Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-3/2020 11.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxs – xx xxxx 1987-ci ildə Ağsu rayonunun Bico kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağsu rayonunun Bico kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri Yeni Məhəllədə (ximistroy) yaşayan, barəsində həbs qətimkan tədbiri qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində “Əşya bazarı” adlanan ərazidə yerdən tapdığı 02 ədəd kağız bükümlərinin içərisində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Qobustan rayon ərazisinə daşımış, xx xxxx 2020-ci il tarixdə daxil olmuş məlumat əsasında Qobustan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Qobustan şəhərində yerləşən “Məlikməmməd” adlanan kafenin qarşısında yolun kənarında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, rayon polis şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib, satış məqsədi olmadan üzərində saxladığı bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,942 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,475 qram psixotrop maddə olan metamfetamin onun əynindəki qara rəngli gödəkçənin sol yan cibində siqaret qutusundan kağız bükülülərinin içərisində aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağsu rayonu Bico kəndində qeydiyyatda olsa da hazırda Sumqayıt şəhəri Yeni Məhəllə (Ximstroy) adlanan ərazidə yaşayır. O, Sumqayıt şəhərində avtovağzalın yaxınlığında “Əşya bazarı” adlanan yerdə avtomobil təmir sexində işləmişdir. xx xxxx 2020-ci il tarixdə gündüz vaxtı işlədiyi sexin yanında olarkən yerdə “Rothmons” markalı siqaret qutusu görmüş, özü də “Rothmons” markalı siqaret istifadə etdiyi üçün qutuda siqaretin olub-olmamasına baxmaq məqsədilə əyilib qutunu yerdən götürmüş, siqaret qutusunun içərisinə baxdıqda narkotik vasitə kimi tanıdığı 3 büküm narkotik vasitələr görmüşdür. Özü narkotik vasitə istifadə etdiyi üçün həmin maddələrin narkotik vasitə olmasını tanımış, dərhal ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olub siqaret qutusunu cibinə qoyub üzərində saxlamaqla gizlətmişdir. Həmin günün səhəri doğulduğu Ağsu rayonuna ad gününü qeyd etmək üçün getməli olduğundan, rayonda olanda həmin narkotiklərdən istifadə etmək barədə fikirləşmişdir. Rayona getmək məqsədilə, xx xxxx 2020-ci il tarixdə səhər saat 07 radələrində, o, Sumqayıt şəhərindəki avtovağzala getmişdir. Avtovağzaldan Ağsu rayonuna gedən tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı sərnişin maşınlarından birinə minmişdir. Təxminən saat 08-09 radələrində o, avtomobillə Qobustan şəhərinin mərkəzinə çatdığı zaman sürücüyə ac olduğunu bildirib maşını qarşıda gördüyü kafedə saxlamağı bildirmişdir. Lakin, sürücü bir saata və ya bir az artıq müddətə Ağsuya çatmalı olduğunu və tələsdiyi üçün saxlayıb gözləyə bilməyəcəyini ona bildirmişdir. O, isə sürücüyə, “saxla mən düşürəm, lazım olsa özüm yeni bir avtomobilə minib gedərəm” sözlərini demişdir. Sürücü də avtomobili Qobustan şəhərinin mərkəzinə çatmamış bir kafenin qarşısında saxlamış və o, avtomobildən düşəndən sonra sürücü avtomobili sürüb getmişdir. O, kafeyə girib bir qədər yemək yedikdən sonra kafedən çıxıb Bakı-Şamaxı-Yevlax magistral yoluna yaxınlaşıb orada olan avtobus dayanacağında yoldan keçən avtomobillərə əl edərək onu da özləri ilə götürmələrini işarə etməyə başlamışdır. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Qobustan rayon polis şöbəsinin əməkdaşları olduğlarını demiş və ondan narkotik vasitələrin qanunsuz saxlanmasında şübhələndikləri üçün Qobustan polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək Qobustan RPŞ-yə getməyə razı olmuşdur. Polis şöbəsində onun üzərinə əvvəllər tanımadığı iki nəfər hal şahidlərinin iştirakları ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindəki gödəkçəsinin sol içəri cibində siqaret qutusunda saxladığı 03 ədəd bükündə narkotik vasitələr aşkar etdilərək götürülmüşdür. Daha sonra üzərində qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitələrin fotoşəkilləri çəkilərək elektron tərəzi vasitəsi ilə çəkilmiş, sonra hal şahidlərinin, vəkilin və digər iştirakçıların iştirakları ilə kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, vəkil, hal şahidləri və iştirakçılar tərəfindən protokol doğru yazıldığı üçün imzalanmışdır. Əməlindən peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020ci il tarixdə, xidməti işlə bağlı ona daxil olmuş məlumatdan, ucaboy, qaraşın, əynində qara rəngli gödəkçəsi və cins şalvarı olan Vüsal adlı şəxsin hazırda Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması müəyyən edilmiş, buna görə həmin şəxsin şəxsiyyətini müəyyən etmək və əməlini ifşa etmək üçün dərhal şöbə rəhbərliyinə raportla məruzə edib, sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin aparılması üçün qərar qəbul etmişdir. O, qrup rəhbəri olmaqla Qobustan RPŞ-nin xidmət üzrə rəis müavini Şahid2, RPŞ-nin X2 baş inspektoru Şahid3, RPŞ-nin İTB-nin rəisi Şahid4 və RPŞ-nin İPPXT-nin manqa komandiri Şahid5 ibarət qrup təşkil edilmiş, sonra həmin qrupun üzvləri olan polis əməkdaşları ilə birlikdə Qobustan rayon ərazisində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini davam etdirərkən daxil olmuş məlumatda qeyd edilən xarici görünüş əlamətlərinə məxsus Vüsal adlı şəxsin şəhərin “Məlikməmməd” adlanan kafesinin yaxınlığında yolun kənarında dayandığını müşahidə edib həmin vaxtı dərhal qrup üzvləri ilə birlikdə xüsusi parollarla əlaqə yaradıb Vüsal adlı şəxsə yaxınlaşıb özünü təqdim etmiş və Vüsal adlı şəxsin narkotik vasitələrin istifadəsi, dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə Qobustan RPŞ-yə getməsini bildirmişlər. Vüsal adlı şəxs də heç bir etiraz etmədən və hər hansı bir müqavimət göstərmədən onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişdir. Bundan sonra o, raportla şöbə rəhbərliyinə bu barədə məruzə etmiş, daha sonra toplanmış materialların icrası İstintaq Qrupunun müstəntiqi Mirxalid Kazımova həvalə edilmişdir. X6 xidməti otağında Təqsirləndirilən şəxs tutulduğunu elan edib müdafiəçi dəvət etmiş, həmin vaxtı RPŞ-nin yaxınlığında rayon ərazisində İlqar Qardaşəliyev və Bəhrəm Qayıblı adlı iki nəfər şəxsi RPŞ-yə dəvət edib Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında hal şahidi kimi iştirak etməsini bildirmişdir. Həmin şəxslər də etiraz etməyib birlikdə RPŞ-yə gəlmişlər. Bundan sonra, müdafiəçi və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol cibindən “Rothmans” markalı siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusu açıldıqda içərisində 03 ədəd kağız bükülü olmuş, kağız bükülüləri isə açdıqda bükülülərin içərisində müvafiq olaraq kristal şəkilli, qəhvəyi rəngli və spesifik iyə malik olan qurudulmuş yaşıl rəngli narkotik vasitəyə oxşar maddələr aşkar edilmişdir. Həmçinin siqaret qutusunda 09 ədəd siqaret dənələri olması müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilsə də başqa qanunsuz əşya aşkar edilməmiş, daha sonra, içərisində narkotik vasitəyə oxşar maddələr olan bükülüləri və 09 ədəd olan siqaret dənələri hər biri ayrı-ayrılıqda olmaqla 02 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün bütün iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 iş üzrə Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində Qobustan şəhəri H.Əliyev prospektində olan vaxtı polis əməkdaşları onun yanına yaxınlaşıb, Qobustan rayon polis şöbəsində narkotik vasitələrin saxlanmasında şübhəli olan bir şəxsin üzərində axtarış aparılacağını, onun da həmin axtarış zamanı hal şahidi kimi iştirak etməyini təklif etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Qobustan RPŞ-yə gəlib İstintaq Qrupunun müstəntiqi Mirxalid Kazımovun xidməti otağına daxil olmuşdur. Ondan başqa bir nəfər şəxs də hal şahidi kimi dəvət edilmiş, həmçinin vəkil də orada olmuşdur. Axtarış aparılan şəxsin nisbətən ucaboy, qaraşın, əynində qara rəngli gödəkçəsi və cins şalvarı olan və Ağsu rayonu Bico kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhərində yaşayan Təqsirləndirilən şəxs olmasını orada bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol cibindən “Rothmans” markalı siqaret 1 qutusu aşkar edilmiş, həmin siqaret qutusu açıldıqda içərisində 03 ədəd kağız bükülü olduğunu görmüşdür, kağız bükülüləri də açılmış və bükülülərin birində kristal şəkilli, birində qəhvəyi rəngli və digərində isə spesifik iyə malik olan qurudulmuş yaşıl rəngli narkotik vasitəyə oxşar maddələr aşkar edilmişdir. Həmçinin siqaret qutusunda 09 ədəd siqaret dənələri olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş maddələr kağız bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və kristal şəkilli maddənin kağızla birlikdə 1,5 qram, qəhvəyi rəngli maddənin kağız bükülü ilə birlikdə 1 qram, spesifik iyə malik olan qurudulmuş yaşıl rəngli maddənin isə kağız bükülü ilə birlikdə 0.35 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş və Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa cibindən 20 manat, əynindəki gödəkçəsinin sağ yan cibindən 10 manat 70 qəpik pul və 01 ədəd alışqan aşkar edilmiş və həmin pullar və alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmış, narkotik vasitəyə oxşar maddələr olan 03 ədəd bükülülər 01 ədəd zərfdə, 9 ədəd siqaret dənələri də 01 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, doğru yazıldığı üçün bütün iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri konkret olaraq haradan və kimdən əldə etdiyini və nə səbəbdən saxlamasını dəqiq bilməmiş, onun bu barədə məlumatı olmamışdır. Lakin axtarış zamanı Təqsirləndirilən şəxs özü, həmin narkotik vasitələri Sumqayıt şəhərindən tapması və özü istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxx 2020-ci il tarixli 6/198 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,475 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,942 qram açıq-qəhvəyi rəngli dənəvari hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxx 2020-ci il tarixli 7/66 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 06 ədəd siqaret dənələri” yazılar və imza olan 1 №-li zərfdə üzərlərində eyni adlı “Rothmans” yazıları olan 9 (doqquz) ədəd siqaretlərin tərkiblərində narkotikvasitə hissəçikləri yoxdur, onların tərkibləri yalnız tütündən ibarətdir. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində aktar olunaraq götürülmüş 03 ədəd büküm” yazıları və imza olan 2 №-li zərfdə 2 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0, 296 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannibis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,942 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1,475 qram psixotrop maddə olan metamfetamin, həmçinin 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,296 qram narkotik vasitə qurudulmuş marixuana sübuti əhəmiyyət kəsb etdiyinə görə iş üzrə xx.xx.2020-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanması üçün Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 göstərilir ki, rayon Polis Şöbəsinə daxil olmuş xx xxxx 2020-ci il tarixli 145-2656-1120 saylı tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli 834 №-li nömrəli ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş, Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Ağsu rayonu Bico kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs ailəsi Bakı şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(026)-98/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası XM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməli onun özünün və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə görə cinayətin residivi cəzanı ağırlaşdıran hallardan biri kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10:20-də şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş materiallarına əlavə edilmiş Qobustan rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(026)-3/2020 saylı təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsinə dair qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə onun haqqında axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 145-8404-1220 saylı məktubda barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinə gələrək könüllü təslim olduğu bildirilmişdir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətinkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 1 ədəd bükümdə çəkisi 0,862 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə çəkisi 1,475 qram psixotrop maddə-metamfetamin və 1 ədəd bükümdə çəkisi 0,276 qram olan narkotik vasitəqurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 148,28 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 1 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesab edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 1 ədəd bükümdə çəkisi 0,862 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə çəkisi 1,475 qram psixotrop maddə-metamfetamin və 1 ədəd bükümdə çəkisi 0,276 qram olan narkotik vasitəqurudulmuş marixuana məhv edilsin. İş üzrə 148,28 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-3/2020
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-3/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver