Məhkəmə qərarları › İş №1(026)-23/2023

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-23/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-23/2023 12.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1981-ci ildə Şamaxı rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan şəhəri, H.Əliyev prospekti, ev 159-da qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 52-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 08 avqust 2016-cı il tarixdən hesablanmaqla 03 fevral 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(026)-957/2016 saylı, 07 sentyabr 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Qobustan Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 3(026)-238/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 11 aprel 2022-ci il tarixli 3(026)-90/2022 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 07 dekabr 2020-ci il, 22 aprel 2022-ci il, 21 noyabr 2022-ci il və 03 mart 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 05 aprel 2023-cü il tarixinə kimi 8943,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakılarla sübuta yetir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində gostərdi ki, Zərərçəkmiş şəxs ilə 2003-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar. Nikahlarından 03 fevral 2006-cı il tarixdə Səbirə adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra ilk vaxtlar Qobustan şəhərində, daha sonra Bakı şəhərində yaşamışlar. Həmin vaxtlar fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Nurlana ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Nurlananın xəyanət etdiyini bildiyindən ayrılmaq qərarına gəlmişlər. Nurlana himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(026)-957/2016 saylı 07 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 08 avqust 2016-cı il tarixdən hesablanmaqla 03 fevral 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 117 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Qobustan Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Ümumi bugünədək aliment borcundan 300 manat ödəmiş, imkanının kifayət qədər olmadığından alimenti tam şəkildə ödəməmişdir. Qobustan Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli inzibati qərarına əsasən 10 gün müddətinə, 11 aprel 2022-ci il tarixli inzibati qərarına əsasən müvafiq olaraq 10 gün müddətinə inzibati həbs edilməsinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. 05 aprel 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 8943,00 manat təşkil etmişdir. Hazırda fərdi əmək fəaliyyəti ilə məşğuldur. Gündəlik gəliri 20-25 manat təşkil edir. Məşğulluq Mərkəzinə qeydiyyata alınsa da, təklif olunan işlərin əmək haqqları onu qane etməmişdir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qohumlarının vasitəsi ilə tanış olmuş və münasibətləri yaranmışdır. Təxminən 2003-cü ildə rəsmi şəkildə ailə qurmuşlar. Həmin evlilikdən 03 fevral 2006-cı il tarixdə Səbirə adlı övladları anadan olmuşdur. Evləndikdən sonra ilk vaxtlar Qobustan şəhərində, daha sonra Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs müxtəlif yerlərdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş və yetərli qazanc əldə etmişdir. Əvvəllər Allahverdi ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs başqa qadınla münasibətdə olduğundan, onunla və övladı ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır. Övladını tək saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Qobustan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(026)-957/2016 saylı, 07 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2016-cı il tarixdən hesablanmaqla 03 fevral 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Qobustan Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.Qobustan Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 25 noyabr 2020-ci il tarixli və 11 aprel 2022-ci il tarixli inzibati qərarlarına əsasən isə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırkı vaxta cəmi 300 manat aliment ödəmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, 05 aprel 2023-cü il tarixə ödənməmiş aliment borcu 8943 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs hazırda işləyir və yetərli qazanc əldə edir. Təqsirləndirilən şəxs alimenti ödəyə bilər, lakin ödəmək niyyəti olmadığından ödəmir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsində köməklik göstərilməsini istədi. Ona qanunla müəyyən edilən qaydada cəza verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-957/2016 saylı 31 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən 03 fevral 2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs 08 avqust 2016-cı il tarixdən hesablanaraq hər ay 117 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi 01 noyabr 2016-cı il tarixdə Qobustan Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də heç bir nəticə verməmişdir. Qobustan Rayon Məhkəməsinin 8(026)-33/2018 saylı, 14 dekabr 2018-ci iltaixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməməsi ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Qobustan Rayon Məhkəməsinin 3(026)-238/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə əlaqədar borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş və yeni müddət verilmişdir. Ancaq tələb yenə icra olunmamışdır. 03 mart 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşadığı mənzilə baxış keçirilmiş, zəruri istifadədə olan əmlaklardan başqa tələbi yönəldilə biləcək heç bir əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə edilmiş şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq aliment borcunun ödənilməsindən yayındığı və çağırışla gəlmədiyi üçün 19 yanvar 2022-ci il tarixli qərarla borcu barəsində axtarış qərarı qəbul olunaraq Qobustan Rayon Polis Şöbəsinə göndərilmiş, gətirilməsi təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib edilərək Qobustan Rayon Məhkəməsinə təhvil verilmiş və həmin məhkəmənin 3(026)-90/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati həbsdən çıxdıqdan Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilmiş, cinayət məsuliyyətə cəlb olunmağı istiqaməntində tədbirlər görüləcəyi izah olunmuş, məsuliyyətləri bildirilmiş və izahatı alınmışdır. Tələbkar Cəfərova X2 Rayon icra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs ona aliment borcunu ödəmək iqtidarında olsa da tam ödəmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixə aliment borcu 8943 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik informasiya İdarəsindən daxil olmuş 07 iyun 2023-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi göstərilmişdir. Qobustan rayon məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli 2(026)-957/2016 saylı qətnaməsindən görünür ki, 03 fevral 2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 avqust 2016-cı il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 117 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qobustan rayon icra şöbəsinin 01 noyabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Qobustan rayon məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 2(026)-957/2016 saylı icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmışdır. Qobustan rayon məhkəməsinin 02 may 2017-ci il tarixli 7(026)-132/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Qobustan rayon məhkəməsinin 14 dekabr 2018-ci il tarixli 8(026)-33/2018 saylı qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Qobustan rayon məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 3(026)-238/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilmişdir. Qobustan rayon məhkəməsinin 11 aprel 2022-ci il tarixli 3(026)-90/2022 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilmişdir. Qobustan rayon İHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 sentyabr 2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi tutularaq 30 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixə kimi Bakı şəhəri Nərimanov rayon polis idarəsində saxlanılmışdır. Həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ikinci evliliyindən himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, aliment borcunu ödəməməsini nəzərə alaraq Təqsirləndirilən şəxsnа təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə zalından dərhal həbsə alınmalı və həbs qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 dekabr 2023-cü il tarixdən hesab edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. O, məhkəmə zalından dərhal həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar