Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-19/2024 06.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X7 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Qobustan rayon məhkəməsinin inzibati binasında xx xxxxxxx 1983-cü il tarixdə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 25,83 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonuna daşımış, 09 aprel 2024-cü il tarixdə saat 17:20 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan rayon polis şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 19:32-dən 19:40-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisində təmiz çəkisi 25,83 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhəri ərazisində “Məlikməmməd” adlanan kafenin yaxınlığında yerləşən icarə əsasında işlətdiyi avtomobil təmiri sexində fərdi qaydada avtomobil təmiri ilə məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. Bəzən təmir etdiyi avtomobillərə ehtiyat hissələri almaq üçün Sumqayıt şəhərinə gedir, oradakı avtomobil ehtiyat hissələri mağazalarından ehtiyat hissələri alır və yaşadığı Qobustan şəhərinə qayıdır. O, bir neçə ildir ki, narkotik vasitə istifadə edir. Qeyd edilən müddət ərzində o, narkotik vasitənin marixuana növündən istifadə etmiş, həmin narkotik vasitələri yaşadığı Qobustan rayonu ərazisində yerdən tapmışdır. 30 mart 2024-cü il tarixdə avtomobil ehtiyat hissəsi, yəni sükan mexanizmi almaqdan ötrü Sumqayıt şəhərinə getmişdir. Həmin gün o, Sumqayıt maşın bazarının yaxınlığındakı mağazalardan birindən lazımı ehtiyat hissəsini aldıqdan sonra saat 14-15 radələrində Qobustan şəhərinə gəlmək üçün Sumqayıt şəhərində maşın bazarının yaxınlığındakı avtomobil ehtiyat hissələri satışı mağazaları olan ərazidən Stansiya Sumqayıt yaşayış massivinə aparan yolun başlanğıcında taksilərin dayandıqları yerə tərəf gedən zaman həmin yerin yaxınlığında şam ağaclarının olduğu ərazidən keçərkən yol kənarında yerdə bir ədəd qara rəngli sellofan bağlama olduğunu görmüş və diqqətini cəlb etdiyindən bağlamanı götürüb içinə baxdıqda içində nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. İçərisində qurudulmuş marixuana olan həmin bağlamanın içərisindəki narkotik vasitədən daha sonra istifadə etmək məqsədi ilə özü ilə götürüb yoluna davam etmişdir. Yaxınlıqdakı taksilərin dayandıqları yerdə dayanıb yoldan keçən tanımadığı şəxsin idarə etdiyi, markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi ilə Qobustan şəhərinə gəlmişdir. Bundan sonrakı müddət ərzində onda narkotik vasitə olmasından heç kimin xəbər tutmaması üçün içərisində narkotik vasitə olan həmin bağlamanı gündəlik geyindiyi gödəkçənin cibində gizlədib saxlamışdır. Hər gün işə gəlib qayıdanda da həmin gödəkçəni geyinmiş, narkotik vasitəni də cibində gəzdirmişdir. 09 aprel 2024-cü il tarixdə saat 17-18 radələrində o, işdən evə qayıdarkən işlədiyi sexin yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və onun üzərində narkotik vasitə saxlamağı barədə məlumatlarının olmasını bildirib, buna görə polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gəldikdən sonra inzibati binanın girişində onun adını və soyadını qeydə alıb, daha sonra isə onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada olduğu zaman təhqiqatçı Şükran Cavadzadə ona şübhəli şəxs qismində tutulacağını və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Bundan sonra təhqiqatçı ona Qobustan rayonu və ətraf rayonların ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, o da təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən fərdi qaydada fəaliyyət göstərən vəkil Tofiq Seyidovu seçmiş, müdafiəçi gəlib ona təqdim olunduqdan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra müdafiəçi və digər iştirakçıların iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və təhqiqatçı tərəfindən ona üzərində olan əşyaları təqdim etməyi bildirmişdir. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu halda həmin əşyanı təqdim etməyi xahiş olunduqda, o, əvvəlcə əynindəki şalvarın sağ yan cibindən özünə məxsus olan bir ədəd “Samsung” markalı mobil telefonu, sonra isə əynindəki gödəkçənin sağ yan cibindən Sumqayıt şəhəri ərazisində küçədən tapdığı içərisində qurudulmuş marixuana olan həmin qara rəngli sellofan bağlamanı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Ondan sellofan bağlamadakı kütlə haqqında soruşulduqda, o, həmin kütlənin narkotik olduğunu, özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmin kütləni hu yaxınlarda Sumqayıt şəhərindən gələn zaman yolda görüb istifadə etmək üçün götürdüyünü, tapan zaman yanında heç kimin olmadığını, bazardan ehtiyat hissəsi almaqdan gələn zaman tək olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan zaman da həmin kütlənin üzərində olduğunu bildirmişdir. Sonra həmin bağlamanın içərisinə baxıldıqda içərisindəki qurudulmuş marixuana aşkar edilmiş, daha sonra içərisində qurudulmuş marixuana olan 01 ədəd bağlama tərəzidə çəkilərək ona və digər iştirakçılara həmin kütlənin narkotik vasitə olubolmamasının müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Həmin 01 ədəd bağlama içərisindəki qurudulmuş marixuana ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış, lakin, üzərindən heç bir şey aşkar edilməmişdir. Bundan sonra video çəkiliş dayandırılaraq nümayiş etdirilmişdir. O, həmin video çəkilişə baxıb heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onun narkotik vasitə qəbul etməsindən, hadisə zamanı narkotik vasitəni üzərində saxlamasından heç kimin məlumatı olmamışdır. O, hazırda heç bir yerdə narkotik vasitə saxlamır. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədi ilə tərəfindən Qobustan RPŞ-in rəhbərliyinə raportla müraciət olunaraq, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Şöbə rəisinin əmri ilə 09 aprel 2024-cü il tarixdə Qobustan RPŞ-in CAB-ın rəisi Şahid1 rəhbərliyi, onun və Qobustan RPŞ-in CABın əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 09 aprel 2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid3lə birlikdə Qobustan şəhəri ərazisində Təqsirləndirilən şəxs işlədiyi sexin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdikdən sonra polis şöbəsinə gətirilmiş və üstünə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi təhqiqatçı Şükran Cavadzadəyə həvalə edilmiş, təhqiqatçı Şükran Cavadzadə öz xidməti iş otağında Təqsirləndirilən şəxs Qobustan rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Tofiq Seyidovıı seçmiş, daha sonra təhqiqatçı zəng edərək vəkili dəvət etmişdir. Bir qədər sonra vəkil gəlmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. bundan sonra isə müdafiəçi onun və əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə video çəkilişlə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya olduğu halda həmin əşyam təqdim etməyi xahiş olunduqda, o, əvvəlcə əynindəki şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, sonra isə əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bağlamanı çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sellofan bağlamadakı kütlə haqqında soruşulduqda, o, həmin kütlənin narkotik olduğunu, özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmin kütləni bu yaxınlarda Sumqayıt şəhərindən gələn zaman yolda görüb istifadə etmək üçün götürdüyünü, tapan zaman yanında heç kimin olmadığını, bazardan ehtiyat hissəsi almaqdan gələn zaman tək olduğunu, polis əməkdaşları tərəfindən saxlanılan zaman da həmin kütlənin üzərində olduğunu bildirmişdir. Sonra həmin bağlamanın içərisinə baxıldıqda içərisindən narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar edilmişdir. Daha sonra içərisində narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi olan həmin bağlama tərəzidə çəkilmiş, sonra isə ona və digər iştirakçılara həmin kütlənin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilərək həmin 01 ədəd bağlama içərisindəki kütlə ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış, lakin, üzərindən heç bir şey aşkar edilməmişdir. Bundan sonra video çəkiliş dayandırılmış və nümayiş etdirilmişdir. Həmin video çəkilişə baxaraq heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon götürülmüşdür. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, o cümlədən heç bir ədavəti və düşmənçiliyi olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD kompakt diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, 09 aprel 2024-cü il tarixdə Qobustan RPŞ-in CAB-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə 09 aprel 2024-cü il tarixdə saat 19:32-dən 19:40-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi 25,83 qram müəyyən olmuş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənib imzalanmış, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı əvvəllər də narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə kütləsini 30 mart 2024-cü il tarixdə Stansiya Sumqayıt yaşayış massivinə gedən yolun yaxınlığında şam ağaclarının olduğu ərazidən tapdığını, satışı ilə məşğul olmadığını, Qobustan rayonu ərazisində saxlanıldığını, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 10 aprel 2024-cü il tarixli 3-16-16-2-7/559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 25,83 qram olan bitli mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 25,83 qram, tədqiqata sərf edilən - 0,05 qram, qalıq - 25,78 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının 14 may 2024-cü il tarixli 3288 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 11 aprel 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, Qobustan rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 25,83 qram olan bitli mənşəli narkotik vasitə qurudulmuş marixuananın tədqiqatlardan sonra qalıq çəkisi 25,78 qram marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanma anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması barədə əməliyyat məlumatları əldə olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etdiyini, əldə etməsində başqa şəxslərin iştirakını, həmçinin Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Qobustan rayon İHB-ın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 aprel 2024-cü il tarixdə verilmiş 602 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 noyabr 1952-ci il təvəllüdlü anası - X1, 26 may 2008-ci il təvəllüdlü qızı - X2 və 15 noyabr 2010-cu il təvəllüdlü oğlu - X3 vardır. İş materiallarında olan Qobustan rayon İHB-ın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 aprel 2024-cü il tarixdə verilmiş 603 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat sərf etmişdir. Ona görə də, 36 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 09 aprel 2024-cü il tarixdən 11 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Qobustan rayon polis şöbəsində saxlanılan çəkisi 25,78 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 78,00 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 09 aprel 2024-cü il tarixdən 11 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Qobustan rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 25,78 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(026)-19/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-19/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver