Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-4/2020 29.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Azərbyacan Respublikası Baş Prokurorluğunun Dövlət X1 rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 2020-ci il tarixdə Qobustan şəhərində Təqsirləndirilən şəxs1 – xx xxxx 1999-cu ildə Qobustan rayonunda anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 150.2.1, 332.2.3-cü maddələrinə əsasən 3 il 7 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, Qobustan rayon Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 – xx xxx 1990-cı ildə Qobustan rayonunun Təklə kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayon Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs Qobustan rayonu Təklə-Mirzəbaba kəndində yerləşən evinin giriş qapısının qıfılını istintaqa məlum olmayan alətlə sındırıb içəri daxil olaraq, oradan 400 manat dəyərində 01 ədəd sənaye üsulu ilə hazırlanmış xalça, 600 manat dəyərində 01 ədəd əldə toxunma yun xalça, 300 manat dəyərində 01 ədəd palaz, 80 manat dəyərində 100 litrik tutumlu alüminium materialından 01 ədəd qazanı götürdükdən sonra qalan əşyaların bir dəfəyə aparılması mümkün olmadığından xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində həmin evə yenə daxil olub 150 manat dəyərində olan 01 ədəd soyuducu və 50 manat dəyərində 01 ədəd odeyalı götürüb aparmaqla cəmi 1580 manat dəyərində özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs Qobustan rayonu Təklə-Mirzəbaba kəndində yerləşən evinin giriş qapısının qıfılını istintaqa məlum olmayan alətlə sındırıb içəri daxil olaraq, oradan 400 manat dəyərində 01 ədəd sənaye üsulu ilə hazırlanmış xalça, 600 manat dəyərində 01 ədəd əldə toxunma yun xalça, 300 manat dəyərində 01 ədəd palaz, 80 manat dəyərində 100 litrik tutumlu alüminium materialından 01 ədəd qazanı götürdükdən sonra qalan əşyaların bir dəfəyə aparılması mümkün olmadığından xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində həmin evə yenə daxil olub 150 manat dəyərində olan 01 ədəd soyuducu və 50 manat dəyərində 01 ədəd odeyalı götürüb aparmaqla cəmi 1580 manat dəyərində özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində yaşayır, ata və anası, digər ailə üzvləri isə Bakı şəhərində tanımadığı ərazidə yerləşən fermada çobanlıq edir. 2019-cu ilin iyul ayında hərbi xidmətini başa çatdıran vaxtı etdiyi bir sıra qanunsuz hərəkətlər səbəbindən Tərtər hərbi prokurorluğunda barəsində Azərbaycan Respublikası CM-in 150.2.1 və 332.2.3-cü maddələri ilə cinayət işi başlanmış, barəsində Tərtər Hərbi məhkəməsi tərəfindən cinayət işinə baxılıb hökm çıxarılmışdır. Təxminən x xxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində evində həmkəndliləri Təqsirləndirilən şəxs2, Şahid2 və Şahid8la birlikdə “domino” oyunu oynamış, bir neçə saat oynayandan sonra, Qadir və Vüsal çıxıb getmiş, Fəyazla ikisi qalmışlar. Fəyazla söhbət edəndə, qonşuluqdakı Rövşəngilin evində heç kimin yaşamadığını bildiklərindən oradan oğurluq etmək barədə söhbət edib razılaşmışlar. xx xxxxxx 2020-ci il tarixdə gecə vaxtı saat 02 radələrində o, Fəyazla birlikdə öz həyətindən dəmir parçası götürmüş, dəmir parçası Fəyazın əlində olmuş, ikisi Rövşəngilin evinə yaxınlaşıb hasardan həyətə girmişlər. Fəyaz dəmir parçası ilə qapının qıfılını açmış, hər ikisi evin içərisinə daxil olmuşlar. Evin içərisinin tozlu və içəridə ancaq köhnə əşyalarpalaz, xalça, soyuducu və başqa bir neçə köhnə əşyalar qalmasını görmüşlər. Orada olan bütün əşyaları bir dəfəyə aparmaq həm vaxt çəkəcəyindən, həm də çətinlik yaradacağından, ilk növbədə palaz və xalçanı götürüb aparmaq, növbəti dəfə isə qalan digər əşyaları götürmək barədə razılaşmışlar. Bundan sonra onlar evdən xalça ilə palazı götürüb çıxıb hasardan aşaraq öz evinin həyətinə gəlmişlər. Xalça və palaz onun evində qalmışdır. Həmin günün sabahısı, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində yenə də Fəyazla görüşüb, Rövşənin evində qalan digər əşyaları götürməyə hazırlaşmışlar, razılığa əsasən o, evə daxil olub soyuducunu götürüb hasara kimi gətirməyi, Fəyaz isə ətrafı müşahidə etməyi və soyuducunu hasardan keçirib həyətə aparmağa kömək etməyi qərara almışlar. Bundan sonra, o, hasarı aşıb Rövşəngilin evinə daxil olmuş, bir gün əvvəl Fəyaz qapının qıfılını qırdığından qapı açıq olmuşdur. Buna görə rahatca evə daxil olub soyuducu olan yerə getmiş, evdən odeyalı götürüb soyuducuya bağlayıb tutaraq soyuducunu çətinliklə də olsa qaldırıb həyətə çıxarıb hasarın yanına gətirmişdir, bundan sonra Fəyazla köməkləşib soyuducunu hasardan ara küçəyə çıxarıb oradan da öz həyətinə aparıb evin içinə salmışlar. Sonra Fəyaz evinə getmişdir. Bu hadisədən 2-3 gün sonra Fəyaz gəlib həmin xalça ilə palazı götürmüş və satandan sonra pul olacağını demişdir. Sonra Fəyaz ona, “2-3 gün ərzində bir nəfər şəxs gəlib soyuducunu 100 manata alacaq” sözlərini demiş, o da razılaşmışdır. Lakin, Fəyazın dediyi adamın kim olmasını və haradan gələcəyini bilməmiş, bu barədə Fəyazdan soruşmamışdır. Fəyaz çıxıb getmişdir. Həmin hadisədən 3 gündən çox keçsə də Fəyazın dediyi adam gəlməmişdir. Bir müddət keçəndən sonra, bir dəfə Fəyazla birlikdə olarkən bibisi oğlu Şahid4 ilə telefon əlaqəsi saxlayıb, bir tanışının köçdüyü üçün evindəki soyuducunu satmaq istədiyini bildirib soyuducunun Zöhrabın almaq istədiyini soruşmuş, Zöhrab da ona, pulu olmadığından soyuducunu almaq istəmədiyini bildirmişdir. Buna görə də soyuducunu Zöhraba satmamışdır. Bir müddət keçsə də Fəyazla soyuducunu sata bilməmişlər. Bundan sonra o, kiminsə onlara qonaq gəlməsi və oğurladıqları soyuducunu evdə görməsindən ehtiyatlanıb, bu səbəbdən də soyuducunu tez bir zamandasatmaq qərarına gəlmişdir. Həmkəndlisi Şahid1 kənddə soyuducu təmiri və alışı ilə məşğul olmasını bildiyindən, bu barədə Şahid1la əlaqə saxlamışdır. O, İbrahim ilə telefon əlaqəsi saxlayıb evində olan özünə məxsus soyuducu satmaq istədiyini bildirmiş, az sonra İbrahim onların evinə gəlmiş, lakin İbrahim pulu çatmadığına görə soyuducunu almaq istəməyib çıxıb getmişdir. İbrahim gedəndən bir qədər sonra Fəyaz onun evinə gəlmişdir. Fəyazla danışıb, neçəyə olsa da soyuducunu İbrahimə satmaq barədə razılaşmışlar. Bundan sonra yenə də o. İbrahimlə əlaqə saxlayıb evinə dəvət etmiş, az sonra İbrahim onun evinin həyətinə gəlmiş, o, İbrahimlə həyətdə görüşüb İbrahimə, “bu soyuducu özümüzündür, ehtiyaca görə satıram’' sözlərini demişdir. İbrahim soyuducunun onun ailəsinə məxsus olduğuna inansa da soyuducunu satmasından valideynlərinin xəbəri olmasını bilmək istəmiş, buna görə İbrahim ona, atasına zəng etməsini demiş, o da atasının əvvəlki telefon nömrəsinin işləmədiyini bildiyi üçün öz telefonu ilə atasının işləməyən nömrəsinə zəng etmiş, lakin zəng çatmamışdır. Buna görə, İbrahimə, “atamgil fermada olduğundan zəng çatmır” sözlərini demişdir. Bundan sonra İbrahimə, “narahat olma, soyuducu özümüzündür və atamgilin icazəsilə satıram” sözlərini demişdir. İbrahim də ona inanmışdır. Həmin vaxtı Fəyaz da onun yanında olsa da, Fəyaz İbrahimin şübhələnməməsi üçün onun soyuducunu satması ilə bağlı söhbətinə qarışmamışdır. Sonra İbrahimlə həmin soyuducunu 40 manata satmağı razılaşmış, o 40 manat pulu İbrahimdən alandan sonra İbrahim də avtomobili ilə soyuducunu aparmışdır. Bundan sonra, həmin pulu Fəyazla xərcləmişlər. Əməlindən peşmançılıq çəkir, ziyanı tam ödəmişlər. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, münasibəti normal olmuşdur, 2020-ci ilin fevral ayının 6-da axşam saatlarında Yusifgilin evinə getmiş, orada həmkəndliləri Şahid8, Şahid2 və Təqsirləndirilən şəxs1la evdə “domino” oyunu oynamışlar. Bir neçə saat oynayandan sonra, Qadir və Vüsal çıxıb getmişlər. O və Yusif ikisi qalmışdır. Həmin vaxtı Yusiflə söhbət edəndə Yusiflə danışıb Rövşəngilin evindən oğurluq etməyi razılaşmışlar. xx xxxxxx 2020ci il tarixdə gecə vaxtı saat 02 radələrində, o, Yusifgilin evinin həyətindən dəmir parçası götürmüş, Yusiflə iki Rövşəngilin evinə yaxınlaşıb hasara qalxıb həyətə girmişlər. Həyətdə heç kim olmamışdır. Sonra o, dəmir parçası ilə qapının qıfılını açmış, ikisi içəri daxil olmuşlar. Evə daxil olanda evin içərisinin tozlu və içəridə ancaq köhnə əşyalardan palaz, xalça, soyuducu və başqa bir neçə köhnə əşyalar qalmasını görmüşlər. Həmin vaxtı Yusiflə danışıb, orada olan bütün əşyaları oğurlasmaq istəsələr də əşyaları bir dəfəyə aparmaq həm vaxt çəkəcəyindən, həm də çətinlik yaradacağından, ilk növbədə palaz və xalçanı götürüb, növbəti dəfə isə qalan digər əşyaları götürməyi razılaşmışlar. Bundan sonra onlar evdən xalça ilə palazı götürüb çıxmış, sonra da hasardan keçib Yusifgilin evinin həyətinə gəlmişlər. Həmin evdən çıxanda iz saxlamamaq üçün dəmir aləti özü ilə götürüb həmin aləti gecə ilə küçəyə doğru atmış, həmin vaxtı hava qaranlıq olduğundan dəmir alətin dəqiq olaraq hara düşməsini bilməmişdir. Oğurladıqları xalça və palaz Yusifin yaşadığı evdə qalmışdır. Oğurlanmış xalça əldə toxunmaya oxşamış, təxminən 2 metr eni, 3 metr uzunu ölçüdə yun xalça olmuşdur. Palaz isə adi palaz olmaqla ölçüləri xalça ilə təxminən eyni olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 01 radələrində o, yenə də Yusifin yaşadığı evə gedib Yusiflə görüşmüş, həmin vaxtı Yusiflə, Rövşənin atası evində qalan digər əşyaları götürməyə razılaşıb qərarlaşdırmışlar ki, Yusif evə daxil olub soyuducunu götürüb hasarın yanına gətirsin, o da ətrafı müşahidə etmək və Yusifə soyuducunu hasardan keçirməyə kömək etmək üçün hasarın yanında gözləsin. Razılaşandan sonra, o, Rövşəngilin evinin hasarının yaxınlığında gözləmiş, Yusif isə evin hasarından aşıb həyətə daxil olmuşdur. Bir neçə dəqiqə sonra Yusif soyuducunu götürüb hasarın yanına gətirmiş, Yusif, soyuducunu odeyala bağlayıb gətirmişdir. Bundan sonra, o, Yusiflə köməkləşib soyuducunu hasardan ara küçəyə çıxarıb oradan da Yusifgilin həyətinə aparıb evin içinə salmışlar. Qərara gəlmişlər ki, soyuducunu satıb pulunu xərcləsinlər. Həmin hadisədən bir neçə gün sonra, o, oğurlanmış xalça və palazı Yusifgildən götürüb aparsa da həmin əşyaları saxlaya bilməmiş, ailə üzvlərinin və ya başqa şəxslərin həmin xalçanı görə biləcəyindən ehtiyatlanıb həmin vaxtı gecə küçədə heç kimin olmadığını görüb xalça və palazı kənddəki zibilliyə gətirib zibilliyə atıb yandırmışdır. Yusif də oğurlanmış odeyalı həmin zibilliyə atmış, həmin zibillikdə digər kənd sakinləri öz zibillərini atıb tez-tez zibilliyi yandırdığı üçün həmin əşyaların yanığının qalıqları qalmamışdır Bu hadisədən bir müddət keçsə də, Yusiflə soyuducunu satmaq üçün münasib adam tapa bilməmişlər. O, bir dəfə Yusiflə birlikdə olarkən, Yusif, soyuducunu bibisi oğluna satmaq üçün Yusif bibisi oğlu Şahid4 ilə telefon əlaqəsi saxlamış, Yusif telefonda Zöhraba tanışının köçdüyü üçün evindəki soyuducunu satmaq istədiyini bildirib Zöhrabın soyuducu almaq niyyətinin olub-olmadığını soruşmuş, Zöhrab da Yusifə, pulu olmadığından soyuducunu almaqdan imtina etmiş, buna görə də onlar soyuducunu Zöhraba satmamışlar. Bundan sonra Yusif tez-tez, soyuducunun evində qalmasından, narahat olduğunu, kiminsə onlara qonaq gəlib oğurlanmış soyuducunu onların evində görəcəyindən ehtiyatlandığını bildirmişdir. Bu səbəbdəndə soyuducunu tez bir zamanda satmaq üçün kənddə soyuducu təmiri və alışı ilə məşğul olan həmkəndlisi Şahid1 ilə əlaqə saxlamaq qərarına gəlmişlər. Buna görə, Yusif İbrahim ilə telefon əlaqəsi saxlayıb soyuducu satmaq istədiyini bildirmiş, o. həmin vaxtı evinə getmişdir. Sonradan, İbrahimin Yusifgilə gəlməsini, lakin pulu çatmadığına görə soyuducunu almaq istəməyib çıxıb getməsini bilib Yusifgilə getmişdir. Yusiflə danışaraq, soyuducunun onların evində qalması oğurluğun kimsə tərəfindən bilinməsinə səbəb olacağına görə neçəyə olsa da soyuducunu İbrahimə satmağı razılaşmışlar. Bundan sonra Yusif yenə də İbrahimlə əlaqə saxlayıb soyuducunu satmaq üçün evlərinə dəvət etmiş, az sonra, İbrahim Yusifgilə gəlmiş, o özü də orada olmuş, lakin o, soyuducu barədə İbrahimlə heç bir söhbət etməmiş və özünü soyuducunun ona heç bir aidiyyəti olmayan şəxs kimi göstərib İbrahimin şübhələnməməsinə çalışmışdır. Yusif soyuducunun özlərinə məxsus olmasını və ehtiyaca görə satmasını İbrahimə bildirmişdir. X13, atasına zəng etməyi bildirmiş, Yusif də yalandan atasının işləməyən əvvəlki telefon nömrəsinə zəng etmiş, zəng çatmadığı üçün Yusif İbrahimə də, atasıgil fermada olduğundan zəng seti olmadığı üçün zəng çatmadığını bildirmişdir. İbrahimin narahatlığı Yusifin valideynlərindən xəbərsiz soyuducu satması ilə bağlı olduğundan, Yusif İbrahimə dəfələrlə, narahat olmaması, soyuducunun özlərinə məxsus olması və valideynlərinin icazəsi ilə satmasını bildirmişdir. İbrahim də Yusifə inanmışdır. Sonra, Yusif İbrahimlə həmin soyuducunu 40 manata satmağı razılaşmış, Yusif 40 manat pulu İbrahimdən alandan sonra İbrahim də avtomobili ilə soyuducunu aparmışdır. Sonra həmin pulu Yusiflə xərcləmişlər. Əməlindən peşmandır, ziyanı tam ödəmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, ona görə də təqsirləndirilən şəxslərdən şikayəti olmadığını bildirmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun ata evi Qobustan rayonu Təklə-Mirzəbaba kəndində yerləşir. Təxminən, 2019-cu ilin fevral ayına kimi bacısı Qənimət Dostəliyeva həmin ata evində yaşamışdır. Bacısı Qənimət bir neçə il bundan əvvəl evinə soyuducu alıb işlətmiş, həmin soyuducunu təxminən xatırladığına görə 500 manata almışdır. Həmçinin, evdə xalçalar və palazlar da olmuşdur. 2019-cu ilin fevral ayında bacısı Qənimət vəfat etmiş, həmin vaxtdan ata evində kimsə yaşamamışdır. Hərdən ailə üzvləri ilə birlikdə gəlib evə nəzarət edib qayıtmışdır. Sonuncu dəfə, xx xxxxxx 2020-ci il tarixdə səhər vaxtı, Qobustan rayonu Təklə-Mirzəbaba kəndinə ata evinə gəlmiş, həmin gün saat 15 radələrində, evdən çıxıb Bakı şəhərinə getmişdir. Həmin vaxta kimi, evdə bütün əşyalar yerində olmuşdur. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində o, yenə də kəndə gəlmiş və kəndə çatanda qohumu Şahid3 ilə danışıb birlikdə evə getməyi bildirmişdir. Ağagül ilə kənddə görüşüb ata evinə gəlmiş, həyətə daxil olandan sonra evin içərisinə girəndə, evdə olan soyuducu, xalça, palazın oğurlanmasını müəyyən etmişdir. Buna görə də, Şahid3 evindən oğurluq olmasını bildirmiş, Şahid3 da Polis Şöbəsinə məlumat vermiş, sonra da o, özü ərizə ilə müraciət etmişdir. Sonradan evə baxanda müəyyən etmişdir ki, evdən 1 ədəd “Biryusa 10EK” markalı **********16 servis nömrəli, 2012-ci il buraxılışlı, bir kameralı soyuducu, 01 ədəd əldə toxunma 2x3 metr ölçüdə yun xalça, 01 ədəd 5x3 metr ölçüdə alınma xalça, 01 ədəd 3x2 ölçüdə palaz, 01 ədəd 5x1.5 metr ölçüdə yun odeyal, el arasında “xeyir-şər” qazanı kimi tanınan 100 litrik tutumlu alüminium materialından qazan oğurlanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində yaşamaqla həmin kənddə yaşadığı evin həyətində soyuducu təmiri işləri ilə məşğul olur. 2020-ci ilin fevral ayının ortaları və ya axırlarında, o, evində olarkən, onun telefon nömrəsinə bir nömrədən zəng gəlmiş, cavab verəndə, ona zəng edənin həmkəndlisi Təqsirləndirilən şəxs1 olmasını bilmişdir. Yusiflə telefonda danışarkən Yusif ona, satmaq üçün soyuducusu olduğunu demiş, o da soyuducuya əvvəlcə baxmaq üçün Yusifgilin evinin həyətinə getmiş, bildiyinə görə Yusifin ailə üzvləri fermada qaldığından Yusif evdə tək olmuşdur. O, Yusiflə evin həyətində görüşmüş, Yusiflə evin həyətindən evə daxil olmuş, Yusif ona evin içərisində sol tərəfdə elektrik cərəyanına qoşulmamış vəziyyətdə olan soyuducunu göstərib, həmin soyuducunu satmaq istədiyini demişdir. O, soyuducuya baxanda, soyuducunun “Biryuza” markalı, 2012-ci il buraxılışlı, bir kameralı, işlənmiş halda olduğunu bilmişdir. Yusiflə danışanda Yusif, soyuducunun onun öz özlərinə məxsus olduğunu, ehtiyaca görə satdığını bildirmişdir. O, soyuducuya baxanda, həmin soyuducunun təxminən ən azı 120-150 manat dəyərində olmasını bilmişdir. Lakin, həmin miqdarda pulu olmadığından Yusifə, “bu soyuducunu almaq üçün pulum yoxdur” sözlərini demiş, sonra da Yusifgilin həyətindən çıxıb evinə qayıtmışdır. Həmin gün, təxminən saat 15 radələrində, o, evində olan vaxtı, Yusif yenə də ona həmin nömrədən zəng edib soyuducunu qəti olaraq satmaq istədiyini bildirmiş, o da telefonda Yusifə, “mənim ancaq 40 manat pulum var, əgər razılaşsan, həmin soyuducunu 40 manata səndən alaram, bu şərtlə ki, soyuducunu sənin satmağını valideynlərin də bilsin” sözlərini demiş, Yusif də ona, "İbrahim əmi, vallah ata-anam da bu soyuducunu satmağımı bilir, mənə deyiblər ki, neçəyə satırsan-sat, bizim sənə verməyə pulumuz yoxdur, mən də buna görə soyuducunu satıram, razıyam, gəl soyuducunu 40 manata al” sözlərini demişdir. O da razılaşıb Yusifgilin həyətinə gəlmiş, artıq saat 16 radələrinə qalmışdır. O, Yusiflə söhbət edəndə həmkəndlisi Təqsirləndirilən şəxs2 da Yusifin yanında olmuşdur. Yusiflə söhbət zamanı, Yusifə soyuducunu almazdan əvvəl atasının telefonuna zəng etməsini bildirmiş, Yusif də telefonu ilə bir nömrəyə zəng etmiş, sonra telefonun səsgücləndiricisini qoşmuş, həmin nömrəyə , zəng çatmamışdır. Yusif də, zəng etdiyi nömrənin atasının nömrəsi olmasını və atasına zəng çatmadığını bildirmişdir. O, Yusifdən soruşmuşdur ki, “niyə atanın nömrəsinə zəng çatmır”. Yusif də, "onlar fermadadır, orda set olmadığına görə zəng çatmır” sözlərini demişdir. O, soyuducunun Yusifgilin ailəsinə məxsus olmasına inanmış, lakin Yusifin valideynlərindən xəbərsiz soyuducunu sata biləcəyindən ehtiyatlanmışdır. Lakin, Yusifin atasına zəng çatmadığı üçün Yusifə, “mən qorxuram, birdən ailənin xəbəri olmaz, sonra çətin olar” sözlərini demiş, Yusif də, “əmi narahat olma, ailəmin xəbəri var ki, mən soyuducumuzu satıram” sözlərini demişdir. Bundan sonra, o, Yusifə inanmış və Yusifə 40 manat pul verib soyuducunu almış, sonra da Yusifin köməkliyi ilə həmin soyuducunu evdən çıxarıb avtomobilinin üstünə qoyub soyuducunu avtomobili ilə həyətinə gətirmişdir. Həmin vaxtdan da soyuducu həyətində qalmış və sonra da istintaqa təqdim etmişdir. O, soyuducunun oğurluq olmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs1 həmin soyuducunu alarkən həmin vaxtı küçədə kimsə olmamış, onun yanında da kimsə olmamış, Yusifin yanında isə həmkəndlisi X7 olsa da Fəyaz onların soyuducu satışı ilə bağlı söhbətlərinə qarışmamışdır. Yusifin ailə üzvləri fermada olduğundan həmin vaxtı yanlarında olmamışdır. İfadəsi elan olunmuş Şahid8 oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində yaşayır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləridir, həmin şəxslərlə indiyə kimi heç bir ədavəti, düşmənçiliyi və narazılığı olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində, o, Yusifgilə getmiş, Yusifgildə o, Yusif, Fəyazla birlikdə domino oyunu oynamışdır. Həmin vaxtı orada təxminən 1-2 saat qalıb domino oynayıb artıq gec olduğu üçün o və Vüsal durub evlərinə getmiş, Fəyaz və Yusif evdə qalmışdır. Sonradan o, işləri ilə bağlı başı qarışdığı üçün nə baş verdiyini bilməmişdir. Mart ayında eşitmişdir ki, Fəyaz və Yusif həmkəndlisi Zərərçəkmiş şəxs ata evindən oğurluq etmişlər. Onun həmin oğurluq barədə heç bir məlumatı olmamışdır. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə həmin cinayət törətmək niyyətlərindən və həmin cinayəti törədəcəklərindən hər hansı bir məlumatı və hər hansı cür iştirakı olmamışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə sadəcə oyun oynamış və söhbəti də ancaq oyun barəsində olmuşdur. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid2lə birlikdə domino oyununu sadəcə vaxt keçirmək üçün oynamış, bu məqsədlə o. Yusifgilə getmiş, həmin oyun zamanı aralarında hər hansı bir mərc, pul qazanmaq və ya hər hansı bir maddi nemət əldə etmək niyyəti olmamışdır. O, Təqsirləndirilən şəxs1 evində olarkən, həmin evdə soyuducu, xalça, palaz, odeyal və qazan əşyalarını görməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində Yusifgilə getmişdir, orada təxminən 1-2 saat qalıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid8la birlikdə domino oynayıb evə qayıtmışdır. O, Yusifgilin evindən çıxarkən Qadir də çıxıb evinə getmiş, Fəyaz və Yusif ikisi qalmışdır. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə həmin cinayət törətmək niyyətlərindən və həmin cinayəti törədəcəklərindən hər hansı bir məlumatı və hər hansı cür iştirakı olmamışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə sadəcə oyun oynamış və oyun zamanı söhbəti də ancaq oyun barəsində olmuşdur. O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid8la birlikdə domino oyununu sadəcə vaxt keçirmək üçün oynamış, bu məqsədlə o, Yusifgilə getmiş, həmin oyun zamanı aralarında hər hansı bir mərc, pul qazanmaq və ya hər hansı bir maddi nemət əldə etmək niyyəti olmamışdır. O, Təqsirləndirilən şəxs1 evində olarkən, həmin evdə soyuducu, xalça, palaz, odeyal və qazan əşyalarını bir yerə yığılmış vəziyyətdə və ya ayrıayrı yerdə qoyulmuş halda görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı ifadəsində göstərdi ki, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Zərərçəkmiş şəxs atası evi Qobustan rayonu Təklə-Mirzəbaba kəndində yerləşir. Əvvəllər həmin evdə Rövşənin bacısı Qənimət Dosatəliyeva yaşamış, təxminən, 2019-cu ilin fevral ayında Qənimət Dosatəliyeva vəfat etmişdir. Həmin vaxtdan Rövşənin ata evində heç kim yaşamamışdır. Rövşən və ailə üzvləri aradabir gəlib həmin evə nəzarət edib qayıtmışlar. Sonuncu dəfə, Rövşəngil xx xxxxxx 2020-ci il tarixdə səhər vaxtı, kəndə gəlib ata evinə nəzarət edib, həmin gün saat 15 radələrində evdən çıxıb Bakı şəhərinə getmişlər. Həmin vaxta kimi, Rövşən və ailə üzvləri evdən hər hansı bir əşyanın oğurlanması barədə bir söz deməmişlər. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində, o, kənddə olan vaxtı Rövşən onunla telefonla danışıb, kəndə gəldiyini bildirmiş, buna görə də kənddə Rövşən ilə görüşüb Rövşənin evinə gəlmişlər. O, həyət darvazasının yanında gözləmiş, Rövşən evə daxil olub, az sonra Rövşən yanına gəlib, evdən oğurluq olmasını bildirmişdir. O, həmin vaxtı Qobustan rayon Polis Şöbəsinə telefonla məlumat vermiş, lakin evdən hansı əşyaların oğurlanmasını bilmədiyi üçün sadəcə evdən oğurluq hadisəsinin olmasını bildirmişdir. Az sonra, polis əməkdaşları gəlmiş, evə baxış keçirmişlər. Lakin, o, kənarda olduğu üçün evə daxil olmamışdır. Həmin vaxtı konkret hansı əşyaların oğurlanmasını bilməsə də, sonradan Rövşən ona, evdən soyuducu, iki ədəd xalça, bir ədəd palaz, odeyal və qazan oğurlanmasını bildirmişdir. Sonradan, məlum olmuşdur ki, həmin oğurluğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. 2020-ci ilin fevral ayının ortalarında evində olarkən Yusif ona zəng edib bir tanışının evindən köçməsinə görə evdə olan soyuducusunu satmaq istədiyini bildirib onun soyuducunu almaq niyyətini soruşmuş, o da pulu olmadığı üçün soyuducunu almaq istəməmişdir. Yusif ona soyuducunun konkret kimə məxsus olması və oğurluq olması barədə heç bir söz deməmiş, soyuducunu almaq istəmədiyi üçün maraqlı olmadığından o, özü də Yusifdən bu barədə heç bir söz soruşmamışdır. Sonra da Yusiflə hal-əhval tutub sağollaşmışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, Qobustan rayon İHB-nın Təklə- Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs evi həmin kənddə yerləşir. Əvvəllər həmin evdə Rövşənin bacısı Qənimət Dostəliyeva yaşamışdır. Təxminən, 2019-cu ilin fevral ayında Qənimət Dostəliyeva vəfat etmiş, həmin vaxtdan qeyd edilən evində daimi olaraq heç kim yaşamamış, Qənimət Dosatəliyeva vəfat edəndən sonra, həmin ev Zərərçəkmiş şəxs məxsus olmuşdur. Rövşənlə ailə üzvləri arabir gəlib həmin evə nəzarət edib qayıtmışlar. Sonuncu dəfə, Rövşəngil xx xxxxxx 2020-ci il tarixdə səhər vaxtı, kəndə gəlib evinə nəzarət edib, həmin gün saat 15 radələrində evdən çıxıb Bakı şəhərinə getmişlər. Həmin vaxta kimi, Rövşən və ailə üzvləri evdən hər hansı bir əşyanın oğurlanması barədə icra nümayəndəliyinə heç bir məlumat verməmişdir. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə, Zərərçəkmiş şəxs növbəti dəfə kəndə gəlib evə nəzarət edəndə evdən bir ədəd soyuducu, iki ədəd xalça, bir ədəd palaz, bir ədəd odeyal və bir ədəd qazanın oğurlanmasını müəyyən etmişdir. Bununla bağlı, rayon Polis Şöbəsində araşdırma aparılmış və məlum olmuşdur ki, həmin oğurluğu Qobustan rayonu Təklə-Mirzəbaba kənd sakinləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmişdir. Təklə-Mirzəbaba kəndinin icra nümayəndəsi kimi kənddə topladığı məlumatlardan müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi həmin oğurluq cinayətindən Şahid2 və Şahid8 hər hansı bir məlumatı, eləcə də birbaşa və ya dolayı yolla hər hansı cür iştirakıolmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin oğurluq cinayətini ikisi birlikdə törətmiş və həmin əməlin törədilməsində digər hər hansı bir şəxsin iştirakı olmamış, kənd sakinlərindən kiminsə Yusif və Fəyazla birlikdə oğurluq əməlini törətməsi barədə icra nümayəndəliyinə heç kim bir söz deməmişdir. Kənd icra nümayəndəliyinə, həmin şəxslərin domino oyununu mərc, pul vəsaitləri, maddi və sair nemətlərin (uduş) qazanılması, əldə edilməsi və bu kimi hallar barəsində heç bir müraciət, şikayət və məlumat daxil olmamışdır. Təklə-Mirzəbaba kəndində yolun kənarında həqiqətən də kənd sakinlərinin zibilini atmaq üçün zibillik vardır. Həmin zibillik Təqsirləndirilən şəxs1 evinin yaxınlığında yerləşir. Qeyd edilən zibilliyə kənd sakinləri mütəmadi olaraq zibilini atır və həmin zibilliyin çoxalmaması üçün yandırılır. Qeyd edilən oğurlanmış əşyaların da zibillikdə yandırılması mümkündür. Lakin konkret olaraq həmin əşyaları zibillikdə görməmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, Qobustan rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsində çalışır. 2020-ci ilin fevral-mart aylarında, Qobustan rayonu Təklə-Mirzəbaba kəndi onun xidməti ərazisinə aid olmuşdur. Həmin müddətdə o, mütəmadi olaraq xidməti ərazisi olan Təklə-Mirzəbaba kəndinə getmişdir. Təklə-Mirzəbaba kəndində yerləşən faktla bağlı qeyd edilən həmin evdə 2019cu ilin fevral ayına kimi Qənimət Dostəliyeva yaşamış, həmin qadın sonsuz olmuş və əri olmamış, tək yaşamış, həmin şəxs 2019-cu ilin fevral ayında vəfat edəndən sonra evə nəzarəti onun qardaşı Zərərçəkmiş şəxs etmişdir. Hazırda da qeyd edilən ev Zərərçəkmiş şəxs məxsusdur. Lakin, hazırda da həmin evdə daimi olaraq kimsə yaşamır. xx xxxx 2020ci il tarixdə Qobustan RPŞ-də xidmətdə olduğu vaxtı Təklə-Mirzəbaba kənd sakini olan Şahid3 RPŞ-nin növbətçi hissəsinə zəng edərək, Zərərçəkmiş şəxs evindən oğurluq olması barədə məlumat vermişdir. Buna görə də o, əməliyyat-istintaq Qrupu ilə dərhal hadisə yerinə getmiş, əvvəlcə Zərərçəkmiş şəxs evindən soyuducu, bir ədəd xalça və bir ədəd palaz oğurlanması barədə Qobustan RPŞ-yə ərizə ilə müraciət etmiş, daha sonra, hadisə yerinə baxış keçirilmiş, baxış keçiriləndən sonra məlum olmuşdur ki, evdən soyuducu, xalça və palazdan başqa, digər bir ədəd xalça, odeyal və qazan da oğurlanmışdır. Bundan sonra, Qobustan RPŞ-də araşdırma aparılmış və sonradan məlum olmuşdur ki. həmin oğurluğu Qobustan rayonu Təklə-Mirzəbaba kənd sakinləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmişdir. Məhkəmə iclasında Şahid7 istintaq zamanı Şahid6 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş xx xxx 2020-ci il tarixli 145-4286-1120 saylı tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə 150.2.1 və 332.2.3-cü maddələri ilə 3 il 7 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 163, 452 və 453-cü maddələrinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək azad olunmuşdur. İş materiallarında olan Qobustan rayonu İHB-nın Təklə-Mirzəbaba kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx xxxxx 2020-ci il tarixli 117 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 1971-ci il təvəllüdlü anası X3 və 2003-cü il təvəllüdlü bacısı X4 ilə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayır. İş materiallarında olan Qobustan rayonu İHB-nın Təklə-Mirzəbaba kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx xxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(098)-18/2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 150.2.1 və 332.2.3cü maddələrinə əsasən 3 il 7 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli 1967 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkəməsinin 1(098)- 18/2020 saylı xx xxxx 2020-ci il tarixli hökmü ilə 3 il 7 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş 3 il 7 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/1332 saylı ekspert rəyində göstərilir ki, istifadə olunmuş 3 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 780.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilməyən 1 ədəd 6 kvadratmetr (2x3 metr) ölçüdə əl üsulu ilə toxunmuş yun xalçanın xovlu və yaxud xovsuz, ilmələrin hər m2-nə düşən sıxlığı, hansı naxış elementləri və təsvirlərlə bəzədilmiş olduğu və s. məlum olmadan həmin xalçanın orta bazar qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli, onların özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetir. Onlar Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Qobustan RPŞ-yə daxil olmuş xx xxx 2020-ci il tarixli 145-4286-1120 saylı tələbnamədə göstərilir ki, Hüseynov X9 rayon məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 62, 65.3 və 67.1-ci maddələri ilə 1 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Qobustan rayonu İHB-nın Təklə-Mirzəbaba kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx xxxxx 2020-ci il tarixli 115 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 1959-cu il təvəllüdlü atası X8, 1965-ci il təvəllüdlü anası X2 və 1994-cü il təvəllüdlü qardaşı X12 ilə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində yaşayır. İş materiallarında olan Qobustan rayonu İHB-nın Təklə-Mirzəbaba kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx xxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır,onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd soyuducunun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 100 manat ekspert xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347-349, 351-353, 356 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖK ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 il 7 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla Təqsirləndirilən şəxs1 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 2 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə olduğu 2 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Qobustan rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəliProbasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır. Hökmdən elan olunduğu andan 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-4/2020
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-4/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver