Məhkəmə qərarları › İş №1(026)-27/2022

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-27/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-27/2022 16.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Qobustan rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,926 qram olan ağ rəngli kristallik maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 19 iyul 2022-ci il tarixdə saat 21 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində, Qobustan şəhər dairəsi yaxınlığında saxlanılaraq Qobustan rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının arxa cibindən 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 0,926 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qobustan şəhərində yaşayır. 19 iyul 2022-ci il tarixdə saat 09 radələrində Qobustan şəhəri ərazisində yerləşən Heydər Əliyev parkının ətrafında piyada gəzən zaman yerdən kağız bükülü tapmış, onun içinə baxan zaman, orada ağ rəngli kristallik maddə olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükülüdə psixotrop maddə metamfetamin olduğunu başa düşmüşdür. Bundan sonra metamfetamini əynindəki qara rəngli idman şalvarının arxa cibinə qoymuşdur. Ailə üzvləri psixotrop maddə istifadəçisi olduğunu bilmədikləri üçün həmin bükülünü üzərində gəzdirmişdir. 19 iyul 2022-ci il tarixdə saat 21 radələrində işdən evə piyada gedən zaman Qobustan şəhərində, Qobustan şəhəri dairəsi yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirdikdən sonra, üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirərək, onu RPŞ-yə dəvət etmişlər. RPŞ-yə gəldikdən sonra hüquqlarını müdafiə etmək üçün Sirac Əsgərov öz seçimi əsasında dövlət hesabına müdafiəçi təyin edilmişdir. RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif edilmişdir. Bundan sonra əynində olan qara rəngli idman şalvarının arxa cibindəki bir ədəd kağız bükülüdə olan psixotrop maddə metamfetamini təqdim edərək bildirmişdir ki, həmin maddəni 19 iyul 2022-ci il tarixdə Qobustan şəhəri ərazisində yerləşən Heydər Əliyev parkının ətrafında piyada gəzən zaman yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin 01 ədəd bükülü elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bundan sonra zəruri sənədləşdirmə işləri aparılmış, həmin sənədləri imzalamışdır. Təxminən 6 aydır ki, arabir düşəndə narkotik vasitə olan marixuanadan və psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş, 01 ədəd bükülüdə olan metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qobustan RPŞnin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 iyul 2022-ci il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Rəşad Məhərrəmov tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞnin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə əməliyyat qrupunun üzvləri CAB-ın əməliyyat müvəkkili Rəşad Məhərrəmov, RPŞ-nin X2 sahə rəisi Şahid1, Post Patrul Xidməti Tağımının manqa komandiri Şahid2 ilə birlikdə 19 iyul 2022-ci il tarixdə saat 21 radələrində Qobustan şəhər dairəsi deyilən ərazinin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞ-yə getməli olacağını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Sirac Əsgərov, həmçinin hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən qabaq təhqiqatçı X9 Muradova təklif etmişdir ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa özü təqdim etsin. Təqsirləndirilən şəxs bundan sonra əynində olan qara rəngli idman şalvarının arxa cibindən bir ədəd kağız bükülü çıxarıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisində metamfetamin var, həmin maddəni 19 iyul 2022-ci il tarixdə Qobustan şəhəri ərazisində yerləşən Heydər Əliyev parkının ətrafında piyada gəzən zaman yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Sonradan onun üzərinə şəxsi axtarış keçirilsə də, lakin qanunla gəzdirilməsi və ya üzərində saxlanılması qadağan edilmiş başqa əşya aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin istifadəsi ilə məşğul olur, lakin onun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat marağı doğuran məlumat daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş RPŞ-nin X2 sahə rəisi Şahid1 və Post-Patrul Xidməti Tağımının manqa komandiri Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs əvvəlllər tanımamışdır. 19 iyul 2022-ci il tarixdə saat təxminən 21-22 radələrində Qobustan şəhərində “Kapital” bankın yaxınlığında olan zaman polis əməkdaşı ona yaxınlaşaraq, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərində axtarış keçiriləcəyini və onun da həmin axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə RPŞ-yə gəlmişdir. Bundan sonra RPŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi Sirac Əsgərov, digər hal şahidinin, həmçinin polis əməkdaşları və onun iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən öncə təhqiqatçı X9 Muradova təklif etmişdir ki, üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet və ya əşya varsa özü təqdim etsin. Rəcəb bundan sonra əynində olan qara rəngli idman şalvarının arxa cibindən bir ədəd kağız bükülü çıxarıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisində metamfetamin var, həmin maddəni 19 iyul 2022-ci il tarixdə Qobustan şəhəri ərazisində yerləşən Heydər Əliyev parkının ətrafında piyada gəzən zaman yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə zərflərə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 20 iyul 2022-ci il tarixli 6/3935 nömrəli ekspert rəyində göstərilir ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs....” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,926 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 0,926 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,050 qram, qalıq çəkisinin isə 0,876 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 16 sentyabr 2022-ci il tarixli 5271 nömrəli rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniydan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 0,926 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,876 qram olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut hesab edilmiş və Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 23 sentyabr 2022-ci il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 03 oktyabr 2022-ci il tarixli 1616 saylı arayışda göstərilir ki, Muradov X5 rayonunun Qobustan şəhərində qeydiyyatdadır və himayəsində 06 noyabr 1999-cu il təvəllüdlü arvadı - X3 və 17 may 2019-cu il təvəllüdlü oğlu - X7 vardır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 03 oktyabr 2022-ci il tarixli 1615 saylı xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,876 qram olan psxotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,876 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar