Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-3/2025 18.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, tam orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,767 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla Qobustan rayonuna daşımış, 11 aprel 2024-cü il tarixdə saat 12:30da Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Qobustan rayonu, Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayonu, Qobustan şəhəri, Heydər Əliyev prospekti 291 ünvanında yerləşən Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 13:53-dən 14:01-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ ön kiçik cibindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,767 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı 13 avqust 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir, psixotrop maddə və narkotik vasitə istifadə edir. Qeyd edilən müddət ərzində o, narkotik vasitənin qurudulmuş marixuana növündən, psixotrop maddənin metamfetamin növündən istifadə etmiş, həmin narkotik vasitələri və psixotrop maddələri yaşadığı Sulutəpə qəsəbəsi ərazisində yerdən tapmışdır. 09 aprel 2024-cü il tarixdə saat 18-19 radələrində yaşadığı Sulutəpə qəsəbəsinin ərazisindəki “Sulutəpə dairəsi” deyilən yerin yaxınlığında yerləşən “085” çay evinin qarşısındakı elektrik dirəyinin yanında dayanıb ətrafa baxıb siqaret çəkən zaman həmin elektrik dirəyinin yanında yerdə bir ədəd siqaret qutusu olduğunu görmüş və qutuya ayağı ilə toxunduqda qutunun səsindən içində nə isə olduğunu anlamış, həmin siqaret qutusunu götürüb içinə baxdıqda içindən bir ədəd kağız büküm aşkar etmiş və həmin bükümün içinə baxdıqda isə içində şüşə, yəni psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, içərisində metamfetamin olan həmin kağız bükümü daha sonra özü istifadə etmək üçün özü ilə götürmüşdür. Onda psixotrop maddə olmasından heç kimin xəbər tutmaması üçün içərisində metamfetamin olan həmin kağız bükümü gündəlik geyindiyi cins şalvarın cibində gizlədib saxlamışdır. 10 aprel 2024cü il tarixdə bayram münasibəti ilə qohumlarına baş çəkmək üçün Qobustan rayonu, Sündü kəndinə gəlmiş və gələrkən içərisində metamfetamin olan həmin kağız büküm də əynindəki şalvarın cibində olmuşdur. Həmin gün gecəni qohumunun evində keçirmişdir. Səhəri gün, yəni 11 aprel 2024-cü il tarixdə saat 12-13 radələrində yaşadığı Sulutəpə qəsəbəsinə geri qayıtmaq üçün Qobustan şəhərində “Nərimankənd dairəsi” deyilən yerdə taksi axtaran zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmiş və onun üzərində psixotrop maddə saxlamağı barədə məlumatlarının olmasını bildirib, buna görə polis şöbəsinə getməli olduğunu qeyd etmişdirlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra inzibati binanın girişində onun adını və soyadını qeydə almış, sonra isə onu təhqiqatçı Şükran Cavadzadənin xidməti iş otağına aparmışlar. Orada olduğu zaman təhqiqatçı Şükran Cavadzadə ona şübhəli şəxs qismində tutulacağını və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Bundan sonra təhqiqatçı ona Qobustan rayonu və ətraf rayonların ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, o da təqdim olunmuş siyahı ilə tanış olduqdan sonra hüquqlarının müdafiəsi üçün həmin siyahıda adları sadalanan şəxslərdən fərdi qaydada fəaliyyət göstərən vəkil Tofiq Seyidovu seçmiş, daha sonra təhqiqatçı zəng edərək vəkil Tofiq Seyidovu dəvət etmiş, müdafiəçi Tofiq Seyidov gəlib ona təqdim olunduqdan sonra təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra müdafiəçi Tofiq Seyidovun və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və təhqiqatçı tərəfindən ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu halda həmin əşyanı təqdim etməyi xahiş olunduqda, o, əvvəlcə əynindəki cins şalvarın sağ ön kiçik cibindən “Sulutəpə dairəsi” deyilən yerin yaxınlığındakı ərazidə olan “085” çay evinin qarşısındakı elektrik dirəyinin yanından tapdığı bir ədəd kağız bükümdə olan metamfetamini, sonra şalvarının sağ böyük cibindən özünə məxsus olan bir ədəd “POCO” markalı mobil telefonu, şalvarının sol ön cibindən isə bir ədəd alışqan və 01 ədəd on manatlıq, 02 ədəd bir manatlıq olmaqla, ümumilikdə 12 manat məbləğində olan kağız pul əskinaslarını çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Ondan həmin kağız bükümdəki kütlə haqqında soruşulduqda, o, həmin kütlənin “şüşə” deyilən maddə, yəni psixotrop maddə olan metamfetamin olduğunu, əvvəllər də istifadə etdiyini, həmin kütləni iki gün əvvəl Sulutəpə ərazisində dördyoldan tapdığını, tapan zaman yanında heç kim olmadığını bildirmişdir. Sonra həmin bükümün içərisinə baxıldıqda içərisindəki metamfetamin aşkar edilmişdir. Ondan həmin kütləni üzərində saxlamağının səbəbi soruşulduqda, o, həmin kütləni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İçərisində metamfetamin olan 01 ədəd kağız büküm tərəzidə çəkilmiş, sonra isə ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılacağı bildirilmiş, həmin 01 ədəd kağız büküm içərisindəki metamfetamin ilə birlikdə içərisi boş olan zərfə qoyulmuş, zərfin üzəri onun və digər iştirakçıların imzaları ilə imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, əynində olan geyimlərin üzəri, cibləri yoxlanılmış, lakin üzərindən heç bir şey aşkar edilməmişdir. Sonra üzərindən aşkar olunmuş 01 ədəd alışqan və 12 manat məbləğində nağd pul özünə qaytarılmış, ona məxsus 01 ədəd “POCO” markalı mobil telefon isə götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılmış və nümayiş etdirilmiş, o, həmin videoçəkilişə baxmış, heç bir vəsatəti və etirazının olmadığını bildirmiş, yekunda protokol tərtib edilərək ucadan oxunmuş, heç bir tələb, təklif, şikayət və ya qeyd daxil olmamış, o və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin, o, ifadəsində bildirmişdir ki, onun pixotrop maddə qəbul etməyindən, hadisə zamanı psixotrop maddəni üzərində saxlamağından heç kimin məlumatı olmamışdır. O, hazırda heç bir yerdə psixotrop maddə və ya narkotik vasitə saxlamır. O, psixotrop maddəni tapan zaman yanında və ya yaxınlığında heç kim olmamışdır. O, bir neçə ildir ki, psixotrop maddə və narkotik vasitə istifadəçisidir. Lakin o, bu müddət ərzində heç vaxt psixotrop maddə və ya narkotik vasitə satmamış, o cümlədən, kiməsə pay formasında və yaxud bəxşiş kimi verməmişdir. O, əvvəllər törətdiyi cinayət əməllərinə görə cəzasını çəkmiş, hal-hazırda törətdiyi cinayət əməlindən başqa heç bir cinayət əməli törətməmişdir. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və psixi dispanserdə qeydiyyatı yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqə, yaxud təsirə məruz qalmamışdır. O, hadisə zamanı ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Əməlindən peşman olduğunu bildirir və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. 27 avqust 2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, sadəcə narkotik vasitə istifadəsində özünü təqsirli hesab edir. O, tutulanda üzərində narkotik olmamışdır. Onu 09 aprel 2024-cü ildə Sulutəpə qəsəbəsində axşam saat 8-9 radələrində “Əkbər” marketin yanında tutmuşlar. Səhərdən axşama qədər polislər evin qapısının qarşısında olmuş, nə baş verdiyini soruşmaq üçün yanlarına gedəndə əməliyyatçılar onu tutub qara maşına mindirmişlər. Bu, marketin kameralarına düşmüşdür. Həmin vaxt üstündə telefon olsa da, maşına minən kimi telefonunu götürmüşlər. Üstündə olan mobil nömrə ***-***-**-** olmuşdur. Onu həmin gün şöbəyə gətirmişlər və o, təxminən gün yarım orada qalmışdır. Tutulduğu vaxtdan 2 saat sonra Samir adlı əməliyyatçı əmisi Salehə zəng edib tutulması barədə məlumat vermişlər. Ona demişdilər ki, “arxayın ol, çıxacaqsan”, ona görə də əvvəlcədən ifadəsində bu məlumatları qeyd etməmişdir. Ona təzyiq göstərmişlər, əl-qolu bağlı şəkildə 8 nəfər onu döymüşdür, lakin o, döyülməsi ilə bağlı şikayət etməmişdir. 22 oktyabr 2024-cü il tarixdə işə baxılması əvvəldən başlandıqdan sonra Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında verdiyi ifadəsində isə göstərmişdir ki, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmir. O, ittiham aktında qeyd olunduğu kimi 11 aprel 2024-cü il tarixdə Qobustan şəhəri ərazisində deyil, 10 aprel 2024-cü il tarixdə axşam saat 19:00-20:00 radələrində Bakı şəhəri, Sulutəpə qəsəbəsi ərazisində “Əkbər” marketin qarşısında Qobustan RPŞ-nin əməliyyat müvəkkilləri tərəfindən saxlanılmış və avtomobilə əyləşdirilərək Qobustan şəhəri ərazisinə gətirilmişdir. Həmin əməliyyatçılardan biri hazırkı iş üzrə şahid qismində dindirilmiş Samir adlı əməliyyatçı olmuşdur. Əməliyyatçılar iki avtomobillə - qara “Hyundai” markalı və rəngi ağ olan markasını xatırlamadığı avtomobillərlə Sulutəpə qəsəbəsinə gəlmişlər, ona əməliyyatçı Samir yaxınlaşaraq onu özünün də əyləşdiyi qara “Hyundai” markalı avtomobilə əyləşdirmişdir, həmin avtomobildə daha bir nəfər sürücü olmuşdur. Digər avtomobildə neçə nəfərin olduğunu dəqiq bilmir. 10 aprel 2024-cü il tarixdə Sulutəpə ərazisində “Əkbər” marketin qarşısında saxlanılmasına bir çox insan şahid olmuşdur, həmin şəxslərdən bir neçəsi ona tanışdır və məhkəmədə bunu təsdiq etməyə hazırdırlar. Qobustan RPŞ-yə gətirildikdən sonra onu 8 nəfər əməliyyatçı döymüş və ondan özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməsini tələb etmişlər. Əks təqdirdə, Qobustan rayonunun Nərimankənd ərazisində avtomobil təmiri ilə məşğul olan Zibeyir adlı şəxsin guya ondan narkotik vasitə alması ilə bağlı ifadə verəcəyi ilə hədələmişlər. Həmin Zibeyir adlı şəxsi o əvvəllər tanımamış və polis şöbəsində onlar arasında hər hansı üzləşmə olmamış, hətta ümumiyyətlə həmin şəxs cinayət işi üzrə heç bir ifadə verməmişdir. 10 aprel 2024-cü il tarixdə axşam vaxtı onun xahişi ilə əməliyyatçı Samir əmisi Saleh Nuriyevə zəng edərək onun Qobustan RPŞ-də olduğu barədə məlumat vermişdir. Səhəri gün atası və əmisi Qobustan RPŞ-yə gəlmiş, hətta Samir adlı əməliyyatçı onun məsuliyyətini yüngülləşdirəcəyi vədi ilə atasından 2000 manat pul da almışdır. Əks təqdirdə, onu 5 ildən 7 ilədək cəza gözləyəcəyi ilə atasını hədələmişdir. Polis şöbəsində döyülən zaman onun bədənində xəsarətlər olmuş, lakin müvəqqəti saxlama yerində hər hansı tibbi müayinədən keçirilməmişdir. 12 aprel 2024-cü il tarixdə X3 buraxılandan sonra da nə prokurorluğa, nə də hər hansı digər orqana döyülməsi ilə bağlı məlumat verməmiş və ya hər hansı tibb müəssisəsinə müayinədən keçmək üçün müraciət etməmişdir. Məhkəmənin 10 dekabr 2024-cü il tarixdə keçirilmiş iclasında Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Qobustan rayonu, Nərimankənd ərazisində avtomobil təmiri ilə məşğul olan Zibeyir adlı şəxsi tutulmamışdan daha əvvəldən tanımış, həmin şəxs dostu Babəkin tanışı olmaqla, Sulutəpə qəsəbəsində onların qonağı olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə verdiyi ifadəsində atası tərəfindən əməliyyatçı Samirə 2000 manat pul verildiyini bildirsə də, 10 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında atası tərəfindən həmin pulun əməliyyatçı Samirə deyil, sonuncunun tanışı Famil adlı şəxsə verildiyini qeyd etmiş və bu hadisənin şahidi kimi yenə də dostu Babək adlı şəxsi göstərmişdir. Qeyd edilənlərlə yanaşı, bildirmişdir ki, onun əməliyyatçılar tərəfindən “Əkbər” marketin qarşısında saxlanıldığını təsdiq etmək üçün Radim Həmidov, Bəhruz Səfərov və polislərin təsir edə bilməməsi üçün adını hal-hazırda çəkmək istəmədiyi daha 2 nəfər şəxs növbəti məhkəmə iclasında iştirak edəcəklər. Bu yerdə məhkəmə onu qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Sulutəpə qəsəbəsi ərazisində “Əkbər” marketin qarşısında saxlandığını təsdiq edə biləcək şahidlərin iştiraklarına imkan yaratmaq üçün təqsirləndirilən şəxsin və onun müdafiəçilərinin xahişi ilə məhkəmə baxış iclasları bir neçə dəfə təxirə salınmışdır. Həmin məhkəmə iclaslarında təqsirləndirilən şəxs gah şahidlərinin həmin gün gələ bilmədiyini bildirmiş, bir neçəsinə isə üzrsüz səbəbdən ümumiyyətlə özü gəlməmişdir. Nəticədə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həbs edildikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilməsi, qərar icra edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmış, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bundan sonra məhkəmənin 05 fevral 2025-ci il tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. Sonuncu – 18 fevral 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs yenidən verdiyi ifadəni dəyişərək özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, törətdiyi cinayət əməlindən peşman olduğunu göstərmişdir. Bildirmişdir ki, həqiqətən də, 11 aprel 2024-cü il tarixdə saat 12-13 radələrində yaşadığı Qobustan şəhərində “Nərimankənd dairəsi” deyilən yerdə taksi axtaran zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmiş və onun üzərində psixotrop maddə saxlamağı barədə məlumatlarının olmasını bildirib, buna görə polis şöbəsinə getməli olduğunu qeyd etmişlər. O da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmiş, şöbədə onun üzərində şəxsi axtarış aparılarkən o, könüllü olaraq üzərində olan psixotrop maddəni təqdim etmişdir. Həmin psixotrop maddəni o, Bakı şəhərində tapmışdır. Əvvəllər ibtidai istintaqın gedişində və məhkəmədə öz təqsirini səmimi olaraq etiraf etsə də, sonradan əvvəllər də eyni maddə ilə məhkumluğu olduğuna görə azadlıqdan məhrum oluna biləcəyindən qorxmuş və bundan yayınmaq üçün həqiqətə uyğun olmayan ifadələr verməyə başlamışdır. 10 aprel 2024-cü il tarixdə o, narkotik vasitələrdən istifadə etdiyinə görə onların təsiri altında sərxoş vəziyyətdə olmuş, günün bir hissəsini yaşadığı evlərində olmuşdur. Günün müxtəlif vaxtlarında isə müxtəlif yerlərə getmişdir, lakin narkotik vasitələrin təsiri altında olduğuna görə heç özü də hara getdiyini dəqiq xatırlamır. Onun guya 10 aprel 2024-cü il tarixdə Sulutəpə qəsəbəsi ərazisində Qobustan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılması, məsuliyyətinin yüngülləşdirilməsi üçün atası tərəfindən 2000 manat pul verilməsi ilə bağlı bildirdikləri həqiqətə uyğun deyil. Məhkəmə gedişatında yalan ifadələrini təsdiq etmək üçün şahidlər gətirə bilmədiyinə görə tutulacağından qorxaraq məhkəmə iclaslarına gəlməmişdir. Hazırda etdiyi əməllərdən çox peşmandır, özü nişanlıdır, yaxın zamanlarda ailə qurmağı planlaşdırır, bunları nəzərə alaraq ona mümkün qədər yüngül cəza verilməsini, onun narkomaniyadan müalicəsi üçün tədbir görülməsini məhkəmədən xahiş etmişdir. 10 dekabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin rəisi Şahid1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədilə 11 aprel 2024-cü il tarixdə onun rəhbərliyi, Qobustan RPŞ-nin X2 əməliyyat müvəkkili Şahid2 və Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 11 aprel 2024-cü il tarixdə saat 12:30 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Qobustan şəhərində “Nərimankənd dairəsi” deyilən ərazidə Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və üstünə şəxsi axtarış keçirilərkən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin əməliyyatın keçirilməsində o şəxsən iştirak etməmişdir, lakin qrup rəhbəri kimi əməliyyatın keçirildiyindən və uğurla başa çatdığından məlumatlı olmuşdur. 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən o özü və Təqsirləndirilən şəxs saxlayan əməliyyatçılar Qobustan rayonu ərazisində xidmətdə olmuşlar. Həmçinin bildirdi ki, Qobustan rayonunda xidmət aparan polis əməkdaşlarının 70 faizinin, o cümlədən onun özünün daimi yaşayış yeri Bakı şəhəri olduğundan əvvəlki günlərdə xidmətdən azad vaxtlarında onların Bakı şəhərində olmaları mümkündür. Həmçinin, əməkdaşlar müxtəlif axtarış işləri üzrə hətta iş vaxtında belə Bakı və ya digər şəhərlərə ezam oluna bilərlər. Təqsirləndirilən şəxs isə guya 10 aprel 2024-cü il tarixdə Sulutəpə qəsəbəsində onlar tərəfindən saxlanılması ilə bağlı, guya Təqsirləndirilən şəxs atasından onun tərəfindən pul alınması ilə bağlı və digər özünümüdafiə xarakterli xüsusatlar üzrə bildirdikləri həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi Zibeyir adlı şəxsin özü də narkotik vasitə istifadəçisi olmaqla, bu əməllərinə görə əvvəllər onlar tərəfindən saxlanılmış və məsuliyyətə cəlb olunmuş bir adamdır. Təqsirləndirilən şəxs saxlanılan gün nə həmin adam polis şöbəsində olmamış, nə də onun adından istifadə edilərək təqsirləndirilən şəxsə hədə-qorxu gəlinməmişdir. 10 dekabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin X2 əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Qobustan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunub cinayət başında yaxalanması məqsədilə tərəfindən Qobustan RPŞ-nin rəhbərliyinə raportla müraciət olunaraq Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuş, şöbə rəisinin əmri ilə 11 aprel 2024-cü il tarixdə Qobustan RPŞ-nin CAB-nin rəisi Şahid1 rəhbərliyi, onun və Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 11 aprel 2024-cü il tarixdə saat 12:30 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Şahid3 ilə birlikdə Qobustan şəhərində “Nərimankənd dairəsi” deyilən ərazidə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitə əldə etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə razılığını bildirdiyindən onu polis şöbəsinə gətirmiş və üstünə şəxsi axtarış keçirilib tədbir görülməsi üçün raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Bundan sonra isə müdafiəçi Tofiq Seyidovun, onun, əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üstünə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya olduğu halda həmin əşyanı təqdim etməyi xahiş olunduqda, o, əvvəlcə əynindəki cins şalvarın sağ ön kiçik cibindən bir ədəd kağız bükümü, sonra şalvarının sağ böyük cibindən bir ədəd mobil telefonu, şalvarının sol ön cibindən isə bir ədəd alışqan və ümumilikdə 12 iki manat məbləğində olan kağız pul əskinaslarını çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kağız bükümdə nə olması haqqında soruşulduqda, o, həmin bükümdəki kütlənin “şüşə” deyilən maddə, yəni psixotrop maddə olan metamfetamin olduğunu, əvvəllər də istifadə etdiyini, həmin kütləni iki gün əvvəl Sulutəpə ərazisində dördyoldan tapdığını, tapan zaman yanında heç kim olmadığını bildirmişdir. Sonra həmin bükümün içərisinə baxıldıqda içərisindən psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni üzərində saxlamasının səbəbi soruşulduqda, o, həmin kütləni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra içərisində psixotrop maddəyə bənzər kütlə olan 01 ədəd kağız büküm tərəzidə çəkilmiş, sonra isə ona və digər iştirakçılara həmin kütlənin ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi özünümüdafiə xarakterli ifadələr həqiqətə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs saxlanılarkən o, nə kiminsə tərəfindən döyülməmiş, nə də hər hansı hədə-qorxu vasitəsilə ona təzyiq göstərilməmiş, əksinə, saxlanılan vaxtdan vəkillə təmin edilmiş, barəsində aparılan bütün prosessual tədbirlər vəkilin iştirakı ilə həyata keçirilmişdir. O, Qobustan RPŞ-də xidmət etsə də, özünün və ailəsinin daimi yaşayış yeri Bakı şəhərindədir. Ona görə də xidmətdən asudə bütün vaxtını yaxın ərazi olduğuna görə Bakı şəhərində keçirir. O cümlədən də 10 aprel 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhərində olması ehtimalı mövcuddur. Məhkəmənin 14 yanvar 2025-ci il tarixli iclasında şahid qismində dindirilən Qobustan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1982 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 142” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs ...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,767 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisinin 0,767 qram, tədqiqata sərf edilən ümumi miqdarının 0,050 qram, qalıq çəkisinin isə 0,717 qram olması qeyd edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 may 2024-cü il tarixli, 3370 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,767 qram, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,717 qram psixotrop maddə - metamfetamin maddi sübut əhəmiyyətinə malik olduğundan 20 aprel 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək Qobustan rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 29 aprel 2024-cü il tarixdə Qobustan RPŞ-yə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ilə 24 fevral 2022-ci il tarixli hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 16 iyun 2023-cü il tarixdə cəza müddəti başa çatdığından probasiya şöbəsində qeydiyyatdan çıxarılmışdır. İşdə surəti olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(001)-44/2022 nömrəli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ümumilikdə 5 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona təyin edilmiş cəzanın əvvəlinin 21 iyun 2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi qərara alınmışdır. İşdə surəti olan Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 7(057)- 166/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası 16 iyun 2023-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İşdəki Bakı şəhər Probasiya İdarəsinin 27 iyun 2024-cü il tarixli, 21-1/3-12764-2 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmünə əsasən 01 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(057)-166/2023 saylı, 04 may 2023-cü il tarixli qərarı ilə 01 ay 12 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilmiş məhkum xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində olan məhkəmə qərarı 12 may 2023-cü il tarixdə idarənin icraatına daxil olmuşdur. Cəzasının müddətinin əvvəli 04 may 2023-cü il, cəza müddətinin sonu 16 iyun 2023-cü il tarixinə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs cəzasını tam qaydada çəkib qurtardığı üçün 16 iyun 2023cü il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. İş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(001)-44/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 16 iyun 2023-cü ildə başa çatmış, lakin o, CM-in 83.3.3-cü maddəsinə uyğun olaraq cəzanı çəkib qurtardığı gündən iki il keçmədən hazırkı cinayət əməlini törətdiyinə görə onun məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşdəki 11 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq iştirakçıların yanında təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ ön cibindən 01 (bir) ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoyub iştirakçılara təqdim edərək, bükümün içərisində olan kütlənin “şüşə” deyilən maddə, yəni psixotrop maddə olan metamfetamin olduğunu, əvvəllər də istifadə etdiyini, həmin kütləni iki gün əvvəl Sulutəpə ərazisində dördyoldan tapdığını, həmin maddəni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək, zərfə qoyularaq möhürlənib götürülmüşdür. İşdəki Binəqədi RİHB-nin Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayır və müsbət xarakterizə olunur. İşdəki “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş 03 may 2024-cü il tarixli, xx/xx-5178 nömrəli məktubda göstərilmişdir ki, xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Respublika Narkoloji Mərkəzi” PHŞ-də 29 oktyabr 2019-22 noyabr 2019, 19 fevral 2021-25 fevral 2021-ci il tarixlərdə könüllü surətdə stasionar müalicədə olmuşdur. İşdəki “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş 03 may 2024-cü il tarixli, 5690 nömrəli məktubda göstərilmişdir ki, xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müalicədə olmamışdır. İş üzrə verilmiş əməliyyat tapşırığı əsasında Qobustan Rayon Polis X1 Qrupundan daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,767 qram miqdarında psixotrop maddə-metamfetamin onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs metamfetamin istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,767 qram metamfetamini satmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə metamfetamin satması müəyyən edilməmişdir. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,767 qram miqdarında psixotrop maddəmetamfetamini haradan əldə etdiyini, əldə edilməsində başqa şəxslərin iştirakını, həmçinin, Təqsirləndirilən şəxs başqa cinayətlərin törədilməsində iştirakını müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdə saat 13:10 radələrində şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2024-cü il tarixdə saat 19:30da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Qobustan RPŞ-nin X3 azad edilmişdir. Qobustan Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 1(026)-3/2025 saylı qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həbs edildikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilməsi qərara alınmışdır. Qobustan Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan Rayon Polis Şöbəsinin 03 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Qobustan Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 04 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Qobustan Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 1(026)-3/2025 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə Qobustan RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 03 fevral 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-in 144-146-cı maddələri). Bu yerdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə araşdırması zamanı bir neçə dəfə verdiyi ifadələri dəyişmiş, məhkəmənin ilk iclaslarında və sonuncu iclasında özünü təqsirli bilərək törətdiyi cinayət əməlini səmimi etiraf etsə də, bir neçə iclas ərzində verdiyi ifadələri ilə özünü təqsirli bilməmişdir. Lakin özünün təqsirsizliyini iddia etdiyi həmin ifadələrdə müxtəlif iclaslarda ayrı-ayrı məsələlərə dair müxtəlif məlumatlar vermişdir. Məsələn, əhəmiyyətli məqam kimi məhkəmə onu vurğulayır ki, Qobustan şəhərində deyil, Bakı şəhəri, Sulutəpə qəsəbəsi ərazisində saxlanıldığını iddia edərkən Təqsirləndirilən şəxs məhkəmənin 27 avqust 2024-cü il tarixli iclasında 09 aprel 2024-cü il tarixdə, 22 oktyabr 2024-cü il və 10 dekabr 2024-cü il tarixli iclaslarında isə 10 aprel 2024cü il tarixdə saxlanıldığını bildirmişdir. Bundan başqa, o, bir neçə məhkəmə iclası ərzində özünün Sulutəpə qəsəbəsi ərazisində “Əkbər” marketin qarşısında saxlanıldığını təsdiq edəcək şahidlərinin olduğunu bildirməklə, həmin şahidlərin məhkəmə iclasına dəvət edilməsi üçün ona imkan yaradılmasını xahiş etmiş, həmin imkan yaradılsa da, bildirdiklərinin əksinə olaraq, özü də həmin məhkəmə iclaslarında iştirak etməmişdir. Onun verdiyi ifadələrin həqiqiliyini yoxlamaq üçün həm özünün, həm də əməliyyatçıların müxtəlif mobil telefonlarının fəaliyyət dairəsini müəyyən etmək üçün sorğular edilməklə, anten məlumatları əldə edilmiş və araşdırılmışdır. Həmin məlumatlarla müəyyən edilmişdir ki, ittiham aktında qeyd olunan 11 aprel 2024-cü il tarixdə ittiham aktında qeyd olunan saatlarda həm təqsirləndirilən şəxsin, həm də onu saxlamış əməliyyatçıların mobil telefonları Qobustan rayonu ərazisində istifadə edilmişdir. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, 09-10 aprel 2024-cü il tarixlərində, o cümlədən xidmətdən asudə vaxtlarında digər tarixlərdə Təqsirləndirilən şəxs saxlamış əməliyyat müvəkkillərinin Bakı şəhərində olmaları istisna olunmur. Belə ki, həmin əməkdaşların və ailə üzvlərinin daimi yaşayış yerləri Qobustan rayonuna yaxın ərazidə yerləşən Bakı şəhərindədir. Həmçinin, sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs özü də törətdiyi cinayət əməlinə dair etirafedici ifadələr vermişdir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır; 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən, istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəmetamfetaminin təmiz çəkisi 0,767 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: - törətdiyi əməli etiraf edib peşman olmasını; - yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Binəqədi RİHB-nin Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsi). Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(001)-44/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 7(057)-166/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həmin cəzanın çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyini, cəza müddətinin 16 iyun 2023-cü ildə başa çatdığını, onun cəzasını çəkib qurtardığı gündən 2 il müddət keçmədən yenidən qəsdən hazırkı cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Odur ki, həmin hal CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda CM-in 65.2-ci maddəsinə uyğun olaraq məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eləcə də, məhkəmə-narkoloji ekspertizasının 16 may 2024-cü il tarixli, 3370 nömrəli rəyinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 02 (iki) gün (11 aprel 2024-cü ildən – 12 aprel 2024-cü ilədək, saxlanılma müddətinin 24 saatdan artıq olması nəzərə alınmaqla) həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (CM - 69.3), Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan hesablanmalı, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Qobustan rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,717 qram psixotrop maddə olan metamfetamin məhv edilməli (CPM - 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM - 198.1), təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 25 saat hüquqi yardımla bağlı 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdən 12 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 03 fevral 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X4 Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 25 saat hüquqi yardımla bağlı 150 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Qobustan rayon Polis Şöbəsində saxlanılan 0,717 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 02 ədəd disk, "xxxx" MMCdən daxil olmuş 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma təqdim olunduğu andan) 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №1(026)-3/2025
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-3/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver