sonra Əzimdən evində və ya başqa yerdə saxlanılması qanunla qadağan olan hər hansı maddə, predmet və əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs Qobustan rayonu, Sündü kəndindəki fərdi yaşayış evinin həyətindəki yarımtikilidə narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 14 mart 2022-ci il tarixdə axşam saatlarında Sündü kəndi ərazisində olan zaman polis əməkdaşı ona yaxınlaşaraq, Qobustan rayonunun Sündü kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu və yaşadığı Qobustan rayonu, Sündü kəndindəki evində narkotik vasitə olmasına şübhə olduğu üçün həmin evdə axtarış keçiriləcəyini və onun da həmin axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış, onunla birlikdə Təqsirləndirilən şəxs Sündü kəndində yaşadığı evin həyətinə gəlmişdir. Bundan sonra müdafiəçi Tofiq Seyidov, digər hal şahidi Şahid9, polis əməkdaşları və onun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yarımtikilinin içərisindəki işlək vəziyyətdə olmayan soyuducunun içərisindən 01 ədəd kibrit qutusunda və 01 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə olan marixuananı təqdim edərək həmin narkotik vasitəni 2021-ci ilin sentyabr ayında Qobustan rayonu, Sündü kəndində “Burunsuz” deyilən ərazidəki süni gölün kənarından tapmasını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra evə axtarış davam etdirilsə də, qanunla saxlanılması qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə verdi. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 mart 2022-ci il tarixdə Qobustan rayonu Sündü kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə RPŞ-in ƏİÜ rəis müavini Şahid1 tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-in rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri ƏİÜ rəis müavini Şahid1, CAB-ın rəisi Şahid2, CAB-ın əməliyyat müvəkkilləri, Şahid4, Şahid3lə 14 mart 2022-ci il tarixdə saat 21 radələrində Qobustan rayonu Sündü kəndi ərazisində “Bulaq” deyilən yerin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq onun narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla Qobustan RPŞ-yə getməli olduöunu bildirmişlər. Təqsirləndirilən şəxs heçbir etiraz etməyərək Qobustan RPŞ-yə gəlmiş, orada xidməti otaqiarın birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Tofiq Seyidov, hal şahidlərinin iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən Əzimə üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa özü təqdim etməsini ona dedikdən sonra Əzim əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız bükülünü çıxardıb təqdim etdi və bildirdi ki həmin bükümdə psixotrop maddə olan metamfetamin var. O həmin içərisində psixotrop maddə olan kağız bükülünü 2022-ci il fevral ayının sonlarında Bakı şəhəri “20 yanvar” deyilən ərazinin yaxınlığında binaların arasında səkinin kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə çəkilmişdir. Sonradan onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Daha sonra Əzimdən evində və ya başqa yerdə saxlanılması qanunla qadağan olan hər hansı maddə, predmet və əşyanın olub-olmaması soruşulmuş, Əzim isə Qobustan rayonu Sündü kəndindəki fərdi yaşayış evinin həyətində olan yarımtikilidə olan soyuducunun içərisində narkotik vasitə olan marixuananın olduğunu demişdir. Bundan sonra Əzimin yaşadığı Qobustan rayonu Sündü kəndindəki fərdi evə gedib oradakı yarımtikilidə olan soyuducunun içərisindən 01 ədəd kibrit qutusunda və 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan marixuananı təqdim edib həmin maddəni 2021 -ci ilin sentyabr ayında Qobustan Rayonu Sündü kəndi “Burunsuz” deylən ərazidəki süni gölün kənarından tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, baxış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 14 mart 2022-ci il tarixdə Qobustan rayonu Sündü kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə RPŞ-nin ƏİÜ rəis müavini Şahid1 tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradıldılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri ƏİÜ rəis müavini Şahid1, CAB-ın əməliyyat müvəkkilləri, Şahid5, Şahid4, Şahid3lə birlikdə 14 mart 2022-ci il tarixdə saat 21 radələrində Qobustan rayonu Sündü kəndi ərazisində “Bulaq” deyilən yerin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Əzimə narkotik vasitələrin stifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla Qobustan RPŞ-yə getməli olacağını ona bildirmişlər. Təqsirləndirilən şəxs heçbir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Tofiq Seyidov, hal şahidləri və onların iştirakları ulə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən öncə təhqiqatçı Əzimə təklif etmişdir ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa özü təqdim etsin. Əzim bundan sonra əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız bükülünü çıxardıb təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə psixotrop maddə olan metamfetamin var. O həmin içərisində psixotrop maddə olan kağız bükülünü 2022-ci il fevral ayının sonlarında Bakı şəhəri “20 yanvar” deyilən ərazinin yaxınlığında binaların arasında səkinin kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götüürülmüş maddə çəkilmişdir. Sonradan onun üzərinə şəxsi axtarış keçirilsədə, lakin qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Əzimdən evində və ya başqa yerdə saxlanılması qanunla qadağan olan hər hansı maddə, predmet və əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs Qobustan rayonu Sündü kəndindəki fərdi yaşayış evinin həyətindəki yarımtikilidə olan soyuducunun içində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra, Əzimin yaşadığı Qobustan rayonunun Sündü kəndindəki fərdi evə getmiş və o oradakı yarımtikilidə olan soyuducunun içindən 01 ədəd kibrit qutusunda və 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan marixuananı onlara təqdim etmiş və bildirmişdir ki, bu maddəni 2021-ci ilin sentyabr ayında Qobustan ayonu Sündü kəndi “Burunsuz” deylən ərazidəki süni gölün kənarından tapmış və şəxsi istifadəsi üçün saxlamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı rəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, baxış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/253 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Qobustan rayon sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilərək götürülmüş..” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 43,168 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 4,328 qram bitki mənşəli kütlələr tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın ümumi təmiz çəkisinin 47,496 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,1 qram, qalıq çəkisinin isə 47,396 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1499 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,126 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 1,126 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,050 qram, qalıq çəkisinin isə 1,076 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 23 aprel 2022-ci il tarixli, 2031 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,126 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,076 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs Qobustan rayonu, Sündü kəndində yerləşən evinin həyətindəki yarımtikilinin içərisindəki işlək vəziyyətdə olmayan soyuducunun içərisindən aşkar edilərək götürülmüş təmiz çəkisi 47,496 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 47,396 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 05 may 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən xx.xx.2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon xalq məhkəməsinin xx.xx.1995ci il tarixli hökmü ilə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-in 143-cü maddəsinin 2-ci hissəsi, 183-cü maddələri ilə təqsirli bilinib əməyə mütləq cəlb olunmaqla 03 il müddətinə azadlıqdan şərti məhrum olunmuş, Bakı şəhəri, Səbail rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 195-ci maddəsinin 2-ci hissəsinin 1,2-ci bəndi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Qobustan rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 14 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 16 mart 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerindən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,076 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs Qobustan rayonu, Sündü kəndində yerləşən evinin həyətindəki yarımtikilinin içərisində işlək vəziyyətdə olmayan soyuducunun içərisindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 47,396 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 180,0 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 8 saat hüquqi yardıma görə 48 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,076 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs Qobustan rayonu, Sündü kəndində yerləşən evinin həyətindəki yarımtikilinin içərisində işlək vəziyyətdə olmayan soyuducunun içərisindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 47,396 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 180,0 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 8 saat hüquqi yardıma görə 48 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-18/2022
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-18/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver