Məhkəmə qərarları › İş №1(026)-22/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-22/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-22/2022 20.09.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa olunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1966-cı il tarixdə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 27,905 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan şəhərinə daşımış, 21 may 2022-ci il tarixdə saat 13 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhərində, X7 məxsus kafedə saxlanılaraq orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 27,905 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 18 may 2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Müşfiqabad qəsəbəsində piyada gəzən zaman yerdən sellofan bükülü tapmış və onun içinə baxan zaman həmin bükülüdə narkotik vasitə qurudulmuş marixuana olduğunu müəyyən etmiş, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükülüdə qurudulmuş marixuana olduğunu dərhal anlamış, bundan sonra tapdığı narkotik vasitə qurudulmuş marixuananı əynindəki göy rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. 21 may 2022-ci il tarixdə saat 13 radələrində günorta yeməyi yemək məqsədilə Qobustan şəhəri ərazisində yerləşən “Vaidin kafesi” adlanan kafeyə gəlmiş, orada olarkən həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirdikdən sonra, üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra həmin kafenin otaqlarından birində hüquqlarını müdafiə etmək üçün X5 öz seçimi əsasında dövlət hesabına müdafiəçi təyin edilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bundan sonra əynində olan göy rəngli gödəkçənin sağ yan cibindəki bir ədəd sellofan bükülüdə olan qurudulmuş marixuananı təqdim edərək, həmin narkotik vasitəni 18 may 2022-ci il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, bundan sonra zəruri sənədləşdirmə işləri aparılmış, həmin sənədləri imzalamışdır. O, narkotik vasitələrin, psixotrop maddələrin hazırlanması və ya satışı ilə məşğul olmamış, böyrək xəstəsi olduğu üçün təxminən 6 ay olar ki narkotik vasitələrdən istifadə etməyə başlamış, narkotik vasitələri tüstü halında qəbul etmiş, üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükülüdə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən səmimi peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qobustan RPŞnin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 may 2022-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Qobustan rayonu, Nabur kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuş, həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar həmin vaxtı “təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında” qərar qəbul edilmiş, Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən əməliyyat qrupunun üzvləri Şahid1 və sabiq polis əməkdaşı Tacir Muradov ilə birlikdə 21 may 2022-ci il tarixdə təxminən saat 13 radələrində Qobustan rayonu, Nabur kənd sakini Məmmədov X3 şəhəri ərazisində yerləşən “Vaidin kafesi” adlanan kafedə saxlanılmışdır. Bundan sonra həmin kafenin otaqlarından birində Təqsirləndirilən şəxs öz istəyi ilə seçdiyi müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra hal şahidləri dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet, əşya və ya maddənin olubolmadığı soruşulan zaman, əynindəki göy rəngli gödəkçənin sağ yan cibindəki bir ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək, həmin narkotik vasitəni 18 may 2022-ci il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana tərəzidə çəkilmiş, sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qobustan rayonu, Nabur kənd sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 21 may 2022-ci il tarixdə saat 13-14 radələrində Qobustan şəhəri ərazisində piyada gəzən zaman polis əməkdaşı ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün onun üzərinə şəxsi axtarış keçirələcəyini və həmin şəxsi axtarışda hal şahidi kimi iştirak etməsini xahiş etmiş, polis əməkdaşı ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə Qobustan şəhəri ərazisində yerləşən “Vaidin kafesi” adlanan kafeyə gəlmişdir. Həmin kafenin otaqlarından birində müdafiəçi Nəriman Şirinovun, digər hal şahidinin, polis əməkdaşlarının və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindəki bir ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək, həmin narkotik vasitəni 18 may 2022-ci il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsində piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 21 may 2022-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Qobustan rayon Nabur kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuş, həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri Şahid2 və sabiq polis əməkdaşı Tacir Muradov ilə birlikdə 21 may 2022-ci il tarixdə təxminən saat 13 radələrində Qobustan rayon Nabur kənd sakini Məmmədov X3 şəhəri ərazisində yerləşən “Vahidin kafesi” adlanan kafedə saxlanılmişdir. Bundan sonra həmin kafenin kabinetlərindən birində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs öz istəyi ilə müdafiəçi X5 və hal şahidləri dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet, əşya və ya maddənin olub-olmadığı soruşulan zaman, Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindəki, 1 ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək, həmin narkotik vasitəni 18 may 2022-ci il tarixdə Abşeron rayonu Müşfiqabad qəsəbəsində piyada gəzən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana çəkilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlənərək, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib olunaraq iştirakçılar həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 18 iyun 2022-ci il tarixli 7/523 nömrəli ekspert rəyində göstərilir ki, üzərində “Təqsirləndirilən şəxs....üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 27,905 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 27,905 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 27,855 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 14 iyul 2022-ci il tarixli 3816 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Eşqali oğlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniydan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 27,905 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 27,855 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut hesab edilmiş və Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 18 iyun 2022-ci il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs olduğu göstərilmişdir. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 07 iyul 2022-ci il tarixli 99 saylı arayışda göstərilir ki, Məmmədov X3 rayonunun Nabur kəndində qeydiyyatdadır. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 07 iyul 2022-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması haqqında” 21 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 21 may 2022-ci il tarixdən 22 may 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 27,855 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdən 22 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 27,855 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 6 saat hüquqi yardıma görə 36 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar