Məhkəmə qərarları › İş №1(026)-28/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-28/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-28/2024 24.09.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X8 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, Qobustan rayon Məhkəməsinin inzibatı binasında xx xxxxxxxx 1986-cı ildə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə Qobustan rayonu, Nabur kəndində yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla zərbə vuraraq burun sümüyünün yerini dəyişməyən sınığı və hər iki göz altı nahiyəsinin qançırları, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə evlənmişlər. Hazırda da ər-arvad kimi birlikdə yaşayırlar. Lakin rəsmi olaraq nikaha daxil olmamışlar. Yetkinlik yaşına çatmayan üç övladları var. Qobustan rayonu, Nabur kəndində yaşayırlar. Əvvəllər bir neçə dəfə aralarında ailə məsələləri səbəbindən mübahisələri olmuşdur. 01 avqust 2024-cü il tarixdə saat 18 radələrində Qobustan rayonu, Nabur kəndində qaynı Rövşənin fərdi yaşayış evində məclisdə olmuşlar. Onlar həmin məclisdə iştirak etdikdən sonra 02 avqust 2024-cü il tarixdə gecə saat 01 radələrində özlərinə məxsus evə gəlmişlər. Onlar evə çatdıqdan sonra saat təxminən 02 radələrində evdə olarkən Ramilədən ona çay gətirməsini istəmiş, Ramilə isə ona etiraz etmişdir. Bu səbəbdən də Ramilə ilə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbiləşərək Ramilənin sifət nahiyəsindən yumruq zərbəsi vuraraq onu döymüşdür. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 2008-ci ildən bu vaxta qədər evlidirlər. Lakin rəsmi olaraq nikaha daxil olmamışdırlar. 3 övladları vardır. Qobustan rayonu, Nabur kəndində yaşayırlar. Əvvəllər bir neçə dəfə aralarında ailə məsələləri səbəbindən mübahisələri olmuşdur. 01 avqust 2024-cü il tarixdə saat 18 radələrində Qobustan rayonu, Nabur kəndində qardaşı Rövşənin evində məclisdə olmuşlar. Həmin məclisdə iştirak etdikdən sonra 02 avqust 2024-cü il tarixdə gecə saat 01 radələrində öz evlərinə gəlmişlər. Onlar evə çatdıqdan sonra o, kiçik övladını yatızdırmış və özü də yatmışdır. Həmin tarixdə saat təxminən 02 radələrində digər otaqdan səs gəldiyini eşitdiyinə görə ora getmiş və Fərhadın səs-küy saldığını görmüşdür. Fərhad ona hörmət etmədiyini, çay vermədiyini bəhanə gətirərək onunla mübahisə etmiş və onun burun nahiyəsindən yumruq zərbəsi vuraraq onu döymüşdür. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 24 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyi X9 02 avqust 2024-cü il tarixli 87 saylı tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilən xəsarətlər - burun sümüyünün yerini dəyişməyən sınığı və hər iki göz altı nahiyəsinin qançırları küt əşya təsirindən törənməklə, 02 avqust 2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulması nəticəsində alınması mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Qobustan rayon İHB-ın Nabur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 avqust 2024-cü il tarixdə verilmiş 26 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.1989-cu il təvəllüdlü arvadı - Zərərçəkmiş şəxs, xx.xx.2008-ci il təvəllüdlü oğlu - X2, xx.xx.2012-ci il təvəllüdlü oğlu - X3 və xx.xx.2009-cu il təvəllüdlü oğlu - X4 vardır. İş materiallarında olan Qobustan rayon İHB-ın Nabur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10” “Qobustan rayon Mərkəzi Xəstəxanası” X9 07 avqust 2024-cü il tarixli 18-1- 53/2-723/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qobustan rayon Mərkəzi xəstəxananın poliklinika şöbəsində psixonevroloji və narkoloji xəstəliklə bağlı müraciət etməmiş və dispanser qeydiyyatda durmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 avqust 2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi göstərilmişdir. İş materiallarından müəyyən edildi ki, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də, 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar