Məhkəmə qərarları › İş №1(026)-22/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-22/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-22/2021 26.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, 26 oktyabr 2021-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxs – xx xxxx 2000-ci ildə Qobustan rayonunun Xilmilli kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,147 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla Qobustan rayonu ərazisinə daşımış, 20 iyul 2021-ci il tarixdə saat 23 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində yetləşən “Badamlıq” adlanan kafenin qarşısında saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 (bir) ədəd kibrit qurusunda təmiz çəkisi 5,147 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 aydır ki, narkotik vasitələrdən istifadə edir. 2021ci ilin iyul ayının ortalarında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində piyada gəzən zaman yolun kənarından qara sellofan tapmış, sellofanın içərisinə baxan zaman içərisində bir ədəd kibrit qutusu və iki ədəd sellofan bükülü olduğunu, kibrit qutusunun içinə baxan zaman, həmin qutunun içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra digər 2 bükülünü də açıb içərisinə baxan zaman, onların içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün, kibrit qutusunun içərisində narkotik vasitə marixuana, digər bükülülərdə isə çətənə toxumları olduğunu başa düşmüşdür. Kibrit qutusunu və digər 2 sellofan bükülünü Qobustan rayonunun Xilmilli kəndində istifadə etmək üçün özü ilə götürmüşdür. 20 iyul 2021-ci il tarixdə saat 23 radələrində Qobustan şəhəri ərazisində yerləşən “Badamlıq” adlanan kafenin qarşısında olan zaman, tapdığı qurudulmuş marixuanadan istifadə etmək qərarına gəlmiş, narkotik vasitəni cibindən çıxaran vaxtı mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, üzərində narkotik vasitə olan qurudulmuş marixuana gəzdirməkdə şübhəli olduğunu bildirərək, Qobustan rayon Polis Şöbəsinə dəvət etmiş və şöbəyə gətirildikdən sonra üzərinə axtarış keçirilmişdir. Axtarış zaman üzərindən 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bükülüdə çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Zəruri sənədləşmə işləri aparıldıqdan sonra həmin sənədləri imzalamış və şübhəli şəxs kimi tutulmuşdur. Əməlindən peşman olduğunu bildirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 iyul 2021-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Qobustan rayonunun Xilmilli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuş, həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul etmiş, Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri Şahid5, Şahid4, Şahid7, Şahid6, Şahid9 və Şahid8lə birlikdə 20 iyul 2021-ci il tarixdə təxminən saat 23 radələrində Qobustan şəhəri ərazisində yerləşən “Badamlıq” adlanan kafenin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq RPŞ-yə gətirilmişdir. Mirzəyev X4 rayon Polis Şöbəsinin inzibati binasında təhqiqatçı Ağasən Baratovun xidməti otağına gətirildikdən sonra şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, müdafiəçi Tofiq Seyidovun iştirakı ilə ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd kibrit qutusunu və 02 ədəd sellofan bükülünü təqdim etmiş, həmin kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd sellofanda isə çətənə bitkisinin toxumları olduğunu, həmin narkotik vasitəni 2021-ci ilin iyul ayının ortalarında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə çəkilmiş, sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, baxış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Xidmət üzrə rəis müavini Şahid4, RPŞ-nin İTB-nin sahə rəisi Şahid7 oğlu, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5, RPŞ-nin X1 baş inspektor-kriminalisti Şahid6, RPŞ-nin İTB-nin PPX-nin polis nəfəri Şahid8 və RPŞ-nin PPX-nin manqa komandiri Şahid9 isə Şahid3 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Qobustan rayonu Xilmilli kənd sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi qərəzliyi, ədavəti və ya düşmənçiliyi olmamışdır. 21 iyul 2021-ci il tarixdə saat 22-23 radələrində Qobustan şəhəri ərazisində yerləşən yanacaq doldurma məntəqəsində olan zaman polis əməkdaşı yaxınlaşaraq, Qobustan rayonu Xilmilli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərinə baxış keçirələcəyini və həmin baxışda hal şahidi kimi iştirak etməyini xahiş etmiş, polis əməkdaşı ilə razılaşmış və RPŞ-yə gəlmişdir. Bundan sonra RPŞ-də müdafiəçi X2, digər hal şahidi Şahid2 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd kibrit qutusunu və 02 ədəd sellofan bükülünü təqdim edərək, həmin kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd sellofanda isə çətənə bitkisinin toxumları olduğunu, həmin narkotik vasitəni, 2021-ci ilin iyul ayının ortalarında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə çəkilmiş, sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamış, aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 21 iyul 2021-ci il tarixli 7/693 nömrəli məhkəmə-bioloji ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükülü və 01 ədəd kibrit qutusu” yazıları və imzalar olan zərfdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,147 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 02 ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,146 qram, 0,345 qram, ümumi çəkisi 0,491 qram bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrə aid deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator Məcburi X3 28 iyul 2021-ci il tarixli 2502 №-li nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,147 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,127 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0,491 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,431 qram çətənə bitkisi toxumları maddi sübut əhəmiyyətinə malik olduğundan 16 avqust 2021-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş 26 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 27 iyul 2021-ci il tarixli 173 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs həqiqətən də Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatdadır. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 27 iyul 2021-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını və onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,127 qram olan narkotik vasitə qurudulmuş marixuana və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,431 qram çətənə bitkisi toxumları məhv edilməlidir. İş üzrə 66,46 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,127 qram olan narkotik vasitə qurudulmuş marixuana və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,431 qram çətənə bitkisi toxumları məhv edilsin. İş üzrə 66,46 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev :

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar