Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-23/2022 15.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa olunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan şəhərində qeydiyyatda olan və Bakı şəhərində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin məlum olmayan vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 38,500 qram olan narkotik vasitə həşiş qətranını əldə edib üzərində saxlayaraq, Qobustan şəhəri ərazisində daşımış və Qobustan RPŞ-nin əməkdaşları tərəfindən 28 may 2022-ci il tarixdə saat 17 radələrində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhər dairəsi ərazisində saxlanıb Qobustan RPŞ-yə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəgli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 38,500 qram olan narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla, həm orada, həmdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ildir ki, müəyyən fasilələr olmaq şərti ilə narkotik vasitə olan “marixuana”dan, eləcə də həşiş qətranından istifadə etməsini 2022-ci ilin may ayının 27-də Binəqədi rayonu Biləcəri qəsəbəsində avtovağzal tərəfdə olan zaman, səkinin kənarında 02 ədəd sellafon bağlamanın onun diqqətini çəkməsini və o əyilib həmin sellafon bükülüləri götürüb içərisinə baxan zaman narkotik vasitə istifadəçisi olduğu üçün spesefik iydən sellafonlardan birində narkotik vasitə olan marixuananın olmasını, digərində isə narkotik vasitə olan həşiş qətranın olması ona məlum olmuşdur. O ətrafa nəzər salıb kimsənin görmədiyini müşahidə etdikdən sonra öz istifadəsi üçün dərhal hər iki sellafon bükülünü bağlayıb qara rəngli şalvarının sağ yan cibində gizlətmişdir. 28 may 2022-ci il tarixdə saat 16 radələrində o şəxsi işləri ilə bağlı idarə etdiyi Mercedes-Benz E-190 markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək Qobustan rayonu istiqamətinə yola düşməsini və birində narkotik vasitə marixuana digərində isə narkotik vasitə həşiş qətranı olan iki ədəd sellafon bükümü müvafiq olaraq əynində olan şalvarın sağ və sol yan ciblərinə qoymuşdur. Qobustan şəhər dairəsi deyilən ərazidə olan zaman DYP-nin polis əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini saxlatdırıb yaxınlaşaraq özlərini təqdim edib, onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra ona şübhəli şəxs kimi tutulduğunu və razılığı ilə hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildiyini, həmçinin tanımadığı iki nəfər şəxsində hal şahidi kimi dəvət edilməsini və üzərində Qobustan RPŞ-də xidməti otaqların birində axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif edilmişdir. Bu vaxt o qara rəngli şalvarının sağ yan cibində içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellafon bükülünü və şalvarının sol yan cibindən isə içərisində narkotik vasitə həşiş qətranı olan 01 ədəd sellafon bükülünü çıxarıb təqdim edib həmin maddəni öz şəxsi istafədəsi üçün üzərində gəzdirdiyini və üzərində bundan başqa heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra həmin bükülülər ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş və bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək, protokolun doğru yazıldığı imzalarla təsdiq edilmişdir.Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 28 may 2022-ci il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-nə əməliyyat məlumatı daxil oldu. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri CAB-ın əməliyyat müvəkkilləri, Tacir Muradov, Şahid1, Qobustan RPŞ-nin DYPB-nin DAM-ın inspektoru Şahid3, Qobustan RPŞ-nin DYPB-nin inspektoru Məmmədəli Rəcəbov və onun iştirakı ilə 28 may 2022-ci il tarixdə saat 17 radələrində Qobustan şəhər dairəsi deyilən ərazidə Təqsirləndirilən şəxs saxlayaraq sonuncuya narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞ-yə getməli olacağı izah edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş Müdafiəçi, həmçinin polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən Nailə təklif edilmişdir ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa, özü təqdim etsin. Nail bundan sonra əynində olan qara rəngli şalvarın sağ və sol yan cibindən 01 ədəd sellafon bükülünü təqdim edərək, sağ yan cibində çıxardığı sellafon bükülünün içərisində narkotik vasitə olan marixuana sol yan cibindən çıxardığı sellafon bükülünün içərisində isə narkotik vasitə olan həşiş qətranı olmasını bildirmişdir. O həmin narkotik vasitələri 27 may 2022-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində avtovağzal tərəfdə olan zaman, səkinin kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr tərəzidə çəkilmişdir. X15 üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərində qanunla gəzdirilməsi və ya saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Qobustan RPŞ-nin DYPB-nin DAM-ın inspektorları Şahid3 və Məmmədəli Rəcəbov Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Şahid6 ifadə verərək göstərdi ki, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 28 may 2022-ci il tarixdə saat 17 radələrində Qobustan şəhəri Heydər Əliyev prospektində olan zaman polis əməkdaşı ona yaxınlaşaraq, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərində axtarış keçiriləcəyini və onun da həmin axtarışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O da polis əməkdaşı ilə razılaşaraq və onunla birlikdə RPŞ-yə getmişdir. Bundan sonra RPŞ-də Müdafiəçi, digər hal şahidi X11, polis əməkdaşları onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ və sol yan cibindən 01 ədəd sellafon bükülünü təqdim etdi və bildirdi ki sağ yan cibində çıxardığı sellafon bükülünün içərisində narkotik vasitə olan marixuana sol yan cibindən çıxardığı sellafon bükülünün içərisində isə narkotik vasitə olan həşiş qətranı vardır. İçərisində narkotik vasitə olan sellafon bükülüləri 27 may 2022-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində avtovağzal tərəfdə olan zaman səkinin kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tərəzidə çəkilmiş, onun üzərinə şəxsi axtarış davam etdirilsə də, qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənərək üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Qobustan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 may 2022-ci il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olunmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə RPŞnin əməkdaşı Şahid2 tərəfindən “təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmiş və bununla əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən, o və əməliyyat qrupunun üzvləri Şahid2, CAB-ın əməliyyat müvəkkili Tacir Muradov, Qobustan RPŞ-nin DYPB-nin DAM-ın inspektoru Şahid3 və Qobustan RPŞ-nin DYPB-nin inspektoru Məmmədəli Rəcəbov 28 may 2022-ci il tarixdə saat 17 radələrində Qobustan şəhər dairəsi deyilən ərazidə Təqsirləndirilən şəxs saxlayaraq Nail Yarıyevə narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla Qobustan RPŞ-yə getməli olacağını ona bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş Müdafiəçi, hal şahidləri və onların iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən öncə təhqiqatçı Nailə təklif etdi ki üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa özü təqdim etsin. Nail bundan sonra əynində olan qara rəngli şalvarın sağ və sol yan cibindən 01 ədəd sellafon bükülünü təqdim etdi və bildirdi ki sağ yan cibində çıxardığı sellafon bükülünün çərisində narkotik vasitə olan marixuana sol yan cibindən çıxardığı sellafon bükülünün çərisində isə narkotik vasitə olan həşiş qətranı var. O həmin narkotik vasitələri 27 may 2022-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində avtovağzal tərəfdə olan zaman, səkinin kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr tərəzi vasitəsi ilə çəkildi. Sonradan onun üzərinə şəxsi axtarış etdilmiş, lakin qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilərək axtarış barədə protokol tərtib olunub iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi-qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 28 may 2022-ci il tarixdə saat 17 radələrində Qobustan şəhəri “Son” deyilən ərazidə olan zaman polis əməkdaşı ona yaxınlaşaraq, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərinə axtarış keçirələcəyi və həmin axtarışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə RPŞyə gəlmişdir. Bundan sonra RPŞ-də Müdafiəçi, digər hal şahidi Şahid6, həmçinin polis əməkdaşları və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ və sol yan cibindən 01 ədəd sellafon bükülünü təqdim edərək, sağ yan cibində çıxardığı sellafon bükülünün içərisində narkotik vasitə olan marixuana sol yan cibindən çıxardığı sellafon bükülünün içərisində isə narkotik vasitə olan həşiş qətranı olmasını bildirmişdir. O həmin narkotik vasitələri 27 may 2022-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində avtovağzal tərəfdə olan zaman, səkinin kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, üzərində qanunla gəzdirilməsi və ya saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 29 may 2022-ci il tarixli 7/548 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 4,766 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 4,766 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,02 qram, qalıq çəkisinin isə 4,746 qram olması qeyd edilmişdir. Eyni zamanda tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 38,500 qram olan maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qatranıdır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 38,500 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,02 qram, qalıq çəkisinin isə 38,480 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 3866 №-li nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 38,500 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 38,480 qram olan narkotik vasitə həşiş qətranı Qobustan rayon polis şöbəsinin 20 iyun 2022-ci il tarixli qərarı ilə iş üzrə maddi sübut hesab edilmiş və Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 28 iyun 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon İcra hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 iyul 2022-ci il tarixdə verilmiş 1210 saylı arayışından görünür ki, Yariyev X5 şəhərində qeydiyyatda olmasına baxmayaraq Qobustan şəhərində yaşamır. Ailə tərkibi 02 iyun 1944-cü il təvəllüdlü atası-X1, 01 iyun 1947-ci il təvəllüdlü anası-X8 və 25 sentyabr 1973-cü il təvəllüdlü qardaşı- X2 ibarətdir. Qobustan rayon İcra hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 iyul 2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Bakı şəhəri İcra hakimiyyəti Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26 sentyabr 2022-ci il tarixdə verdiyi 389 saylı arayışından görünür ki, Yariyev X6 qəsəbəsi, Z. Hüseynov 2 nömrəli evin 25 nömrəli mənzilində qeydiyyatsız yaşayır. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması haqqında” 28 may 2022-ci il tarixli qərarından görünür ki, X10 şübhəli şəxs qismində tutulmuş və 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. X3 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X3 törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını, himayəsində yaşlı valideynlərinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq X4 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. X10 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 38,480 qram olan narkotik vasitə həşiş-qətranı məhv edilməlidir. İş üzrə 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi Z. Hüseynov 2 nömrəli evin 25 nömrəli mənzilini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, Bakı şəhəri ərazi hüquqdarından kənara çıxmamaq, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsidə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 38,480 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-23/2022
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-23/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver