Məhkəmə qərarları › İş №1(026)-27/2024

Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-27/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-27/2024 24.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X1 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Qobustan rayon məhkəməsinin inzibati binasında xx xxxxxxx 1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 60,38 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla, Qobustan rayonuna daşımış, 04 may 2024-cü il tarixdə saat 09:55 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan rayon polis şöbəsinə gətirildikdən sonra, orada xx.xx.2024-cü il tarixdə saat 12:40-dan 12:51-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd sellofan bağlamada ümumi təmiz çəkisi 60,38 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. Hadisədən təxminən 5 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən, yol kənarında 01 ədəd qara sellofan bükülü görmüşdür. Həmin qara sellofan bükülünü yerdən götürüb içərisinə baxdıqda, içərisində “nəşə”, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Əvvəlcə ətrafında heç kimin olmadığını dəqiqləşdirmişdir. Sonra isə əvvəllər narkotik vasitə, yəni marixuanadan istifadə etdiyi üçün 01 ədəd sellofana bükülmüş narkotik vasitə olan marixuananı həmin vaxt əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibinə qoyaraq, gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində tanımadığı yol maşını ilə Ağsu rayonuna gedərkən Bakı- Şamaxı yolunun Qobustan şəhəri ərazisinə düşən hissəsində həmin avtomobil xarab olmuşdur. O da avtomobildən düşərək su almaq üçün market istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt yerdən tapdığı 01 ədəd qara sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana geyinmiş olduğu qara rəngli idman gödəkçəsinin sağ yan cibində olmuşdur. Qobustan rayonu, Qobustan şəhəri ərazisində market istiqamətinə gedərkən polis əməkdaşları onu narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Qobustan rayon polis şöbəsinə dəvət etmişdirlər. O da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-nə gəlmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman yerdən tapdığı içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 01 ədəd sellofan bükülüdə geyinmiş olduğu qara rəngli idman gödəkçəsinin sağ yan cibində olmuşdur. Polis Şöbəsində polis əməkdaşı tərəfindən hüquqlarını müdafiə etmək üçün Niyaz Talıbov öz seçimi əsasında dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Vəkil Niyaz Talıbov dəvət olunaraq ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşı ona üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməsini təklif etmişdir. O da polis əməkdaşına əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində 01 ədəd qara sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir və həmin bükülünü cibindən çıxararaq təqdim etmişdir. Sonra isə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar və onun üzərindən gəzdirilməsi qanunla qadağan olan başqa hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Bundan başqa onun əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibində olan “Samsung” markalı mobil telefonu, 01 qutu “Rothmans” markalı siqaret, 01 ədəd alışqanı və əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 23 manat pulu da polis əməkdaşına təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd qara sellofanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. O polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd qara sellofanın içərisində olan kütlələr “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuanadır. Həmin qurudulmuş marixuananı polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 05 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində olarkən dəqiq ünvanı bilmədiyi ərazidə həmin kütləni tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra video çəkiliş dayandırılmış və nümayiş etdirilmişdir. O, həmin video çəkilişə baxmış və heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamışdır. O və baxış iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onun narkotik vasitə qəbul etməsindən, hadisə zamanı narkotik vasitəni üzərində saxlamasından heç kimin məlumatı olmamışdır. O, hazırda heç bir yerdə narkotik vasitə saxlamır. O bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. Lakin, o, bu müddət ərzində heç vaxt narkotik vasitə satmamış, o cümlədən, kiməsə pay formasında və yaxud bəxşiş kimi narkotik vasitə verməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili işləyən Şahid2 ifadə verərək göstərdi ki, 04 may 2024-cü il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Qobustan RPŞ-in CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən “Təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Polis Şöbəsinin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrə əsasən Qobustan RPŞ-in CAB-ın rəisi Samir Allahverdiyev qrupun rəhbəri, onun ilə Qobustan RPŞ-in CAB-ın əməliyyat müvəkkili Şahid1 isə qrupun üzvləri müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 04 may 2024-cü il tarixdə saat 09:55 radələrində Qobustan rayonu, Qobustan şəhərində “Son” adlanan ərazidə Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış, ona özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkillərin siyahısından seçmiş olduğu və dövlət hesabına təyin olunmuş müdafiəçi Niyaz Talıbov və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şükran Cavadzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükülünü çıxarıb iştirakçılara təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan nəşə olduğunu, həmin narkotik vasitəni saxlanılmamışdan bir xeyli müddət əvvəl Bakı şəhəri ərazisində tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin sellofan bükülü açılıb içərisinə baxıldıqda narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli, kütlə aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə ölçülmüş, aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli kütlə təhqiqatçı tərəfindən zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 142 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlədən kiməsə verib-vermədiyi, narkotik vasitənin satışı və əkini ilə məşğul olub-olmadığı soruşulduqda, o, “xeyr” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə haqqında soruşulduqda, həmin kütlənin özündə olması haqda heç kimin məlumatı olmadığını, həmin kütləni tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra video çəkiliş dayandırılmış və nümayiş etdirilmişdir. Həmin video çəkilişə baxmış və heç bir vəsatəti və etirazının olmadığını bildirmişdir. Yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və digər iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 həmin bölmənin əməliyyat müvəkkili Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-bioloji ekspertizasının 05 may 2024-cü il tarixli 3-16-16/2-7/696 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs...... Təqsirləndirilən şəxs.” Yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi-60,38 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 60,38 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 60,33 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 may 2024-cü il tarixli 3377 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 60,38 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 60,33 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 10 may 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Qobustan rayon polis şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 21 may 2024-cü il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs RF CM-nin 30 M İİİ hissə, 228.1 M İ hissə, 228 M İ hissə, 69 M İİ hissə ilə Moskva şəhəri, Solntsev Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 21 iyul 2024-cü il tarixli 3-6/2-7843/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Bakı Apelyasiya Məhkəməsinin icraatında aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 05 may 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, Qobustan rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması barədə əməliyyat məlumatları əldə olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etdiyini, əldə etməsində başqa şəxslərin iştirakını, həmçinin Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon İHB-ın 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 04 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Qobustan rayon polis şöbəsində saxlanılan çəkisi 60,33 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, ünvan 1 ünvanını hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Qobustan rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 60,33 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar