Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-26/2023 28.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1972-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran şəhəri, Səttarxan küçəsi, dalan 3, ev 10-da qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,901 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 05 avqust 2023-cü il tarixdə saat 19 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinə gətirildikdən sonra orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 0,901 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər psixotrop maddədən istifadə etmişdir. Qobustan şəhərində yaşayan Ürfət adlı dostu var, hərdən onun yanına qonaq gəlir. Abşeron rayonu, Masazır qəsəbəsində dəqiq ünvanı bilmədiyi ərazidə yol ilə yaşadığı evə gedərkən yerdə ağ rəngli siqaret qutusu olduğunu görmüşdür. Həmin ağ rəngli siqaret qutusunu yerdən götürüb içərisinə baxdıqda isə sellofan bükülü olduğunu görmüş, sellofan bükülünün içərisinə baxdıqda bükülünün içərisində olan maddənin “patı” olduğunu görmüşdür. Əvvəlcə ətrafında heç kimin olmadığını dəqiqləşdirmiş, sonra isə əvvəllər psixotrop maddə olan metamfetamin, yəni “patı”dan istifadə etdiyi üçün bir ədəd sellofan bükülüdə olan metamfetamini həmin vaxt əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 05 avqust 2023-cü il tarixdə saat 19 radələrində işi ilə əlaqədar Qobustan şəhərində olarkən dairənin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Qobustan rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman yerdən tapdığı içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükülü də geyinmiş olduğu qara rəngli idman şalvarının sol yan cibində olmuşdur. Polis şöbəsində hüquqları izah olunduqdan sonra polis əməkdaşları tərəfindən hüquqlarını müdafiə etmək üçün Müdafiəçi dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Vəkil dəvət olunaraq ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyini təklif etmişlər. Polis əməkdaşlarına əynində olan qara rəngli idman şalvarının sol yan cibində 01 ədəd sellofan bükülüdə psixotrop maddə olduğunu bildirmiş və həmin bükülünü çıxararaq təqdim etmişdir. Sonra isə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış və üzərindən gəzdirilməsi qanunla qadağan olunan başqa hər-hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. İçərisində psixotrop maddə metamfetamin olan bükülü polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Polis əməkdaşlarına üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükülünü Abşeron rayonu, Masazır qəsəbəsində dəqiq ünvanı bilmədiyi ərazidən yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Tutularkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Şahid1 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyir. 05 avqust 2023-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi X2 tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Özündən və Qobustan RPŞ-nin CAB-ın rəisi X1, Qobustan RPŞ-nin CAB-m əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 05 avqust 2023-cü il tarixdə saat 19 radələrində Qobustan şəhərində “Nərimankənd” dairəsi adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, özlərini təqdim edərək ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər.Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükülünü çıxarıb iştirakçılara təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan “patı” olduğunu, həmin psixotrop maddəni 05 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində dəqiq ünvanı bilmədiyi ərazidə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan bükülü açılıb içərisinə baxıldıqda psixotrop maddəyə bənzər ağ rəngli kristal şəklində maddə aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər kristal şəklində olan maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 142 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar həmin zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərində başqa qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyir. 05 avqust 2023-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi X2 tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Özündən və Qobustan RPŞ-nin CAB-ın rəisi X1, Qobustan RPŞ-nin CAB-m əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 05 avqust 2023-cü il tarixdə saat 19 radələrində Qobustan şəhərində “Nərimankənd” dairəsi adlanan yerin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, özlərini təqdim edərək ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞyə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükülünü çıxarıb iştirakçılara təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan “patı” olduğunu, həmin psixotrop maddəni 05 avqust 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində dəqiq ünvanı bilmədiyi ərazidə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan bükülü açılıb içərisinə baxıldıqda psixotrop maddəyə bənzər ağ rəngli kristal şəklində maddə aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər kristal şəklində olan maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 142 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar həmin zərfi imzalamışlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərində başqa qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 avqust 2023-cü il tarixli, 3-16-16/1- 6/4204 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “..Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd sellofan bükümün içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,901 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin ümumi çəkisinin 0,901 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,050 qram, qalıq çəkisinin isə 0,851 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2023-cü il tarixli, 5392 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,901 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,851 qram olan psixotrop maddə olan metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 09 avqust 2023cü il tarixdə qəbul edilmiş qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 18 avqust 2023-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Abşeron rayon İHB-nin Masazır İƏD üzrə nümayəndəliyinin 23 oktyabr 2023-cü il tarixli 236 saylı arayışında göstərilir ki, Təqsirləndirilən şəxs himayəsində 1973-cü il təvəllüdlü arvadı - X4, 1992-ci il təvəllüdlü oğlu - X5 və 1994-cü il təvəllüdlü qızı - X3 vardır. Abşeron rayon İHB-nin Masazır İƏD üzrə nümayəndəliyi tərəfindən 23 oktyabr 2023-cü il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Lənkəran şəhər narkoloji xəstəxanası tərəfindən 23 oktyabr 2023-cü il tarixdə verilmiş 731 saylı arayışdan göstərilir ki, xx xxx 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2001-ci ildən “opium narkomanlığı diaqnozu ilə Lənkəran şəhər narkoloji xəstəxanasında qeydiyyatdadır. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması” haqqında 05 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 07 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,851 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 22 saat hüquqi yardıma görə 132 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347,349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün İcrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,851 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 22 saat hüquqi yardıma görə 132 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-26/2023
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-26/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver