Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-28/2022 16.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1987-ci il tarixdə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan şəhərində qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,698 qram olan ağ rəngli kristalşəkilli maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, həmçinin istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 5,082 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 20 iyul 2022-ci il tarixdə saat 21 radələrində Qobustan rayon polis .öbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan şəhərində yerləşən özünə məxsus geyim mağazasının qarşısında saxlanıldıqdan sonra, həmin geyim mağazasına baxış keçirilərkən mağazada kişi alt geyimlərinin olduğu rəfin üzərində olan alt paltarlarının altından 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 0,698 qram olan psixotrop maddə metamfetamin, habelə üzərində metamfetamin izləri olan gümüşü-ağ rəngli kağız kəsiyi, həmin mağazaya bitişik tikiliyə baxış keçirilərkən həmin tikilidə döşəmənin üzərində olan dəmir parçalarının arasından 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 5,082 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Qobustan şəhərində yaşayır. Bir ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə edir. 15 iyul 2022-ci il tarixdə saat 14 radələrində Qobustan şəhəri ərazisində yerləşən Heydər Əliyev prospekti ilə piyada gəzən zaman səkinin kənarında yerdə olan kibrit qutusu diqqətini çəkmiş, həmin kibrit qutusunu yerdən götürüb içərisinə baxdıqda, orada 02 ədəd kağız bükülü görmüşdür. Kağız bükülülərdən birinin içinə baxan zaman, orada ağ rəngli kristalşəkilli maddə olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükülüdə psixotrop maddə metamfetamin olduğunu başa düşmüşdür. Digər kağız bükülünü açdıqda isə onun içərisində yaşıl ot kütləsinin olduğunu görmüşdür. Həmin kütlənin spesifik iyindən kağız bükülünün içərisində olan yaşıl ot kütləsinin narkotik vasitə olan marixuana olduğunu bilmişdir. Bundan sonra tapdığı 02 ədəd kağız bükülünü əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Ailə üzvləri narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bilmədikləri üçün içərisində metamfetamin olan bükülünü Qobustan şəhəri ərazisində yerləşən özünə məxsus geyim mağazasındakı kişi alt geyimlərinin olduğu polkada alt paltarlarının altında gizlətmişdir. İçərisində marixuana olan bükülünü isə mağazaya bitişik olan tikiliyə qoymuşdur. 18 iyul 2022-ci il tarixdə metamfetamindən cüzi miqdarda istifadə etmiş, həmin vaxt istifadə etdiyi gümüşü-ağ rəngli kağız parçasını da gələcəkdə yenə istifadə etmək üçün metamfetamini gizlətdiyi alt paltarlarının altına qoymuşdur. 20 iyul 2022-ci il tarixdə saat 21 radələrində Qobustan şəhərində özünə məxsus geyim mağazasının qarşısında olan vaxt mülki geyimli şəxslər yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirdikdən sonra, üzərində narkotik vasitəni gəzdirməkdə şübhəli olduğunu bildirərək, onu RPŞ-yə dəvət etmişlər. RPŞ-yə gəldikdən sonra hüquqlarını müdafiə etmək üçün Sirac Əsgərov öz seçimi əsasında dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra vəkilinin, hal şahidlərinin, polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyini təklif etmişlər. Üzərində qanunla qadağan olunmuş əşya, predmet, həmçinin heç bir narkotik vasitə olmadığını bildirmiş və aparılan şəxsi axtarış zamanı üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olmasa da, özünə məxsus geyim mağazasında psixotrop maddə metamfetamin, həmin mağazaya bitişik tikilidə isə narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin tərkibdə Qobustan şəhərində yerləşən həmin mağazaya gedilmişdir. Geyim mağazasına baxış keçirilərkən mağazada kişi alt geyimlərinin olduğu rəfin üzərində alt paltarlarının altından 01 (bir) ədəd kağız bükülünü, həmçinin gümüşü-ağ rəngli kağız parçasını götürüb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, gümüşü-ağ rəngli kağız parçasını isə metamfetamin qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin mağazaya bitişik tikiliyə baxış keçirilərkən həmin tikilidə döşəmənin üzərində olan dəmir parçalarının arasından 01 (bir) ədəd bükülünü götürüb təqdim edərək bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin maddələr elektron tərəzi vasitəsilə çəkilmişdir. Bundan sonra bu barədə zəruri sənədləşmə aparılmış, həmin sənədlərə imza etmişdir. Bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aşkar edilmiş narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini özü istifadə etmək üçün saxlamışdır. Əməlindən peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan RPŞnin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 iyul 2022-ci il tarixdə Qobustan şəhər sakini Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Qobustan RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə CAB-ın əməliyyat müvəkkili Rəşad Məhərrəmov tərəfindən “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə əməliyyat qrupunun üzvləri RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Rəşad Məhərrəmov, PPXT-nin polis manqa komandiri Şahid2, PPXT-nin polis nəfəri Şahid5 ilə birlikdə 20 iyul 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Qobustan şəhəri ərazisində yerləşən özünə məxsus geyim mağazasının qarşısında saxlayaraq ona narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirməsində şübhəli olduğunu, üzərinə şəxsi axtarış keçirilməsi üçün Qobustan RPŞ-yə getməli olacağını bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək Qobustan RPŞ-yə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına təyin olunmuş müdafiəçi Sirac Əsgərov, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasa da, geyim mağazasında psixotrop maddə metamfetamin, həmin mağazaya bitişik tikilidə isə narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin tərkiblə Qobustan şəhərində yerləşən Təqsirləndirilən şəxs məxsus mağazaya gedilmişdir. Həmin geyim mağazasına baxış keçirilərkən Təqsirləndirilən şəxs mağazada kişi alt geyimlərinin olduğu rəfin üzərində olan alt paltarlarının altından 01 (bir) ədəd kağız bükülünü, həmçinin gümüşü-ağ rəngli kağız parçasını götürüb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, gümüşü-ağ rəngli kağız parçasını isə metamfetamin qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin mağazaya bitişik tikiliyə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin tikilidə döşəmənin üzərində olan dəmir parçalarının arasından 01 (bir) ədəd bükülünü götürüb təqdim edərək bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin maddələr elektron tərəzi vasitəsilə çəkilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri 15 iyul 2022-ci il tarixdə Qobustan şəhəri ərazisində yerləşən Heydər Əliyev prospekti ilə piyada gəzən zaman səkinin kənarında yerdən tapıb və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə təhqiqatçı tərəfindən zərflərə qoyularaq DİN-in 142 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Şahid qismində dindirilmiş Qobustan rayon X17-Patrul Xidməti Tağımının manqa komandiri Şahid2 və PPXT-nin polis nəfəri Ağayev X2 Samir Həsən oğlu ilə eyni məzmunlu ifadə verdilər. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs ilə hər hansı bir şəxsi qərəzliyi, ədavəti və ya düşmənçiliyi yoxdur. 20 iyul 2022-ci il tarixdə saat təxminən 21-22 radələrində Qobustan şəhəri ərazisində yerləşən Polis Şöbəsinin binasının yanından keçən zaman polis əməkdaşı ona yaxınlaşaraq, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün RPŞ-yə gətirildiyini, üzərinə axtarış keçiriləcəyini və həmin axtarışda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Polis əməkdaşı ilə razılaşmış və onunla birlikdə RPŞ-yə gəlmişdir. Bundan sonra RPŞ-də vəkil Sirac Əsgərov, digər hal şahidi Şahid4 və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Ağasən Baratov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan hər hansı maddə, predmet və əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasa da, Qobustan şəhərində yerləşən geyim mağazasında psixotrop maddə metamfetamin, həmin mağazaya bitişik tikilidə isə narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin tərkibdə Qobustan şəhərində yerləşən Təqsirləndirilən şəxs məxsus mağazaya gedilmişdir. Həmin geyim mağazasına baxış keçirilərkən Təqsirləndirilən şəxs mağazada kişi alt geyimlərinin olduğu rəfin üzərində olan alt paltarlarının altından 01 (bir) ədəd kağız bükülünü, həmçinin gümüşü-ağ rəngli kağız parçasını götürüb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, gümüşü-ağ rəngli kağız parçasını isə metamfetamin qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin mağazaya bitişik tikiliyə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin tikilidə döşəmənin üzərində olan dəmir parçalarının arasından 01 (bir) ədəd bükülünü götürüb təqdim edərək bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin maddələr elektron tərəzi vasitəsilə çəkilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri Qobustan şəhəri ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilərək götürülmüş maddələr təhqiqatçı tərəfindən zərflərə qoyularaq möhür ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 iyul 2022-ci il tarixli, 6/3966 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs mağazasından aşkar edilərək götürülmüş .....” sözləri və imzalar olan bir ədəd zərfdə 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 0,698 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim olunmuş 01 ədəd gümüşü-ağ rəngli kağız kəsiyinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 0,698 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 0,648 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 21 iyul 2022-ci il tarixli, 7/800 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 01 ədəd kağız kəsiyinə sarınmış şəffaf sellofanda təmiz çəkisi 5,082 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsində marixuananın təmiz çəkisinin 5,082 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,05 qram, qalıq çəkisinin isə 5,032 qram olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 16 dekabr 2022-ci il tarixli, 5270 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məxsus geyim mağazasından aşkar edilərək götürülmüş təmiz çəkisi 0,698 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,648 qram olan psixotrop maddə metamfetamin, üzərində metamfetaminə məxsus izlər olan 01 ədəd gümüşü-ağ rəngli kağız kəsiyi, həmçinin həmin mağazaya bitişik tikilidən aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,082 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 5,032 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut əhəmiyyətinə malik olduğundan 17 sentyabr 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən 23 sentyabr 2022-ci il tarixdə rayon polis şöbəsinə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 25 sentyabr 2022-ci il tarixli 1982 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatdadır və himayəsində 27 noyabr 1987-ci il təvəllüdlü arvadı-X3, 28 fevral 2009-cu il təvəllüdlü oğlu- X8, 13 iyul 2010-cu il təvəllüdlü qızı-X5, 27 sentyabr 2014-cü il təvəllüdlü qızı-X6 və 21 iyun 2021-ci il təvəllüdlü oğlu-X9 vardır. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 25 sentyabr 2022-ci il tarixli 1983 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Qobustan rayon polis şöbəsinin “şübhəli şəxsin tutulması haqqında” 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixə kimi Qobustan rayon polis şöbəsində saxlanılmışdır. Həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, himayəsində dörd nəfər yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlarının olmasını, yaşadığı yerdən müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun yaşadığı yerdən müsbət xarakterizə olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,648 qram olan psixotrop maddə metamfetamin, üzərində metamfetaminə məxsus izlər olan 01 ədəd gümüşü-ağ rəngli kağız kəsiyi, həmçinin həmin mağazaya bitişik tikilidən aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,082 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 5,032 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 143 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351- 353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,648 qram olan psixotrop maddə metamfetamin, üzərində metamfetaminə məxsus izlər olan 01 ədəd gümüşü-ağ rəngli kağız kəsiyi, həmçinin həmin mağazaya bitişik tikilidən aşkar olunaraq götürülmüş təmiz çəkisi 5,082 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 5,032 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə 143 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-28/2022
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-28/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver