Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-21/2024 10.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X5 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Qobustan rayon məhkəməsinin inzibati binasında xx xxxxx 1999-cu il tarixdə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 1,102 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, 15 may 2024-cü il tarixdə saat 22:45-də Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Qobustan rayonu, Qobustan şəhəri ərazisindən keçən 80-ci kilometrliyində yerləşən “Ceyrankeçməz” çayının üzərində qurulmuş suötürücü körpünün yaxınlığında saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada 16 may 2024-cü il tarixdə saat 00:32-dən 00:40-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ ön cibindən 01 (bir) ədəd sellofan bükülünün içərisində təmiz çəkisi 1,102 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi qaydada ustalıqla məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. O, bir neçə ildir ki, psixotrop maddə və narkotik vasitə istifadə edir. Qeyd edilən müddət ərzində o, psixotrop maddənin metamfetamin, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmiş, həmin psixotrop maddə və narkotik vasitələri yaşadığı Qobustan rayonu ərazisində yerdən tapmışdır. 15 may 2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olmuşdur. Həmin gün saat 21:30 radələrində yaşadığı Qobustan şəhərinə qayıtmaq üçün Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə Qobustan rayonuna gedən taksilərin olduğu yerə təkbaşına piyada gedərkən “Şamaxinka” deyilən ərazidəki “Meşə Parkı” parkının yaxınlığında olduğu zaman yol kənarında yerdə bir ədəd sellofan bükülü olduğunu görmüş, həmin bükülünü götürüb içinə baxdıqda içində psixotrop maddə olan metamfetamin olduğunu görmüş və içərisində metamfetamin olan həmin sellofan bükülünü daha sonra özü istifadə etmək məqsədi ilə özü ilə götürmüşdür. Onda psixotrop maddə olmasından heç kimin xəbər tutmaması üçün içərisində metamfetamin olan həmin sellofan bükülünü əynindəki gödəkçənin cibində gizlədib saxlamışdır. Daha sonra isə yoluna davam edərək taksilərin dayandıqları yerə çatmış və həmin gün, yəni 15 may 2024-cü il tarixdə axşam saatlarında o, markasını və dövlət nömrə nişanını xatırlamadığı taksi ilə Bakı şəhərindən Qobustan şəhərinə yola düşmüşdür. Yolda olduğu vaxt, təxminən saat 22-23 radələrində Qobustan şəhəri ərazisində “Ceyrankeçməz” çayı üzərindəki körpünü keçdikdən sonra taksi sürücüsü yol polisinin işarəsi ilə avtomobili yolun sağ kənarında saxlayaraq avtomobildən düşüb polis əməkdaşına yaxınlaşmış, o isə hava almaq üçün avtomobildən düşmüşdür. Həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmiş və onun üzərində narkotik vasitə saxlamağı barədə məlumatlarının olmasını deyib, buna görə də polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsinə gəldikdən sonra inzibati binanın girişində onun adını və soyadını qeydə almış, daha sonra onu X3un xidməti iş otağına aparmışlar. Orada olduğu zaman X3 ona şübhəli şəxs qismində tutulacağını və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Bundan sonra təhqiqatçı ona Qobustan rayonu və ətraf rayonların ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, o, təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən Xırdalan şəhər Vəkil Bürosunun vəkili Pərvanə Hüseynovanı seçmiş, daha sonra təhqiqatçı zəng edərək vəkil Pərvanə Hüseynovanı dəvət etmiş, müdafiəçi Pərvanə Hüseynova gəlib ona təqdim olunduqdan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra müdafiəçi Pərvanə Hüseynovanın və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və təhqiqatçı tərəfindən ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşulduqda, o, əynindəki gödəkçənin sağ ön cibindən 15 may 2024-cü il tarixdə Bakı şəhərində küçədə yerdən tapdığı, bir ədəd sellofan bükümdə olan metamfetamini çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra o, əynindəki şalvarın arxa sol cibindən özünə məxsus olan 01 ədəd mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Ondan həmin sellofan bükümdəki kütlə haqqında soruşulduqda, o, həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, sonra həmin bükümün içərisinə baxıldıqda içərisindəki metamfetamin aşkar edilmişdir. Daha sonra içərisində metamfetamin olan 01 ədəd sellofan büküm tərəzidə çəkilmiş, sonra isə ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, həmin 01 ədəd sellofan büküm içərisindəki metamfetamin ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Həmin vaxt müdafiəçi ondan aşkar olunmuş kütlə haqqında soruşduqda, o, həmin kütləni “Şamaxinka” deyilən ərazidə əldə etdiyini, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar olunan kütlədən hər hansı bir şəxsə satmaq, bağışlamaq və yaxud pay vermək niyyətinin olmadığını, polis şöbəsinə gətirilən zaman hər hansı bir təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış, lakin, üzərindən heç bir şey aşkar edilməmişdir. Daha sonra o, təhqiqatçının suallarına cavab verərkən Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılma səbəbinin ona aydın olduğunu, narkotik vasitəyə görə saxlanıldığını, Bakı şəhərindən Qobustan şəhərinə gələndə saat təxminən 22-23 radələrində “Ceyrankeçməz” deyilən ərazidə saxlanıldığını, saxlanılarkən üzərində metamfetamin olduğunu, üzərindən aşkar olunmuş kütləni “Şamaxinka” deyilən ərazidə tapdığını, həmin kütlədən kiməsə vermədiyini, həmin kütlənin onda olması barədə kiminsə məlumatı olmadığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, özü də əvvəllər narkotik vasitə istifadə etdiyini, narkotik vasitə əkini və ya satışı ilə məşğul olmadığını, Qobustan rayon Polis Şöbəsinə gətirilərkən və Polis Şöbəsində olduqda hər hansı bir fiziki və psixi təsirə məruz qalmadığını, kiməsə etirazı və ya şikayəti olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış və heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Daha sonra ona məxsus “Samsung” markalı mobil telefon götürülmüşdür. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdur. O və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onun psixotrop maddə qəbul etməyindən, hadisə zamanı psixotrop maddəni üzərində saxlamasından heç kimin məlumatı olmamışdır. O, hazırda heç bir yerdə psixotrop maddə və ya narkotik vasitə saxlamır. Hadisə zamanı o, psixotrop maddəni tapan zaman yanında və ya yaxınlığında heç kim olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yoxlanılması məqsədi ilə tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəhbərliyinin əmri ilə 15 may 2024-cü il tarixdə Qobustan RPŞ-nin CAB-ın rəisi Şahid1 rəhbərliyi, onun və Qobustan PŞ-in NMQ-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 15 may 2024-cü il tarixdə saat 22:45-də keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Şahid3 ilə birlikdə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Qobustan rayonu, Qobustan şəhəri ərazisindən keçən 80-ci kilometrliyində yerləşən “Ceyrankeçməz” çayının üzərində qurulmuş suötürücü körpünün yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün polis şöbəsinə getməli olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılaşdığını bildirdiyindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirib keçirib tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi X3a həvalə edilmişdir. X3 öz xidməti iş otağında Təqsirləndirilən şəxs Qobustan rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən Pərvanə Hüseynovanı seçmiş, daha sonra təhqiqatçı zəng edərək vəkil Pərvanə Hüseynovanı dəvət etmiş, bir qədər sonra vəkil Pərvanə Hüseynova gəlmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra isə müdafiəçi Pərvanə Hüseynovanın, onun, əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ ön cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa sol cibindən 01 ədəd mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki kütlə haqqında soruşulduqda, o, həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxıldıqda içərisindən psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra içərisində psixotrop maddəyə bənzər kütlə olan 01 ədəd sellofan büküm tərəzidə çəkilmiş, sonra isə ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, həmin 01 ədəd sellofan büküm içərisindəki kütlə ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Həmin vaxt müdafiəçi X4 Qayıbovdan üzərindən aşkar olunmuş kütlə haqqında soruşduqda, Təqsirləndirilən şəxs həmin kütləni “Şamaxinka” deyilən ərazidə əldə etdiyini, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar olunan kütlədən hər hansı bir şəxsə satmaq, bağışlamaq və yaxud pay vermək niyyətinin olmadığını, polis idarəsinə gətirilən zaman hər hansı bir təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış, lakin, üzərindən heç bir şey aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab verərkən Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılma səbəbinin ona aydın olduğunu, narkotik vasitəyə görə saxlanıldığını, Bakı şəhərindən Qobustan şəhərinə gələndə saat təxminən 22-23 radələrində “Ceyrankeçməz” deyilən ərazidə saxlanıldığını, saxlanılarkən üzərində metamfetamin olduğunu, üzərindən aşkar olunmuş kütləni “Şamaxinka” deyilən ərazidə tapdığını, həmin kütlədən kiməsə vermədiyini, həmin kütlənin onda olması barədə kiminsə məlumatı olmadığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, özü də əvvəllər narkotik vasitə istifadə etdiyini, narkotik vasitə əkini və ya satışı ilə məşğul olmadığını, Qobustan rayon Polis Şöbəsinə gətirilərkən və Polis Şöbəsində olduqda hər hansı bir fiziki və psixi təsirə məruz qalmadığını, kiməsə etirazı və ya şikayəti olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon götürülmüşdür. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin, o, ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, о cümlədən heç bir ədavəti olmamışdır. İş üzrə şahid qismində dindirilən Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin rəisi Şahid1 və Qobustan RPŞ-nin X1 əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 may 2024-cü il tarixli 3-16-16/2-6/2768 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 142” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,102 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”nin siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 1,102 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 1,052 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 19 iyun 2024-cü il tarixli 4272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,102 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 1,052 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 24 may 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 05 iyun 2024-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Qayıbov X2 rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qobustan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya tətbiq edildiyi üçün təyin edilmiş cəza 01 (bir) il azaldılmış və cəzası xx.xx.2022-ci il tarixdə başa çatdığından Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 17 may 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, Qobustan rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması barədə əməliyyat məlumatları əldə olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini haradan əldə etdiyini, əldə etməsində başqa şəxslərin iştirakını, həmçinin Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Qobustan rayon İHB-ın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Qobustan rayon polis şöbəsində saxlanılan çəkisi 1,052 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 15 may 2024-cü il tarixdən 17 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Qobustan rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 1,052 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(026)-21/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-21/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver