Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-19/2022 02.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Şamaxı rayonunun Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Çalov kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 17 mart 2017-ci il tarixdən başlayaraq 12 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməsinə dair Qobustan Rayon Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(026)-359/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 29 iyun 2020-ci il tarixdə Qobustan rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 14 iyul 2020-ci il və 06 avqust 2020-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 25 noyabr 2021-ci il tarixə kimi, cəmi 4696 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Həmzəyeva (Sədyarova) Pərvin İslam qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icraetməməklə yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda yaşadığı kənddə ailəsinə məxsus 2 ha kənd təsərrüfatlı pay torpağında əkinçiliklə məşğul olmaqla əlavə olaraq 4 ədəd iribuynuzlu heyvan saxlayır, Həmzəyeva (Sədyarova) Pərvin İslam qızı ilə 2014-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş, lakin nikahlarını 14 yanvar 2015-ci il tarixdə rəsmiləşdirmiş, həmin nikahdan Yusif adlı uşağı vardır, ailə münasibətləri pozulduğundan 2017-ci ildə arvadı ilə ayrılmış və Pərvin uşağın saxlanmasına görə ondan alimentin tələbi ilə bağlı Qobustan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və xx.xx.2017-ci il tarixdən başlayaraq 12 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment ondan tutulub X3 ödənilməsinə dair Qobustan rayon məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(026)-359/2017 saylı qətnaməsi çıxarılmışdır. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, qətnamə onun tərəfindən icra olunmamış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Qobustan rayon məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 29 iyun 2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni 25 noyabr 2021-ci il tarixədək aliment üzrə borcu 4696 manat göstərilmişdir. Alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqla görüşməsinə icazə verilməməsi və alimentin miqdarının yüksək olmasıdır. Hazırda Zərərçəkmiş şəxs olan aliment borcunu tam ödəmişdir. Hazırda aliment borcu yoxdur. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qobustan rayon məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2(026)-359/2017 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 17 mart 2017-ci il tarixdən başlayaraq 12 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Qobustan Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib aliment üzrə cüzi ödəniş etmişdir. İcra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 4696 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs aliment borcunu tam ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Qobustan rayon məhkəməsinin 2(026)-359/2017 saylı, 01 avqust 2017-ci il tarixli qətnaməsinin əsasında verilmş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs 12 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 mart 2017-ci il tarixdən başlayaraq hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq Sədyarova (Həmzəyeva) Pərvin İslam qızına verilməlidir. Göstərilən icra vərəqəsi 02 avqust 2017-ci il tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmiş, borclu Sədyarov X4 rayon İcra və Probasiya şöbəsinə dəvət edilərək ondan müxtəlif tarixlərdə izahatlar alınmış, borcun məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş, borclu Sədyarov X4 rayon məhkəməsinin 2(026)- 118/2020 saylı 29 iyun 2020-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli billinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmiş, inzibati tənbehdən sonra tələblə əlaqədar borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş və yeni müddət verilmiş, lakin icra sənədi üzrə irəli sürülmüş tələb bir daha tam icra olunmamışdır. Həmzəyeva (Sədyarova) Pərvin İslam qızı 23 sentyabr 2020ci il tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona aliment borcunu tam ödəmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 8(026)-10/2020 saylı, 13 iyul 2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Sədyarov X4 rayon məhkəməsinin 2(026)-359/2017 saylı, 01 avqust 2017-ci il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmişdir. Borclu Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixə kimi aliment borcu 4696 manat təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Hazırda Sədyarov X1 Pərvin İslam qızına olan aliment borcunu tam ödəmişdir. Şahid qismində dindirilmiş Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1la eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt regional ədliyyə idarəsinin sorğusuna əsasən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 19 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon məhkəməsinin 2(026)-359/2017 saylı 01 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 12 yanvar 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 mart 2017-ci il tarixdən başlayaraq hər ay 136 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 02 avqust 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qobustan rayon məhkəməsinin 28 iyul 2017-ci il tarixli 2(026)-359/2017 saylı icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmışdır. Qobustan rayon məhkəməsinin 2(026)-118/2020 saylı 29 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin 29 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Qobustan rayon məhkəməsinin 2(026)-10/2020 saylı 13 iyul 2020-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun ona tam ödənildiyini, оndan heç bir şikayəti və tələbi olmadığını göstərdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs olan aliment borcunu tam şəkildə ödədiyini, tələbkar şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını bildirərək, barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi olmamasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 306-cı və Azərbaycan Respublikası CPM-in 40, 43, 321, 344, 346 və 347-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-19/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-19/2022
02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver