Azərbaycan Respublikası adından HÖKM Qobustan rayonu İş № 1(026)-4/2021 22.02.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs2 – xx xxxx 1990-cı ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Hərbi Şəhərcik, ev 7, mənzil 8-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfıq küçəsində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1xx xxxxxxx 1971-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş- Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 06 ədəd kağız bükülüdə ayrı-ayırılıqda təmiz çəkiləri 1,145 qram, 0,881 qram, 1,207 qram, 0,959 qram, 1,193 qram, 0,835 qram, ümumi təmiz çəkisi 6,22 qram və 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,79 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlayaraq daşımış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Qobustan rayon ərazisindən keçən Bakı-Şamaxı-Yevlax yolunun 88-ci km-də yolun sağ tərəfində olan avtobus dayanacağının qarşısında 01 ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda 6,79 qram çəkidə olan hissəsini tanışı Qobustan şəhər sakini Təqsirləndirilən şəxs1 55 manata satdıqdan sonra 06 (altı) ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 6,22 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələ olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan şalvarın arxa sol cibində saxlamış və xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax yolunun 88-ci km-də yolun sağ tərəfində olan avtobus dayanacağının qarşısında saxlanılaraq Qobustan rayon polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol cibindən 06 ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 6,22 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 55 manat pula satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,79 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı Qobustan rayon ərazisindən keçən Bakı-Şamaxı-Yevlax yolunun 88-ci km-də yolun sağ tərəfində olan avtobus dayanacağının qarşısında əldə edib saxlayaraq daşımış və Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Şamaxı-Yevlax yolunun 88-ci km-də yolun sağ tərəfində olan avtobus dayanacağının qarşısında saxlanılaraq Qobustan rayon polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,79 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri aşağıda qeyd edilənlərlə tam sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Hərbi Şəhərcik, ev 7, mənzil 8-də qeydiyyatda olmaqla, hal-hazırda Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitədən istifadə etmişdir. Bundan əvvəl bir neçə dəfə Qobustan şəhərində olmuş, tutulmazdan əvvəl isə sonuncu dəfə təxminən 2020-ci ilin avqust ayının əvvəllərində Qobustan şəhərində yaşayan Vüsal adlı dostunu övladı olması səbəbi ilə təbrik etməyə gəlmişdir. Həmin vaxt Bakı şəhərindən tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı yol avtomobili ilə Vüsalın övladının doğulması ilə bağlı təbrikə gələrkən Qobustan şəhərinə çatan zaman Vüsalın evinə gedə bilməsi üçün taksi nömrəsi istəmişdir. Vüsal ona Qobustan şəhərində taksi fəaliyyəti ilə məşğul olan Elşad adlı şəxsin mobil nömrəsini vermişdir. Qobustan şəhərinin mərkəzinə çatmazdan əvvəl yol maşınından düşüb Vüsaldan aldığı taksi nömrəsinə zəng edib hal-hazırda Qobustan rayon ərazisindən keçən magistral yolda Ərəbqədim kəndinə gedən yolun girəcəyi ilə üzbəüz Qobustan şəhəri istiqamətində olan avtobus dayanacağında dayandığını və oradan da Qobustan şəhərinin mərkəzinə gedəcəyini bildirmişdir. Qısa müddətdə həmin şəxs qırmızı rəngli “VAZ 21011” markalı avtomobil ilə onu dayandığı yerdən götürüb “Bol” market adlı mağazanın qarşısına aparmışdır. Yolda gedən zaman sonradan adının Elşad olduğunu bildiyi sürücü ondan hansı bölgədən olduğunu soruşmuş, o isə Elşada cənub zonasından Lerik rayonundan olduğunu bildirmişdir. Onun sözünə cavab olaraq Elşad ona “cənub zonası narkotikin bol olan zonasıdı” demiş, o isə Elşadın sözlərinə haqq verib “düz deyirsən, həmin zonada narkotika bol olur” deyib, Elşaddan narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuşdur. Elşad isə “imkan olduqca arabir çəkirəm” demişdir. Bundan sonra Elşadla onun səmimi münasibəti yaranmış, arabir telefonla əlaqə saxlayıb hal-əhval tutmuşlar. Təxminən 2020-ci ilin avqust ayının ortalarında o, yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində ara küçələrin birində yerdə sellofan bükülü görmüş, maraq üçün sellofan bükülünü götürüb açıb içərisinə baxanda, sellofan bükülünün içərisində 6 ədəd ayrıca bükümlər və 1 ədəd kibrit qutusu olduğunu görmüşdür. Həmin bükümləri və kibrit qutusunu açmış, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümlərdə və kibrit qutusunda olan maddənin nəşə olduğunu başa düşmüşdür. Buna görə də, özü istifadə etmək üçün dərhal həmin sellofan bükülünü bağlayıb cibinə qoymuş, daha sonra onu evinin yaxınlığında bir yerdə gizlətmişdir. Bundan sonra, Elşadla telefonda danışan zaman “ona satdıq nəşə varımdı, istəsən ala bilərsən” demiş, o isə “nə vaxt Qobustana gəlsən alacam” bildirmişdir. Bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə Qobustan şəhərinə getməyi qərarlaşdırıb, yenə də tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı yol avtomobil ilə Elşadın ilk dəfə onu götürdüyü yerdə düşüb yolun digər istiqamətinə keçmiş, yəni Bakı şəhəri istiqamətində olan avtobus dayanacağında Elşadı gözləmişdir. Bir qədər sonra Elşad özünə məxsus avtomobillə həmin yerə gəlib avtomobildən düşüb onunla görüşmüş və ondan narkotik vasitəni neçəyə satdığını soruşmuş, o isə Elşada “1 kibrit qutusunu sənə 60 manata verərəm” demiş, Elşad isə “üstümdə cəmi 55 manat pulum var, 5 manatını sonra sənə verərəm” dedikdə, o, narkotik vasitəni 55 manata satmağa razılaşmışdır. Elşad 55 manat məbləğində pulu ona verib, içərisində narkotik vasitə olan 1 ədəd kibrit qutusunu ondan götürmüşdür. Həmin vaxt mülki formada bir neçə şəxs Elşadla ona yaxınlaşıb özlərini təqdim edib, onun və Elşadın Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Daha sonra hər ikisini rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində tutulması barədə qərar ona elan edilmiş, həmçinin tutulmasının əsasları, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra o, maddi imkanının olmadığını bildirib hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Təqdim edilmiş vəkil siyahısı ilə tanış olduqdan sonra o, hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi1 dəvət edilməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra ona təyin edilmiş vəkil gəlmiş, həmin vaxt vəkilin iştirakı ilə onun barəsində tutma protokolu tərtib edilmişdir. Hüquq və vəzifələri yenidən izah edilib bu barədə ona bildiriş təqdim edilmiş, həmçinin polis şöbəsinə əvvəllər tanımadığı iki nəfər şəxs dəvət olunmuşdur. Bundan sonra, polis əməkdaşları ona həmin şəxslərin hal şahidi kimi dəvət edildiyini bildirmiş və dəvət edilmiş şəxslər barədə ona məlumat vermişlər. Daha sonra hal şahidi kimi dəvət edilmiş şəxslərin iştirakına qarşı hər hansı etirazının olub-olmaması ondan soruşmuşlar, o, isə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis şöbəsində olan xidməti otaqların birində vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsini təklif etmişlər, o üzərində saxladığı digər əşyalarla birlikdə şalvarının arxa sol cibindəki 6 ədəd içərisində narkotik vasitə olan bükümləri təqdim etmişdir. Həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmiş, bundan sonra, digər əşyalar ona qaytarılmış, içərisində narkotik vasitə olan 6 ədəd bükümlər zərfdə qablaşdırılıb möhürlənmiş, sonra həmin zərfi o imzalamışdır.Daha sonra bu barədə protokol tərtib edilərək, protokoldakıların düzgün yazıldığına əmin olandan sonra vəkil və digər iştirakçılarla birgə imzalamışdır. Əməlindən peşmandır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır. Qobustan şəhər ərazisində taksiçilik fəaliyyəti ilə məşğuldur. Əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. 2020-ci ilin avqust ayının təxminən əvvəllərində tanımadığı bir şəxs ona zəng edib taksi sifarişi verərək Qobustan rayon ərazisindən keçən magistral yolda, Ərəbqədim kəndinə gedən yolun girəcəyi ilə üzbəüz Qobustan şəhəri istiqamətində olan avtobus dayanacağında dayandığını bildirmişdir. O, evdən çıxıb deyilən əraziyə gedib, sonradan adının Asim olduğunu bildiyi həmin şəxsi götürüb Qobustan şəhəri ərazisində yerləşən “Bol” market adlı mağazanın qarşısında düşürtmüşdür. Yolda gedən zaman o, Asimin hansı bölgədən olmasını soruşmuş, sonuncu isə “cənub zonasından Lerik rayonundan olduğunu” demişdir. Bu zaman o, “cənub zonası narkotikin bol olan zonasıdı”demiş, Asim isə onun sözlərinə haqq verib “düz deyirsən, həmin zonada narkotika bol olur” deyib ondan narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuş, o isə “imkan olduqca arabir çəkirəm” demişdir. Bundan sonra, Asimlə onun səmimi münasibəti yaranmış, arabir telefonla əlaqə saxlayıb hal-əhval tutmuşlar. Təxminən 2020-ci ilin avqust ayının ortalarında Asimlə telefonda danışan zaman Asim ona “satdıq nəşə varımdı, istəsən ala bilərsən” demiş, o isə “nə vaxt Qobustana gəlsən alacam” demişdir. Bundan sonra, xx xxxxxxxx 2020-ci il tarixdə Asim ona zəng edərək onu ilk dəfə götürdüyü yerdə, yolun digər istiqamətinə, yəni üzü Bakı şəhəri istiqamətinə keçdiyini və onu orada olan avtobus dayanacağında gözlədiyini bildirmişdir. Bir qədər sonra o, özünə məxsus avtomobillə Asimin yanına gedib dayanacaqda düşüb onunla görüşmüş və ondan narkotik vasitəni neçəyə satdığını soruşmuş, Asim isə “ 1 kibrit qutusunu sənə 60 manata verərəm” demiş, bu vaxt o, “üstümdə cəmi 55 manat pulum var, 5 manatını sonra sənə verərəm” dedikdə, Asim narkotik vasitəni ona 55 manata satmağa razılaşmış, 55 manat məbləğində pulu Asimə verib içərisində narkotik vasitə olan 1 ədəd kibrit qutusunu Asimdən götürmüşdür. Həmin vaxt mülki formada bir neçə şəxs Asimlə ona yaxınlaşıb özlərini təqdim edib, onun və Asimin Qobustan rayonunda narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Daha sonra hər ikisini rayon polis şöbəsinə aparmışlar. Bir qədər sonra polis şöbəsində şübhəli şəxs qismində tutulması barədə qərar ona elan edilmiş, həmçinin tutulmasının əsasları, hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra o, maddi imkanının olmadığını bildirib, hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Hüquq və vəzifələri yenidən izah edilib bu barədə ona bildiriş təqdim edilmiş, həmçinin, polis şöbəsinə iki nəfər şəxs dəvət olunmuş, o, həmin şəxsləri əvvəllər tanımamışdır. Bundan sonra, polis əməkdaşları ona həmin şəxslərin hal şahidi kimi dəvət edildiyini deyib və dəvət edilmiş şəxslər barədə ona məlumat vermişlər. Daha sonra hal şahidi kimi dəvət edilmiş şəxslərin iştirakına qarşı hərhansı etirazının olub-olmaması ondan soruşmuşlar, o, isə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, polis şöbəsində olan xidməti otaqların birində vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakları ilə onun üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər-hansı əşya varsa, təqdim etməsini təklif etmişlər, o üzərində saxladığı digər əşyalarla birlikdə gödəkçəsinin sol cibindəki 1 ədəd içərisində narkotik vasitə olan kibrit qutusunu təqdim etmişdir. Həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini və həmin narkotik vasitəni tanıdığı Asim adlı şəxsdən aldığını bildirmişdir. Üzərində axtarış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, digər əşyalar ona qaytarılmış və içərisində narkotik vasitə olan 1 ədəd kibrit qutusu zərfdə qablaşdırılaraq möhürlənmiş və sonra o imzalamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, sonra vəkil və digər iştirakçılarla birgə protokolu imzalamışdır. O, Təqsirləndirilən şəxs2 ilk dəfə narkotik vasitə aldığını, narkotik vasitəni almaqda məqsədinin özünün istifadə etməsi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Əməlindən peşmandır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qobustan RPŞ-nin CAB-in rəisi vəzifəsində xidmət edir. xx xxxxxxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatında Qobustan şəhər sakini Təqsirləndirilən şəxs1 və Bakı şəhər sakini Asim adlı şəxsin Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olduqları əks olunmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılması və Qobustan rayon polis şöbəsinə gətirilməsi ilə əlaqədar “təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Qobustan RPŞ-nin rəhbərliyi tərəfindən tərtib olunmuş əmrlə əməliyyat qrupunun üzvləri ilə birlikdə xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində Qobustan şəhəri ərazisində müvafiq qaydada müşahidəyə başlamışlar. Müşahidə zamanı Qobustan şəhər sakini Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 21011” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı-Şamaxı-Yevlax avtomagistral yolu ilə Qobustan şəhərindən üzü Bakı şəhəri istiqamətinə hərəkət etdiyini görmüşlər. Təqsirləndirilən şəxs1 bir qədər hərəkət edib avtomobili Qobustan rayon Ərəbqədim kəndinə gedən yolun girəcəyində avtobus dayanacağının yanında saxlayıb avtomobildən düşüb bir şəxslə görüşmüşdür. Onlar bir qədər söhbət etdikdən sonra həmin şəxs Təqsirləndirilən şəxs1 1 ədəd kibrit qutusu vermişdir. Təqsirləndirilən şəxs1 isə kibrit qutusunu götürüb əvəzinə həmin şəxsə pul vermişdir. Bunu görüb dərhal qrup üzvləri ilə birlikdə xüsusi parollarla əlaqə yaradıb Təqsirləndirilən şəxs1 və yanındakı şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bu vaxt Təqsirləndirilən şəxs1 və yanındakı şəxs də özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanındakı şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Bundan sonra, hər iki şəxsə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qobustan rayon ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olduqları üçün onlarla birlikdə Qobustan rayon polis şöbəsinə getmələrini bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən, heç bir müqavimət göstərmədən onlarla birlikdə polis şöbəsinə getmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs2 maddi imkanının olmadığını bildirib, hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. Həmçinin, polis şöbəsinə iki nəfər şəxs hal şahidi kimi dəvət edilmiş, hal şahidləri kimi dəvət edilmiş şəxslər barədə Təqsirləndirilən şəxs2 məlumat verilmiş və onların iştirakına qarşı hər-hansı etirazının olub-olmamasını Təqsirləndirilən şəxs2 soruşduqda, sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis şöbəsində vəkilin, hal şahidlərinin və digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər-hansı əşya varsa, təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 üzərində saxladığı digər əşyalarla birlikdə şalvarının arxa sol cibindəki 6 ədəd içərisində narkotik vasitə olan bükümləri təqdim etmiş və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, içərisində narkotik vasitə olan 6 ədəd bükümlər zərfdə qablaşdırılıb möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmiş, həmin protokolu digər iştirakçılarla birgə imzalamışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparıldıqdan sonra Təqsirləndirilən şəxs1 üzərinə eyni qaydada şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər-hansı əşya varsa, təqdim etməsi təklif edimiş, Təqsirləndirilən şəxs1 üzərində saxladığı digər əşyalarla birlikdə gödəkçəsinin sol cibindəki l ədəd içərisində narkotik vasitə olan kibrit qutusunu təqdim edərək həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin narkotik vasitəni onunla birgə Qobustan rayon polis şöbəsinə gətirilən Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə olan 1 ədəd kibrit qutusu zərfə qablaşdırılıb möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmiş, həmin protokolu digər iştirakçılarla birgə imzalamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Nazim oğlu iş üzrə Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində Qobustan rayon polis şöbəsinin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq rayon polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində saxlanılmış Qobustan şəhər sakini Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etmişlər. O, öz razılığını bildirmiş, bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. Qobustan rayon polis şöbəsinin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində saxladığı digər əşyalarla birlikdə gödəkçəsinin sol cibindəki 1 ədəd içərisində narkotik vasitə olan kibrit qutusunu təqdim edərək həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin narkotik vasitəni onunla birgə Qobustan rayon polis şöbəsinə gətirilən Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd içərisində narkotik vasitə olan kibrit qutusu elektron tərəzi vasitəsi ilə çəkilmiş, bundan sonra içərisində narkotik vasitə olan 1 ədəd kibrit qutusu zərfdə qablaşdırılıb möhürlənmiş, sonra bu barədə protokol tərtib edilmiş, həmin protokolu digər iştirakçılarla birgə imzalamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Soltanov X3 Bəhman Famil oğlu ilə eyni məzmunlu ifadə verdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində Qobustan rayon PŞ-nin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyypsi ilə bağlı rayon PŞ-yə şübhəli şəxs qismində saxlanılmış Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilməsində hal şahidi kimi iştirak etməsini xahiş etdiklərinə görə öz razılığı ilə polis şöbəsinin xidməti binasına getmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. RPŞ-nin inzibati binasında otağların birində Təqsirləndirilən şəxs2 üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs2 üzərində saxladığı digər əşyalarla birlikdə şalvarının arxa sol cibindəki 6 ədəd içərisində narkotik vasitə olan bükümləri təqdim etmiş və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 6 ədəd içərisində narkotik vasitə olan bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, sonra 6 ədəd içərisində narkotik vasitə olan bükümlər zərfdə qablaşdırılıb möhürləndikdən sonra bu barədə protokol tərtib edilmişdir. Həmin protokolu digər iştorakçılarla birgə imzalamışdır. Cinayət işi üzrə ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Şahid7 Əliəkbər oğlu ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 21 radələrində Qobustan rayon polis şöbəsinin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq rayon polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində saxlanılmış Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilməsində hal şahidi kimi iştirak etməyini təklif etmişlər. O, öz razılığını bildirmiş, bundan sonra ona hüquq və vəzifələri izah edilmişdir. Qobustan rayon polis şöbəsinin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə vəkilin, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 üzərində saxladığı digər əşyalarla birlikdə şalvarının arxa sol cibindəki 6 ədəd içərisində narkotik vasitə olan bükümləri təqdim etmiş və həmin narkotik vasitələri özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 6 ədəd içərisində narkotik vaditə olan bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, bundan sonra 6 ədəd içərisində narkotik vasitə olan bükümlər zərfdə qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilib həmin protokolu digər iştirakçılarla birgə imzalamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli 7/585 nömrəli ekspert rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 6 (altı) ədəd kağız bükülüdə ayrı-ayırılıqda təmiz çəkiləri 1,145 qram, 0,881 qram, 1,207 qram, 0,959 qram 1,193 qram, 0,835 qram, ümumi təmiz çəkisi 6,22 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf olunduqdan sonra 6,1 qram qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli 7/586 nömrəli ekspert rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,79 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf olunduqdan sonra 6,77 qram qalmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 daxil olmuş tələbnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 daxil olmuş tələbnamədə qeyd edilmişdir ki, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs1 Qobustan rayon məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən 01 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 2009-cu il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2955 №-li nömrəli ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2954 №-li nömrəli ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nətcələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinin 1 saylı Mənzil İstismar sahəsinin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli 003 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsində 1 saylı hərbi şəhərcikdə qeydiyyatdadır, himayəsində xx xxxxxxx 2017-ci il il təvəllüdlü oğlu X13 vardır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar Hissəsinin 1 saylı Mənzil İstismar sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Qobustan rayon İHB-nın Qobustan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli 1600 saylı arayışda görünür ki, Təqsirləndirilən şəxs1 Qobustan şəhərində qeydiyyatda olmaqla yaşayır, himayəsində arvadı- X4, xx xxxx 2006-cı il təvəllüdlü oğlu- X8, xx xxxxxxx 2007-ci il təvəllüdlü oğlu-X5 və xx xxxxxxx 2011-ci il təvəllüdlü qızı-X6 vardır. İş materiallarına əlavə edilmiş Qobustan rayon İHB-nın Qobustan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təşqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun əməli özlərinin və şahidlərin ifadəsi ilə, eləcə də ekspert rəyi və işdə olan digər sənədlərlə tam sübuta yetir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi düzgün tövsif edilmişdir və onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Qobustan rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində üç ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Qobustan rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində üç ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,77 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 6 (altı) ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 6,1 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Qobustan rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,77 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və Əliyev Asim Mahmudağa oğlunun üzərindən götürülmüş 6 (altı) ədəd kağız bükülüdə ümumi təmiz çəkisi 6,1 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökmdən təqdim olunan və ya alınan gündən 20 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №1(026)-4/2021
Qobustan Rayon Məhkəməsi Hökm — İş №1(026)-4/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver