Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-24/2021 24.11.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxsxx xxxx 1997-ci ildə Xocavənd rayonunun Salakətin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xocavənd rayonunun Salakətin kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 100,569 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 0,286 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla Qobustan rayonu ərazisinə daşımış, 20 iyul 2021-ci il tarixdə saat 15 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 89,5 km-də, Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan RPŞ-yə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan alt paltarından 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 100,569 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 0,286 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xocavənd rayonu, Salakətin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi tikilidə ailə üzvləri ilə birlikdə yaşayır. 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 20 iyul 2021-ci il tarixdə saat 09 radələrində tanışı Xəyalə ona zəng edib Fuad adlı tanışı ilə Şamaxı rayonuna istirahətə gedəcəyini deyərək onun da getmək istəyib-istəmədiyini soruşduqda, Xəyalənin təklifini qəbul edib gedəcəyini bildirmişdir. Xəyalə isə “evdə gözlə, taksi ilə gəlib səni götürəcəm”- demişdir. Həmin gün saat 13 radələrində Xəyalə taksi ilə həyətə gəlib ona xəbər etmişdir. Qapıdan çıxanda evdə olan “nəşə” və “patı”nı götürmək yadından çıxdığı üçün elə qapının ağzından evə qayıtmışdır. Xəyalə gözlədiyi üçün tez tələsik evə girib bir neçə gün əvvəl Bakı şəhərindən tapdığı və otaqda saxladığı bir bükülüdə nəşəni və kiçik ölçülü bükülüdə “patı” deyilən maddəni götürüb alt paltarında gizlətmişdir. Fikirləşmişdir ki, Şamaxıda istirahət edərkən həmin maddələrdən istifadə etsin. Həyətdən çıxıb taksiyə əyləşərək Xəyalə ilə birlikdə “20 yanvar” dairəsi istiqamətində getmiş, “20 yanvar” dairəsinə çatanda maşından düşmüş və Xəyalə ilə birlikdə onun göstərdiyi yaşıl rəngli “Niva” markalı maşına minmişlər. X3 göstərərək tanışı olduğunu bildirmişdir. Maşında Fuad adlı şəxsdən başqa iki nəfər oğlan da olmuşdur. Xəyalədən həmin şəxslərin kim olduğunu soruşanda sonuncu digər oğlanları tanımadığını demişdir. Qobustan rayon ərazisində dairəvi yolu keçən zaman YPX avtomobilində olan polis əməkdaşı saxla əmri verdiyi üçün Fuad maşını saxlamış, YPX əməkdaşı maşına yaxınlaşıb söhbət etməyə başlayanda elə həmin vaxt bir neçə mülki geyimli şəxs maşına yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və Xəyalə ilə onun narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilindiklərini bildirməklə onları rayon Polis Şöbəsinə dəvət etmişlər. Qobustan RPŞ-də olarkən ona hüquqları izah edilmiş, hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlamağa imkanının olmadığını deyərək, dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Vəkillərin siyahısı təqdim ediləndə həmin siyahı ilə tanış olub hüquqlarını vəkil Müdafiəçi müdafiə etməsini bildirmişdir. Daha sonra vəkil Müdafiəçi polis şöbəsinə gəlmiş, tutma protokolu tərtib edildikdən və hüquqları izah edildikdən sonra iki nəfər əvvəllər tanımadığı qadın hal şahidlərinin və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Həmin vaxt əynində ağ uzun don olmuşdur. Şəxsi axtarış başlayan zaman üzərində qanunla qadağan olunan hər hansı əşya və predmetin olub-olmadığı soruşulduqda, o, əynində olan alt paltarında gizlətdiyi ümumilikdə iki ədəd bükülüdə olan “patı” və “nəşə”ni çıxarıb təqdim etmiş, şəxsi axtarış zamanı əlində olan telefondan başqa heç nə aşkar edilməmişdir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Fotoşəkillər çəkilmiş və narkotik vasitələr ayrı-ayrılıqda 02 ədəd zərfdə qablaşdırılmışdır. 2 il əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul deyildir. Əsasən nəşə, yəni marixuana çəkir. Bir-iki dəfə isə “patı” çəkmişdir. 20 iyul 2021-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş “patı”nı yəni, metamfetamini və marixuananı bir neçə gün əvvəl Bakı şəhərində xatırlamadığı ərazidə yerdən tapmışdır. Şahid1 əvvəllər ona narkotik vasitə istifadə etdiyini dediyi üçün Xəyalənin narkotik vasitə istifadə etdiyini bilir. Lakin heç vaxt onunla birlikdə narkotik vasitə və ya psixotrop maddə çəkməmiş, ondan narkotik vasitə və ya psixotrop maddə almamışdır. Həmçinin, Xəyalənin kiminləsə narkotik vasitə çəkdiyini və ya kiməsə narkotik vasitə verdiyini görməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar rayonu, Azərbaycan küçəsi, ev 10-da qeydiyyatdadır. Təxminən bir neçə ay əvvəl işləmək məqsədi ilə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində kirayə yaşayır. Bakı şəhərində yerləşən müxtəlif restoranlarda günəmuzd qabyuyan işləyir. İki ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs dörd ildir ki, tanıyır. Onunla Göyçay rayonunda kafedə tanış olmuşdur. Elə həmin vaxtdan münasibətləri yaranmışdır. Bir-biriləri ilə görüşməsələr də, tez-tez telefonla danışıb hal-əhval tutmuşlar. Fuadla isə 6-7 ay əvvəl Bakı şəhərində tanış olmuşdur. 19 iyul 2021-ci il tarixdə tanışı Fuad ona zəng edərək hal-əhval tutub, harada olduğunu soruşduqda Bakı şəhərində olduğunu demiş, telefon danışığı zamanı Fuad ona dostları ilə Bakı şəhərinə gələcəyini deyərək birlikdə yeyib-içib istirahət etmək üçün Şamaxı rayonuna getməyi təklif etmişdir. O da Fuadın təklifi ilə razılaşmış və tanışı Türkanəni də dəvət etmək istədiyini bildirmişdir. Fuad ona heç bir problemin olmadığını demişdir. 20 iyul 2021-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edib, dostu ilə Şamaxı rayonuna qonaqlığa gedəcəyini demiş və Türkanədən gəlmək istəyib-istəmədiyini soruşmuşdur. Türkanə təklifi qəbul etdiyi üçün bir azdan taksi ilə gəlib onu götürəcəyini demiş və həmin gün saat 12 radələrində taksi ilə Şüvəlan qəsəbəsinə gedib Türkanəni evlərindən götürmüşdür. Yolda olanda Fuadla danışanda sonuncu “20 yanvar” dairəsinin yanında gözlədiyini demişdir. Təxminən saat 14 radələrində “20 yanvar” dairəsinə çatıb taksidən düşərək Fuadın idarə etdiyi yaşıl rəngli “Niva” markalı avtomobilə minmişlər. Avtomobildə Fuaddan başqa onun 2 nəfər oğlan dostu da olmuşdur. Lakin həmin şəxslər ilə əvvəllər tanışlığı olmamışdır. Onları birinci dəfədir ki, görmüşdür. Şamaxı rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olanda bir dəfə mağazaların birinin qarşısında saxlayıb su almışlar. Qobustan rayonu ərazisindən keçəndə yanacaq az olduğu üçün yanacaq doldurma məntəqəsinə daxil olub benzin vurduqdan sonra yanacaq doldurma məntəqəsindən çıxıb təxminən 50-100 metr uzaqlaşarkən yol patrul xidməti avtomobilində olan polis əməkdaşı saxla əmri vermiş və Fuad maşını saxlamışdır. Sonra mülki geyimdə bir neçə şəxs onların olduğu maşına yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Türkanəni və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bildiklərini deyərək onları Qobustan rayon PŞ-yə dəvət etmişlər. Qobustan RPŞ-də olarkən ona hüquqları izah edilmiş, hüquqlarının müdafiə edilməsi üçün vəkillə müqavilə bağlamağa imkanının olmadığını bildirmiş və dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Ona vəkillərin siyahısı təqdim edilmiş və həmin siyahı ilə tanış olub hüquqlarını vəkil Əlisa Abdullayevin müdafiə etməsini bildirmişdir. Daha sonra vəkil Əlisa Abdullayev polis şöbəsinə gəlmişdir. Tutma protokolu tərtib edildikdən və hüquqları izah edildikdən sonra iki nəfər əvvəllər tanımadığı qadın hal şahidlərinin və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən kəsilmiş formada “hell” içki qutusu aşkar edilmişdir. Həmin “hell” içki qutusunu 19 iyul 2021-ci il tarixdə gecə vaxtı evdə olarkən qayçı ilə kəsib dairəvi şəkildə siqaret dənəciyi formasına gətirib içərisinə “patı” adlanan psixotrop maddə doldurub alışqanla aşağı hissədən yandıraraq tüstünü ağız vasitəsilə çəkdikdən sonra “patı” əridiyi üçün həmin “hell” qutusunun kəsilmiş hissəsini şalvarının cibinə qoymuşdur. Şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən özünə məxsus “Nokia” markalı mobil telefonu, qara rəngli çantasından isə ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələri, güzgü, daraq və telefon adapteri aşkar edilmişdir. Qara rəngli çanta, ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələri, güzgü, daraq və telefon adapteri özünə qaytarılmışdır. Mobil telefona isə baxış keçirildikdən sonra ona geri qaytarılmışdır. Ümumiyyətlə, iki il əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul deyildir. Təqsirləndirilən şəxs ona narkotik vasitə istifadə etdiyini dediyi üçün onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Lakin heç vaxt Türkanə ilə birlikdə narkotik vasitə və ya psixotrop maddə çəkməmişdir. Türkanədən narkotik vasitə və ya psixotrop maddə almamış, həmçinin Türkanənin kiminləsə narkotik vasitə çəkdiyini və ya kiməsə narkotik vasitə verdiyini görməmişdir. 20 iyul 2021-ci il tarixdə Türkanənin üzərində narkotik vasitə və psixotrop maddə olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Fuad Əmirova və yanında olan şəxslərə narkotik vasitə çəkməyi təklif etməmiş, həmin şəxslər Türkanəyə və ya ona narkotik vasitə çəkməyi təklif etməmişdir. Polis şöbəsinə gətirildikdə və üstünə şəxsi axtarış keçirilən zaman ona hər hansı bir təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs hər hansı təsir göstərilməsinin şahidi olmamışdır. 19.07.2021-ci il tarixdə saat 11 radələrində Alatava qəsəbəsindən “20 yanvar” dairəsi istiqamətində gedən zaman yolun kənarında kiçik ölçülü bükülü görmüş və maraqlı gəldiyi üçün əyilib yerdən götürmüş və içərisinə baxanda “patı”ya oxşatmışdır. Ona görə də həmin maddəni şalvarının cibinə qoymuşdur. Həmin gecə evdə “patı”nı tək istifadə etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 20 iyul 2021-ci il tarixdə işlədiyi Qobustan RMX-nın X4 şöbəsində növbədə olmuşdur. Həmin gün saat 16 radələrində polis əməkdaşları X4 şöbəsinin inzibati binasına gələrək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak etməsini təklif etmişlər. O, öz razılığını bildirmiş və Qobustan rayon Polis Şöbəsinə gəlmişdir. Bundan sonra, ona hüquq və vəzifələri izah edilmişdir. RPŞ-də Təqsirləndirilən şəxs üzərinə onun, vəkilin və digər hal şahidinin iştirakı ilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs alt paltarının içərisindən 02 ədəd bükülü çıxararaq iştirakçıların yanında təqdim etmişdir. Kiçik ölçülü bükülü açıldıqda içərisindən narkotik vasitəyə bənzər kristalvari ağ rəngli maddə aşkar olunmuşdur. Digər bükülü açıldıqda isə içərisindən yaşıl kütlə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ağ rəngli kristalvari maddənin psixotrop maddə “patı” olduğunu, yaşıl kütlənin isə narkotik vasitə marixuana olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Ağ rəngli maddə onun, vəkilin və digər hal şahidinin iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən və əl çantasından qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 02 ədəd bükülü ayrı-ayrılıqda müvafiq qaydada qablaşdırılaraq möhürlə möhürlənmiş və imzalar çəkilmişdir. Sonra bu barədə protokol tərtib edilmişdir. O, Təqsirləndirilən şəxs, vəkil və digər hal şahidi protokolla tanış olub imzalamışlar. Daha sonra Şahid1 üzərində şəxsi axtarış aparılarkən hal şahidi qismində iştirak etmişdir. RPŞ-də Şahid1 üzərinə onun, vəkilin və digər hal şahidinin iştirakı ilə axtarış keçirilərkən Şahid1 qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Şahid1 sol arxa cibindən “hell” içki qabının kəsilmiş bir hissəsini təqdim edərək 19 iyul 2021-ci il tarixdə “hell” içki qutusunun bir hissəsini kəsərək üzərində metamfetamin qəbul etdiyini bildirmişdir. Şahid1 üzərindən qanunla qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və o, Şahid1, vəkil və digər hal şahidi protokolla tanış olub imzalamışlar. Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 iyul 2021-ci il tarixdə saat 14 radələrində xidməti iş yerində olmuşdur. Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid1 Qobustan rayonu ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin həmin şəxslərin “Niva” markalı **-MR- *** dövlət qeydiyyat nişanlı avtomobillə Qobustan rayonu ərazisində hərəkətdə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs və Şahid1 cinayət əməlini ifşa etmək məqsədi ilə tərəfindən “əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Bundan sonra, Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyat qrupunun üzvləri ilə birlikdə 20 iyul 2021-ci il tarixdə təxminən saat 16 radələrində Qobustan şəhəri ərazisində müvafiq qaydada müşahidəyə başlamışlar. Müşahidə zamanı “Niva” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhər ərazisindən keçən və Nərimankənd dairəsi adlanan hissəsindən keçdiyini görmüşlər. Həmin avtomobili Qobustan RPŞ-nin DYPB-nin Yol patrul xidməti avtomobili vasitəsilə saxlatdırmışlar. Avtomobil dayanan kimi dərhal qrup üzvləri ilə birlikdə avtomobilə yaxınlaşmışlar. Avtomobildə olan Təqsirləndirilən şəxs və Şahid1 yaxınlaşıb özlərini təqdim etmişlər. Bu vaxt Təqsirləndirilən şəxs və Şahid1 Qobustan rayonu ərazisində narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduqları üçün onlarla birlikdə Qobustan RPŞ-yə gəlmələrini bildirmişlər. Eyni zamanda avtomobilin sürücüsünü və avtomobildə olan digər iki nəfər şəxsi RPŞ-yə dəvət etmişlər. Bundan sonra, raportla rəhbərliyə məruzə edilmişdir. Daha sonra toplanmış materialların icrası Təhqiqat qrupunun təhqiqatçısı Ağasən Baratova həvalə edilmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetaminin aşkar edildiyini, Şahid1 üzərindən isə qanunla qadağan olunan hər hansı əşya və predmet aşkar edilməmişdir. Şahid qismində dindirilmiş Qobustan rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 21 iyul 2021-ci il tarixli, 7/692 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində spesifik iyə malik yaşıl kütlə olan 01 ədəd bükülü” yazıları və imzalar olan zərfdə göy rəngli zolaqları olan sellofan torbadakı 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 100,569 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 100,549 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 21 iyul 2021-ci il tarixli, 6/2996 nömrəli məhkəmə fiziki-kimyəvi ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,286 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,236 qramdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2021-ci il tarixli, 2499 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş kompleks-komisyon məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01.09.2021-ci il tarixli, 1999 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik qeyd edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik müəyyən edilir, lakin qeyd edilməlidir ki, həmin əqli gerilik əlamətləri onun törətdiyi əməlin ağırlıq dərəcəsini dərk etməsindən məhrum etmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 100,569 qram, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 100,549 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 0,286 qram, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,236 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 01 oktyabr 2021-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən Qobustan rayon Polis Şöbəsinə daxil olmuş 26 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xəzər rayonu üzrə sektorundan verilmiş 09 avqust 2021-ci il tarixli 142/16 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Xocavənd rayonundan məcburi köçkün düşməklə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivində yaşayır. Xocavənd rayonu İHB-nin Salakətin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını və onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 100,549 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 0,236 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 66,46 və 81,82 manat, cəmi 148,27 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 100,549 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 0,236 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 66,46 və 81,82 manat, cəmi 148,27 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 8 saat hüquqi yardıma görə 48 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-24/2021
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-24/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver