Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-26/2024 10.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X4 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Qobustan rayon məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, qanunsuz olaraq 01 (bir) ədəd 1983-cü ildə İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı, ******* nömrəli, texniki cəhətdən saz vəziyyətdə, atəş açmaq üçün yararlı yivli odlu avtomatik döyüş silahı, həmçinin zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı,“AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı, döyüş sursatı hesab olunan 07 ədəd patronu, “AK-74”, “AKS74”, “AKS74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla zavod üsulu ilə istehsal edilmiş, 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı 01 ədəd sandıqçanı, habelə istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 440 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlayaraq, gəzdirməklə daşımış, 21 may 2024-cü il tarixdə saat 21:05 radələrində Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Qobustan şəhəri ərazisində"xxxx" MMC-yə məxsus taxıl anbarının yaxınlığında saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, H.Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan Rayon Polis Şöbəsinə gətirildikdən sonra orada 21 may 2024-cü il tarixdə saat 23:39-dan 22 may 2024-cü il tarixdə saat 00:01-dək olan müddət ərzində üzərinə şəxsi axtarış aparılan zaman əlində saxladığı 01 (bir) ədəd qara rəngli çantanın içərisindən 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 440 qram olan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 01 (bir) ədəd “AK-74” markalı, ******* nömrəli yivli odlu avtomatik döyüş silahı, “AK-74”, “AKS74”, “AKS74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi hesab edilən 01 (bir) ədəd sandıqça və döyüş sursatı hesab olunan 07 (yeddi) ədəd patron aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərdi ki, fəhləliklə məşğul olur və bu yolla əldə etdiyi qazancla dolanır. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. 19 may 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində ona məxsus olan “bezsmert_bezsmert” adlı profili ilə həmin sosial şəbəkədə “pati_kola_ot” adlı profillə yazışaraq adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin İran vətəndaşından istifadə etdiyi +**********43 saylı nömrəsini götürdükdən sonra onunla artıq “Whatsapp” sosial şəbəkəsi vasitəsilə həm yazışmış, həm də danışmışdır. Söhbət zamanı İran vətəndaşı ona telefon vasitəsilə bildirəcəyi məkandan “Kalaşnikov” markalı avtomatı götürdükdən sonra bildirəcəyi yerə aparmasını xahiş etmişdir. Həmin vaxt bunu edəcəyi halda, silahın yanında olan marixuana verəcəyini demişdir. O da razılaşmışdır. 21 may 2024-cü il tarixdə həmin şəxs ona məkan (konum) atmış, həmin günü saat 19 radələrində Şabran şəhər avtovağzalına gələrək əvvəllər tanıdığı taksi kimi fəaliyyət göstərən Şahid3 Bakı şəhərinə getdiyini görmüşdür. Ondan başqa müştərisi olduğunu soruşduqda, Emil ona hal-hazırda müştərisi olmadığını bildirmişdir. Emilə Bakı şəhərinə tələsdiyini və ona başqa müştəri götürmədən yola çıxmasını bildirmişdir. 21 may 2024-cü il tarixdə saat 19 radələrində Şahid3 məxsus “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onlar Şabran şəhərindən Bakı şəhəri istiqamətinə doğru yola düşmüşdür. Sumqayıt şəhərinə çatdıqda isə Şahid3 bildirmişdir ki, onun görüşməli olduğu şəxs Qobustan şəhərindədir və Emilə onu İran İslam Respublikası vətəndaşının atdığı konuma, yəni Qobustan şəhərinə aparmasını bildirmişdir. Şahid3 onu Qobustan şəhərinə aparacağı təqdirdə 100 manat pul verəcəyini bildirdikdən sonra o, razılaşmışdır. Şahid3 onun hansı məqsədlə Qobustan şəhərinə gəldiyini bilməmişdir. 21 may 2024-cü il tarixdə saat 21 radələrində ona göndərilmiş Qobustan şəhərinin girişində olan məkana çatmışdır. Qobustan şəhərinin girişində taxıl anbarların yanında Emilə avtomobili saxlamasını demiş, Emil avtomobili saxlamışdır. O avtomobildən düşərək anbarların həyətinə girmişdir. Anbarların həyətində yerdə bir ədəd idman çantası olduğunu görüb həmin çantanı götürüb içərisinə baxmadan sonra avtomobil istiqamətinə getməyə başlamışdır. Piyada bir qədər irəlilədikdən sonra polis əməkdaşları onu saxlamışlar. Ona qanunsuz olaraq narkotik vasitə və silah saxlamaqda şübhəli olduğu üçün Qobustan RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə getmişdir. Qobustan RPŞ-nin xidməti otaqlarının birində onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərində, yəni əlində bir ədəd idman çantası aşkar olunmuşdur. Həmin idman çantasını polis əməkdaşlarına təqdim etmiş, çanta açıldıqda içərisindən 01 ədəd “AK 74” markalı,”2395657” nömrəli silah, 07 ədəd patron və 01 ədəd sandıqça, bir ədəd bağlamada isə marixuana aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının şifahi sorğusuna cavab olaraq içərisində narkotik vasitə, həmçinin silah, sandıqça və 07 ədəd patron olan çantanı İran vətəndaşının tapşırığı ilə Qobustan şəhərində anbarın həyətindən götürüb, silah, sandıqça və 07 ədəd patronu həmin şəxsin ona göndərəcəyi ünvana aparacağını və bunun qarşılığında ona həmin silahın yanında olan narkotik vasitə olan marixuananı verəcəyini bildirmişdir. Sonra həmin silah, sandıqça, 07 ədəd patron və marixuana qablaşdırılaraq möhürlənmişdir. Bununla bağlı protokol tərtib edilərək protokol iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitə olan marixuananı, həmçinin silah, sandıqça və 07 ədəd patronu İran vətəndaşının tapşırığı ilə Qobustan şəhərinin giriş hissəsində anbarların həyətindən yerdən götürüb əldə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananı özündə saxlaması, silah, sandıqça və 07 ədəd patronu isə İran vətəndaşının ona göndərdiyi məkana aparması ilə bağlı İran vətəndaşı ilə razılaşmışdır. Həmin silah, sandıqça, 07 ədəd patron, həmçinin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmişdir. Həmin silah, sandıqça, 7 ədəd patronu üzərində saxlamaqda məqsədi iranlının bildirəcəyi ünvana aparmaq, bunun qarşılığında isə bağlamada olan narkotik vasitə marixuananı özünə götürmək olmuşdur. Həmin İran vətəndaşını əvvəllər tanımamış, onunla “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Daha sonra həmin şəxs istifadə etdiyi +**********43 saylı nömrəsi ilə onunla Cənubi Azərbaycan ləhcəsi ilə danışmışdır. Həmin şəxsi ümumiyyətlə görməmişdir. Həmin şəxs +**********43 saylı nömrəsi ilə ona məxsus ***-***- **-** saylı mobil nömrəyə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edib danışmışdır. İdman çantasını götürüb avtomobilə minməmişdən öncə polis əməkdaşları ona yaxınlaşmışlar. Bu səbəbdən Şahid3 nə narkotik vasitədən, nə də silah, sandıqça və 07 ədəd patrondan xəbəri olmamışdır. Həmçinin, Emilə Qobustan şəhərinə hansı məqsədlə gələcəyini bildirəcəyi halda, onunla Qobustan şəhərinə gəlməyəcəyini düşündüyü üçün Emilə bu barədə heç bir məlumat verməmişdir. Emil də onun nə məqsədlə gəldiyini bilməmişdir. Şahid3 taksi kimi fəaliyyət göstərmişdir. Onun çantadan və içərisindəkindən heç bir məlumatı olmamışdır. Onun əlaqə saxladığı iranlı ilə də Emilin heç bir tanışlığı olmamışdır. Ümumiyyətlə, Şahid3 onunla heç bir əlbirliyi olmamışdır. Narkotik vasitə qəbul etməsindən, hadisə zamanı narkotik vasitəni üzərində saxlamasından heç kimin məlumatı olmamışdır. Hazırda heç bir yerdə psixotrop maddə və ya narkotik vasitə saxlamır. Narkotik vasitəni, silah və sursatı götürən zaman yanında və ya yaxınlığında heç kim olmamışdır. Əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Lakin, bu müddət ərzində heç vaxt narkotik vasitə satmamış, o cümlədən kiməsə pay formasında və yaxud bəxşiş kimi verməmişdir. Əvvəllər heç bir cinayət törətməmişdir. Əməlindən peşmandır. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmyerlisidir. Onunla aralarında normal münasibətlər olmuşdur. Özü Bakı-Şabran istiqamətlərində fərdi qaydada taksi sürücüsü işləyir. Etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərir. 21 may 2024-cü il tarixdə saat 19 radələrində Şabran şəhər avtovağzalına gələrək Bakı şəhərinə getmək üçün müştəri axtaran zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Bakı şəhərinə getmək istədiyi bildirmiş və ondan başqa müştərisi olub-olmadığını soruşduqda, ona hal-hazırda müştərisinin olmadığını bildirmişdir. Taleh ona Bakı şəhərinə tələsdiyini bildirdiyi üçün başqa müştəri götürmədən yola çıxmasını ondan istəmişdir. Bu səbəbdən onlar 21 may 2024-cü il tarixdə saat 19 radələrində ona məxsus “Toyota Prius” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran şəhərindən Bakı şəhəri istiqamətinə doğru yola düşmüşdür. Sumqayıt şəhərinə çatdıqda isə Taleh ona bildirmişdir ki, onun görüşməli olduğu şəxs Qobustan şəhərindədir və ona Qobustan şəhərinə gedən yolun məkanını göstərərək onu Qobustan şəhərinə aparmasını bildirmişdir. Talehi Qobustan şəhərinə aparacağı təqdirdə Talehdən 100 manat pul alacağını bildirdikdən sonra onlar razılaşmışlar, lakin Taleh ona hansı məqsədlə Qobustan şəhərinə gəldiyini bildirməmişdir. 21 may 2024-cü il tarixdə saat 21 radələrində Qobustan şəhərinin girişində ona göstərmiş olduğu məkana çatmışlar. Qobustan şəhərinin girişində yerləşən taxıl anbarlarının yanında Taleh ona avtomobili saxlamasını bildirmiş, o isə Talehdən burada nə işi olduğunu soruşduqda ona heç bir söz demədən bir nəfər şəxslə görüşüb gələcəyini bildirmişdir. Avtomobili Bakı-Şamaxı yolunun kənarında saxlamışdır. Taleh avtomobildən düşərək qaranlıq bir yerə getmişdir. Beş dəqiqə sonra isə bir neçə mülki geyimli şəxslər səs-küylə ona yaxınlaşmışlar. Tanımadığı yer və şəxslər olduğu üçün qorxub oradan uzaqlaşmaq istəmiş, avtomobili işə salaraq bir az irəli hərəkət etdikdən sonra yolun bağlı olduğunu görüb avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşları olduğunu öyrəndiyi şəxslər ona yaxınlaşaraq onu Qobustan Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə Polis Şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ona Qobustan şəhərindən narkotik vasitə olan marixuana, qanunsuz silah və sursat götürəcəyi barədə heç bir məlumat verməmişdir. İran vətəndaşını ümumiyyətlə tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 21 may 2024-cü il tarixdə Şabran şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində saxlaması, həmçinin qanunsuz olaraq odlu silah əldə edərək üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Qobustan RPŞ-nin CABın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən “təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən Qobustan RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi Samir Allahverdiyev qrupun rəhbəri, o və CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 isə qrupun üzvləri olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 21 may 2024-cü il tarixdə saat 21:05 radələrində Təqsirləndirilən şəxs Qobustan rayonu, Qobustan şəhəri ərazisində yerləşən "xxxx" MMC-yə məxsus taxıl anbarının yaxınlığında onun və Şahid2 tərəfindən saxlanılmışdır. Talehə özlərini təqdim etmişlər, narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində saxlanılmasında, həmçinin qanunsuz olaraq odlu silah əldə edərək üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə getmişdir. Bundan sonra Rayon Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçi Tofiq Seyidov və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı 01 (bir) ədəd qara rəngli idman çantasını təqdim edərək içərisində avtomat və marixuana olduğunu və həmin çantanın özünə məxsus olduğunu bildirmişdir. Həmin idman çantası açıldıqda içərisində 01 ədəd polietilen bağlamada yaşıl rəngli ot kütləsi, həmçinin 01 ədəd avtomat, 01 ədəd sandıqça və 07 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin ot kütləsinin marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə, həmçinin silah, sandıqça və 07 ədəd patron olan çantanı İran vətəndaşının tapşırığı ilə Qobustan şəhərində anbarın həyətindən götürüb, silah, sandıqça və 07 ədəd patronu həmin şəxsin ona göndərəcəyi ünvana aparacağını və bunun qarşılığında İran vətəndaşının ona həmin silahın yanında olan narkotik vasitə olan marixuananı verəcəyini bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, bitki mənşəli kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 142 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar həmin zərfi imzalamışlar. Sonra 01 ədəd avtomat silah, 01 ədəd sandıqça və 07 ədəd patron təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərində başqa qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olur, lakin onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun hissələrini üzərində saxlamışdır, lakin Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun hissələrinin satışı ilə məşğul olması barədə əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-in Cinayət Axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-ballistik ekspertizasının 22 may 2024-cü il tarixli 3-16-16/2-3/891 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 1983-cü ildə İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı, “2395657” nömrəli yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, konstruksiyasında dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet “AK-74”, “AKS74”, “AKS74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 22 may 2024-cü il tarixli, 3-16-16/2-7/810 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 440 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 440 qram, tədqiqata sərf olunan miqdarının 0,2 qram, qalıq çəkisinin isə 439,8 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2024-cü il tarixli 4070 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 440 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 439,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin 01 (bir) ədəd “AK-74” markalı, ******* nömrəli yivli odlu avtomatik döyüş silahı, “AK-74”, “AKS74”, “AKS74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi hesab edilən 01 (bir) ədəd sandıqça və döyüş sursatı hesab olunan 07 (yeddi) ədəd patron maddi sübut əhəmiyyətinə malik olduğundan 29 may 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 08 iyun 2024-cü il tarixdə rayon Polis Şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 23 may 2024-cü il tarixdə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığı əsasında Qobustan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 440 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd “AK-74” markalı avtomat silahı, 01 ədəd sandıqça, 07 ədəd patron onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 440 qram miqdarında narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd “AK-74” markalı avtomat silahı, 01 ədəd sandıqçanı və 07 ədəd patronu satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman aşkar edilmiş 440 qram narkotik vasitə qurudulmuş marixuananı, 01 ədəd “AK-74” markalı avtomat silahı, 01 ədəd sandıqçanı, 07 ədəd patronu tanımadığı İran vətandaşının ona göndərdiyi məkandan götürməsi müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin İran vətəndaşının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 440 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd “AK-74” markalı avtomat silah, 01 ədəd sandıqça, 07 ədəd patronun əldə edilməsində başqa şəxslərin iştirakı halı müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 440 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd “AK-74” markalı avtomat silah, 01 ədəd sandıqça, 07 ədəd patronun əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Şahid3 taksi kimi fəaliyyət göstərir, Təqsirləndirilən şəxs sifarişi əsasında onu Qobustan rayonuna aparmış, törədilən cinayət hadisəsinə heç bir aidiyyəti olmamışdır. İş materiallarına əlavə edilmiş Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş 5-74/2-2191/24 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olmaqla orada yaşayır və müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 21 may 2024-cü il tarixdən hesab edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 440 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 439,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd “AK-74” markalı, ******* nömrəli yivli odlu avtomatik döyüş silahı, “AK-74”, “AKS74”, “AKS74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi hesab edilən 01 (bir) ədəd sandıqça və döyüş sursatı hesab olunan 07 (yeddi) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilməli, 142 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 21 may 2024-cü il tarixdən hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 440 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 439,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan 01 (bir) ədəd “AK-74” markalı, ******* nömrəli yivli odlu avtomatik döyüş silahı, “AK-74”, “AKS74”, “AKS74U” modelli avtomatik silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi hesab edilən 01 (bir) ədəd sandıqça və döyüş sursatı hesab olunan 07 (yeddi) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təchizat anbarına təhvil verilsin. 142 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(026)-26/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-26/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver