Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-18/2025 28.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı il tarixdə Qobustan rayonu, Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla, Qobustan rayonu, Qobustan şəhərində nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qobustan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə 04 may 2025-ci il tarixdə saat 12 radələrində Şahid2 məxsus, Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən mişar daşları ilə hasarlanmış torpaq sahəsinin giriş qapısı kimi nəzərdə tutulmuş dəmir lövhəsini əli ilə itələyərək açıb saxlanc yeri hesab olunan həmin sahəyə qanunsuz daxil olduqdan sonra oradan Zərərçəkmiş şəxs məxsus ağ rəngli, dişi cinsli, 7 aylıq, çəkisi 30 kiloqram olan 270 manat dəyərindəki 01 (bir) baş qoyunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa о, təkrarən, qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə 08 may 2025-ci il tarixdə saat 13 radələrində Şahid2 məxsus, Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən mişar daşları ilə hasarlanmış torpaq sahəsinin giriş qapısı kimi nəzərdə tutulmuş dəmir lövhəsini əli ilə itələyərək açıb saxlanc yeri hesab olunan həmin sahəyə qanunsuz daxil olduqdan sonra oradan Zərərçəkmiş şəxs məxsus ağ rəngli, dişi cinsli, 7 aylıq, çəkisi 30 kiloqram olan 270 manat dəyərindəki 01 (bir) baş qoyunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafları, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxsla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 04 may 2025-ci il tarixdə saat 12 radələrində o, Bakı şəhərindən Qobustan şəhərinə gəlmişdir. Qobustan şəhəri ərazisində yolun kənarında avtomobildən düşmüş və piyada irəli hərəkət edərək yolun kənarında mişar daşı ilə hasarlanmış torpaq sahəsi olduğunu görmüşdür. Həmin sahənin içərisində təxminən 25-30 baş sahibsiz xırdabuynuzlu heyvan olmuşdur. Həmin sahənin bir giriş qapısı olmuş və qapı olaraq dəmir lövhə ilə bağlanmışdır. Ətrafda həmin vaxt heç kəs olmadığı üçün sahənin içərisinə girib qoyunlardan birini oğurlamaq qərarına gəlmişdir. O, bir baş xırdabuynuzlu heyvanı, yəni qoyunu qucağına götürüb həmin yerdən uzaqlaşmışdır. Sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu, Ərəbqədim kəndinə gedən yol ayrıcının yanında yolun kənarına gəlmişdir. Həmin yolun kənarında Bakı şəhərinə getmək üçün avtomobil gözləməyə başlamışdır. O, nömrəsini xatırlamadığı gümüşü rəngli, “Mercedes” markalı avtomobilə əli ilə işarə edib saxlatmış və oğurladığı bir baş qoyunu avtomobilin yük yerinə qoyub, həmin avtomobillə Bakı şəhərinə getmişdir. O, oğurladığı qoyunu avtomobildən götürüb, Bakı-Şamaxı-Yevlax yolunun kənarında, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Pub 056” adlı kafeyə aparmışdır. Orada olan özünü müdir kimi təqdim edən adını xatırlamadığı şəxsə yaxınlaşıb özünə məxsus qoyunun olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Həmin şəxs ondan qoyunu neçəyə satmaq istədiyini soruşmuş, o, qoyunu 255 manata satmaq istədiyini bildirmişdir. Kafenin müdiri onunla razılaşaraq qoyunu ondan 255 manata almışdır. 05 may 2025-ci il tarixdən 08 may 2025-ci il tarixədək olan müddət ərzində 255 manat pulu gündəlik tələbatı üçün xərcləmiş və həmin puldan qalmamışdır. O, birinci dəfə 04 may 2025-ci il tarixdə yalnız bir heyvan oğurlamaq qərarında olmuş, lakin pula ehtiyacı olduğundan sonra yenə də oğurluq etmək qərarına gəlmiş, çünki bir baş qoyunu oğurladığı yerdə konkret sayını xatırlamadığı çox sayda xırdabuynuzlu heyvan olmuşdur. Buna görə də, o, təkrar həmin yerə gedib oğurluq etmək qərarına gəlmişdir. 08 may 2025-ci il tarixdə saat 13 radələrində markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi ilə Bakı şəhərindən Qobustan şəhərinə gəlmişdir. Qobustan şəhəri ərazisində yolun kənarında avtomobildən düşmüşdür. Sonra əvvəl oğurluq etdiyi sahəyə yaxınlaşmışdır. Həmin sahənin içərisində təxminən 25-30 baş sahibsiz qoyun olmuşdur. O, qapının dəmir lövhəsini itələyib aralayaraq içəri girmiş və heyvanların yanında heç kimin olmadığını görmüşdür. Həmin vaxt o, çəkisi təxminən 30 kiloqram olan bir baş xırdabuynuzlu heyvanı, yəni qoyunu qucağına götürüb oradan uzaqlaşmışdır. Yol kənarında Bakı şəhərinə getmək üçün avtomobil gözləməyə başlamışdır. O, nömrəsini xatırlamadığı qara rəngli, “Opel” markalı avtomobilə əli ilə işarə edib saxlatmış və oğurladığı bir baş qoyunu avtomobilin yük yerinə qoyub, yenidən Bakı- Şamaxı-Yevlax yolunun kənarında, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Pub 056” adlı kafeyə aparmışdır. Kafenin müdiri onunla razılaşaraq qoyunu ondan 255 manata almışdır. 08 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək olan müddət ərzində 255 manat məbləğində olan pulu müxtəlif yerlərdə öz ehtiyacları üçün xərcləmiş və həmin puldan da qalmamışdır. Hazırda törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəmişdir. Özü Vətən müharibəsi iştirakçısı olmaqla, müharibə veteranıdır, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Qobustan rayonu, Qobustan şəhərində nömrəsiz fərdi evdə yaşayır. Onun özünə məxsus 26 baş qoyunu olmuşdur. O, həmin qoyunları Qobustan şəhərində tanışı Şahid2 məxsus mişar daşları ilə hasarlanmış torpaq sahəsində saxlayır. Hər gün səhər saatlarında həmin heyvanları Qobustan rayonu, Qobustan şəhərində yerləşən ümumi otlaq sahəsinə aparıb otarır. Hər gün saat 11-13 radələrində nahar yeməyi üçün yaşadığı evə gəlir. Evə gələn zaman xırdabuynuzlu heyvanlarının nəzarətsiz qalmaması üçün heyvanları yaşadığı evin yaxınlığında tanışı İqrara məxsus olan mişar daşı ilə hasarlanmış və qapısı dəmir lövhə ilə bağlanan sahəyə ötürür. 04 may 2025-ci il tarixdə səhər saatlarında o, özünə məxsus xırdabuynuzlu heyvanları, yəni qoyunları örüş sahəsində otardıqdan sonra saat 11 radələrində heyvanları İqrara məxsus hasarlanmış əraziyə ötürdükdən sonra dəmir lövhədən olan qapısını bağlamışdır. Bundan sonra evə gəlmişdir. Həmin tarixdə saat 13 radələrində ona məxsus 26 baş xırdabuynuzlu heyvanı örüş sahəsinə aparmaq üçün gəlib, heyvanları saymağa başlamışdır. Lakin həmin vaxt 25 baş xırdabuynuzlu heyvan olduğunu görmüşdür. Həmin bir baş xırdabuynuzlu heyvanı axtarsa da, heyvanı tapa bilməmiş və səhər otlaqda olarkən qoyunu canavar apara biləcəyini düşünüb bu barədə Rayon Polis Şöbəsinə məlumat verməmişdir. 08 may 2025ci il tarixdə səhər saatlarında özünə məxsus 25 baş xırdabuynuzlu heyvanı örüş sahəsində otlatdıqdan sonra həmin gün saat 11 radələrində heyvanları gətirərək İqrara məxsus hasarlanmış əraziyə ötürdükdən sonra dəmir lövhədən olan qapısını bağlamışdır. Bundan sonra yaşadığı evə getmişdir. 08 may 2025-ci il tarixdə saat 13 radələrində özünə məxsus 25 baş xırdabuynuzlu heyvanını örüş sahəsinə aparmaq üçün gəlmiş, heyvanları saymağa başlamışdır. Lakin həmin vaxt artıq 24 baş xırdabuynuzlu heyvan olduğunu görmüşdür. Bundan sonra başa düşmüşdür ki, ona məxsus iki baş, hərəsi təxminən 30 kiloqram olan 270 manat dəyərində qoyun başqa şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, dərhal mobil telefonla DİN-in “102” xidməti zəng mərkəzinə zəng edərək iki baş xırdabuynuzlu heyvanın, yəni qoyunun oğurlanması barədə məlumat vermişdir. Bir qədər sonra həmin sahəyə polis əməkdaşları gələrək baxış keçirtmiş və bundan sonra o, polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə gedərək iki baş qoyunun oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Ona sonradan məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Qobustan rayonu, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs törətmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, özü “X6”də təhlükəsizlik üzrə mütəxəssis vəzifəsində işləyir. Onun Qobustan rayonu, Qobustan şəhərində torpaq sahəsi vardır. Həmin sahənin uzunluğu təxminən 100 metr, eni isə 40 metrdir və ətrafı mişar daşları ilə hasarlanmışdır. Torpaq sahəsinin giriş hissəsi dəmir lövhə ilə bağlanmışdır, həmin dəmir lövhə qapı olaraq istifadə edilir, üzərində qıfıl və yaxud kilid yoxdur. Zərərçəkmiş şəxs tanıyır, onunla münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs heyvan saxlamaqla məşğuldur. Onun heyvanları saxlamaq üçün otlaq sahəsi yoxdur. Təxminən 2025-ci ilin əvvəllərindən başlayaraq Zərərçəkmiş şəxs heyvanlarını ona məxsus torpaq sahəsində otarmaq istəməsi ilə bağlı xahiş etmiş, o da icazə vermişdir. Həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs heyvanlarını ona məxsus torpaq sahəsində otarmağa başlamışdır. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs heyvanlarını otlaması üçün ona məxsus torpaq sahəsinə salmış, lakin müxtəlif vaxtlarda həmin torpaq sahəsindən Vahidə məxsus iki baş xırdabuynuzlu heyvan, yəni qoyun oğurlanmışdır. Onun həmin heyvanların kim tərəfindən oğurlanması barədə məlumatı yoxdur. Həmçinin bildirmişdir ki, heyvanlar ona məxsus sahədən oğurlansa da, əraziyə giriş hissəsindəki qapı kimi istifadə olunan dəmir lövhəyə heç bir ziyan vurulmamış və qırılmamışdır. Yəni baş vermiş oğurluq nəticəsində ona heç bir ziyan dəyməmişdir. Məhkəmənin 28 oktyabr 2025-ci il tarixli iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, o, qardaşı X5 məxsus Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “Pub 056” adlı kafenin gündəlik ərzaq alış-verişi ilə məşğul olur. Təqsirləndirilən şəxs həmin kafeyə daimi müştəri kimi gəldiyindən onunla tanışlıqları yaranmışdır. Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, münasibətləri normal olmuşdur. 04 may 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs həmin kafeyə gələrək özünə məxsus bir baş qoyunu satmaq istədiyini bildirmişdir. O, həmin qoyunun çəkisini xatırlamır. Bundan sonra onlar qiymətdə razılaşmış və həmin qoyunu 255 manat pul qarşılığında almışdır. O, Təqsirləndirilən şəxs həmin qoyunu haradan əldən etdiyini soruşduqda, Həbib həmin qoyunu özünə məxsus fermadan gətirdiyini bildirmişdir. 08 may 2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs yenidən həmin kafeyə gələrək özünə məxsus bir baş qoyunu satmaq istədiyini bildirmişdir. O, həmin qoyunun da çəkisinin neçə kiloqram olmasını xatırlamır. Bundan sonra onlar qiymətdə razılaşmış və həmin qoyunu da 255 manat pul qarşılığında almışdır. O, Təqsirləndirilən şəxs həmin qoyunu haradan əldən etdiyini soruşduqda, Həbib yenə də həmin qoyunu özünə məxsus fermadan gətirdiyini bildirmişdir. O, hər iki qoyunu aldıqdan sonra, həmin qoyunlar kafedə yemək bişirmək üçün istifadə olunmuşdur. Ümumilikdə, hər iki qoyun üçün Təqsirləndirilən şəxs 510 manat pul vermişdir. Hadisədən bir neçə gün sonra polis əməkdaşları həmin kafeyə gələrək Təqsirləndirilən şəxs ona qoyunları satıbsatmadığını soruşmuşdur. O, Təqsirləndirilən şəxs 04 may 2025-ci il və 08 may 2025-ci il tarixlərdə kafeyə qoyunları gətirib satdığını bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı qoyunları Qobustan şəhəri ərazisindən oğurlamışdır. 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs oğurladığı qoyunu kafeyə gətirməsi və içərisində qoyun olan qutunun kafenin işçisi tərəfindən kafenin mətbəxinə aparılması ilə bağlı videogörüntünü içərisində əks etdirən 01 (bir) ədəd DVD diski təqdim etmişdir. Eləcə də o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona həmin qoyunları satarkən özünə məxsus olduğunu bildirmiş, o da inanaraq həmin qoyunları almışdır. Sonradan polis əməkdaşları kafeyə gəldikdə ona məlum olmuşdur ki, həmin qoyunları Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs əvvəllər ona qoyun və digər heyvan satmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İşdəki 25 iyun 2025-ci il tarixli götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 01 (bir) ədəd DVD diski təqdim edərək bildirmişdir ki, həmin diskdə 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs “Pub 056” adlı kafeyə qutunun içərisində qoyun gətirməsi və qoyunun kafenin mətbəxinə tərəf aparılması ilə əlaqədar görüntülər vardır. Götürmə zamanı 01 (bir) ədəd DVD disk götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 27 iyun 2025-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, 08 may 2025-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs Şahid1 işlədiyi Abşeron rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Pub 056” adlı kafeyə qutunun içərisində qoyunla daxil olmuş, qoyun satın alındıqdan sonra kafenin işçisi tərəfindən içərisində 01 (bir) baş qoyun olan qutu kafenin mətbəxinə tərəf aparılmışdır. İş materiallarından görünür ki, ibtidai araşdırma dövründə hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. 08 may 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Qobustan rayonu, Qobustan şəhəri ərazisində, rayonun Dərəkənd kəndinə gedən yolun sol tərəfində Şahid2 məxsus torpaq sahəsində yerləşir. İşdəki “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 23 may 2025-ci il tarixli, AQM/M-296-904/2025 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Zərərçəkmiş şəxs məxsus bioloji aktivlərin – 7 aylıq, 30 kiloqram ağırlığında, 2 baş xırdabuynuzlu, dişi heyvanın, yəni qoyunun 04 may 2025-ci il və 08 may 2025-ci il tarixlərdə pərakəndə satış qiyməti 540 manat təşkil edir. Mütəxəssis rəyi X1 (BQS), eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Xidmət haqqı 100 manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və o, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 01 iyul 2025-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Qobustan RİHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla, orada yaşayır. Həmçinin Qobustan RİHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. “Qobustan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 18 iyun 2025-ci il tarixli, 18-1-53/2-536/2025 nömrəli məktubundan görünür ki, Qobustan rayonu, Qobustan şəhər sakini Qasımov X2 RMX PHŞ-nin Poliklinika şöbəsinə narkoloji və psixonevroloji xəstəliklə bağlı müraciət etməmiş və dispanser qeydiyyatında deyildir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin 12 may 2025-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus qoyunların Qobustan rayonu, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin 24 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməsində başqa hər hansı şəxsin iştirak etməməsi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 14 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Cinayət işi materiallarına Şahid1 təqdim etdiyi 01 ədəd DVD disk əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş, ona müharibə veteranı vəsiqəsi verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə saat 15:10-da şübhəli şəxs qismində tutulmuş, 13 iyun 2025-ci il tarixdə saat 12:10-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmiş və təkrarən saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə 04 may 2025ci il tarixdə saat 12 radələrində Şahid2 məxsus, Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən mişar daşları ilə hasarlanmış torpaq sahəsinin giriş qapısı kimi nəzərdə tutulmuş dəmir lövhəsini əli ilə itələyərək açıb saxlanc yeri hesab olunan həmin sahəyə qanunsuz daxil olduqdan sonra oradan Zərərçəkmiş şəxs məxsus ağ rəngli, dişi cinsli, 7 aylıq, çəkisi 30 kiloqram olan 270 manat dəyərindəki 01 (bir) baş qoyunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa о, təkrarən, qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə 08 may 2025-ci il tarixdə saat 13 radələrində Şahid2 məxsus, Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən mişar daşları ilə hasarlanmış torpaq sahəsinin giriş qapısı kimi nəzərdə tutulmuş dəmir lövhəsini əli ilə itələyərək açıb saxlanc yeri hesab olunan həmin sahəyə qanunsuz daxil olduqdan sonra oradan Zərərçəkmiş şəxs məxsus ağ rəngli, dişi cinsli, 7 aylıq, çəkisi 30 kiloqram olan 270 manat dəyərindəki 01 (bir) baş qoyunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3cü maddələri ilə düzgün tövsif edilmişdir və barəsində ittiham hökmü çıxarılmaqla, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməlləri etiraf etməsini, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilməsini, müharibə veteranı olmasını (CM-in 59.2-ci maddəsinə uyğun olaraq) və zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-in 59.1.13-cü maddəsinə uyğun olaraq) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğu, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün (11 iyun 2025-ci ildən 13 iyun 2025-ci ilədək, 48 saatdan artıq olmaması nəzərə alınmaqla), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM - 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, məhkəmə xərci təqsirləndirilən şəxsdən tutulmalıdır (CPM - 198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1.1-ci və 52-1.2-ci maddələrinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;
3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə dəymiş ziyanın isə təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qobustan rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınsın. İş üzrə cəmi 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ84AİİB400600G**********229, Bank: "xxxx" ASC KOB mərkəzi filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201412, SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 6 saat hüquqi yardımla bağlı 66 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Şahid1 təqdim etdiyi 01 ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim: Samir Mayılov