Məhkəmə qərarları › İş №1(026)-20/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-20/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-20/2021 16.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs oğlunun – xx xxxx 1981-ci ildə Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 övladı olan, ali təhsilli, Əlvan Nəbiyev adına Qobustan rayon Təklə-Mirzəbaba kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyən, məhkum olunmamış, Qobustan rayonunun Təklə- Mirzəbaba kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükülüdə təmiz çəkisi 0,577 qram olan ağ rəngli kristallardan ibarət maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonunun Təklə-Mirzəbaba kəndinə daşımış, 25 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Qobustan rayonunun Təklə- Mirzəbaba kəndi ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibindən “Rothmans” markalı siqaret qutusunda olan 01 ədəd kağız bükülünün içərisində təmiz çəkisi 0,577 qram psixotrop maddə metamfetamin və 01 ədəd üzərində metamfetamin izləri olan falqa kağız parçası aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 13 ildir ki, Əlvan Nəbiyev adına Qobustan rayon Təklə- Mirzəbaba kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. 25 avqust 2021-ci il tarixdə saat 21 radələrində üzərində gəzdirdiyi “patı” adlanan psixotrop maddədən istifadə etmək üçün vəfat etmiş əmisi Heybət Şıxaliyevə məxsus yaşayış olmayan evin həyətinə girmişdir. Orada üzərində olan kağız bükülüdəki “patı”nın az miqdarını falqanın üstünə doldurub alışqanla aşağı hissəsindən yandırmış və tüstünü bir neçə dəfə nəfəsi ilə içinə çəkib buraxmışdır. Lakin, ürəyincə olmadığı üçün az tüstü çəkmiş, yəni tam çəkməmişdir. Falqanın üstündəki “patı” əriyib falqanın səthinə çökmüşdür. Falqanı və içərisində “patı” olan bükülünü şalvarının cibinə qoyub həyətin qapısından çıxan kimi küçədə bir neçə nəfər mülki geyimli şəxs cəld şəkildə ona yaxınlaşıb özlərini təqdim edərək Qobustan rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını və onu narkotik vasitələrin qəbulunda şübhəli bildiklərini deyərək rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində hüquqlarını izah etdikdən sonra, ona dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Təqdim edilmiş vəkillərin siyahısına baxıb vəkil Tofiq Seyidovun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Daha sonra vəkil Tofiq Seyidov ona təqdim edilmiş, hüquqları geniş şəkildə izah edildikdən sonra hal şahidlərinin və vəkil Tofiq Seyidovun iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı göy rəngli cins şalvarının qabaq sağ cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən 01 ədəd bükülünü və 02 ədəd kəsilmiş alüminium falqanı iştirakçıların yanında stolun üstünə qoymuşdur. 01 ədəd bükülünün içərisindəki ağ rəngli kristalvari maddənin nə olduğunu soruşanda həmin maddənin “patı” adlanan psixotrop maddə olduğunu, istifadə etmək üçün üzərində gəzdirdiyini səmimi etiraf etmişdir. Bundan başqa, üzərində olan “Xiaomi Redmi” markalı telefonu təqdim etmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd falqadan birini qeyd etdiyi kimi, “patı” çəkmək üçün istifadə etmişdir. Digərində isə heç nə çəkməmişdir. Bundan əlavə, şəxsi axtarış zamanı üzərindən hər-hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş “patı” elektron tərəzidə çəkilmişdir. Sonra isə fotoşəkillər çəkilmiş və psixotrop maddə olan “patı”, yəni metamfetamin və əvvəlcədən istifadə etdiyi falqa 01 ədəd zərfdə qablaşdırılmışdır. Digər falqa isə başqa zərfdə qablaşdırılmış və hər iki zərfin üzərindən imzalar çəkilmişdir . O, həmçinin ifadəsində bildirmişdir ki, təxminən bir il əvvəl psixotrop maddə olan “patı”dan istifadə etməyə başlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul deyildir. “Patı”nı heç kimdən əldə etməmişdir. Sadəcə olaraq tapıb üzərində saxlayaraq çəkmişdir. Həmin “patı”nı, yəni metamfetamini yaşadığı Təklə-Mirzəbaba kəndi ərazisindən 2-3 ay əvvəl tapmışdır. Əməlindən peşman olduğunu bildirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 avqust 2021-ci il tarixdə saat 18 radələrində xidməti iş yerində olmuşdur. Həmin vaxt Qobustan RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Şahid4 Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən də Şahid4 daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Bundan sonra, Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun digər üzvü Ağaşirin Nəsibbəyli, Camal Əliyev, Tural Ağayevlə birlikdə 25 avqust 2021-ci il tarixdə saat təxminən 20 radələrində Qobustan rayon Təklə- Mirzəbaba kəndi ərazisində müvafiq qaydada müşahidəyə başlamışlar. Müşahidə zamanı Təqsirləndirilən şəxs Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində küçə ilə hərəkət edib orada yerləşən bir fərdi yaşayış evinin həyətinə girdiyini görmüşlər. Təxminən 15 dəqiqədən sonra Təqsirləndirilən şəxs həyətdən çıxdığını görüb dərhal qrup üzvləri ilə birlikdə xüsusi parollarla əlaqə yaradıb küçədə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Bu vaxt Təqsirləndirilən şəxs Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən, heç bir müqavimət göstərmədən onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Bundan sonra, raportla rəhbərliyə məruzə edilmiş, daha sonra toplanmış materialların icrası Təhqiqat Qrupunun təhqiqatçısı Ağasən Baratova həvalə edilmişdir. X8 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarı elan etmiş, həmçinin tutulmasının əsaslarını, hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs maddi imkanının olmadığını bildirib hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Təqdim edilmiş vəkil siyahısı ilə tanış olduqdan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilməsini xahiş etmişdir. Həmçinin, polis şöbəsinə iki nəfər şəxs hal şahidi kimi dəvət edilmiş, hal şahidləri kimi dəvət edilmiş şəxslər barədə Təqsirləndirilən şəxs məlumat verilmiş və onların iştirakına qarşı hər-hansı etirazının olub-olmamasını Təqsirləndirilən şəxs soruşduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, polis şöbəsində vəkilin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının qabaq sağ cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu çıxarmışdır. Həmin siqaret qutusunun içərisindən isə 01 ədəd kağız bükülü və 02 ədəd alüminium falqa çıxardıb təqdim etmişdir. Kağız bükülü açıldıqda içərisində duzşəkilli maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kristalvari (duz şəkilli) maddənin psixotrop maddə olan “patı”, yəni metamfetamin olduğunu demişdir. Həmin maddəni 2-3 ay əvvəl Qobustan rayonunun Təklə-Mirzəbaba kəndi ərazisindən tapdığını, alümünium falqalardan birini bir neçə saat əvvəl psixotrop maddə olan “patı”nı qəbul etmək üçün istifadə etdiyini, digərini isə sonradan istifadə etmək məqsədi ilə düzəldib üzərində gəzdirdiyini bildirmişdir. Sonra isə üzərindən “XİAOMİ REDMİ” markalı mobil telefon çıxardıb özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş ağ rəngli maddə vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Aşkar edilmiş 01 ədəd bükülü və alüminium falqa müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq 142 nömrəli möhürlə möhürlənmiş və imzalanmışdır. Digər falqa isə başqa zərfdə qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da protokolu oxuyub vəkil və digər iştirakçılarla birgə imzalamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 avqust 2021-ci il tarixdə saat 23:40 radələrində Qobustan rayon PŞ-nin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şübhəli şəxs qismində saxlanılmış Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etmişlər. O, öz razılığını bildirmiş, bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının qabaq sağ cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu çıxarmışdır. Həmin siqaret qutusunun içərisindən isə 01 ədəd kağız bükülü və 02 ədəd alüminium falqa çıxardıb təqdim etmişdir. Kağız bükülü açıldıqda içərisində duzşəkilli maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kristalvari (duz şəkilli) maddənin psixotrop maddə olan “patı”, yəni metamfetamin olduğunu demişdir. Həmin maddəni 2-3 ay əvvəl Qobustan rayonunun Təklə-Mirzəbaba kəndi ərazisindən tapdığını, alüminium falqalardan birini bir neçə saat əvvəl psixotrop maddə olan “patı”nı qəbul etmək üçün istifadə etdiyini, digərini isə sonradan istifadə etmək məqsədi ilə düzəldib üzərində gəzdirdiyini bildirmişdir. Sonra isə üzərindən “XİAOMİ REDMİ” markalı telefon çıxardıb özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş ağ rəngli maddə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Aşkar edilmiş 01 ədəd bükülü və istifadə olunmuş alüminium falqa müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq möhürlə möhürlənmiş və imzalanmışdır. Digər falqa isə başqa zərfdə qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da protokolu oxuyub vəkil və digər iştirakçılarla birgə imzalamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 25 avqust 2021-ci il tarixdə saat 23:40 radələrində Qobustan rayon PŞ-nin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şübhəli şəxs qismində saxlanılmış Qobustan rayonu Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etmişlər. O, öz razılığını bildirmiş, bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının qabaq sağ cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu çıxarmışdır. Həmin siqaret qutusunun içərisindən isə 01 ədəd kağız bükülü və 02 ədəd alüminium falqa çıxardıb təqdim etmişdir. Kağız bükülü açıldıqda içərisində duzşəkilli maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kristalvari (duz şəkilli) maddənin psixotrop maddə olan “patı”, yəni metamfetamin olduğunu demişdir. Həmin maddəni 2-3 ay əvvəl Qobustan rayonunun Təklə-Mirzəbaba kəndi ərazisindən tapdığını, alüminium falqalardan birini bir neçə saat əvvəl psixotrop maddə olan “patı”nı qəbul etmək üçün istifadə etdiyini, digərini isə sonradan istifadə etmək məqsədi ilə düzəldib üzərində gəzdirdiyini bildirmişdir. Sonra isə üzərindən “XİAOMİ REDMİ” markalı telefon çıxardıb özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş ağ rəngli maddə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Aşkar edilmiş 01 ədəd bükülü və istifadə olunmuş alüminium falqa müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq möhürlə möhürlənmiş və imzalanmışdır. Digər falqa isə başqa zərfdə qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, o da protokolu oxuyub vəkil və digər iştirakçılarla birgə imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə saat 18 radələrində iş yerində olarkən Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini Təqsirləndirilən şəxs Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən daxil olmuş əməliyyat məlumatı əsasından və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Bundan sonra Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun digər üzvləri Ağaşirin Nəsibbəyli, Şahid3, Camal Əliyev və Tural Ağayevlə birlikdə 25 avqust 2021-ci il tarixdə saat təxminən 20 radələrində Qobustan rayon Təklə-Mirzəbaba kəndi ərazisində müvafiq qaydada müşahidəyə başlanılmış, müşahidə zamanı Təqsirləndirilən şəxs Qobustan rayon Təklə-Mirzəbaba kəndində küçə ilə hərəkət eddib orada yerləşən başqa bir fərdi yaşayış evinin həyətinə girdiyini görmüşlər. Təxminən 15 dəqiqədən sonra Təqsirləndirilən şəxs həyətdən çıxdığını görüb dərhal qrup üzvləri ilə birlikdə xüsusi parollarla əlaqə yaradıb Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Bu vaxt Təqsirləndirilən şəxs Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən, heç bir müqavimət göstərmədən Qobustan RPŞ-yə gəlmiş, bu barədə raportla bəhbərliyə məruzə edilmişdir. Daha sonra toplanmış materialların icrası təhqiqat qrupunun |təhqiqatçısı Ağasən Baratova həvalə edilmişdir. X8 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərarı elan edilmiş, həmçinin tutulmasının əsasları, hüquq və vəzifələri izah edilmişdir. Həmçinin, polis şöbəsinə iki nəfər şəxsi hal şahidi kimi dəvət edildi, Hal şahidləri kimi dəvət edilmiş şəxslər barədə Təqsirləndirilən şəxs məlumat verildi və onların iştirakına qarşı hər hansı etirazının olub olmamasını Təqsirləndirilən şəxs soruşduqda o, heç bir etirazının olmadığını bildirdi. Bundan sonra polis şöbəsində vəkilin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılması başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının qabaq sağ cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusu çıxartdı. Həmin siqaret qutusunun içərisindən isə 1 ədəd kağız bükülü və 2 ədəd alüminium falqa çıxardıb təqdim etmişdir. Kağız bükülü açıldıqda içərisində duzşəkilli maddə olduğu aşkar edilmiş, Təqsirləndirilən şəxs ağ rəngli kristalvari (duz şəkilli) maddənin psixotrop maddə olan “patı”, yəni metamfetamin olduğunu demişdir. Həmin maddəni 2-3 ay əvvəl Qobustan rayon Təklə-Mirzəbaba kəndi ərazisindən tapdığını, aliminium falqalardan birini bir neçə saat əvvəl psixotrop maddə olan “patını” qəbul etmək üçün istifadə etdiyini, digərini isə sonradan istifadə etmək məqsədi ilə düzəldib üzərində gəzdirdiyini bildirdi. Sonra isə üzərindən “XİAOMİ REDMİ” markalı telefon çıxardıb özünə məxsus olduğunu bildirmişdir. Şəxsi aaxtarış zamanı Təqsirləndirilən şəxs üzərinə axtarış davam etdirilsə də başqa qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş ağ rəngli maddə vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkildikdə kağız bükülü ilə birlikdə çəkisinin 0.6 qram olması müəyyən edildi. Aşkar edilmiş 01 ədəd bükülü və alüminium falqa müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq 142 nömrəli möhürlə möhürləndi və imzalanmışdır. Digər falqa isə başqa bir zərfdə qablaşdırıldı. Daha sonra bu barədə protokol tərtib edilmiş və vəkil və digər iştirakçılarla birgə imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 26 avqust 2021-ci il tarixli 6/3712 nömrəliməhkəmə fiziki-kimyəvi ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində....” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,577 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və bir ədəd falqa kağız parçasının üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in İ siyahısına daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Respublika Narkoloji X14 X11- X7 verdiyi 02 sentyabr 2021-ci il tarixli, 3217 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,577 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir və 01 ədəd falqa kağız parçasının üzərində metamfetamınin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini müəyyən etmək mümkün deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,527 qramdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,577 qram, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,527 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd üzərində metamfetamin izləri olan falqa kağız parçası maddi sübut əhəmiyyətinə malik olduğundan 20 sentyabr 2021-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş 02 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 30 avqust 2021-ci il tarixli 110 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonununTəklə-Mİrzəbaba kəndində qeydiyyatdadır. Ailə tərkibi-anası 1954-cü il təvəllüdlü X3, arvadı 1989-cü il təvəllüdlü X1, qızı-2009-cü il təvəllüdlü X4, oğlu- 2010-cu il təvəllüdlü X5 və qızı- 2020-ci il təvəllüdlü X2 ibarətdir. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 30 avqust 2021-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını və onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsini tətbiq etməklə əlavə cəza olaraq Təqsirləndirilən şəxs dövlət orqanlarında və ya özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,527 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd üzərində metamfetamin izləri olan falqa kağız parçası məhv edilməlidir. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətinə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı 2 ay 22 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il müddətinə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 9 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,527 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd üzərində metamfetamin izləri olan falqa kağız parçası məhv edilsin. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar