Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-2/2024 09.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Babalı oğlunun iştirakı ilə xx xxxx 1991-ci ildə Qobustan rayonu, Xilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan və ödənilməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,306 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 15 iyun 2023-cü il tarixdə saat 20 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 21:16-dan 21:25-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,306 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetməmiş, təqsirini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik istifadəçisi olmayıb və heç zaman narkotikdən istifadə etməyib. Sonradan Qobustan rayon polis şöbəsinin rəisinin müavini işlədiyini və adının Vasif Zeynallı olduğunu bildiyi polis mayorunun ona onunla işləməyi, yəni yaşadığı kənddə olan və eşitdiyi məlumatları onlara xəbər verməyi təklif etmiş, o isə Vasifin təklifi ilə razı olmamışdır. Vasif Zeynallı isə ona “əgər razı olmasan səni 8-10 il göndərəcəyəm içəri”demişdir. Lakin o yenə də razı olmamışdır. 15 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində yaşadığı Qobustan rayonunun Hilmilli kəndində atasının mağazasında işdə olduğu zaman ağ rəngli bir avtomaşının mağazadan xeyli aralıda dayandığını görmüşdür. Həmin vaxtı mağazada kənd sakinlərindən bir neçə nəfərin olduğu üçün həmin şəxslər ona yaxınlaşmamış, adamlar getdikdən sonra sonradan adlarının Vasif və Tural olduğunu bildiyi şəxslər mağazaya girərək ondan su almış və onu çölə çağırmışlar. Həmin zaman həmin şəxslərin polis işçiləri olduğunu bilməmiş, təxmin etmişdir ki, əkin-biçin və ya heyvandarlıqla əlaqədar onunla söhbət etmək istəyirlər. Avtomaşına əyləşdikdən sonra Şahlar adlı şəxs ona polis işçiləri olduğunu deyərək ona Qobustan rayon polis şöbəsinə getməli olduğunu bildirmişdir. O, isə mağazanı sahibsiz və açıq qoya bilməyəcəyini deyərək atasına zəng etmiş, yenidən həmin şəxslərlə mağazaya qayıtmışdır. Atası Nurbaba 10-15 dəqiqə sonra mağazaya gəlmişdir. Həmin müddət ərzində o bir neçə dəfə mağazanın arxa hissəsinə keçmiş və bu zaman orada olan soyuducu onun bədəninin aşağı hissəsini polis əməkdaşlarından gizlətmişdir. O, polis əməkdaşları ilə polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsində yenidən Vasif Zeynallı ona onlarla işləməyi təklif etmiş, o isə qəti olaraq razı olmadığından Vasif ona analiz götürüldükdən sonra danışacağını bildirmişdir. Bu zaman Şahid1 da Vasif Zeynallının yanında olmuşdur. Onu Vasifin iş otağından çıxarıb əməliyyatçıların otağına gətirmiş və seyfdən götürdüyü narkotik vasitəni onun cibinə qoymuşdur. Daha sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq onun üzərində axtarış aparılmış və cibindən narkotik çıxdığı qeyd olunmuşdur. Hədələndiyi və qorxduğu üçün vəkilə və sonra rayon prokurorunun yanına aparılarkən cibindən çıxan narkotik maddənin ona aidiyyəti olmadığını deyə bilməmişdir. 16 iyun 2023cü il tarixdə analiz verilməsi üçün onu Vasif, Nicat və bir nəfər polis serjantı Qobustan rayon mərkəzi xəstəxanasına Rəsul həkimin yanına aparmışlar. Xəstəxanada ayaqyoluna gedərək bir stəkana sidik ifraz etmiş və həkimin yanına qayıtmışlar. Həkimin yanında Vasif cibindən 3 ədəd test çıxararaq stəkana salmış və həkimə “bax görmürsüzmü biri qızardı”demişdir. Həkimin tərtib etdiyi aktla onu yenidən polis şöbəsinə Vasif Zeynallının iş otağına gətirmişlər. Vasif Zeynallı həkimin sənədinə baxdıqdan sonra həmin sənədi əlində yelləyərək -“mənə elə bu lazım idi, ya narkotik istifadəçisi olduğunu boynuna götür, ya da üzünə adam durquzub səni narkotik vasitələrin satıcısı kimi 8-10 il içəri saldıraram”demişdir. Bundan sonra Vasif onun atası Nurbaba Qədirovu da hədələyərək “oğluna de ki, dinc otursun yoxsa başına oyun açarıq”- demişdir. İki gündən sonra buraxılmış və buraxıldıqdan sonra narkoloji mərkəzə gedərək analiz üçün lazım olan nümunələri vermiş və orada onun qanında və sidiyində heç bir narkotik maddə olmadığı müəyyən edilərək bu barədə akt tərtib edilmişdir. O. həbsdən yeni çıxdığı üçün polis əməkdaşlarının hədələrindən qorxmuş və ibtidai istintaqda verdiyi ifadəni verməyə məcbur olmuşdur. Əgər onun üstündə narkotik maddə olsaydı mağazada, yolda, təbii ehtiyaclarını ödəyən zaman ayaqyolunda tullamağa kifayət qədər imkanı olmuşdur. Çünki, narkotik maddə onda olmayıb. Narkotik maddə onun üzərinə polis şöbəsində psixoloji təzyiq altında qoyulub. Polis şöbəsində ona analizin cavabında sidiyindən narkotik maddə istifadə etdiyi bilindiyini desələr də, həmin rəy iş materiallarına tikilməmişdir. Onun heç bir günahı yoxdur, həmin narkotik maddəni Şahid1 seyfdən çıxarıb onun cibinə qoymuşdur. Məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Babalı oğlu izahat verərək göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışında Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilmir. Aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur və ona bəraət hökmü çıxarılmalıdır. Qobustan RPŞ-nın CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 15 iyun 2023-cü il tarixdə tərtib etdiyi raportda göstərmişdir ki, Qədirov X1 şəhəri ərazisində tərəflərindən saxlanılmışdır. 08 iyul 2023-cü il tarixdə ibtidai istintaqda şahid kimi ifadə verərkən və məhkəmədə bildirmişdir ki, Təqsirləndirilən şəxs Qobustan rayonu Xilmillı kəndində, yəni Qobustan şəhərindən 15-20 km məsafədə işlədiyi mağazada tutulmuşdur. İş üzrə şahid kimi dindirilən Şahid2 istintaqda və məhkəmədə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qobustan rayonunun Xılmilli kəndində şəxsən onun iştirakı ilə tutulmuşdıır. Lakin, Təqsirləndirilən şəxs ifadəsində Şahid2 yalan danışdığını və həmin şahidin o, tutularkən ümumiyyətlə Xılmillı kəndində olmadığını bildirdi. Bununla əlaqədar məhkəmə tərəfindən Şahid2 mobil telefonunun anten məlumatlar tələb olunmuş və müəyyən olunmuşdur ki, Şahid2 Təqsirləndirilən şəxs tutulanda, yəni 15 iyun 2023-cü il tarixdə saat 20:00 radələrində Qobustan rayonu Dərəkənd kəndində olmuşdur. Bu da onu təsdiq edir ki, Şahid2 istintaqa və məhkəməyə yalan ifadə vermişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə qəbul edilməsi ilə əlaqədar tibbi rəy vermiş həkim Şahid3 əlavə şahid kimi dindirilərkən bildirmişdir ki, ümumiyyətlə Qobustan rayon Xəstəxanasında narkotik vasitənin qəbul edilməsini müəyyən etmək üçün heç bir avadanlıq, texniki vasitə və maddələr yoxdur. Təqsirləndirilən şəxs iki polis nəfəri ilə xəstəxanaya gətirilmiş və polis işçisi cibindən çıxardığı test vasitəsilə təqsirləndirilən şəxsin guya narkotik vasitə qəbul etdiyini bildirmiş, o da polisin tapşırığı ilə rəy yazdığını bildirmişdir. Eyni zamanda həkim Şahid3 qeyd apardığı xəstəxana kitabına baxış keçirərkən müəyyən olmuşdur ki, guya 15 iyun 2023-cü il tarixdə saat 10-11 radələrində Təqsirləndirilən şəxs xəstəxanada olmuş və kitabda qeyd aparılmışdır. Lakın, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə, saat 20 radələrində Qobustan rayon polis əməkdaşları tərəfindən Qobustan rayonu Xilmilli kəndində tutulmuşdur. Necə ola bilər ki, hələ tutulmamışdan qabaq Təqsirləndirilən şəxs iki polis işçisi ilə Qobustan rayon xəstəxanasında olub və bu barədə xəstəxana kitabında qeyd aparılmışdır? nəyə görə həmin rəyin nəticəsi cinayət işinə əlavə olunmamışdır? Cinayət işinin istintaqını aparan müstəntiq Şahid4 17 iyun 2023-cü ildə cinayət işini rəsmi qəbul etmişdir və həmin cinayət işi onun icraatına verilmişdir. Lakin, cinayət işinin materiallarından görünür ki, 16 iyun 2023-cü il tarixdə müstəntiq Şahid4 Təqsirləndirilən şəxs şübhəli şəxs kimi dindirmişdir və bu barədə protokol tərtib etmişdir. Əgər müstəntiq Şahid4 cinayət işini 17 iyun 2023-cü ildə icraata qəbul edibsə, o, 16 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxsi necə şübhəli şəxs kimi dindirə bilərdi. Cinayət işində olan məhkəmə narkoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 4536 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heç bir narkotik maddə qəbul etməmişdir. Eyni zamanda Bakı şəhər narkoloji mərkəzinin 23 iyun 2023-cü il tarixli, 1963 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs heç bir narkotik vasitə qəbul etməmişdir. Cinayət işinin başlanması haqqında qərarda, sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında Təqsirləndirilən şəxs Qobustan şəhəri ərazisində tutulması göstərilmiş, lakin şahidlərin və təqsirləndirilən şəxsin ifadələrində isə təqsirləndirilən şəxsin Qobustan rayon Xilmlli kəndində tutulması öz əksini tapmışdır. Ona görə də şahid ifadələri ilə cinayət işinin matrerialları ziddiyyət təşkil edir. Cinayət işində olan vəkilin orderində ayın tarixi 15 rəqəminə düzəliş olunmuşdur. Eyni zamanda, cinayət işinin materiallarında təsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 20 radələrində Qobustan rayonu Xilmilli kəndində tutulmuş, sonradan idarəyə gətirilmiş və təhqiqat orqanı tərəfindən Abşeron rayon vəkil bürosuna rəsmi məktub göndərilmişdir. Təqsirləndirilən şəxs bildirir ki, 15 iyun 2023-cü il tarixdə o, vəkili görməmiş və 16 iyun 2023-cü il tarixdə axşam vəkil onunla görüşmüşdür. İş materiallarından görünür ki, guya vəkil saat 21:10 radələrində istintaq hərəkətində iştirak etmişdir. Sual olunur kı, Qobustan rayon polis şöbəsindən məktub Abşeron Vəkil bürosuna necə çatdırılıb və müdafiəçi bir saat ərzində gecə saat 21 radələrində orderlə polis şöbəsində olubdur? İttiham aktının birinci vərəqəsində “05 sentyabr 2023-cü il tarixdə”- sözündə 5 rəqəminə düzəliş olunmuşdur. Əgər polis işçiləri Xilmilli kəndində olarkən müdafiə etdiyi şəxsin üzərində narkotik maddə olmuş olsaydı onun mağazada, polis şöbəsinə gələrkən yolda, polis şöbəsində şəxsi axtarış aparılana kimi bir neçə dəfə ayaqyoluna getdiyindən narkotik vasitəni atmaq üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarsı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələr sübut kimi qəbul oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 8-ci bəndində məhkəmələrə izah olunur ki, təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Belə ki, "Dikmə Türkiyəyə qarşı" 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur, (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) E. Qədirovun heç bir təqsiri olmadığı üçün ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Şahid1 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 iyun 2023-cü il tarixdə Qobustan rayon Xilmilli kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında” qərar qəbul edilmiş və bununla əlaqədar olaraq ondan və Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkilli Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 15 iyun 2023-cü il tarixdə saat 20 radələrində Qobustan rayon Xilmilli kəndi ərazisində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçi Pərvanə Hüseynova və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarın sağ cibində bir ədəd kağız bükülüdə içərisində psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamin “patı” olduğunu və həmin “patı”nı öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olunmuş və onun üzərində olan boz rəngli şalvarın sağ cibindən bir ədəd kağız bükülüdə içərisində psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamini könüllü olaraq təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərindən bundan başqa qanunla qadağan olunmuş hər hansı bir maddə aşkar olunmamışdır. Həmin bükülü polis əməkdaşları tərəfindən açılıb içərisinə baxıldıqda psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetaminə bənzər şəffaf rəngli kristal dənəciklər aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibində 01 ədəd kağıza bükülmüş psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamin olduğunu bildirmiş və həmin bükülü elektron tərəzidə ölçülmüşdür. Aşkar edilərək götürülmüş psixotrop maddə təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Əgər narkotik vasitə Təqsirləndirilən şəxs cibinə onlar tərəfindən qoyulmuşdursa Elbəy buna çəkiliş zamanı niyə etiraz etməmişdir. Şahid2 ifadə verərək göstərdi ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 iyun 2023-cü il tarixdə Qobustan rayon Xilmilli kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında” qərar qəbul edilmiş və bununla əlaqədar olaraq ondan və Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkilli Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 15 iyun 2023-cü il tarixdə saat 20 radələrində Qobustan rayon Xilmilli kəndi ərazisində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq, ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞyə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçi Pərvanə Hüseynova və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarın sağ cibində bir ədəd kağız bükülüdə içərisində psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamin “patı” olduğunu və həmin “patı”nı öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olunmuş və onun üzərində olan boz rəngli şalvarın sağ cibindən bir ədəd kağız bükülüdə içərisində psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamini könüllü olaraq təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərindən bundan başqa qanunla qadağan olunmuş hər hansı bir maddə aşkar olunmamışdır. Həmin bükülü polis əməkdaşları tərəfindən açılıb içərisinə baxıldıqda psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetaminə bənzər şəffaf rəngli kristal dənəciklər aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibində 01 ədəd kağıza bükülmüş psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamin olduğunu bildirmiş və həmin bükülü elektron tərəzidə ölçülmüşdür. Aşkar edilərək götürülmüş psixotrop maddə təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Qobustsn rayonunun Dərəkənd kəndi onun xidmət sahəsinə aid olsa da, 15 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində həmin kənddə olmamış, Xilmilli kəndində olmuşdur. Lakin mobil telefon anten məlumatlarında onun telefonunun həmin vaxt Dərəkənd kəndi ərazisində qeydə alındığını izah edə bilmədi. Şahid4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraata qəbul edilməsi haqqında qərarının 17 iyun 2023-cü il tarixi ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi haqqında protokolun 16 iyun 2023-cü il tarixi arasında olan ziddiyyətin, eləcə də, ittiham aktının 1-ci səhifəsində göy rəngli qələmlə edilmiş düzəlişin, sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında Təqsirləndirilən şəxs Qobustan şəhəri ərazisində tutulmasının göstərilməsini texniki səhv olduğunu bildirdi. Şahid Qobustan rayon mərkəzi xəstəxanasının həkimi Şahid3 ifadə verərək göstərdi ki, işlədiyi xəstəxanada həkim-narkoloq və narkotik vasitələrdən istifadə etmiş şəxslərin narkotikdən istifadə edib-etməməsini yoxlamaq üçün xəstəxanada aparat, avadanlıq və indikator yoxdur, həmin şəxsləri yoxlamağa onların imkanı yoxdur, belə yoxlamanı baş həkimin göstərişi ilə aparırlar. Bir neçə nəfər tanımadığı polis əməkdaşları özləri ilə gətirdikləri 3 ədəd indikatorla özləri Təqsirləndirilən şəxs sidiyi yoxlanılmış və bir neçə dəqiqədən sonra indikatorda qırmızı xətlər görünmüşdür. Polis əməkdaşlarının tapşırığı ilə akt tərtib edib imza etmişlər. Təqsirləndirilən şəxs xəstəxanada narkotik vasitələrin istifadəçisi olub-olmamasının müəyyən edilməsi üçün yoxlamanın 16 iyun 2023-cü il tarixdə keçirildiyi halda, Qobustan rayon mərkəzi xəstəxanasının sərxoşluğun müəyyən edilməsi haqqında qeydiyyat kitabında 15 iyun 2023-cü il tarixinin yazılması mexaniki səhv olduğunu bildirdi. X3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman, nə də onu müayinə üçün Qobustan rayon mərkəzi xəstəxanasına aparılan zaman orda olmamışdır və onun hansı həkim tərəfindən müayinə olunmasını bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2023-cü il tarixli 6/3380 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 142-li dairəvi möhürün əksi “şübhəli şəxs Təqsirləndirilən şəxs....” sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 0,306 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,050 qram, qalıq çəkisinin isə 0,256 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-cüil tarixli, 4536 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs psixostimulyatordan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 23 iyun 2023-cü il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 1963 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasında Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,306 qram olan psixotrop maddə metamfetamin olduğunu bildirmiş və həmin maddəni 14 iyun 2023-cü il tarixdə saat 13 radələrində Şamaxı şəhəri ərazisində dəqiq ünvanı bilmədiyi ərazidə yol ilə piyada gedərkən yerdə kağız bükülünün olduğunu gördüyünü, bükülünü götürüb içərisinə baxdıqda bükülünün içərisində olan kütlənin "patı" olduğunu bildiyini, ətrafında heç kimin olmadığını dəqiqləşdirdikdən sonra, 01 ədəd kağıza bükülmüş“patı’’nı əynində olan boz rəngli şalvarın sağ cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya idarəsindən 27 iyun 2023-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 144.2.3, 157.2 və 66.3-cü maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 62.1 və 62.2-ci maddəsi tətbiq edilməklə CM-in 66.3-cü maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə 06 ay 28 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Cəzası başa çatmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,306 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 15 iyun 2023-cü il tarixdə saat 20 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 21:16-dan 21:25-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,306 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. “CD diskə baxış keçirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Qobustan rayon polis şöbəsinin müstəntiqi Şahid4 Azərbaycan Respublikası CPM-in 51,85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə icraatında olan ********* saylı cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 17 iyul 2023-cü il tarixli 15532 saylı məktubla əlavə edilmiş CD diskə şəxsi istifadəsində olan “TOSHİBA” markalı kompüter texnikasından istifadə etməklə saat 15:00-da baxış keçirmiş və həmin diskdə ********* SMS.txt abunecilər xis, abonent xis adı fayıllar vardır.Həmin fayıllara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,306 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,256 qram metanfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir, şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qobustan rayon məhkəməsinin 18 yanvar 2024cü il tarixli 1(026)-2/2024 saylı sorğusuna verdiyi 11 dekabr 2023-cü il tarixli cavab məktubunda ********* saylı mobil nömrənin cell/anten/şan yerləşdiyi inzibati ərazi vahidi Qobustan rayonu Dərəkənd kəndi göstərilmişdir. Qobustan rayon mərkəzi xəstəxanasının sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinələrin qeydiyyat kitabından çıxarışda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olub-olmamasının müəyyən edilməsi üçün 15 iyun 2023-cü il tarixdə saat 10:55-də müayinə olunduğu göstərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olub-olmamasının yoxlanılması barədə Qobustan rayon mərkəzi xəstəxanasından alınmış rəy cinayət işinə əlavə edilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bır ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-bırı ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Lakin iş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,306 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 15 iyun 2023-cü il tarixdə saat 20 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 21:16-dan 21:25-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,306 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə Şahid1, Şahid2 və X2 ifadələri ilə bağlı qeyd edir ki, şahid qismində dindirilən zaman polis əməkdaşları ibtidai istintaq dövründə və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr vermiş, bəzi hallarda isə ümumiyyətlə təqsirləndirilən şəxsə elan edilmiş ittihamı şübhə altına salmışlar. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verilmiş etirafedici ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsırli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni polis bölməsində uzun müddətə həbs ediləcəyi barədə hədə-qorxu və psixoloji təsirlə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin bu ifadəsini məhkəmə inandırıcı hesab edir, bu qənaətə gəlməsini məhkəmə onunla izah edir ki, məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs polis şöbəsində üzərinə baxış keçirilərkən verdiyi izahat inandırıcı deyil. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini inandırıcı və həqiqəti əks etdirən kimi qiymətləndirir. Bundan başqa, istintaq orqanı tərəfindən sübut kimi istifadə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsinə dair protokol və videoyazı ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edilsə də, məhkəmə iclası zamanı videoçəkilişə baxış keçirilərkən Təqsirləndirilən şəxs narkotik vasitəni cibindən çıxarıb polisin xidməti otağında masanın üstünə qoyması reallığı əks etdirmir, təzyiq altında üstündə saxlamasına şübhə yaratmır. Çünki, o, 15 iyun 2023-cü il tarixdə Qobustan rayon polis şöbəsində uzun müddət saxlanılıb və bir neçə dəfə ayaqyoluna gedib, bundan əlavə 20 km-ə qədər məsafəni avtomaşında əyləşərək yol gedib. Bundan əlavə ibtidai istintaq zamanı protokolların tərtib edilməsində, ittiham aktında, qəbul edilən qərarlarda göstərilənlər ziddiyyət təşkil edir. Bu ziddiyyətlər də onun Azərbaycan Respublikası CM-in 234-cü maddəsi ilə təqsirli olmasına əsaslı şübhələr doğurur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti qanunvericiliyin tələbinə riayət edilmədən aparılmış, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi inkar olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda: Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə: Həmin Məcəllənin 125.2.3-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə: Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda: Həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşınması ilə razılaşmır və hesab edir ki, təqsiləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi sübuta yetirilmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa insan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki. sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o. ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyanın 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X4 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa insan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə "Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edilə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsıyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsplərınə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçiriləcək cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyin təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin möhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci - keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan metamfetaminin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,256 qram narkotik vasitə metamfetamin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut - narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan metamfetamin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0.256 qram narkotik vasitə - metamfetamin isə aparılan araşdırma sona çatanadək Qobustan rayon polis şöbəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 142.1, 344-350, 352- 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Qobustan rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 0,306 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,256 qram çəkidə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qobustan rayon prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut kimi saxlanılan təmiz çəkisi 0,306 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,256 qram çəkidə narkotik vasitə metamfetamin araşdırma sona çatanadək Qobustan rayon polis şöbəsində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-2/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-2/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver