Məhkəmə qərarları › İş №1(026)-26/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-26/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-26/2022 16.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxx 1989-cu ildə Şamaxı rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 139-1.1 və 234.1-ci maddələri ilə, xx xxxxxxxx 1999-cu ildə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Qobustan rayonunun Nabur kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 koronavirus (COVİD-19) infeksiyasına yoluxub-yoluxmaması ilə əlaqədar 12 fevral 2022-ci il tarixdə Qobustan rayon Mərkəzi Xəstəxanasında verdiyi testin nəticəsinin pozitiv olduğunu 13 fevral 2022-ci il tarixdə bildikdən sonra, yaşadığı Qobustan rayonu, Nabur kəndində yerləşən evdə karantinə alınmasına, karantin qaydalarına uyğun olaraq 07 (yeddi) gün müddətində yaşadığı evi tərk etməməli olmasına, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilməsinə baxmayaraq, 16 fevral 2022-ci il tarixdə saat 10 radələrində, həmçinin 17 fevral 2022-ci il tarixdə saat 15 radələrində karantin rejimini qəsdən pozub, yaşadığı evi tərk edib Qobustan şəhərinə gələrək özündə aşkar olunan koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Bundan əlavə, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,573 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib idarə etdiyi “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Qobustan şəhərinə daşımış, həmçinin istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkiləri 5,088 qram və 5,020 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib özünə məxsus Qobustan rayonunun Nabur kəndində yerləşən kafedə işlək vəziyyətdə olmayan soyuducuda və karton qutuda saxlamış və 10 may 2022-ci il tarixdə saat 02 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində, Qobustan şəhər dairəsi deyilən ərazinin yaxınlığında saxlanıldıqdan sonra orada idarə etdiyi “VAZ 2107" markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin qoltuqaltı hissəsindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,573 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin Qobustan rayonu, Nabur kəndində yerləşən kafesində işlək vəziyyətdə olmayan soyuducunun buzluq hissəsinin içərisindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,088 qram və kafedə yerdə olan karton qutunun içərisindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,020 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,398 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhərinə daşımış və 10 may 2022-ci il tarixdə saat 02 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində, Qobustan şəhər dairəsi deyilən ərazinin yaxınlığında saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,398 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 139-1.1 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-in 139-1.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qobustan rayonu, Nabur kəndində yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Eyni zamanda arada boş vaxtı olanda taksi fəaliyyəti ilə də məşğul olur. 12 fevral 2022-ci i il tarixdə özünü narahat hiss etdiyinə görə, Qobustan RMX-ya gedərək, “Covid 19” xəstəliyinə yoluxub-yoluxmamağını yoxlatmaq üçün test vermiş, 13 fevral 2022ci il tarixdə səhər saat 10 radələrində istifadəsində olan mobil nömrəyə zəng gəlmiş və özünü Qobustan Rayon Mərkəzi xəstəxanasının həkimi kimi təqdim edən Orxan adlı həkim 12 fevral 2022-ci il tarixdə verdiyi testin nəticəsinin pozitiv çıxması barədə ona məlumat vermişdir. Bundan sonra Qobustan RMX-ya getmişdir. Orada həmin Orxan adlı həkim ona müalicə olunmağı üçün dərmanlar təqdim etmiş və yeddi gün müddətinə, yəni 13 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək evdən çölə çıxmamaq şərti ilə özünü cəmiyyətdən təcrid etməyini, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq etmişdir. Bununla bağlı Orxan tərəfindən iki nüsxədə iltizam tərtib olunmuş, həmin iltizamlara imza etdikdən sonra iltizamın biri ona verilmişdir. İstifadəsində olan mobil nömrədən yalnız özü istifadə edir. Mobil nömrə aktiv “Covid 19” xəstəsi olduğu müddətdə, yəni 13 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək işlək vəziyyətdə öz istifadəsində olmuşdur. 16 fevral 2022-ci il tarixdə səhər saat 09 radələrində Qobustan Rayon Polis Şöbəsindən zəng edərək bildirmişlər ki, inzibati qaydada həbs olunan qardaşı Ceyhun Abdulaliyevə yemək gətirmək lazımdır. Həmin polis əməkdaşına aktiv “Covid 19” xəstəsi olduğunu və evdən çölə çıxmağına icazə olmadığını deməmişdir. Bu zəngdən sonra idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Qobustan şəhəri istiqamətinə hərəkətə başlamışdır, ilk əvvəl 16 fevral 2022-ci il tarixdə saat 10 radələrində Qobustan şəhərində yerləşən “Kapital" bankın Qobustan şəhərindəki filialına getmişdir. Oraya getməyinə səbəb sifariş etdiyi taxıl kartının gəlib-gəlməməsini öyrənmək olmuşdur. Bankın inzibatı binasına daxil olmuş və orada girişdə olan tanımadığı bank əməkdaşından taxıl kartının gəlib-gəlmədiyini soruşmuş, həmin şəxs kartın hələ gəlmədiyini dediyi üçün bank daxilində heç bir əməliyyat yerinə yetirmədən oranı tərk etmiş və Qobustan Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə orada həbsdə olan qardaşı Ceyhuna evdən gətirdiyi sovqatı vermək üçün getmişdir. Həmin vaxt rayon Polis Şöbəsinin İTB-nin rəisi Şahid1 onunla sosial məsafə saxlayaraq demişdir ki, “sən aktiv “Covid 19” xəstəsisən, nəyə görə yaşadığın ünvanı tərk etmisən və bununla da xəstəliyin yayılmasına şərait yaradırsan”. Cavabında demişdir ki, “mənə polisdən zəng ediblər ki, qardaşına yemək gətir, mən də buna görə evi tərk etmişəm”. Rəşad ona dərhal evə qayıtmasını bildirdiyindən polis şöbəsini tərk edərək evə qayıtmışdır. Səhəri gün, yəni 17 fevral 2022-ci il tarixdə saat 15 radələrində rayonun “Son” deyilən ərazisinə gəlmiş, orada bazarlıq edən zaman iki nəfər üzdən tanıdığı, lakin adlarını bilmədiyi Qobustan Rayon Polis şöbəsinin PPXT-nin əməkdaşları ona yaxınlaşaraq demişlər ki, “ sən aktiv “Covid 19” xəstəsi ola-ola nəyə görə yaşadığın ünvanı tərk etmisən?”. Nə cavab verəcəyini bilmədiyi üçün yalandan demişdir ki, “uşağım xəstədir, onu həkimə gətirmişəm”. Lakin əslində uşağı həmin vaxt həkimə gətirməmişdir. Bu sözündən sonra polis əməkdaşları ona dərhal evinə qayıtmasını bildirmişlər. Həmin vaxt onun çöldə olmasını aşkar edən polis əməkdaşları bu hadisəni və sonrakı dialoqlarını video çəkiliş vasitəsi ilə qeydə almışlar. 12 yaşlı qız övladı olan Fatimə həqiqətən də serebral iflic xəstəliyindən əziyyət çəkir və onu tez-tez müayinə və müalicə olunması üçün Qobustan rayon Mərkəzi Xəstəxanasına gətirir. Lakin 17 fevral 2022-ci il tarixdə qızı həqiqətən də onunla birlikdə Qobustan şəhərinə gəlsə də, onu həmin gün həkimə aparmamışdır. Bir ilə yaxındır ki, narkotik vasitə olan “marixuana”dan istifadə edir. 2022-ci ilin aprel ayının sonlarında Qobustan rayonu, Nabur kəndi ərazisində olan zaman yolun kənarında qara rəngli sellafon torba tək olduğu üçün diqqətini çəkmiş, əyilib həmin torbanı götürüb daxilinə baxdıqda orada yaşıl rəngli ot kütləsinin olmasını görmüşdür. Həmin kütlənin spesifik iyisindən sellafonun içərisindəki maddənin narkotik vasitə olan marixuana olduğunu başa düşmüşdür. Marixuanadan istifadə etdiyi üçün həmin sellafonu ətrafa nəzər yetirdikdən sonra cins şalvarının sağ cibinə qoymuş və Nabur kəndində yerləşən özünə məxsus olan kafeyə getmişdir. Orada üç ədəd boş kibrit qutusu taparaq cibində olan qara sellafondakı marixuananı rahat istifadə etməyi üçün həmin boş kibrit qutularına doldurmuşdur. Sonradan içərisində narkotik vasitə “marixuana” olan həmin üç ədəd kibrit qutusundan ikisini kafenin içərisindəki işlək vəziyyətdə olmayan soyuducunun buz gözündə, birini isə kafedəki karton qutuda gizlətmişdir. 09 may 2022-ci il tarixdə saat 16 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə yonca almaq üçün idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Güzdək qəsəbəsinə gedərkən kafenin soyuducusunda içərisində narkotik vasitə marixuana olan kibrit qutularından birini də istifadə etmək üçün özü ilə götürmüşdür. Həmin kibrit qutusunu idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuqaltı deyilən hissəsinə qoymuşdur. Güzdək qəsəbəsində yonca tapa bilmədiyi üçün Babaverdi ilə birlikdə gecə kəndə qayıtmaq qərarına gəlmişlər. 10 may 2022-ci il tarixdə təxminən gecə saat 02 radələrində Qobustan şəhər dairəsi deyilən əraziyə yaxınlaşan zaman siqaret çəkmək məqsədi ilə avtomobilini saxlayıb Babaverdi ilə birlikdə yerə düşmüşlər. Həmin vaxt bir neçə polis əməkdaşı onlara tərəf yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Polis Şöbəsinə getmələrini bildirmişlər. Bundan sonra Polis Şöbəsində hüquqları izah olunduqdan sonra öz seçimi əsasında vəkil təyin edilmişdir. Vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı təhqiqatçı ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyini təklif etmişdir. Üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Üzərinə aparılan şəxsi axtarış zamanı üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Bundan sonra, üzərində narkotik vasitə olmasa da, idarə etdiyi avtomobildə və rayonun Nabur kəndində yerləşən kafesində narkotik vasitə olduğunu bildirmişdir. İdarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin qoltuqaltı hissəsində bir ədəd kibrit qutusunda narkotik vasitə olan “marixuana” olduğunu deyərək içərisində narkotik vasitə “marixuana” olan bir ədəd kibrit qutusunu avtomobilin qoltuqaltı hissəsindən götürüb təqdim edərək marixuananı şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Daha sonra Qobustan rayonu, Nabur kəndində yerləşən kafesinə gedilmişdir. Kafedə işlək vəziyyətdə olmayan soyuducunun buz gözündə olan bir ədəd və kafedə yerdə olan karton qutudakı bir ədəd içərisində narkotik vasitə “marixuana” olan ümumilikdə iki ədəd kibrit qutusunu təqdim edərək narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitələr də elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bu barədə zəruri sənədləşmə işləri aparılmış və həmin sənədlərə imza etmişdir. Əməlindən peşmandır. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qobustan rayonu, Nabur kəndində yaşayır. Bir neçə aydır ki, narkotik vasitə olan “marixuana”dan istifadə edir. 08 may 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Qobustan rayonu, Nabur kəndi ərazisində olan zaman, su gələn arxın yanında yerdə bir ədəd kibrit qutusu görmüş, həmin qutu diqqətini çəkdiyi üçün, əyilib həmin kibrit qutusunu götürüb daxilinə baxdıqda orada yaşıl rəngli ot kütləsinin olmasını görmüşdür. Həmin kütlənin spesifik iyisindən həmin qutunun içərisindəki maddənin narkotik vasitə olan marixuana olduğunu başa düşmüşdür. Marixuanadan istifadə etdiyi üçün həmin bir ədəd kibrit qutusunu ətrafa nəzər yetirdikdən sonra gödəkçəsinin sağ yan cibinə qoymuş və həmin yeri tərk etmişdir. 09 may 2022-ci il tarixdə saat 16 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə yonca almaq üçün Cavid Abdualıyevin idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Güzdək qəsəbəsinə getmişlər. Həmin vaxt bir gün əvvəl su gələn arxın yanında yerdən tapdığı içərisində narkotik vasitə olan kibrit qutusu da üzərində olmuşdur. Üzərində gəzdirməyinə səbəb isə ailə üzvlərinin narkotik vasitə istifadəçisi olduğunu bilməmələri olmuşdur. Güzdək qəsəbəsində yonca tapa bilmədikləri üçün Cavidlə birlikdə gecə kəndə qayıtmaq qərarına gəlmişlər. 10 may 2022-ci il tarixdə təxminən gecə saat 02 radələrində Qobustan şəhər dairəsi deyilən əraziyə yaxınlaşan zaman siqaret çəkmək məqsədi ilə avtomobili saxlayıb Cavidlə birlikdə yerə düşmüşlər. Həmin vaxt bir neçə polis əməkdaşı onlara tərəf yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün Polis Şöbəsinə getmələrini bildirmişlər. Bundan sonra Polis Şöbəsində hüquqları izah olunduqdan sonra öz seçimi əsasında vəkil təyin edilmişdir. Vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı təhqiqatçı ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyini təklif etmişdir. Həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə “marixuana” olan bir ədəd kibrit qutusunu təqdim edib, həmin maddəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və üzərində bundan başqa heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Sonradan bu barədə protokol tərtib edilmiş və protokola imza etmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan Rayon Polis X2 Bölməsinin rəisi vəzifəsində xidmət edir. Gündəlik olaraq Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən Qobustan Rayon Polis Şöbəsinə rayon ərazisində yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxslərin siyahısı təqdim edilir, infeksiyaya yoluxmuş şəxslər tərəfindən təyin edilmiş məhdudiyyətlərə riayət edilməsi və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə gündəlik olaraq həmin şəxslərin yaşadıqları ünvanlara gedərək yoxlamalar aparırdılar. 16 fevral 2022-ci il tarixdə saat 11 radələrində Qobustan RPŞ-nin inzibati binasının həyətində olan zaman Qobustan rayon Nabur kənd sakini Təqsirləndirilən şəxs1 polis şöbəsinin nəzarət postundan içəri daxil olduğunu görmüşdür. Cavidin aktiv “Covid 19” xəstəsi olduğunu bildiyi üçün onunla sosial məsafə saxlayaraq demişdir ki, sən aktiv “Covid 19” xəstəsisən, nəyə görə yaşadığın ünvanı tərk etmisən və bununla da xəstəliyin yayılmasına şərait yaradırsan. O cavabında demişdir ki, inzibati həbsdə olan qardaşına sovqat gətirmişdir. Cavidə bildirmişdir ki, bu sənin evi icazəsiz tərk etməyinə əsas vermir, o sovqatı hansısa qohumun da gətirə bilərdi. Bundan sonra Cavidə dərhal evə qayıtmağını demişdir. Təqsirləndirilən şəxs1 ilə arasında olan dialoq video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. 17 fevral 2022-ci il tarixdə saat 15 radələrində Qobustan Rayon Polis X17 Xidməti Tağımının manqa komandiri, polis baş serjantı Şahid2 ona zəng edərək Qobustan şəhəri “Son” deyilən ərazidə xidmətdə olan zaman Qobustan rayonu, Nabur kənd sakini Təqsirləndirilən şəxs1 aktiv “Covid 19” xəstəsi ola-ola yaşadığı ünvanı tərk etməsi və bununla da xəstəliyin yayılmasına şərait yaratmasını aşkar etməsi barədə məlumat vermişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qobustan Rayon Polis X17 Xidməti Tağımının manqa komandiri vəzifəsində xidmət edir. Gündəlik olaraq Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən Qobustan Rayon Polis Şöbəsinə rayon ərazisində yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxslərin siyahısı təqdim edilir. İnfeksiyaya yoluxmuş şəxslər tərəfindən təyin edilmiş məhdudiyyətlərə riayət edilməsi və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə gündəlik olaraq həmin şəxslərin yaşadıqları ünvanlara gedərək yoxlamalar aparırlar. 17 fevral 2022-ci il tarixdə saat 15 radələrində Qobustan RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Emil Həsənovla birlikdə Qobustan şəhəri “Son” adlanan ərazidə piyada xidmət aparan zaman yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş Qobustan rayonu, Nabur kənd sakini olan Təqsirləndirilən şəxs1 görmüşlər. Sosial məsafə saxlamaq şərti ilə dərhal Cavidə yaxınlaşıb ondan nə üçün yaşadığı evi tərk edərək karantin qaydalarını pozub insanların sıx toplaşdığı ərazidə gəzməsini soruşduqda, Təqsirləndirilən şəxs1 ilk əvvəl yalandan karantində olma müddətinin bitdiyini demişdir. Ona karantində olma müddətinin 13 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək olması ilə bağlı xatırlatma etmişdir. Cavid bu dəfə onun bu sözünə cavab olaraq demişdir ki, uşağı xəstədir, onu həkimə gətirmişdir. Halbuki həmin vaxt Cavid tək olmuş, yanında uşağı olmamışdır. Üstəlik də həmin vaxt onun sağ əlində içərisində tərəvəz olan şəffaf rəngli sellafon torba olmuşdur. Yeni növ koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş Təqsirləndirilən şəxs1 karantin rejiminin tələblərini pozaraq evdən çölə çıxdığı üçün xəstəliyin yayılmasına səbəb ola biləcəyini, xəstəliyin yayılması üçün real təhlükə yaratdığını izah edərək sonuncuya dərhal evinə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs1lə arasında olan dialoqu Emil Həsənov telefon vasitəsi ilə qeydə almışdır. Sonra aşkar etdikləri faktla bağlı Qobustan RPŞ-nin İTB-nin rəisi, polis baş leytenantı Şahid1 məlumat vermişlər və sonradan Qobustan Rayon Polis Şöbəsinə gələrək bununla bağlı raport yazmışdır. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 17 dekabr 2021-ci il tarixdən Qobustan Rayon Mərkəzi X7 Yardım şöbəsində həkim işləyir. 13 fevral 2022-ci il tarixdə Qobustan rayon sakini Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixdə “Covid 19” virusunun daşıyıcısı olub-olmaması ilə bağlı verdiyi testin cavabının pozitiv çıxması ilə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasına gəlmiş, Cavidi müayinə edərək, dərmanlar yazdıqdan sonra 07 gün müddətində karantində olmalı və çölə çıxmamalı olduğunu bildirmişdir. Sonra bununla bağlı iki nüsxədə iltizam tərtib etmiş və Təqsirləndirilən şəxs1 bu iltizamları imzaladıqdan sonra həmin iltizamın bir nüsxəsi ona təqdim edilmişdir. Bu prosedurların hamısı başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 xəstəxananı tərk edərək getmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 may 2022-ci il tarixdə Qobustan rayonu Nabur kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması məqsədi ilə CAB-ın əməliyyat müvəkkili Rəşad Məhərrəmov tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə əməliyyat qrupunun üzvləri CAB-ın əməliyyat müvəkkilləri Rəşad Məhərrəmov və Tacir Muradov ilə birlikdə 10 may 2022-ci il tarixdə gecə saat 02 radələrində Qobustan şəhər dairəsi deyilən ərazidə ağ rəngli “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanıb siqaret çəkən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 saxlayaraq onlara narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduqlarını, üzərilərinə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞ-yə getməli olacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 heç bir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə gəlmişlər. Orada xidməti otaqların birində ilkin olaraq Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Sirac Əsgərov, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs2 təhqiqatçı təklif etmişdir ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa özü təqdim etsin. Babaverdi bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim edərək bildirmişdir ki, kibrit qutusunun içərisində narkotik vasitə olan “marixuana” var. İçərisində narkotik vasitə “marixuana” olan 01 ədəd kibrit qutusunu Qobustan rayonu, Nabur kəndi ərazisində olan zaman, su gələn arxın yanında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Sonradan onun üzərinə şəxsi axtarış keçirilsə də, qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Sonradan Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilib dövlət hesabına təyin olunmuş müdafiəçi Nəriman Şirinov, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif olunmuşdur. Cavid üzərində heç bir narkotik vasitə olmadığını bildirmiş və aparılan şəxsi axtarış zamanı üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olmasa da, avtomobilində və Qobustan rayonunun Nabur kəndində yerləşən kafesində narkotik vasitə olduğunu bildirmişdir. Göstərilən tərkibdə Təqsirləndirilən şəxs1 idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Cavid avtomobilin qoltuqaltı hissəsində olan bir ədəd kibrit qutusunu götürüb təqdim edərək bildirmişdir ki, kibrit qutusunun içərisində narkotik vasitə olan “marixuana” var və marixuananı şəxsi istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi yaşıl kütlə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Qobustan rayonunun Nabur kəndində yerləşən kafesinə gedilmişdir. Təqsirləndirilən şəxs1 kafenin içərisindəki soyuducunun buz gözündən bir ədəd kibrit qutusu götürüb təqdim edərək bildirmişdir ki, kibrit qutusunun içərisində narkotik vasitə marixuana var. Həmçinin, Təqsirləndirilən şəxs1 kafedə yerdə olan karton qutudan bir ədəd kibrit qutusu götürüb təqdim edərək bildirmişdir ki, kibrit qutusunun içərisində narkotik vasitə marixuana var. Narkotik vasitələri şəxsi istifadəsi üçün saxlamışdır. Hər iki kibrit qutusunda olan narkotik vasitə elektron tərəzi ilə çəkilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Qobustan rayonu, Nabur kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə hər hansı bir şəxsi qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 10 may 2022-ci il tarixdə saat təxminən 04-05 radələrində Qobustan şəhəri ərazisində “Kapital” bankın qarşısında olan zaman polis əməkdaşı ona yaxınlaşaraq, Qobustan rayonunun Nabur kəndində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərinə axtarış keçiriləcəyini və həmin axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə RPŞ-yə gəlmişdir. Bundan sonra RPŞ-də müdafiəçi Nəriman Şirinov, digər hal şahidi Şahid5, polis əməkdaşları və onun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Cavidə üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif olunmuşdur. Cavid üzərində heç bir narkotik vasitə olmadığını bildirmiş və aparılan şəxsi axtarış zamanı üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Cavid bildirmişdir ki, üzərində narkotik vasitə olmasa da, avtomobilində və Nabur kəndindəki kafesində narkotik vasitə var. Bundan sonra göstərilən tərkibdə Təqsirləndirilən şəxs1 idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman o, avtomobilin qoltuqaltı hissəsindən bir ədəd kibrit qutusunu götürüb təqdim edərək bildirmişdir ki, kibrit qutusunun içərisində narkotik vasitə olan “marixuana” var və narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bundan sonra Cavidə məxsus olan Nabur kəndindəki kafeyə gedilmişdir. Cavid kafedə olan soyuducunun buz gözündən bir ədəd kibrit qutusu götürüb təqdim edərək bildirmişdir ki, kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana var. Bundan sonra Təqsirləndirilən şəxs1 kafedə yerdə karton qutuda olan bir ədəd kibrit qutusunu götürüb təqdim edərək bildirmişdir ki, həmin kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana var. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid5 da Şahid6 ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Qobustan rayonu, Nabur kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə hər hansı bir şəxsi qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 10 may 2022-ci il tarixdə saat təxminən 03-04 radələrində Qobustan şəhəri ərazisində olan zaman polis əməkdaşı ona yaxınlaşaraq, Qobustan rayonu, Nabur kəndində yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərinə axtarış keçiriləcəyini və həmin axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə RPŞ-yə gəlmişdir. Bundan sonra RPŞ-də müdafiəçi Sirac Əsgərov, digər hal şahidi Şahid8, polis əməkdaşları və onun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı X8 üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək kibrit qutusunun içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və üzərində bundan başqa heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəm-bioloji ekspertizasının 10 may 2022-ci il tarixli, 7/460 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...1 ədəd kibrit qutusunda...” yazısı olan 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,398 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 5,398 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 5,348 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 10 may 2022-ci il tarixli, 7/461 nömrəli rəyində göstərukir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 məxsus...02 ədəd kibrit qutusunda...” yazısı olan zərfdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,088 qram və 5,020 qram, üzərində “Təqsirləndirilən şəxs1 avtomobilindən... 01 ədəd kibrit qutusunda...” yazısı olan zərfdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,573 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 15,681 qramdır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 15,681 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,15 qram, qalıq çəkisinin isə 15,531 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 3867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli, 3868 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi publik hüquqi şəxsinin Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş 26 sentyabr 2022-ci il tarixli, 535/KEŞ nömrəli rəyində göstərilir ki, 12 fevral 2022-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs1 müayinəsinin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 “COVİD-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. “COVİD-19” virus infeksiyasının inkubasiya dövrü 7 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq, sağalma müddəti müxtəlif olur. Qobustan rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 24 fevral 2022-ci il tarixli, 03- 2022/99 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 COVİD-19 infeksiyası ilə bağlı 12 fevral 2022-ci il tarixdə PZR analizi üçün burundan yaxma götürülmüş və nəticəsi 13 fevral 2022-ci il tarixdə pozitiv olmuşdur. Təqsirləndirilən şəxs1 virus aşkar edilmiş və 20 fevral 2022-ci il tarixə kimi ev nəzarətinə götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskdə 01 dəqiqə 12 saniyəlik olan 01 ədəd video görüntü var. Həmin video görüntüdən görünür ki, Qobustan rayon PŞ-nin İTB-nin rəisi, polis baş leytenantı Şahid1 RPŞ-nin inzibati binasına daxil olan Təqsirləndirilən şəxs1 tərəf yaxınlaşır və ona irad bildirərək deyir ki, “sən aktiv COVİD-19 xəstəsi olaraq nəyə görə evi tərk etmisən”. Təqsirləndirilən şəxs1 cavab olaraq şöbədə inzibati həbsdə olan qardaşı Ceyhun Abdulaliyevə sovqat gətirdiyini bildirir. Şahid1 Təqsirləndirilən şəxs1 “aktiv COVİD-19 xəstəsi olduğu üçün təyin olunmuş müddətlərdə evdən çölə çıxmasının qadağan olunmasını və buna görə də, dərhal evə qayıtmalı olduğunu” deyir. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, video görüntüdə olan qara gödəkçəli, boz şalvarlı və ağız nahiyəsində açıq mavi rəngli tibbi maska olan şəxs o özüdür. Cinayət işi materiallarına əlavə edilmiş CD diskə baxış keçirilməsi haqqında 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, diskdə 31 saniyəlik olan 01 ədəd video görüntü var. Həmin video görüntüdən görünür ki, Qobustan rayon PŞ-nin PPXT-nın əməkdaşları Şahid2 və X19 şəhəri “Son” deyilən ərazidə piyada xidmət aparan zaman Təqsirləndirilən şəxs1 tərəf yaxınlaşırlar və Şahid2 Təqsirləndirilən şəxs1 irad bildirərək deyir ki, “sənin adın siyahıda var, sən aktiv COVİD-19 xəstəsi olaraq nəyə görə evi tərk etmisən”. İlk əvvəl Təqsirləndirilən şəxs1 karantində olma müddətinin bitdiyini deyir. Polis əməkdaşı ona karantində olma müddətinin 13 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək olması ilə bağlı xatırlatma edir. Cavid bu dəfə cavab olaraq uşağının serebral iflic xəstəliyindən əziyyət çəkdiyi üçün onu həkimə gətirməsini deyərək oradan uzaqlaşır. Görüntüdən də müəyyən olunur ki, həmin vaxt Cavid təkdir, yanında uşağı yoxdur və üstəlik də Cavidin sağ əlində içərisində tərəvəz olan şəffaf rəngli sellofan torba var. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, video görüntüdə olan qara gödəkçəli, boz şalvarlı və ağız nahiyyəsində qara rəngli tibbi maska olan şəxs o özüdür. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsindən daxil olmuş məktubdan görünür ki, 10 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı Təqsirləndirilən şəxs2 2022-ci ilin may ayının əvvəllərində, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilindən və Qobustan rayonu Nabur kəndi ərazisində yerləşən kafesindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı isə Təqsirləndirilən şəxs1 2022-ci il aprel ayının sonlarında Qobustan rayonu, Nabur kəndi ərazisində tapmışlar, satış məqsədi olmadan şəxsi istifadələri üçün saxlamışdırlar. Qobustan rayonu İHB-nin Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 oktyabr 2022-ci il tarixdə verilmiş 210 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də, Qobustan rayonu, Nabur kəndində qeydiyyatdadır və himayəsində 09 fevral 1967-ci il təvəllüdlü anası- X3, 29 fevral 2012-ci il təvəllüdlü qızı-X4, 17 sentyabr 2016-cı il təvəllüdlü oğlu -X6 vardır. Qobustan rayonu İHB-nin Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Qobustan rayonu İHB-nin Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik 'informasiya İdarəsindən 25 iyun 2022-ci il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qobustan rayon məhkəməsinin 03 sentyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən təqsirli bilinib 01 il müddətinə islah işləri cəzasına, Qobustan rayon məhkəməsinin 15 yanvar 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Qobustan rayon məhkəməsinin 31 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Qobustan rayon məhkəməsinin 23 dekabr 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına, Qobustan rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CMin 180.2.4-cü və 221.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Qobustan rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 1(026)-16/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Qobustan rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 1(026)-26/2016 saylı hökmü ilə təyin olunmuş və ödənilməmiş 1500 manat cərimə cəzası tam birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1500 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 12 mart 2021 -ci il tarixli, 7(003)-181/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 05 (beş) ay 25 (iyirmi beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. “Amnistiya aktının tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Milli Məclisinin 26 noyabr 2021-ci il tarixli qərarından görünür ki, “8 noyabr- Zəfər Günü münasibetilə amnistiya elan edilməsi haqqrnda” Azərbaycan Respublikast Milli Məclisinin xx.xx.2021-ci tarixli Qərarının 2.11-ci bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs1 Qobustan rayon məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 1(026)-26/2016 saylı hökmü ilə təyin olunmuş və ödənilməmiş 1500 manat cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 27 iyun 2022-ci il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, məhkum olunmamışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş təmiz çəkisi 5,398 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 5,348 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuqaltı hissəsindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,573 qram, həmçinin sonuncuya məxsus Qobustan rayonu, Nabur kəndində yerləşən kafedə işlək vəziyyətdə olmayan soyuducunun buzluq hissəsindən 01 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,088 qram və kafedə yerdəki karton qutuda olan 01 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,020 qram, ümumilikdə çəkisi isə 15,681 qram olan və ekspert tədqiqatından sonra ümumi təmiz çəkisi 15,531 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 17 iyun 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 10 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və 10 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. 11 may 2022-ci tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qobustan rayon polis şöbəsinin şübhəli şəxsin tutulması haqqında 10 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş və 10 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. 11 may 2022-ci tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli onların özlərinin, şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyləri və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 139-1.1 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlara həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 139-1.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından həbsə alınmalı və həbs qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qobustan rayon Bölməsinin 25 may 2022-ci il tarixli 70 saylı arayışından görünür ki, Qobustan rayonunun Nabur kənd sakini xx xxxxxxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 həqiqətən 05 noyabr 2020-ci il tarixdən 09 yanvar 2021-ci il tarixədək səfərbərliklə əlaqədar hərbi xidmətdə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş təmiz çəkisi 5,398 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 5,348 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2107 markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuqaltı hissəsindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,573 qram, həmçinin Təqsirləndirilən şəxs1 məxsus Qobustan rayonu, Nabur kəndində yerləşən kafedə işlək vəziyyətdə olmayan soyuducunun buzluq hissəsindən 01(bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,088 qram və kafedə yerdəki karton qutuda olan 01(bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,020 qram, ümumilikdə çəkisi isə 15,681 qram olan və ekspert tədqiqatından sonra ümumi təmiz çəkisi 15,531 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 156 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 10 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 dekabr 2022-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından həbsə alınsın və həbs qətimkan təqdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 10 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş təmiz çəkisi 5,398 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 5,348 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2107 markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomaşının qoltuqaltı hissəsindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,573 qram, həmçinin Təqsirləndirilən şəxs1 məxsus Qobustan rayonu, Nabur kəndində yerləşən kafedə işlək vəziyyətdə olmayan soyuducunun buzluq hissəsindən 01(bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,088 qram və kafedə yerdəki karton qutuda olan 01(bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,020 qram, ümumilikdə çəkisi isə 15,681 qram olan və ekspert tədqiqatından sonra ümumi təmiz çəkisi 15,531 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 156 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar