Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-19/2021 19.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxsxx xxxxxx 1994-cü ildə Qobustan rayonunun Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Ərəbşalbaş kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş - Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 iyun 2021-ci il tarixdə saat 20 radələrində qohumu Zərərçəkmiş şəxs ilə Ramilin Qobustan rayonunun Ərəbşalbaş kəndində yerləşən yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən baş nahiyəsi ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə, yumruqla isə bədəninin müxtəlif nahiyələrinə zərbə vuraraq ona burun beli nahiyəsinin hematoması, burun və sağ said nahiyələrinin sıyrıqları, sağ bazu və sağ kürək altı nahiyələrinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid tənəffüs aktının pozulması ilə müşahidə olunan hər iki tərəf burun sümüklərinin qəlpəli yerdəyişən sınıqları xəsarəti yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı Mətanətin əridir. Zərərçəkmiş şəxslə əvvəllər münasibəti yaxşı olmuşdur. Heç bir ədavəti və söz-söhbəti olmamışdır. 04 iyun 2021-ci il tarixdə saat 10 radələrində uşaqları Sahib və Hüseynə doğum haqqında şəhadətnamə almaq üçün bacısının əri Zərərçəkmiş şəxslə X8 Xidmət mərkəzinə getmişlər. İşləri yekunlaşdıqdan sonra həmin gün saat 13 radələrində Şamaxı rayonundan Qobustan rayonunun Ərəbşalbaş kəndinə kürəkəni Ramillə onun evinə qayıtmışlar. Evə girəndə bacısı Mətanət bir neçə saat əvvəl qızı Turanənin evdə olmadığını aşkar etmiş və Turanənin nişanlısı Ülfətlə qaçdığını bildiyini onlara demişdir. Ramil bu xəbəri eşidib əsəbiləşmiş və Mətanətlə söhbət zamanı Turanəni elə onun öyrətdiyini deyərək, Mətanəti günahlandırmağa başlamışdır. Ramil Mətanətin üstünə qışqıraraq acıqlanmış, kobud danışıb danlamış və evdən çıxıb getməsini bildirmişdir. Bacısı Mətanət övladları Aqşin və Coşqunla evdən çıxmışdır. O, Mətanətgılin qonşuya getdiyini düşünmüş və bir neçə dəqiqə Ramillə söhbət edib onu sakitləşdirdikdən sonra təxminən saat 15 radələrində öz evinə getmişdir. Evə girəndə bacısı Mətanətin oğlanları Aqşin və Coşqunla birlikdə onun evində olduğunu görmüşdür. Həmin gün təxminən saat 20 radələrində qardaşı Ruslanla birlikdə kürəkəni Ramilin evinə getmişlər. Ora getməkdə məqsədi Ramili sakitləşdirib bacısı Mətanəti və onun uşaqlarını evə qaytarmaq olmuşdur. Evin həyətinə daxil olanda Ramilin dayısı oğlu Cahangirlə birlikdə evin həyətindəki çardağın altında oturduqlarını görmüş və Ramilin həmin vaxt içkili olduğunu hiss etmişdir. Həm də Ramilin qarşısında araq şüşəsi olmuşdur. Ramilə təskinlik verərək “olan şeydi, əsəbiləşmə, bu məsələ hər bir ailənin başına gələ bilər” demiş, bu sözdən sonra Ramil onun bacısı Mətanətin ünvanına nalayiq sözlər işlətmişdir. Ramilə danışığına fikir verməsini deyəndə o, ayağa qalxaraq “çıx rədd ol burdan” demişdir. Həmin vaxt Ramilin söyüşlərindən əsəbiləşdiyi üçün kəllə ilə, yəni başı ilə onun burnuna bir dəfə vurmuş, Ramil əyilib əlini üzünə tutanda onun bədəninə 2-3 dəfə yumruqla zərbə vurmuşdur. Dərhal qardaşı Ruslan və Ramilin dayısı oğlu Cahangir onu tutub kənara çəkmişlər. Elə həmin vaxt Ruslan onu həyətdən çıxarmış və Ruslanla birlikdə öz evlərinə getmişlər. Ramillə arasında baş verən mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman orada qardaşı Ruslan və Ramilin dayısı oğlu Cahangirdən başqa heç kəs olmamışdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadı Mətanətin qardaşıdır. Turanla əvvəllər münasibəti yaxşı olmuş, heç bir ədavəti və söz-söhbəti olmamışdır. 04 iyun 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs uşaqlarının doğum haqqında şəhadətnamə sənədini almaq üçün onunla birlikdə X8 xidmət mərkəzinə getmişlər. Həmin gün saat 13 radələrində Şamaxı rayonundan Qobustan rayonunun Ərəbşalbaş kəndinə onun evinə gəlmişlər. Evə girəndə Mətanət qızı Turanənin evdə olmadığını aşkar etdiyini, nişanlısı Ülfətlə qaçdığından xəbər tutduğunu demişdir. Bu xəbəri eşidib çox əsəbiləşmişdir. Ona görə ki, qızı Turanəyə toy məclisi keçirib adətlərinə uyğun evindən köçürmək istəmişdir. Mətanətlə söhbət zamanı aralarında mübahisə yaranmış, Mətanətə Turanəni elə onun öyrətdiyini demiş və evdən çıxıb getməsini bildirmişdir. Mətanət uşaqları Aqşin və Coşqunla evdən çıxmışdır. Bir saatdan çox Turanla oturub söhbət etmiş və Turan təxminən saat 15 radələrində çıxıb getmişdir. Həmin gün təxminən saat 20 radələrində yaşadığı evin həyətində dayısının oğlu Cahangirlə oturub söhbət edən zaman Mətanətin qardaşları Ruslan və Turan gəlib salamlaşaraq keçib yanlarında oturmuşlar. Turan ona Mətanəti nahaq yerə evdən qovduğunu, Turanənin qoşulub qaçmağında qəbahətli bir şeyin olmadığını, Mətanətlə kobud danışmamasını deyərək, Mətanəti və uşaqları evə qaytarmaq istədiyini bildirmişdir. O, Turana “get öz işinlə məşğul ol, mənim ailə məsələlərinə qarışma” demişdir. Bu vaxt aralarında mübahisə yaranmış və hər ikisi ayağa qalxmışdır. Mübahisə edən zaman Turan kəllə ilə onun burnuna vurmuş, zərbənin təsirindən bir az arxaya çəkilib əlini üzünə tutanda, Turan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq vurmuşdur. Ruslan və Cahangir Turanı tutub kənara çəkmişlər. Elə həmin vaxt Ruslanla Turan birlikdə həyətdən çıxıb getmişlər. Sonrakı günlərdə Turan onunla barışmasını deyəndə burnunun sınmasına görə ona dəymiş ziyanın, yəni təxminən 1200 manat pulun ödənməsini bildirmişdir. Turan həmin vaxt maddi vəziyyətinin yaxşı olmadığını deyərək, əgər onunla barışsa, təxminən 20 günə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Ona görə də 03 iyul 2021-ci il tarixdə onunla barışması barədə Qobustan rayon Polis Şöbəsinə ərizə yazmışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxsla 10 iyul 2021-ci il tarixdə saat 23 radələrində Ərəbşalbaş kəndində küçədə rastlaşan zaman Turan ondan nahaq şikayət etdiyini deyib mübahisə yaradaraq ünvanına söyüş söymüş, o isə evinə getmişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyindən, həmçinin yenidən onunla mübahisə yaratdığından ondan təkrar şikayət edərək ərizədə burnunun sınması nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və ziyan tələbi olmadığını, onunla barışdığını bildirib bu barədə məhkəməyə ərizə təqdim etdi. Şahid Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisinin oğludur. Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Onların hər ikisi ilə münasibəti yaxşı olmuşdur. 04 iyun 2021-ci il tarixdə saat 20 radələrində bibisinin oğlu Ramillə onun evinin həyətində oturub söhbət etmişlər. Həmin ərəfədə Turan və Ruslan həyətə girmiş, onlara yaxınlaşıb salam verərək yanlarında oturmuşlar. Ramilin qızı Turanə nişanlısı ilə qoşulub qaçdığı üçün həmin vaxt onun qanı qara olmuşdur. Söhbət zamanı Turan Ramilə təskinlik verərək “olan şeydir, əsəbiləşmə, bu məsələ hər bir ailənin başına gələ bilər” deyəndə Ramil kobud danışaraq ünvansız söyüşlər söyməyə başlamışdır. Bu səbəbdən Turanla Ramilin arasında mübahisə yaranmış və Turan Ramilə danışığına fikir verməsini deyəndə Ramil ayağa qalxaraq “çıx rədd ol burdan” demişdir. Turan əsəbiləşdiyi üçün kəllə ilə Ramilin burnuna bir dəfə zərbə vurmuşdur. Ramil əlini üzünə tutub əyiləndə Turan onun bədəninə 2-3 yumruq zərbəsi vurmuşdur. O və Ruslan dərhal Turanı tutub kənara çəkmiş və münaqişə böyüməsin deyə Ruslan ilə Turan elə həmin dəqiqə həyətdən çıxıb getmişlər. Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs isə qardaşıdır. X7 04 iyun 2021-ci il tarixdə səhər saatlarında nişanlısı Ülfət Həsənovla könüllü olaraq qoşulub qaçmışdır. X11 qoşulub qaçmasından əsəbiləşdiyi üçün evdə söz-söhbət yaranmışdır. Həmin günü saat 13 radələrində Turanənin heç kimə demədən özbaşına qoşulub qaçması ilə bağlı əri Ramillə aralarında yenə mübahisə yaranmışdır. Çünki, Ramil Turanəni toy mərasimi keçirib adətlərə uyğun köçürmək istəmişdir. Mübahisənin yaranmasına əsas səbəb Ramilin Turanənin qoşulub qaçmasında onu nahaq yerə günahlandırması olmuşdur. Həmin vaxt qardaşı Turan da onların evində olmuşdur. Ramil onun üstünə qışqırıb evdən çıxıb getməsini dediyi üçün uşaqları Aqşin və Coşqunla birlikdə evdən çıxıb atası Tarixin evinə getmişdir. Daha sonra qardaşı Turan evə gələndə onları evdə görmüşdür. Turan “Ramil indi əsəbiləşib, axşam tərəfi gedib onunla söhbət edib sizi evə qaytaracam” sözlərini demiş, o isə heç bir söz deməmişdir. Həmin gün axşam saat 20 radələrində Turan onların evinə getmiş, bir az sonra evə qayıdaraq Ramillə aralarında mübahisə yarandığını və Ramili döydüyünü demişdir. Həmin vaxt o, uşaqları Aqşin və Coşqun ilə birlikdə Ərəbşalbaş kəndində yerləşən atası Tarixə məxsus evdə olduğu üçün Ramil ilə Turan arasında baş verənlərin şahidi olmamışdır. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 X9 verdiyi 08 iyun 2021-ci il tarixli 73 nömrəli rəydə göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-tənəffüs aktının pozulması ilə müşahidə olunan, hər iki tərəf burun sümüklərinin qəlpəli yerdəyişən sınıqları, burun beli nahiyəsinin hematoması, burun və sağ said nahiyələrinin sıyrıqları, sağ bazu və sağ kürəkaltı nahiyələrinin qançırları, bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 04 iyun 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsi istisna olunmur. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlərdən tənəffüs aktının pozulması ilə müşahidə olunan, hər iki tərəf burun sümüklərinin qəlpəli yerdəyişən sınıqları dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət olduğu üçün sağlamlığa az ağır zərərvurmaya aiddir. Burun beli nahiyəsinin hematoması, burun və sağ said nahiyyələrinin sıyrıqları, sağ bazu və sağ kürəkaltı nahiyələrinin qançırları isə dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş 06 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 30 avqust 2021-ci il tarixli 140 saylı arayışında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də, Qobustan rayonunun Ərəbşalbaş kəndində qeydiyyatdadır və himayəsində arvadı 1998ci il təvəllüdlü X1, oğlu 2018-ci il təvəllüdlü X6 və oğlu 05 aprel 2021-ci il təvəllüdlü X5 vardır. İş materiallarına əlavə olunmuş Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan rayon Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, оndan heç bir şikayəti və tələbi olmadığını göstərdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, əməlindən səmimi peşman olduğunu, hazırda zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək barəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 73.2-ci və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işin icraatına Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-19/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-19/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver