Məhkəmə qərarları › İş №1(026)-23/2021

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-23/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-23/2021 16.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X21 oğlunun iştirakı ilə, X5 – 16 avqust 1972-ci ildə Şamaxı rayonunun Üzümçü qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç övladı olan, ali təhsilli, Qobustan rayon Yekəxana kənd tam orta məktəbində fizika müəllimi işləyən, məhkum olunmamış, Qobustan rayonunun Yekəxana kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X14 istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,716 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonunun Yekəxana kəndinə daşımış, 27 avqust 2021-ci il tarixdə saat 04 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Qobustan rayonunun Yekəxana kəndi ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,716 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. X5 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X14 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 24 avqust 2021-ci il tarixdə saat 15 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində piyada gəzən zaman yerdən kibrit qutusu tapmış, qutunun içinə baxan zaman, onun içində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və şəxsi istifadəsi üçün əynindəki şalvarın sol yan cibinə qoymuşdur. 27 avqust 2021-ci il tarixdə saat 04 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində piyada gəzən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək, rayon polis şöbəsinə dəvət etmişlər. RPŞ-yə gəldikdən sonra RPŞ-də üzərinə axtarış keçirilən zaman üzərindən 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, zəruri sənədləşdirmə işləri aparıldıqdan sonra həmin sənədləri imzalamış və şübhəli şəxs kimi tutulmuşdur. Təxminən 3 ay olardı ki, narkotik vasitə qurudulmuş marixuana qəbul edirdi. 27 avqust 2021-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı rayonun Yekəxana kəndi ərazisində piyada gəzən zaman tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 27 avqust 2021-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Qobustan rayonu, Yekəxana kənd sakini X5 narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuş, həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Vüqar Əsgərzadənin şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə müəyyən olunmuş əməliyyat qrupunun üzvləri Şahid3, Şahid4 və Şahid1lə birlikdə 27 avqust 2021-ci il tarixdə təxminən saat 04 radələrində Qobustan rayonu, Yekəxana kəndi ərazisində X1 RPŞ-yə gətirilmiş, X16 rayon Polis Şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı Ağasən Baratovun xidməti otağına gətirildikdən sonra şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra müdafiəçi Əlisa Abdullayevin, həmçinin hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edilmiş, Vüqar Əsgərzadə əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, həmin kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni 24 avqust 2021-ci il tarixdə Qobustan rayonunun Yekəxana kəndi ərazisində piyada gəzən zaman yerdən tapdığını bildirmişdir. Bundan sonra Vüqar Əsgərzadənin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə çəkilmiş, sonradan Vüqar Əsgərzadənin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. X8 əvvəllər tanımamış, Vüqar Əsgərzadə narkotik vasitə qurudulmuş marixuananın istifadəsi ilə məşğul olmuş, lakin onun narkotik maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3 və rayon polis şöbəsinin TQ-nin təhqiqatçısı Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 27 avqust 2021-ci il tarixdə Qobustan RPŞ-yə daxil olmuş əməliyyat məlumatında Qobustan rayonu, Yekəxana kənd sakini X5 narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olması əks olunmuş, həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Vüqar Əsgərzadənin şübhəli şəxs qismində saxlanılması və RPŞ-yə gətirilməsi ilə əlaqədar “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə müəyyən olunmuş əməliyyat qrupunun üzvləri Şahid3, Şahid4 və Şahid2 ilə birlikdə 27 avqust 2021-ci il tarixdə təxminən saat 04 radələrində Qobustan rayonu, Yekəxana kəndi ərazisində X1 RPŞ-yə gətirilmiş, X16 rayon Polis Şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı Ağasən Baratovun xidməti otağına gətirildikdən sonra şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Daha sonra müdafiəçi Əlisa Abdullayevin, həmçinin hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, təqdim etməsi təklif edilmiş, Vüqar Əsgərzadə əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxararaq təqdim edilmiş, həmin kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni 24 avqust 2021-ci il tarixdə Qobustan rayonunun Yekəxana kəndi ərazisində piyada gəzən zaman yerdən tapdığını bildirmişdir. Bundan sonra Vüqar Əsgərzadənin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə çəkilmiş, sonradan Vüqar Əsgərzadənin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. X8 əvvəllər tanımamış, Vüqar Əsgərzadə narkotik vasitə qurudulmuş marixuananın istifadəsi ilə məşğul olmuş, lakin onun narkotik maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Qobustan rayonunun Yekəxana kənd sakini X14 ilə hər hansı bir şəxsi qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 27 avqust 2021-ci il tarixdə saat təxminən 03-04 radələrində rayon polis şöbəsinin polis əməkdaşları ona Qobustan rayonunun Yekəxana kənd sakini X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərinə axtarış keçirələcəyini və həmin axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmiş, buna razılığını vermişdir. Polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmiş, RPŞ-də müdafiəçi X2, digər hal şahidi Şahid6, polis əməkdaşlarının və onun iştirakı ilə Vüqar Əsgərzadənin üzərinə axtarış keçirilmiş, axtarış zamanı Vüqar Əsgərzadə əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunu təqdim edib, həmin kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni Qobustan rayonu, Yekəxana kəndində piyada gəzən zaman yerdən tapdığını bildirmişdir. Bundan sonra Vüqar Əsgərzadənin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə çəkilmiş, sonradan Vüqar Əsgərzadənin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhürlə möhürlənmiş, imzalanmış, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Səmədov X10 Yaşar Emin oğlu ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 27 avqust 2021-ci il tarixli 7/840 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “X5 üzərindən götürülmüş ” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,716 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 5,696 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Respublika Narkoloji X22 X18- X13 01 sentyabr 2021-ci il tarixli 3175 nömrəli rəyində göstərilir ki, müayinə zamanı X6 narkotik vasitə olan kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs X21 oğlunun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5,716 qram, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 5,696 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 24 sentyabr 2021-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş 04 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, X14 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 07 oktyabr 2021-ci il tarixli 168 saylı arayışda göstərilir ki, X14 həqiqətən də Qobustan rayonunun Xilmilli kəndində qeydiyyatdadır. Ailə tərkibiarvadı 28 fevral 1984-cü il təvəllüdlü X11, qızı-29 mart 2002-ci il təvəllüdlü X12, oğlu- 07 dekabr 2003-cü il təvəllüdlü X15 və oğlu- 24 iyun 2007-ci il təvəllüdlü X3 ibarətdir. Qobustan rayonu İcra Hakimiyyəti Başçısının Yekəxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 07 oktyabr 2021-ci il tarixli xasiyyətnamədə göstərilir ki, X14 müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxs X5 əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir.X5 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X5 törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını və onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq X9 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsini tətbiq etməklə əlavə cəza olaraq X9 dövlət orqanlarında və ya özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. X9 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,696 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 89 manat ekspertiza xərci X4 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətinə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X5 27 avqust 2021-ci il tarixdən 16 noyabr 2021-ci il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı 2 ay 20 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il müddətinə dövlət və ya yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 1 (bir) il 9 (doqquz) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X5 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən X9 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,696 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 89 manat ekspertiza xərci X4 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar