Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-3/2024 29.03.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun vəkili Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxx 1994-cü il tarixdə Şamaxı rayonu Çöl Bağırlı kəndində anadan olmuş, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, tam orta təhsilli, əvvəllər məhkum olunmuş, Şamaxı rayonu Çöl Bağırlı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 1995-ci il tarixdə Ağsu rayonu Qaraqaşlı kəndində anadan olmuş, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, məhkumluğu olmayan, Ağsu rayonu Qaraqaşlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə , 27 avqust 1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 20 mart 2023-cü il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin mühafizəsindən ötrü həmin hissənin kənarına çəkilmiş çəpəri təşkil edən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə məxsus 24 ədəd hər birinin ölçüləri 4x6x200 santimetr olan hər biri 2,40 manat dəyərində olan profilşəkilli metal dirəyi, 1 ədəd ölçüləri 4x6x320 santimetr olan 38,4 manat dəyərində olan profilşəkilli metal dirəyi, 10 ədəd hər birinin ölçüləri 4x6x340 santimetr olan hər biri 40,80 manat dəyərində olan profilşəkilli metal dirəyi, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2384 santimetr, eni 202 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 19,28 manat dəyərində metal toru, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2030 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 16,48 manat dəyərində metal toru və 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 1720 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 13,96 manat dəyərində metal toru zərərçəkmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə ümumilikdə 553,72 (beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğində ziyan vurmaqla qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 20 mart 2023-cü il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin mühafizəsindən ötrü həmin hissənin kənarına çəkilmiş çəpəri təşkil edən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə məxsus 24 ədəd hər birinin ölçüləri 4x6x200 santimetr olan hər biri 2,40 manat dəyərində olan profilşəkilli metal dirəyi, 1 ədəd ölçüləri 4x6x320 santimetr olan 38,4 manat dəyərində olan profilşəkilli metal dirəyi, 10 ədəd hər birinin ölçüləri 4x6x340 santimetr olan hər biri 40,80 manat dəyərində olan profilşəkilli metal dirəyi, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2384 santimetr, eni 202 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 19,28 manat dəyərində metal toru, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2030 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 16,48 manat dəyərində metal toru və 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 1720 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 13,96 manat dəyərində metal toru zərərçəkmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə ümumilikdə 553,72 (beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğində ziyan vurmaqla qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 20 mart 2023-cü il tarixdə saat 07:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qəsdən, tamah niyyəti ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin mühafizəsindən ötrü həmin hissənin kənarına çəkilmiş çəpəri təşkil edən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə məxsus 24 ədəd hər birinin ölçüləri 4x6x200 santimetr olan hər biri 2,40 manat dəyərində olan profilşəkilli metal dirəyi, 1 ədəd ölçüləri 4x6x320 santimetr olan 38,4 manat dəyərində olan profilşəkilli metal dirəyi, 10 ədəd hər birinin ölçüləri 4x6x340 santimetr olan hər biri 40,80 manat dəyərində olan profilşəkilli metal dirəyi, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2384 santimetr, eni 202 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 19,28 manat dəyərində metal toru, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2030 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 16,48 manat dəyərində metal toru və 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 1720 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 13,96 manat dəyərində metal toru zərərçəkmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə ümumilikdə 553,72 (beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğində ziyan vurmaqla qəsdən oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, fəhləliklə məşğul olur və bu yolla əldə etdiyi gəlirlə dolanır. O, 2020-ci ildə fəhləliklə məşğul olaraq qazanc əldə etmək üçün Abşeron rayonuna getmiş və həmin dövrdə Abşeron rayonu Müşfiqabad qəsəbəsində Kərpiczavod yolundakı şirniyyat sexinin yanı deyilən yerdəki küçədə yaşadığı zaman onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmışdır. 19 mart 2023-cü il tarixdə axşam saatlarında yaşadığı küçədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə söhbət edən zaman o, həmin şəxslərə Şamaxı rayonu Çöl Bağırlı kəndində olan atası X1 məxsus evi təmir etmək istədiyini və bu işdə köməyə ehtiyyacı olduğunu dedikdə, Elçin və İsmayıl bu işdə ona kömək edə biləcəklərini bildirmişlər və onlar səhəri gün, yəni, 20 mart 2023-cü il tarixdə Şamaxı rayonu Çöl Bağırlı kəndinə getmək qərarına gəlmişlər. 20 mart 2023-cü il tarixdə saat 07 radələrində o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Şamaxı rayonu Çöl Bağırlı kəndində yerləşən atasına məxsus evi təmir etmək məqsədi ilə etibarnamə əsasında idarə etdiyi, atasına məxsus VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu Müşfiqabad qəsəbəsindən Şamaxı rayonu Çöl Bağırlı kəndinə yola düşmüşlər. Onlar onun idarə etdiyi avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindəki Ceyrankeçməz çayının üzərindəki körpüyə yaxınlaşarkən o və dostları ayaqyoluna getmək qərarına gəlmişlər və bu məqsədlə o, Ceyrankeçməz çayının üzərindəki körpüyə çatıb, yolun kənarında avtomobili saxlamışdır. Bundan sonra o, Elçin və İsmayılla birlikdə avtomobildən enib ayaqyolu ehtiyacını ödəmək üçün körpünün sağ tərəfindəki çökəyə (enişə) getmiş, həmin vaxt o, Ceyrankeçməz çayının üzərində qurulmuş körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin kənarında olan metal dirəkləri və metal torları (setka) görmüşdür. Sonra o, Elçin və İsmayılı çağırıb həmin metal dirəkləri və metal toru göstərib, onları atasına məxsus evin həyətini əhatə edən məftillərdən ibarət çəpərə əlavə etmək məqsədi ilə götürüb özü ilə aparmaq istədiyini bildirib, bu işdə ona kömək edə bilib-bilməyəcəklərini soruşduqda, Elçin və İsmayıl ona həmin metal dirəkləri və metal torları aparmaqda kömək edə biləcəklərini bildirmişlər. Bundan sonra o, Elçin və İsmayıl birlikdə Ceyrankeçməz çayının üzərində qurulmuş körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin kənarında olan müxtəlif ölçülü 3 ədəd metal toru və müxtəlif ölçülü 35 ədəd metal dirəkləri yerlərindən götürüb, idarə etdiyi VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilə yükləmişlər. Həmin vaxt 3 ədəd metal toru avtomobilin damına, 35 ədəd metal dirəyi isə avtomobilin yük yerinə və salonuna yerləşdirmiş, sonra onlar onun idarə etdiyi VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə Şamaxı rayonu istqamətində yola davam etmişlər. Qobustan şəhəri ərazisinə daxil olduqdan sonra isə polis əməkdaşları onları saxlayaraq, özlərini təqdim edib, onları polis şöbəsinə dəvət etmişlər. Onlar da öz razılıqları ilə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin kənarında olan müxtəlif ölçülü 3 ədəd metal toru və müxtəlif ölçülü 35 ədəd metal dirəyi götürmüşdür. Onun həmin metal dirəkləri və metal torları aparmaqda məqsədi onları Şamaxı rayonu Çöl Bağırlı kəndinəki evlərinin ətrafını əhatə edən çəpərə əlavə edərək evlərinin ətrafını çəpərləmək idi. Hadisə zamanı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün alt hissəsinin sağ tərəfinə çəkilmiş çəpərin, yəni oğurladığı metal dirəklərin və metal torların ətrafında onun mühafizəsi üçün çəpər və ya başqa mərz olmamışdır. Əməlindən peşmandır. Dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, fəhləliklə məşğul olur və bu yolla əldə etdiyi gəlirlə dolanır. O, 2020-ci ildə fəhləliklə məşğul olaraq qazanc əldə etmək üçün Abşeron rayonuna getmişdi və həmin dövrdə Abşeron rayonu Müşfiqabad qəsəbəsində Kərpiczavod yolundakı şirniyyat sexinin yanı deyilən yerdəki küçədə yaşadığı zaman onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmışdır. 19 mart 2023-cü il tarixdə axşam saatlarında yaşadığı küçədə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə söhbət edən zaman Təqsirləndirilən şəxs1 onlara Şamaxı rayonu Çöl Bağırlı kəndində olan atası X1 məxsus evi təmir etmək istədiyini və bu işdə köməyə ehtiyyacı olduğunu dedikdə, Elçin və o, bu işdə ona kömək edə biləcəklərini bildirmişlər və onlar səhəri gün, yəni, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Çöl Bağırlı kəndinə getmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Baloğlangilin Şamaxı rayonu Çöl Bağırlı kəndində yerləşən evini təmir etmək məqsədi ilə Baloğlanın idarə etdiyi VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu Müşfiqabad qəsəbəsindən Şamaxı rayonu Çöl Bağırlı kəndinə yola düşmüşlər. Onlar avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindəki Ceyrankeçməz çayının üzərindəki körpüyə yaxınlaşarkən o və dostları ayaqyoluna getmək qərarına gəlmiş və bu məqsədlə Baloğlan Ceyrankeçməz çayının üzərindəki körpüyə çatıb, yolun kənarında avtomobili saxlamışdır. Bundan sonra o, Elçin və Baloğlan ilə birlikdə avtomobildən enib ayaqyolu ehtiyacını ödəmək üçün körpünün yanındakı çökəyə (enişə) getmiş, həmin vaxt Baloğlan onu və Elçini yanına çağırıb, Ceyrankeçməz çayının üzərində qurulmuş körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin kənarında olan metal dirəkləri və metal torları (setka) göstərib, onları atasına məxsus evin həyətini əhatə edən məftillərdən ibarət çəpərə əlavə etmək məqsədi ilə götürüb özü ilə aparmaq istədiyini bildirib, bu işdə ona kömək edə bilib-bilməyəcəklərini soruşduqda, Elçin və o Baloğlana həmin metal dirəkləri və metal torları aparmaqda kömək edə biləcəklərini bildirmişlər. Bundan sonra o, Elçin və Baloğlan birlikdə Ceyrankeçməz çayının üzərində qurulmuş körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin kənarında olan müxtəlif ölçülü 3 ədəd metal toru və müxtəlif ölçülü 35 ədəd metal dirəkləri yerlərindən götürüb, Baloğlanın idarə etdiyi VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilə yükləmişlər. Həmin vaxt 3 ədəd metal toru avtomobilin damına, 35 ədəd metal dirəyi isə avtomobilin yük yerinə və salonuna yerləşdirmişdirlər. Bundan sonra onlar Baloğlanın idarə etdiyi VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobil ilə Şamaxı rayonu istqamətində yola davam etmişlər. Qobustan şəhəri ərazisinə daxil olduqdan sonra isə polis əməkdaşları onları saxlayaraq, özlərini təqdim edib, polis şöbəsinə dəvət etmişlər. Onlar da öz razılıqları ilə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdirlər. O, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 20 mart 2023-cü il tarixdə saat 07:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin kənarında olan müxtəlif ölçülü 3 ədəd metal toru və müxtəlif ölçülü 35 ədəd metal dirəyi götürmüşdür. Onun həmin metal dirəkləri və metal torları aparmaqda məqsədi onları dostu Baloğlangilin Şamaxı rayonu Çöl Bağırlı kəndindəki evlərinin ətrafını əhatə edən çəpərə əlavə edərək evin ətrafını çəpərləmək idi. Hadisə zamanı Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün alt hissəsinin sağ tərəfinə çəkilmiş çəpərin, yəni oğurladığı metal dirəklərin və metal torların ətrafında onun mühafizəsi üçün çəpər və ya başqa mərz olmamışdır. O, Elçin və Baloğlan ilə birlikdə həmin metal dirəkləri və metal torları götürüb aparan zaman ətrafda heç kim olmamışdır. Əməlindən peşmandır. Dəymiş ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, fəhləliklə məşğul olur. O, 2020-ci ildə fəhləliklə məşğul olaraq qazanc əldə etmək üçün Abşeron rayonuna getmiş və həmin dövrdə Abşeron rayonu Müşfiqabad qəsəbəsində Kərpiczavod yolundakı şirniyyat sexinin yanı deyilən yerdəki küçədə yaşadığı zaman onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə tanış olmuş və həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı küçədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə söhbət edən zaman Təqsirləndirilən şəxs1 onlara Şamaxı rayonu Çöl Bağırlı kəndində olan atası X1 məxsus evi təmir etmək istədiyini və bu işdə köməyə ehtiyacı olduğunu dedikdə, İsmayıl və o bu işdə Nərmayıla kömək edə biləcəklərini bildirmişlər və onlar səhəri gün, yəni, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Çöl Bağırlı kəndinə getmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Baloğlangilin Şamaxı rayonu Çöl Bağırlı kəndində yerləşən evini təmir etmək məqsədi ilə Baloğlanın idarə etdiyi VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu Müşfiqabad qəsəbəsindən Şamaxı rayonu Çöl Bağırlı kəndinə yola düşmüşlər. Onlar avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindəki Ceyrankeçməz çayının üzərindəki körpüyə yaxınlaşarkən o və dostları ayaqyoluna getmək qərarına gəlmiş və bu məqsədlə Baloğlan Ceyrankeçməz çayının üzərindəki körpüyə çatıb, yolun kənarında avtomobili saxlamışdır. Bundan sonra o, İsmayıl və Baloğlan ilə birlikdə avtomobildən enib ayaqyolu ehtiyacını ödəmək üçün körpünün yanındakı çökəyə (enişə) getmiş, həmin vaxt Baloğlan onu və İsmayılı yanına çağırıb, Ceyrankeçməz çayının üzərində qurulmuş körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin kənarında olan metal dirəkləri və metal torları (setka) göstərib, onları atasına məxsus evin həyətini əhatə edən məftillərdən ibarət çəpərə əlavə etmək məqsədi ilə götürüb özü ilə aparmaq istədiyini bildirib, bu işdə ona kömək edə bilibbilməyəcəklərini soruşduqda, İsmayıl və o Baloğlana həmin metal dirəkləri və metal torları aparmaqda kömək edə biləcəklərini bildirmişlər. Bundan sonra o, İsmayıl və Baloğlan birlikdə Ceyrankeçməz çayının üzərində qurulmuş körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin kənarında olan müxtəlif ölçülü 3 ədəd metal toru və müxtəlif ölçülü 35 ədəd metal dirəkləri yerlərindən götürüb, Baloğlanın idarə etdiyi VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilə yükləmişlər. Həmin vaxt 3 ədəd metal toru avtomobilin damına, 35 ədəd metal dirəyi isə avtomobilin yük yerinə və salonuna yerləşdirmiş, sonra onlar Baloğlanın idarə etdiyi VAZ 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobil ilə Şamaxı rayonu istqamətində yola davam etmişlər. Qobustan şəhəri ərazisinə daxil olduqdan sonra isə polis əməkdaşları onları saxlayaraq, özlərini təqdim edib, polis şöbəsinə dəvət etmişlər. Onlar da öz razılıqları ilə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin kənarında olan müxtəlif ölçülü 3 ədəd metal toru və müxtəlif ölçülü 35 ədəd metal dirəyi götürmüşdür. Onun həmin metal dirəkləri və metal torları aparmaqda məqsədi onları dostu Baloğlangilin Şamaxı rayonu Çöl Bağırlı kəndindəki evlərinin ətrafını əhatə edən çəpərə əlavə edərək evin ətrafını çəpərləmək idi. Hadisə zamanı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün alt hissəsinin sağ tərəfinə çəkilmiş çəpərin, yəni oğurladığım metal dirəklərin və metal torların ətrafında onun mühafizəsi üçün çəpər və ya başqa mərz olmamışdır. O, Elçin və Baloğlan ilə birlikdə həmin metal dirəkləri və metal torları götürüb aparan zaman ətrafda heç kim olmamışdır. Əməlindən peşmandır. Dəymiş ziyanı ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-də iqtisadçı vəzifəsində işləyir. Baş vermiş cinayət hadisəsi üzrə “4 nömrəli X3” MMC-yə 553,72 (beş yüz əlli üç manat yetmiş iki qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə zamanı oğurlanmış müxtəlif ölçülü 35 ədəd metal dirək və 3 ədəd müxtəlif ölçülü metal tor Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə məxsusdur. Təqsirləndirilən şəxslər tərəfindən AAYDA-nin “4 nömrəli X3” MMC-yə dəymiş zərər tam ödənilmişdir. Onlardan heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Qobustan RPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsində xidmət edir. 19 mart 2023-cü il tarixdə saat 21:00-dan 20 mart 2023-cü il tarixdə saat 09:00-a qədər olan müddətdə xidmət yoldaşı Şahid2 ilə birlikdə Qobustan şəhəri ərazisində avtopatrulla marşrut üzrə xidmətdə olmuşdur. 20 mart 2023-cü il tarixdə təxminən saat 07:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin mühafizəsindən ötrü həmin hissənin kənarına çəkilmiş çəpəri təşkil edən konstruksiyaların, yəni metal tor və metal dirəklərin oğurlanması barədə məlumat almışlar. Həmin gün saat 08:35 radələrində küçədə xidmət apardıqları zaman VAZ 2106 markalı, **- BA-*** dövlət nömrə nişanlı avtomobili damına metal torlar, yük yeri və salonuna metal dirəklər yüklənmiş vəziyyətdə Qobustan şəhəri ərazisində hərəkətdə olduğunu görüb, sürücüsünə avtomobili dayandırmasını işarə etmişlər. Həmin avtomobilin sürücüsü avtomobili dayandırdıqda o, Şahid2 ilə birlikdə həmin avtomobilə yaxınlaşıb sürücüsünə və 2 nəfər sərnişininə özünü təqdim etmişdir. Onlar həmin şəxslərdən avtomobilə yüklənmiş metal tor və metal dirəkləri haradan əldə etdiklərini soruşduqda, həmin şəxslərin özlərini itirərək həyəcanlandıqlarını və özlərini şübhəli apardıqlarını görmüş, buna görə də həmin şəxslərin sözügedən metal tor və dirəkləri oğurlamalarını düşünüb hər üç şəxsi Qobustan RPŞ-yə dəvət etmişlər. Bu zaman həmin şəxslər razılıqlarını bildirib, onlarla birlikdə Qobustan RPŞ-yə gəlmişlər. Polis şöbəsində həmin şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olmaları, hərəkət etdikləri Vaz-2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobilə yüklədikləri metal torların və metal dirəklərin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin mühafizəsindən ötrü həmin hissənin kənarına çəkilmiş çəpəri təşkil edən konstruksiyalar olmaları və onları oğurlamaları müəyyən edilmişdir. Vaz 2106 markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə 20 mart 2023-cü il tarixdə saat 08:35 radələrində Qobustan şəhərində Nərimankənd deyilən ərazidə saxlamışlar. Cinayət içi üzrə şahid Qobustan RPŞ-nin PPXT-nin polis nəfəri Şahid2 оğlu məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid3 Süleyman oğlu ifadəsində göstərdi ki, 05 yanvar 2023-cü il tarixdən AAYDA-nın “4 nömrəli X3” MMC-də sahə rəisi vəzifəsində işləyir və həmin tarixdən də M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 76-105-ci kilometrliyinə və Şamaxı rayonu ərazisindən keçən 105-143-cü kilometrliyinə xidmət göstərmək üçün məsul şəxs təyin olunmuşdur. O, yolun Qobustan rayonu ərazisindən keçən hissəsində tabeçiliyində olan 5 nəfər fəhlə, Şamaxı rayonu ərazisindən keçən hissəsində isə tabeçiliyində olan 12 nəfər fəhlə ilə xidmət aparır. 20 mart 2023-cü il tarixdə ona zəng edib özünü Qobustan RPŞ-nin əməkdaşı kimi təqdim edən şəxs ona Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 80-ci kilometrliyində yerləşən suötürücü körpünün alt hissəsinin çəpəri, yəni həmin hissəsinin çəpərlənməsində istifadə olunmuş metal dirəklər və metal tor (setka) oğurlandığını bildirmişdir. Bundan sonra o, xidməti ərazisinə daxil olan, Bakı-Şamaxı- Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün ətrafına baxış keçirmiş və həmin körpünün Şamaxı rayonu istiqamətində olmaqla sağ tərəfində həmin suötürücü körpünün alt hissəsinin mühafizəsindən ötrü alt hissənin kənarına çəkilmiş çəpərin, yəni çəpəri təşkil edən metal dirəklərin və metal torun yerində olmamasını aşkar etmiş və həqiqətən də onların oğurlanmalarını anlamışdır. Daha sonra o, bu haqda işlədiyi idarənin rəhbərliyinə məlumat vermişdir. O, hadisə zamanı oğurlanmış konstruksiyalar körpünün alt hissəsinin kənarına quraşdırılan zaman aparılmış qeydlərə baxdıqda, hadisə zamanı 01 ədəd uzunluğu 2384 santimetr, eni 202 santimetr olan metal tor, 01 ədəd uzunluğu 2030 santimetr, eni 203 santimetr olan metal tor, 01 ədəd uzunluğu 1720 santimetr, eni 203 santimetr olan metal tor, 24 ədəd 200 santimetr uzunluğunda profilşəkilli metal dirək, 1 ədəd 320 santimetr uzunluğunda profilşəkilli metal dirək, 10 ədəd 340 santimetr uzunluğunda profilşəkilli metal dirək oğurlanmasını müəyyən etmişdir. Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün alt hissəsinin sağ tərəfinə çəkilmiş çəpərin funksiyası həmin körpünün alt hissəsində olan, su axması üçün nəzərdə tutulmuş dərin xəndəyə heyvanların düşməməsi üçün həmin yerin mühafizəsi idi və həmin çəpər 2015-ci ildə çəkilmişdi. Hadisə zamanı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 80-ci kilometrliyində yerləşən Ceyrankeçməz çayının üzərində qurulmuş suötürücü körpünün alt hissəsinin sağ tərəfinə çəkilmiş çəpərin ətrafında onun mühafizəsi üçün çəpər və ya başqa mərz olmayıb. Oğurlanmış dirəklər tünd rəngli olmaqla metaldan hazırlanmışlar, tor isə metaldan hazırlanmaqla üzərinə yaşıl rəngli qoruyucu örtük çəkilmişdir. Hadisə zamanı oğurlanmış metal dirəklər və metal tor “4 nömrəli X3” MMC-yə məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyun 2023-ci il tarixli, 9/4170 nömrəli rəyində qeyd edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələrə əsasən qərarda qeyd edilən 6 adda malların, yəni 24 ədəd hər birinin ölçüsü 4x6x200 sm olan profilşəkilli metal dirək (1 əd x 1,200 sm2 x 2 man=2,40 man) – 57,60, 1 ədəd hər birinin ölçüsü 4x6x320 sm olan profilşəkilli metal dirək (1 əd x 19,2 sm2 x 2 man=38,4 man) – 38,4, 10 ədəd hər birinin ölçüsü 4x6x340 sm olan profilşəkilli metal dirək (10 əd x 20,4 sm2 x 2 man=40,8 man) – 40,8, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2384 sm, eni 202 sm, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 mm olan metal tor (1 əd x 4,82 sm2 x 4 man=19,28 man) – 19,28, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2030 sm, eni 203 sm, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 mm olan metal tor (1 əd x 4,12 sm2 x 4 man=16,48 man) – 16,48, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 1720 sm, eni 203 sm, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 mm olan metal tor (1 əd x 3,49 sm2 x 4 man=13,96 man) – 13,96 manat olmaqla, 553,72 manat təşkil edir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 01 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən Şamaxı rayon Məhkəməsinin hökmü ilə 02 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(105)-216/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri qəti olaraq təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1 -ci maddəsinə əsasən 1 (bir) il, 1 (bir) ay azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən Zaqatala Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il, 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı qərarla Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və Şamaxı Rayon Məhkəməsinin 1(074)- 7/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilən 1 (bir) ay, 15 (on beş) günü CM-nin 68.1.1 -1 -ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər olmaq hesabı ilə 23 (iyirmi üç) gün azadlıqdan məhrumetmə cəzası və Zaqatala Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilib qurtarmış 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası (Salyan Rayon Məhkəməsinin “məhkum barəsində amnistiyanın tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin olunmuş cəzanın 06 ay azaldılmış müddəti, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-213/2022 saylı, xx.xx.2022-ci il tarxli qərarı ilə çəkilməmiş qalan 05 ay 10 gün azadlıqdan məhrumemtə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə nəzərə alınmaqla) çıxılmiş və üzərində qəti olaraq 5 (beş) ay, 5 (beş) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Şamaxı rayon İHB-nin Çöl Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı rayonu Çöl Bağırlı kəndində qeydiyyatda olmaqla yaşayır. Şamaxı rayon İHB-nın Çöl Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Azərbaycn Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur. Abşeron rayon İHB-nın Aşağı Güzdək qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Ağsu rayonu Qaraqaşlı yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayır. Abşeron rayon İHB-nın Aşağı Güzdək qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Abşeron rayon İHB-nın Aşağı Güzdək qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayır. Abşeron rayon İHB-nın Aşağı Güzdək qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən pesman olmasını, yaşadığı yerdən müsbət xasiyyətləndirilməsini və dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməsini nəzərə alaraq Təqsirləndirilən şəxs1nа təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(105)-216/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş hazırkı hökmlə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs1 22 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixinə şübhəli şəxs qismində saxlanıldığı iki gün və Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(105)-216/2023 saylı qərarı ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlindən pesman olmasını, yaşadığı yerdən müsbət xasiyyətləndirilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etməsini və dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən pesman olmasını, yaşadığı yerdən müsbət xasiyyətləndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını və dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməsini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2nа təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin еdilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 24 ədəd hər birinin ölçüləri 4x6x200 santimetr olan hər biri 2,40 manat dəyərində olan profilşəkilli metal dirəyi, 1 ədəd ölçüləri 4x6x320 santimetr olan 38,4 manat dəyərində olan profilşəkilli metal dirəyi, 10 ədəd hər birinin ölçüləri 4x6x340 santimetr olan hər biri 40,80 manat dəyərində olan profilşəkilli metal dirək, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2384 santimetr, eni 202 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 19,28 manat dəyərində metal tor, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2030 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 16,48 manat dəyərində metal tor və 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 1720 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 13,96 manat dəyərində metal tor - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(105)-216/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş hazırki hökmlə qismən birləşdirilməklə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 22 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixinə şübhəli şəxs qismində saxlanıldığı iki gün və Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 1(105)-216/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli 16 mart 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 22 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixinə şübhəli şəxs qismində saxlanıldığı iki gün və 14 dekabr 2023-cü il tarixdən 29 mart 2024-cü il tarixinədək həbsdə olduğu 3 ay 15 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 22 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixinə şübhəli şəxs qismində saxlanıldığı iki gün və 14 dekabr 2023-cü il tarixdən 29 mart 2024-cü il tarixinədək həbsdə olduğu 3 (üç) ay 15 (on beş) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan 24 ədəd hər birinin ölçüləri 4x6x200 santimetr olan hər biri 2,40 manat dəyərində olan profilşəkilli metal dirəyi, 1 ədəd ölçüləri 4x6x320 santimetr olan 38,4 manat dəyərində olan profilşəkilli metal dirəyi, 10 ədəd hər birinin ölçüləri 4x6x340 santimetr olan hər biri 40,80 manat dəyərində olan profilşəkilli metal dirək, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2384 santimetr, eni 202 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 19,28 manat dəyərində metal tor, 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 2030 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 16,48 manat dəyərində metal tor və 01 ədəd yaşıl rəngli izolyasiyalı, uzunluğu 1720 santimetr, eni 203 santimetr, hər bir gözünün (setkanın daxilindəki boşluqların) ölçüləri 65x65 millimetr olan 13,96 manat dəyərində metal tor - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “4 nömrəli X3” MMC-yə qaytarılsın. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-3/2024
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-3/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver