Məhkəmə qərarları › İş №1(026)-2/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-2/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-2/2022 18.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1991-ci ildə Qobustan rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki övladı olan, orta təhsilli, məhkum olunmamış, Qobustan şəhəri, T.İsmayılov küçəsi, ev 55də qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında 02 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,434 qram və 0,429 qram, ümumi təmiz çəkisi 0,863 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 01 əsəs bükülüdə təmiz çəkisi 0,336 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 19 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhərində, Qobustan rayon məhkəməsinin inzibati binasının yaxınlığında saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının qabaq sağ cibindən “Kenf ’ markalı siqaret qutusunda olan 02 (iki) ədəd kağız bükülünün içərisində ümumi təmiz çəkisi 0,863 qram narkotik vasitə marixuana və 01 (bir) ədəd sellofan bükülünün içərisində ümumi təmiz çəkisi 0,336 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Qobustan şəhəri ərazisində yerləşən Qobustan rayon məhkəməsinin yerləşdiyi küçə ilə piyada gəzən zaman, bir neçə mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Qobustan rayon PŞ-yə dəvət etmişlər. Bir qədər sonra polis şöbəsində şübhəli şəxs qismində tutulması barədə qərar ona elan edilmiş, həmçinin tutulmasının əsasları, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra o, maddi imkanının olmadığını bildirib hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Təqdim edilmiş vəkil siyahısı ilə tanış olduqdan sonra o, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilməsini xahiş etmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra polis şöbəsində olan xidməti otaqların birində vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində axtarış aparılmasına başlanılmış və axtarış zamanı ona, üzərində qanunla qadağan edilmiş hər-hansısa əşya varsa, təqdim etməsi ona təklif edilmişdir. O da əynində olan qara rəngli cins şalvarının qabaq sağ cibindən “Kent” markalı siqaret qutusunu çıxartmış və həmin qutunun içərisində olan 02 ədəd kağız bükülü və 01 ədəd sellofan bükülünü iştirakçılara təqdim edərək, həmin 02 ədəd kağız bükülünün içərisindəki narkotik vasitənin marixuana, 01 ədəd sellofan bükülünün içərisindəkinin isə “patı” adlanan maddə olduğunu, onları özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra 02 ədəd kağız bükülünün içərisindəki narkotik vasitə marixuana, 01 ədəd sellofan bükülünün içərisində olan “patı” adlanan maddə elektron tərəzidə çəkilmiş, zərfə qoyub qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokolla tanış olduqdan sonra imza etmişdir. Təxminən 10 il olar ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul deyildir. 19 oktyabr 2021-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş metamfetamini və marixuananı bir ay əvvəl Bakı şəhərində Nərimanov metrostansiyası yaxınlığında bükülülərdə tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Əməlindən səmimi peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 19 oktyabr 2021-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Qobustan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuş, həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və “Təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Bundan sonra tərtib olunmuş əmrə əsasən əməliyyat qrupunun üzvləri Şahid5 və Şahid4la birlikdə 19 oktyabr 2021-ci il tarixdə təxminən saat 21 radələrində Qobustan şəhəri ərazisində Qobustan rayon məhkəməsinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs Qobustan rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı Şükran Cavadzadənin xidməti otağına gətirildikdən sonra şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra müdafiəçi Tofiq Seydiovun iştirakı ilə ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən “Kent” markalı siqaret qutusunun içərisindən 02 ədəd kağız bükülünü, 01 ədəd sellofan bükülünü çıxarıb iştirakçılara təqdim edərək, kağız bükülülərin içərisində narkotik vasitə marixuana, sellofan bükülüdə isə psixotrop maddə metamfetamin olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını, bir müddət əvvəl Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində piyada gəzən zaman Nərimanov metrostansiyasının yaxınlığında yerdən tapdığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş metamfetamin və marixuana tərəzidə çəkilmiş, zərflərə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstdi ki, 19 oktyabr 2021-ci il tarixdə saat təxminən 21-22 radələrində işdə olarkən Qobustan şəhəri ərazisində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirilmiş Qobustan şəhər sakini Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsində hal şahidi kimi iştirak etməsini təklif etmişlər. O, öz razılığını bildirdikdən polis əməkdaşları ilə birlikdə PŞ-yə gəlmişdir. Orada ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Qobustan rayon PŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ cibindən “Kent” markalı siqaret qutusunda olan 02 ədəd kağız bükülünü və 01 ədəd sellofan bükülünü iştirakçılara təqdim edib, kağız bükülülərin içərisində narkotik vasitə marixuana, sellofan bükülüdə isə psixotrop maddə metamfetamin olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını, bir müddət əvvəl Bakı şəhərində Nərimanov metrostansiyasının yaxınlığında yerdən tapdığını bildirdi. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildi. lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmadı. Aşkar edilərək götürülmüş metamfetamin və marixuana tərəzidə çəkildi, zərflərə qoyularaq qablaşdırıldı, bu barədə protokol tərtib olundu və iştirakçılar həmin protokolu imzaladılar. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 oktyabr 2021-ci il tarixdə Qobustan RPŞ-nə daxil olmuş əməliyyat məlumatında Qobustan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuş, həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞyə gətirilməsi ilə əlaqədar RPŞ-nin Əməliyyat işi üzrə rəis müavini Şahid3 tərəfindən “Təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Bundan sonra Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən əməliyyat qrupunun üzvləri Şahid3 və Şahid4la birlikdə 19 oktyabr 2021-ci il tarixdə təxminən saat 21 radələrində Qobustan şəhəri ərazisində Qobustan rayon məhkəməsinin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq RPŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs Qobustan rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı Şükran Cavadzadənin xidməti otağına gətirildikdən sonra şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra müdafiəçi Tofiq Seydiovun iştirakı ilə ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən “Kent” markalı siqaret qutusunun içərisindən 02 ədəd kağız bükülünü, 01 ədəd sellofan bükülünü çıxarıb iştirakçılara təqdim edərək, kağız bükülülərin içərisində narkotik vasitə marixuana, sellofan bükülüdə isə psixotrop maddə metamfetamin olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını, bir müddət əvvəl Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində piyada gəzən zaman Nərimanov metrostansiyasının yaxınlığında yerdən tapdığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş metamfetamin və marixuana tərəzidə çəkilmiş, zərflərə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 20 oktyabr 2021-di il tarixli 7/1073 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş iki ədəd kağız bükülüdə təmiz çəkiləri 0,434 qram və 0,429 qram, ümumi çəkisi 0,863 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən, kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 20 oktyabr 2021-ci il tarixli 6/4666 nömrəli məhkəmə fıziki-kimyəvi ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,336 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı 1) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 29 oktyabr 2021-ci il tarixli 4204 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,336 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,286 qram olan narkotik vasitə metamfetamin və təmiz çəkisi 0,863 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,823 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 03 noyabr 2021-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 19 noyabr 2021-ci il tarixli 1540 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatdadır. Ailə tərkibi arvadı - 06 sentyabr 1997-ci il təvəllüdlü X3, oğlu - 29 sentyabr 2015-ci il təvəllüdlü X5 və oğlu - 28 avqust 2016-cı il təvəllüdlü X2 ibarətdir. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 19 noyabr 2021-ci il tarixli 1539 saylı xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 19 oktyabr 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 19 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,286 qram olan narkotik vasitə metamfetamin və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,823 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 72,0 və 81,82 manat, cəmi 153,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Zmir oğlunun 19 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,286 qram olan narkotik vasitə metamfetamin və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,823 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 72,0 və 81,82 manat, cəmi 153,82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar