Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-26/2021 29.12.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1981-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 55, mənzil 68-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə, 21 avqust 1990-cı ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Tuq zavod qəsəbəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 05 iyul 2021-ci il tarixdə saat 19 radələrində qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Qobustan rayonunun Nabur kəndində ictimai yer sayılan küçədə, mərhum X4 məxsus olmuş mağazanın qarşısında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, yəni qüvvədə olan qanunvericiliklə müəyyən edilən davranış qaydalarına, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək həmin vaxt küçədə olan digər şəxslərin gözü qarşısında özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoyub, Zərərçəkmiş şəxs Qobustan rayonunun Nabur kəndində yerləşən yaşayış olmayan evlərinə icazəsiz daxil olmasını bəhanə gətirib onu uca səslə nalayiq söyüşlərlə söyüb, ona qarşı zor tətbiq edib yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbə vuraraq, ona burun, sol dirsək oynağı və və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları, sol gözaltı, döş qəfəsinin ön səthi, qarın, döş qəfəsinin sağ və sol yarısı nahiyələrinin qançırı, alt dodağın səthi əzilmiş yarası xəsarətləri ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən və sağ gözün küt travması, sağ gözün ağlı qişasına qansızma, sağ alt və üst göz qapaqlarının şişkin halında qançırı xəsarətləri ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 05 iyul 2021-ci il tarixdə saat 19 radələrində qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Qobustan rayonunun Nabur kəndində ictimai yer sayılan küçədə, mərhum X4 məxsus olmuş mağazanın qarşısında əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, yəni qüvvədə olan qanunvericiliklə müəyyən edilən davranış qaydalarına, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək həmin vaxt küçədə olan digər şəxslərin gözü qarşısında özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoyub, Zərərçəkmiş şəxs Qobustan rayonunun Nabur kəndində yerləşən yaşayış olmayan evlərinə icazəsiz daxil olmasını bəhanə gətirib onu uca səslə nalayiq söyüşlərlə söyüb, ona qarşı zor tətbiq edib yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbə vuraraq, ona burun, sol dirsək oynağı və və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları, sol gözaltı, döş qəfəsinin ön səthi, qarın, döş qəfəsinin sağ və sol yarısı nahiyələrinin qançırı, alt dodağın səthi əzilmiş yarası xəsarətləri ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən və sağ gözün küt travması, sağ gözün ağlı qişasına qansızma, sağ alt və üst göz qapaqlarının şişkin halında qançırı xəsarətləri ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda göstərilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma xalası oğludur. Ceyhun qohumu olsa da, onunla və onun ailə üzvləri ilə münasibəti yoxdur. Buna səbəb isə Ceyhun və ailə üzvlərinin yaxşı insan olmaması, cinayətə meylli olmasıdır. Ona görə də bir-biri ilə münasibətdə soyuq olmuşlar. Atası Məsim hələ sağkən təxminən 2008-ci ildə Ceyhunun qardaşı Cavidin cinayət törətməsi barədə polisə məlumat vermişdir. Cavidin hərəkəti polis əməkdaşları tərəfindən araşdırılmış və Cavid barəsində cinayət işi başlanmışdır. Elə həmin vaxtdan münasibətləri tamamilə pozulmuşdur. 04 iyul 2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhərində yaşadığı evdə olarkən anası Gülbəniz istifadəsində olan mobil nömrəsinə zəng edərək xalası oğlu Ceyhunun Nabur kəndində yerləşən ata evlərinə girməsini demişdir. Anasından bu məlumatı kimin verdiyini soruşanda qaynatası Şəmsəddinin ona zəng edib bu cür məlumat verdiyini bildirmişdir. Anası ona qardaşı Rövşənlə evdən çıxdıqlarını deyərək onların arxasınca kəndə gəlməsini demişdir. O, əvvəlcə Qobustan rayon Polis Şöbəsinə gəlmişdir. Zərərçəkmiş şəxs şöbədə olduğunu görmüşdür. Polis işçilərinə anasının gəlib ərizə ilə müraciət edəcəyini demişdir. Şöbədə təxminən 10 dəqiqə olmuş, sonra Nabur kəndinə evlərinə getmişdir. Evə çatanda anası Gülbəniz, qardaşı Rövşən və qaynatası Şəmsəddinin həyətdə olduğunu görmüşdür. Evə girəndə pəncərələrin şüşələrinin sınmış, şkafın aşmış, ümumiyyətlə digər əşyaların da dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Hadisədən təxminən bir həftə əvvəl həmin evdən ailəsi ilə birlikdə çıxıb Sumqayıt şəhərinə getmişdir. 04 iyul 2021-ci il tarixdə gecəni həmin evdə qalmışlar. Səhəri gün, yəni 05 iyul 2021-ci il tarixdə saat 10 radələrində anası Gülbəniz, qardaşı Rövşən, qaynatası Şəmsəddinlə birlikdə polis şöbəsinə gəlmişlər. O, şöbənin həyətində gözləmişdir. Anasıgil isə şöbənin içərisinə girmişlər. Anası ərizə ilə polis şöbəsinə müraciət etdikdən sonra hamısı kəndə qayıtmışlar. 05 iyul 2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhərinə getməli olmuşlar. Həmin gün saat 18 radələrində qonşuları Şahid6 darvazalarının ağzında görəndə ondan şəhərə gedib-getməyəcəyini soruşmuşdur. Elçin 30-40 dəqiqəyə hazırlaşıb çıxacağını deyəndə onları da aparmasını xahiş etmişdir. Həmin gün saat 19 radələrində darvazalarının ağzından çıxıb Elçinin yaşıl rəngli “Chevrolet Cruze” markalı maşınına minmişlər. Kəndin yolu daşlı olduğu üçün Elçin maşını yavaş sürətlə sürmüşdür. O, qabaq sərnişin oturacağında, anası ilə Rövşən isə arxa sərnişin oturacağında əyləşmişlər. Rasimin mağazasının qarşısından keçəndə xalası oğlu Zərərçəkmiş şəxs sağ tərəfdə mağazanın qarşısında daşın üstündə oturmuş vəziyyətdə görmüşdür. Maşın hərəkətdə olan vəziyyətdə qapını açıb maşından düşmüş, cəld Ceyhuna yaxınlaşmışdır. Rövşən onun düşdüyünü görüb o da maşından düşmüşdür. Ceyhuna çatan kimi yumruq və sillə ilə onun üzünə, başına və bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmuş, təpiklə isə bədəninə vurmuşdur. Onunla eyni vaxtda qardaşı Rövşən də yumruq və təpiklə Ceyhunu vurmuşdur. Lakin harasından vurduğuna fikir verməmişdir. Həmin vaxt Elçin araya girib onları sakitləşdirərək maşına əyləşdirmiş və maşını sürüb oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs döyən zaman orada Rövşən, Elçin və anası Gülbənizdən başqa heç kim olmamışdır. Qeyd edilən vaxt küçədə təxminən 20-30 metr kənarda 6-7 nəfər adam dayanmışdır. Lakin onların kim olduğuna fikir verməmişdir. Əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma xalası oğludur. Ceyhun və onun ailə üzvləri ilə münasibətləri yoxdur. Buna səbəb isə Ceyhun və ailə üzvlərinin yaxşı insan olmaması, cinayətə meyilli olmasıdır. Ona görə də, bir-biriləri ilə münasibətdə soyuq olmuşlar. Atası Mənsim hələ sağkən təxminən 2008-ci ildə Ceyhunun qardaşı Cavidin cinayət törətməsi barədə polisə məlumat vermişdir. Cavidin hərəkəti polis əməkdaşları tərəfindən araşdırılmış və Cavid barəsində cinayət işi başlanmışdır. Elə həmin vaxtdan münasibətləri tamamilə korlanmışdır. 04.07.2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhərində yaşadığı evdə olarkən Nabur kəndində yaşayan xalasının yoldaşı Şəmsəddin anası Gülbənizə zəng edib Ceyhunun onların Nabur kəndində yerləşən yaşayış olmayan evlərinə girdiyini demişdir. Şəmsəddin həm də qardaşı Raminin qaynatasıdır. Anası yanında olduğu üçün Şəmsəddinin telefonda danışdıqlarını eşitmişdir. Həmçinin, Şəmsəddin bu barədə polisə məlumat verdiyini də bildirmişdir. Telefonla danışıb qurtardıqdan sonra qardaşı Raminə zəng edib bu barədə məlumat vermişlər. Ramin onlara “siz gedin, mən arxanızca gələcəyəm” demişdir. Ona görə də həmin gün saat 18 radələrində çıxıb anası və o, Sumqayıt şəhərindən taksi ilə Qobustan rayon Nabur kəndinə gəlmişlər. Saat 19 radələrində kəndə çatanda birbaşa kənddəki evlərinə getmişlər. Xalasının əri Şəmsəddinin həyətdə olduğunu görmüşdür. Şəmsəddin onlara Ceyhunun polis tərəfindən aparıldığını bildirmişdir. Evə girəndə pəncərələrin şüşələrinin sınmış, şkafın aşmış, ümumiyyətlə digər əşyaların da dağılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Həmin ərəfədə qardaşı Ramin də Sumqayıt şəhərindən gəlib kənddəki evlərinə çatmışdır. O da evdə əşyaların dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Qardaşı Ramin bir həftədir ki, həmin evdən ailəsi ilə birlikdə çıxıb Sumqayıt şəhərinə gəlmişdir. Onlar bundan əvvəl təxminən bir ay kənddə həmin evdə qalmışlar. 04 iyul 202l- çi il tarixdə gecəni həmin evdə qalmış, səhəri gün yəni, 05 iyul 2021-ci il tarixdə saat 10 radələrində anası Gülbəniz, qardaşı Ramin, xalasının əri Şəmsəddin və o, polis şöbəsinə gəlmişlər. Ramin şöbənin həyətində gözləmiş, onlar isə şöbənin içərisinə girmişlər. Anası ərizə ilə polis şöbəsinə müraciət etdikdən sonra hamısı kəndə qayıtmışlar. 05 iyul 2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhərinə getməli olmuşlar. Həmin gün saat 18 radələrində qonşuları Şahid6 darvazalarının ağzında görəndə ondan şəhərə gedibgetməyəcəyini soruşmuşlar. Elçin 30-40 dəqiqəyə hazırlaşıb çıxacağını deyəndə Ramin onları da aparmasını xahiş etmişdir. Həmin gün saat 19 radələrində darvazalarının ağzından çıxıb Elçinin yaşıl rəngli “Chevrolet Cruze” markalı maşınına minmişlər. Kəndin yolu daşlı olduğu üçün Elçin maşını yavaş sürətlə sürmüşdür. Ramin qabaq sərnişin oturacağında, anası Gülbənizlə o isə arxa sərnişin oturacağında əyləşmişdir. Rasimin mağazasının qarşısından keçəndə xalasının oğlu Zərərçəkmiş şəxs sağ tərəfdə mağazanın qarşısında daşın üstündə oturmuş vəziyyətdə görmüşlər. Ramin maşın hərəkətdə olan vəziyyətdə qapını açıb maşından düşmüş və cəld Ceyhuna yaxınlaşmışdır. Elçin nə baş verdiyini bilməmiş və Ramin düşdüyü üçün maşını tez saxlamışdır. O da maşından düşüb cəld Ceyhuna yaxınlaşmışdır. O, Ceyhuna çatanda Ramin yumruq və təpiklə Ceyhunu vurmuş, Ceyhun yerə yıxılmışdır. O da çatan kimi yumruqla Ceyhunun üzündən və bədənindən, təpiklə isə bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Həmin an Elçin araya girib onları sakitləşdirərək maşına otuzdurmuş və maşını sürüb oradan uzaqlaşmışlar. Maşında şəhər istiqamətində hərəkət edəndə anası Gülbəniz Ceyhunu nahaq yerə vurduqlarını, onsuz da Ceyhunun hərəkətindən polis şöbəsinə şikayət etdiklərini demişdir. O, həmin vaxt Ceyhuna qarşı çox əsəbi oluğu üçün dəqiq olaraq onun hansı nahiyyəsindən vurmağını xatırlamır. Zərərçəkmiş şəxs döyən zaman orada Ramin, Elçin və anası Gülbənizdən başqa heç kim olmamışdır. Qeyd edilən vaxt küçədə təxminən 20-30 metr kənarda 6-7 nəfər adam dayanmışdır. Lakin onların kim olduğuna fikir verməmişdir. Səhvini başa düşür, əməlindən səmimi peşmançılıq çəkir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Ramin və Təqsirləndirilən şəxs2lar onun doğma xalası oğlanlarıdır. Lakin uzun müddətdir ki, o və ailə üzvləri onlarla danışmırlar. Buna səbəb isə Ramin və Rövşənin anası Gülbənizin təxminən 2008-ci ildə qardaşı Caviddən şikayət edərək onu tutdurması olmuşdur. 04 iyul 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra evdən çıxıb mağazaya getmişdir. Mağazadan 2 qutu siqaret alıb çıxmış, sərxoş olduğu üçün evə getməyə ərinmiş və yaxınlıqda yerləşən xalası Gülbənizə məxsus yaşayış olmayan evin həyətinə girmişdir. Sonra isə evin zirzəmisinə girib orada yatmışdır. Ayılanda polis əməkdaşlarının və xalası Gültəkinin əri Şəmsəddinin həmin evdə olduğunu görmüşdür. Polis əməkdaşları onu şöbəyə aparmış, daha sonra isə buraxmışlar. 05 iyul 2021-ci il tarixdə saat 19 radələrində həmkəndliləri Şahid1 və Şahid2 ilə birlikdə həmkəndlisi Cavidin mağazasından təxminən 30 metr məsafədə yerləşən Rasimin mağazasının yanında daşın üstündə oturmuşlar. Həmin mağaza işlək vəziyyətdə deyildir. Elə həmin ərəfədə markasını bilmədiyi xarici avtomobil qarşılarında dayanmışdır. Xalası oğlanları Raminin və Rövşənin maşından düşdüyünü görmüşdür. Maşını sürən isə həmkəndlisi Elçin olmuşdur. Ramin və Rövşən maşından düşən kimi ünvanına söyüş söyərək nə üçün onların evinə girdiyini deyib ona yaxınlaşaraq hər ikisi yumruq və təpiklə bədəninə, üzünə və başına vurmuşlar. Özünü itirdiyi üçün ona vurulan yumruq və təpik zərbələrinin konkret olaraq hansı nahiyələrinə dəydiyini bilməmişdir. Zərbədən qorunmaq üçün başını əli ilə tutduğundan Ramin və Rövşəndən hansının bədəninin hansı nahiyəsinə vurduğunu bilməmişdir. Zərbələrdən yerə yıxılmışdır. Ramin həmçinin əlində olan dəmirlə üzünə də vurmuşdur. Lakin Raminin əlindəki dəmirin nə olduğunu görə bilməmişdir. Maşının sürücüsü Elçin, yanında olan Vahid və Rəmiş onu Ramin və Rövşənin əlindən almışlar. Ramin və Rövşən Elçinin maşınına minmişlər. Elçin maşını sürüb oradan uzaqlaşmışdır. Sonra yavaş-yavaş yaşadığı evə getmişdir. Həmin gün qardaşı Cavid onu Şamaxı rayon mərkəzi xəstəxanasına aparmışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. Onların hər biri ilə münasibəti yaxşı olmuşdur. 05 iyul 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində yemək yeyərkən küçədə dava-dalaş səsi eşidib küçəyə baxanda təxminən 10-15 metr qarşıda Rasimin dükanının yanında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxslə dalaşdıqlarını görmüşdür. Həmin vaxt orada markasını bilmədiyi yaşıl rəngli bir maşın da dayanmışdır. Adı hallanmasın deyə qapını örtüb içəri girmiş və həyətdə oturmuşdur. Təxminən 2-3 dəqiqədən sonra küçədən gələn səs kəsilmişdir. Ramin, Rövşən və Ceyhunun yanında heç kim olmamışdır. O, darvazanın ağzında qısa müddət dayandığı üçün yaşıl rəngli avtomobilin salonunda hər hansı bir şəxsin olub-olmamasını görməmişdir. O, qapını açıb küçəyə baxanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaxasından tutub dartışdırdıqlarını görmüşdür. Ramin və Rövşənin əlində hər hansı alət və ya əşya görməmişdir. Həmçinin, onların yanında və yaxın ətrafda başqa kənd sakinlərini görməmişdir. Həyətə girdikdən 2-3 dəqiqə sonra küçədə səs kəsilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 anası Arifə Hacıyevanın dayısı oğlanlarıdır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla heç bir qohumluq əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la arasında heç bir söz-söhbət və ədavət olmamışdır. 05 iyul 2021-ci il tarixdə saat 20 radələrində siqaret çəkmək üçün yaşadığı evdən küçəyə çıxmışdır. Piyada Rasimin dükanı tərəfə getmişdir. Rasimin dükanı ilə yaşadığı evin arasında təxminən 150 metr məsafə vardır. Həmin dükan 3-4 ildir ki, işləmir. Dükanın qarşısından keçəndə 3-4 nəfər dükanın qarşısında oturmuş şəxslərin bir-biri ilə söhbət edən zaman həmin şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə mübahisə etdiklərini eşitmişdir. Heç bir əhəmiyyət vermədən yoluna davam edərək kəndin yuxarı hissəsinə tərəfə getmişdir. Həmin tərəfdən örüşdən kənd heyvanları gəlməli olduğu üçün orada bir neçə kənd sakini ilə söhbət edərək heyvanları gözləməyə başlamışdır. Orada olan zaman Ramin və Rövşənlə Ceyhunun aralarında olan söz-söhbət barədə heç bir şey eşitməmiş, nə də ki, heç bir söhbət açmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs döymələrinin şahidi olmamışdır. 05 iyul 2021-ci tarixdə saat 16 radələrindən 19 radələrində kimi evində yatmışdır. Heç bir səs-küy eşitməmişdir. Yuxudan oyandıqdan sonra yeməyini yeyib, çayını içmiş və bundan sonra küçəyə çıxmışdır. Rasimin dükanının qabağında 2-3 nəfər adam görmüşdür. Ramini, Rövşən və Ceyhunu görməmişdir. Ramin və Rövşənlə Ceyhunun mübahisəsini eşidəndən sonra onların heç biri ilə üzbəüz gəlməmiş və telefonla danışmamışdır. Bu barədə ümumiyyətlə maraqlanmamışdır. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun doğma xalası uşaqlarıdır. Zərərçəkmiş şəxs isə onun qardaşıdır. O və ailə üzvləri 20 ildən çoxdur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların ailə üzvləri ilə danışmırlar. 05 iyul 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Qobustan rayonunun Nabur kəndində küçədə oturub bir neçə kənd sakini ilə söhbət etmişdir. Təxminən bir saat küçədə söhbət etdikdən sonra saat 20 radələrində Nabur kəndində yerləşən evinə getmişdir. Evə girəndə qardaşı Ceyhunun köynəyi cırılmış vəziyyətdə döşəmədə uzandığını və üzündə xəsarətlərin olduğunu görüb Ceyhundan nə baş verdiyini soruşanda, Ceyhun xalası uşaqları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu Rasimin mağazasının yaxınlığında döydüyünü demişdir. Qardaşı Ceyhunu öz maşını ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada Ceyhuna həkim tərəfindən müayinə edilib tibbi yardım göstərildikdən sonra evə qayıtmışlar. O, qardaşı Ceyhunun döyülməsi ilə bağlı Qobustan RPŞ-yə də müraciət edərək məlumat vermişdir. Qardaşı Zərərçəkmiş şəxs 04 iyul 2021-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində yerləşən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 atası Məsimə məxsus olmuş evə sərxoş vəziyətdə daxil olub yatdığı üçün döymüşlər. Ceyhunun özündən hadisəni soruşarkən Ceyhun ona Ramin və Rövşənin onu Rasimin mağazasının yaxınlığında həmkəndliləri Elçin, Vahid və Rəmişin yanında döydüyünü, həmin şəxslərin onu Ramin və Rövşənin əlindən aldığını demişdir. 05 iyul 2021ci il tarixdə saat 20 radələrində Ceyhunun köynəyi cırılmış vəziyyətdə olmuş, qollarında sıyrıqlar olmuşdur. Sağ gözünün altı şişkin olmuş, həmin vaxt Ceyhunu elə gördüyü üçün həyəcanlanmışdır. Ona görə də, xəsarətlərinə tam olaraq fikir verməmişdir. 05 iyul 2021-ci il tarixdə saat 20 radələrində evə gələn zaman evdə qardaşı Ceyhun və əmisi Namiqdən başqa heç kim olmamışdır. Şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. Zərərçəkmiş şəxs isə qardaşı oğludur. Qardaşı Nadir və ailə üzvləri 20 ildən çoxdur ki, Ramin və Təqsirləndirilən şəxs2 və onların ailə üzvləri ilə danışmadığı üçün onun da Ramin, Rövşən və onun ailə üzvləri ilə münasibəti yoxdur. 05 iyul 2021-ci il tarixdə saat 19 radələrində qardaşı oğlu Ceyhunun yaşadığı evə getmiş və Ceyhunun köynəyi cırılmış vəziyyətdə döşəmədə uzandığını, üzündə qan və qollarında sıyrıq olduğunu görmüşdür. Ceyhundan nə baş verdiyini soruşanda Ceyhun xalası uşaqları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu Rasimin mağazasının yaxınlığında döydüyünü demişdir. O, dərhal “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Cavid evə gəlmiş, Ceyhunu halsız görüb xəstəxanaya aparacağını demişdir. O, Cavidə Ceyhunun döyülməsi ilə bağlı “102” xidmətinə məlumat verdiyini bildirmişdir. Cavid Ceyhunu öz maşınına mindirib xəstəxanaya aparmışdır. Qardaşı oğlu Zərərçəkmiş şəxs 04 iyul 2021-ci il tarixdə Qobustan rayonunun Nabur kəndində yerləşən Ramin və Təqsirləndirilən şəxs2 atası Məsimə məxsus olmuş evə sərxoş vəziyyətdə daxil olub yatdığı üçün Ramin və Rövşən onu döymüşlər. Ceyhunun özündən hadisəni soruşarkən Ceyhun ona Ramin və Rövşənin onu Rasimin mağazasının yaxınlığında həmkəndliləri Elçin, Vahid və Rəmişin yanında döydüyünü, həmin şəxslərin onu Ramin və Rövşənin əlindən aldığını demişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərdi ki, 05 iyul 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1, X8 və onların anası Şahid3 ilə birlikdə etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı **-PZ-*** qeydiyyat nişanlı avtomobillə Qobustan rayonunun Nabur kədində əsas yola çıxmaq üçün kəndin içəri küçələri ilə yavaş surətlə hərəkət ediyi zaman Ramin maşın hərəkətdə olarkən qapını açıb maşından düşərək həmin vaxt mağazanın qarşısında əşyləşən Ceyhun Abduləliyevin üzərinə getmişdir. O isə nə baş verdiyini başa düşməyib dərhal maşını saxlamışdır. Avtomobildə olan Təqsirləndirilən şəxs2 avtomaşından düşüb Ceyhunun üzərinə gedərək onu söyüb nə üçün evlərinə girdiklərini deyərək və hər ikisi yumruq və təpiklə Ceyhunu vurmağa başlamışlar. Onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxtı həmkəndliləri Rəmiş və Vahid də gəlib Ramin və Rövşəni ayırmaqda ona kömək etmişlər. Qarışıqlıq yarandığı üçün Rəmiş və Vahidin oraya haradan gəldiyini görməmişdir. Raminlə Rövşəni sakitləşdirib avtomaşına mindirdikdən sonra yoluna davam etmişdir. Avtomaşında əyləşən Şahid3 avtomaşından yerə düşməmişdir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi “X21” Qobustan rayon şöbəsi tərəfindən 15.07.2021-ci il tarixdə verilmiş 108 saylı ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ gözün küt travması, sağ gözün ağlı qişasına qansızma, sağ alt və üst göz qapaqlarının şişkin halında qançırı, burun, sol dirsək oynağı və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları, sol gözaltı, döş qəfəsinin ön səthi, qarın, döş qəfəsin sağ və sol yarısı nahiyələrinin qançırı, alt dodağın səthi əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qeyd olunan müddətdə və şəraitdə yəni, 05 iyul 2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsi istisna olunmur. Sağ gözün küt travması, sağ gözün ağlı qişasına qansızma, şağ alt və üst göz qapaqlarının şişkin halında qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Burun, sol dirsək oynağı və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları, sol gözaltı, döş qəfəsin ön səthi, qarın, döş qəfəsinin sağ və sol yarısı nahiyələrinin qançırı, alt dodağın səthi əzilmiş yarası dərəcələrinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi “X22” Qobustan rayon şöbəsi tərəfindən 25 sentyabr 2021-ci il tarixdə verilmiş 01 Ə saylı əlavə ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözün küt travması, sağ gözün ağlı qişasına qansızma, sağ alt və üst göz qapaqlarının şişkin halında qançırı, burun, sol dirsək oynağı və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları, sol gözaltı, döş qəfəsin ön səthi, qarın, döş qəfəsin sağ və sol yarısı nahiyələrinin qançırı, alt dodağın səthi əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qeyd olunan müddətdə, yəni 05 iyul 2021-ci il tarixdə əmələ gəlməsi istisna olunmur. Qeyd olunan xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bildiyindən konkret olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 13 sentyabr 2021-ci il tarixli 2127 saylı ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs epilepsiya xəstəliyi nəticəsində şəxsiyyətin dəyişikliyi müəyyən edilir. Zərərçəkmiş şəxs müəyyən edilən epilepsiya xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi o dərəcədə ifadə olunmayıb ki, hadisə zamanı öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs epilepsiya xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi müəyyən edilir. Zərərçəkmiş şəxs hadisələri düzgün qavraya və düzgün ifadə edə bilər. Zərərçəkmiş şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs baş verənləri düzgün təsvir etmək və baş vermiş hadisəni düzgün dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs yalan danışmağa meyllilik əlamətləri müşahidə olunmadı. Hadisə zamanı Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətdə həyəcan, gərginlik kimi hallar yaranmışdır. Zərərçəkmiş şəxs ifadələrində uyğunsuzluq və ziddiyyət aşkar olunmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qobustan rayon mərkəzi xəstəxanası” X22 tərəfindən verilmiş 11 sentyabr 2021-ci il tarixli 03/182 nömrəli məktubda göstərilir ki, Zərərçəkmiş şəxs Qobustan rayon mərkəzi xəstəxanası X21 poliklinika şöbəsində “Ensefalopatiya, anamnezində qıcolma, şəxsiyyətin pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş 26 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Məsim oğlu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən rayon Polis Şöbəsinə daxil olmuş 26 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 09 mart 2010-cu ildə Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 26 avqust 2021-ci il tarixli 81 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qobustan rayon Nabur kəndində qeydiyyatdadır, himayəsində 06 yanvar 1989-cu il təvəllüdlü arvadı - X1, 20 mart 2006-cı il təvəllüdlü oğlu - X15 oğlu, 21 dekabr 2007-ci il təvəllüdlü oğlu - X16 oğlu və 02 fevral 2016-cı il təvəllüdlü oğlu - X19 oğlu vardır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 26 avqust 2021-ci il tarixli 82 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qobustan rayon Nabur kəndində qeydiyyatdadır, himayəsində 04 avqust 2011-ci il təvəllüdlü qızı - X3, 30 may 2014-cü il təvəllüdlü qızı -X5 və 17 may 2017-ci il təvəllüdlü oğlu - X9 oğlu vardır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal İstehsalat Birliyinin 15 saylı Mənzil- Kommunal sahəsinin 30 noyabr 2021-ci il tarixdə verdiyi arayışda göstərilir ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 55, mənzil 68-də qeydiyyatsız yaşayır. Sumqayıt şəhər bələdiyyəsi X20 1 saylı Məhəllə Komitəsinin 27 noyabr 2021-ci il tarixdə verdiyi 140 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Tuqzavod qəsəbəsi, Dəmiryolətrafı fərdi evdə yaşayır. Qobustan rayon məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 3(026)-298 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətində göstərilir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirli bilinib 1500 məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli özlərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eləcə də ekspert rəyləri ilə tam sübuta yetir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Onlar Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərindən səmimi peşman olmalarını, himayələrində azyaşlı uşaqlarının olmasını və yaşayış yerləri üzrə müsbət xarakterizə olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onların cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 02 oktyabr 2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 02 oktyabr 2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-26/2021
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-26/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver