Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 1(026)-4/2025 29.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1981-ci il tarixdə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Qobustan rayonunda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, “Sahil” şadlıq sarayının arxasında yerləşən nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 22 iyul 2020-ci il tarixdən hesablanmaqla 27 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və xəstəliyinin müalicəsi üçün 50 manat sabit pul məbləğində aliment olmaqla, cəmi 220 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-4148/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Qobustan Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 3(026)-213/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 15 yanvar 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 07 mart 2024-cü il tarixədək 4001 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020ci il tarixli qətnaməsi ilə ondan 22 iyul 2020-ci ildən tarixdən hesablanmaqla 27 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyinin müalicəsi üçün 50 manat pul vəsaiti olmaqla, cəmi 220 manat alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün Qobustan Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə 15 gün və 18 iyul 2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən Qobustan Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs olan aliment borcunu ödəmədiyi üçün icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 07 mart 2024-cü il tarixədək Zərərçəkmiş şəxs yaranmış olan 4001 manat aliment borcunu ödəməmişdir. Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi üzrə ödənilməmiş qalan aliment borcunu tamamilə Zərərçəkmiş şəxs ödəmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ilin sentyabr ayında qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları 13 dekabr 2010-cu il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan 27 yanvar 2012-ci il tarixdə Amin adlı övladları dünyaya gəlmişdir. Evli olduqları gündən bir müddət keçəndən sonra Təqsirləndirilən şəxs həddən artıq spirtli içkilər qəbul etmiş, ona və xəstə övladına nə maddi, nə də ki mənəvi köməkliyi olmamışdır. Bu səbəbdən də onların arasında tez-tez mübahisələr yaranmış və Təqsirləndirilən şəxs birgə yaşadıqları evi tərk edərək başqa qadın ilə qeyri-rəsmi birlikdə yaşamağa başlamışdır. Bir müddət xəstə övladına tək baxmış, sonradan övladını təkbaşına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)- 4148/2020 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdən hesablanmaqla 27 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment və uşağın xəstəliyinin müalicəsi üçün 50 manat sabit pul məbləğində aliment olmaqla, cəmi 220 manat pul vəsaitinin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Qobustan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün Qobustan Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə 15 gün və 18 iyul 2023-cü il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 07 mart 2024-cü il tarixədək yaranmış olan 4001 manat aliment borcunu ödəməmişdir. Həmçinin bildirmişdir ki, həbs olunduqdan sonra Təqsirləndirilən şəxs bugünə qədər olan aliment borcunu tamamilə ödəmişdir, ondan heç bir tələbi və ya şikayəti yoxdur. Xahiş edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilsin və o azad edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4148/2020 saylı, 20 avqust 2020-ci il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə cavabdeh Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdən başlayaraq 27 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər 170 manat sabit pul məbləğində aliment və xəstəliyin müalicəsi üçün 50 manat sabit pul məbləğində aliment, cəmi 220 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Göstərilən icra vərəqəsi 31 avqust 2020-ci il tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və 31 avqust 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs Qobustan rayon İcra və Probasiya şöbəsinə dəvət edilərək, ondan dəfələrlə izahat alınmış və xəbərdarlıqlar göndərilmişdir. Qobustan Rayon Məhkəməsinin 8(026)-22/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 08 oktyabr 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün yeni müddət verilmiş, izahatı alınmış və işlə təmin olunması üçün məşğulluq mərkəzinə məktub göndərilmişdir. 08 oktyabr 2021-ci il tarixli 8 saylı Məşğulluq filialının məktubundan məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs əmək haqqının onu qane etmədiyini əsas gətirərək, təklif olunan işdən imtina etmişdir. 05 fevral 2024-cü il tarixdə Məşğulluq mərkəzinə təkrar sorğu göndərilmiş və Təqsirləndirilən şəxs işlə bağlı Qobustan rayon xidmət şöbəsinə müraciət etməsi tövsiyə olunmuşdur. 23 noyabr 2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs Qobustan şəhəri, Nərimankənd kəndində yerləşən yaşadığı mənzilə baxış keçirilmiş, zəruri istifadədə olan əmlaklardan başqa tələb yönəldilə biləcək heç bir əmlak aşkar edilməmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs 01 mart 2024-cü il tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək indiyədək Təqsirləndirilən şəxs ona aliment borcunu ödəmək iqtidarında olsa da, tam ödəmədiyini və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbir görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4148/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra sənədi üzrə ona iki dəfə inzibati tənbeh tətbiq olunmasına, barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, icra sənədi üzrə tələbi icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və əməlində qərəzlilik müşahidə olunmuşdur. Borclu Təqsirləndirilən şəxs təqdimat verilən günə 4001 manat aliment borcu təşkil edir. Hazırda isə tələbkar Zərərçəkmiş şəxs ərizəsindən də göründüyü kimi, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tamamilə ödəmişdir. Cinayət işi üzrə digər şahid Qobustan rayon İcra və Probasiya şöbəsinin sabiq böyük icra məmuru, hal-hazırda Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaq vaxtı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyindən, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)- 4148/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdən başlayaraq 27 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdən başlayaraq 27 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər xəstəliyinin müalicəsi üçün 50 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq dövlət gəlirlərinə alınması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-4148/2020 saylı qətnaməsindən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)- 4148/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2020ci il tarixdən başlayaraq 27 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməli, Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdən başlayaraq 27 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər xəstəliyinin müalicəsi üçün 50 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq dövlət gəlirlərinə alınmalıdır; Qobustan rayon İcra və Probasiya şöbəsinin 31 avqust 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin qərarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-4148/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs ünvanlanmış 31 avqust 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 31 avqust 2020-ci il tarixli qərarla icraatına başlanılan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-4148/2020 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borcludan xahiş edilmiş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilməsə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Təqsirləndirilən şəxs 10 dekabr 2020-ci il, 18 avqust 2021-ci il, 16 yanvar 2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmiş, ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-4148/2020 saylı icra sənədi üzrə tələbi təmin etmədiyi təqdirdə, İXM-in 528.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir; İnzibati xəta haqqında MN ******* nömrəli, 23 sentyabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Qobustan Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 3(026)-223/2021 saylı qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir; İnzibati xəta haqqında MN ******* nömrəli, 18 iyul 2023-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Qobustan Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 3(026)-213/2023 saylı qərarının surətindən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəlinin 18 iyul 2023-cü il tarixdən hesab edilməsi qərara alınmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 08 oktyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-4148/2020 saylı icra sənədində göstərilən tələbi icra etməyəcəyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 8(026)-22/2021 saylı qərardadının surətindən görünür ki, həmin qərardadla təqdimat təmin edilərək, Qobustan şəhər sakini Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 08 oktyabr 2021-ci il, 28 iyul 2023-cü il, 11 dekabr 2023-cü il və 15 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-4148/2020 saylı icra sənədində göstərilən tələbi icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 19 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Qobustan RPŞ-nin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 15 noyabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Qobustan rayon İcra şöbəsinə gətirilməsi təmin edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin borclu Təqsirləndirilən şəxs ünvanlanmış 03 mart 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Qobustan rayon İcra və Probasiya şöbəsinə gəlib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-4148/2020 saylı icra sənədində göstərilən tələbi icra etməyəcəyi təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin 14 iyun 2023-cü il tarixli qərarının surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Qobustan RPŞ-nin Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 18 iyul 2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq 18 iyul 2023-cü ildə Qobustan rayon İcra şöbəsinə gətirilməsi təmin edilmişdir; Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 tərəfindən tərtib olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)- 4148/2020 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, borclu tərəfindən 22 avqust 2020-ci ildən 22 fevral 2024-cü ilədək tələbkara cəmi 5459 manat məbləğində aliment ödənilmiş, qalıq borc məbləği 4001 manat təşkil etmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasə təyin olunmuş cəzadan azad edilmişdir; Zərərçəkmiş şəxs Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 29 aprel 2025-ci il tarixli ərizəsində bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4148/2020 saylı, 31 avqust 2020-ci il tarixli icra sənədinə əsasən bir uşağın saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 170 manat məbləğində aliment tutulub onun xeyrinə ödənilməlidir. Hal-hazırda Təqsirləndirilən şəxs bugünə kimi aliment borcunu ona tam şəkildə ödədiyindən onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur; Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinin müstəntiqi Bəxtiyar Quliyevin qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Qobustan Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 1(026)-23/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həbs edildikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilməsi, qərar icra edilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə Qobustan RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 03 mart 2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 22 iyul 2020-ci il tarixdən hesablanmaqla 27 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və xəstəliyinin müalicəsi üçün 50 manat sabit pul məbləğində aliment olmaqla, cəmi 220 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-4148/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Qobustan Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 3(026)-213/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 15 yanvar 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 07 mart 2024-cü il tarixədək 4001 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun tamamilə ödənildiyini və ona qarşı hər hansı tələb və şikayəti olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işinə bəraətedici əsaslar olmadan xitam verilməsini xahiş edir, o, zərərçəkmiş şəxslə barışmaqla aliment borcunu ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 07 iyul 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Cinayət-Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(001)-4148/2020 saylı qətnaməsi üzrə yaranmış aliment borcunu tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət işi üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilən 6 saat hüquqi yardımla bağlı 66 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 305, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən 6 saat hüquqi yardımla bağlı 66 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti "xxxx" ASC-nin Qobustan filialındakı filialın kodu 200725, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2XXXX, müştərinin hesab nömrəsi AZ55AİİB410400H**********172 saylı hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №1(026)-4/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №1(026)-4/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver